«TƏSDİq ediRƏM» “Smart Technologies Solutions” qsc-nin Direktoru A. Həsənov



Yüklə 39 Kb.
tarix02.01.2022
ölçüsü39 Kb.
#44680
xadim



«TƏSDİQ EDİRƏM»
Smart Technologies Solutions” QSC-nin
Direktoru________________A.Həsənov
«____»_____________ 20_____ il

XADİMƏNİN VƏZİFƏ TƏLİMATI


  1. ÜMUMİ MÜDDƏALAR




    1. Xadimə rəhbər şəxsin əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.

    2. Xadimə öz işində bu Vəzifə Təlimatını, Şirkətin əmrlərini, sərəncamlarını, əsasnamələrini, Azərbaycan Respublikasının mövcud qanunvericiliyini rəhbər tutur.

    3. Xadimə vəzifəsinə, orta təhsilli, ictimai iaşə üzrə vəzifələrdə 1 (bir) ildən az olmayaraq iş stajına malik olan şəxs təyin olunur.




  1. VƏZİFƏLƏR




    1. Əmək və nizam-intizam qaydalarına riayət etməlidir.

    2. Şirkətdə təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq.

    3. Şirkətin rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək.

    4. İş yerinin hazırlamaq və yığışdırmaq,

    5. Qabların yuyulması zamanı hazırlıq işlərini görmək.

    6. Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır.

    7. Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etməlidir.

    8. Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır.

    9. Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir



  1. HÜQUQLARI




    1. Bu Vəzifə Təlimatının nəzərdə tutduğu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olan işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.

    2. Vəzifələrini icra edərkən lazım olan məlumatları tələb etmək

    3. Xadimə öz səlahiyyətləri çərçivəsində, bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Yeməkxananın supervayzerinə məlumat vermək.



  1. MƏSULİYYƏT




    1. Xadimə bu Vəzifə Təlimatına müvafiq üzərinə düşən vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

    2. Xadimənin təqsiri üzündən Şirkətə vurulan maddi və mənəvi ziyana görə o, müəyyən olunmuş qaydada Şirkətə qarşısında məsuliyyət daşıyır.






Yüklə 39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin