III. Hüquqlar
29. Sahə həkim-terapevtin aşağıdakı hüquqları vardır:
29.1. klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator
tədqiqatların məlumatlarına əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz
müəyyənləşdirmək;
29.2. müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması
taktikasını müəyyən etmək;
29.3. pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator
diaqnostika metodlarını təyin etmək;
29.4. diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə
diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;
29.5. zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün
müəyyən edilmişqaydada başqa ixtisaslı həkimləri cəlb etmək;
29.6. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək
fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
29.7. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və onların rəhbərliyə həvəsləndirmək və tənbeh etmək
üzrə təkliflər vermək;
29.8. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
29.9. öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda
və müşavirələrdə iştirak etmək;
29.10. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
29.11.Sahə həkim-terapevti Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |