Microsoft Word 50 Sahe hekimi terapevt telimat



Yüklə 124,54 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix26.12.2016
ölçüsü124,54 Kb.
#3653
  1   2   3   4


Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Sahə həkim-terapevtin nümunəvi vəzifə 

TƏLİMATI 

 

I. Ümumi müddəalar 

 

1.  


Bu vəzifə təlimatı sahə həkim-terapevtinin vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir. 

2.  

Sahə həkim-terapevti vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir. 



3. Sahə  həkim-terapevti Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə  rəhbərinin  əmri ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edilir. 

4.  


Sahə  həkim-terapevti bilavasitə  şöbə müdirinə, onun olmadığı halda isə 

tibb müəssisənin rəhbərinə və ya onun müavininə tabe olur. 

5.  

Sahə həkim-terapevti aşağıdakıları bilməlidir: 



5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4.   terapiya  xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı 

məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.  həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13.  sanitar-maarifləndirmənin əsaslarını;  

5.14.  daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   




 


Yüklə 124,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin