MÜHAZİRƏ 7
Konqres turizmi-turizm xidmətləri bazrının xüsusiləşmiş seqmenti kimi
Plan:
Konqres turizminin ümumi xarakteristikası.
Konqres otellərin spesifik xüsusiyyətləri.
Konqres turizminin VİP müştəriləri, tipik portret.
Dünya iqtisadiyyatının qloballaşması prosesi ilə əlaqədar olaraq konqres turizmi ən tələb olunan sahələrdən birinə çevrilir. Kənarda təşkil olunan tədbirlərdə dolğun və keyfiyyətli xidmətin göstərilməsi-müasir dünyanın zərurətidir, buna həm biznes, həm elm, həm də mədəniyyət eytiyac duyur. Xarici iqtisadi əlaqələrin inkişafı, elmi-texniki inqilab, maddi-texniki tərəqqi, başqa dövlət və xalqların qabaqcıl təcrübəsini istifadə etməklə maddi və mənəvi dəyərlərin yaradılması, müxtəlif nəhəng ökələrin elmlə əlaqəli nümayəndələri arasında beynəlxalq əlaqələrin genişlənməsinə səbəb olur.
Konfranslar, sərgilər və seminarlar-müasir biznesdə heç də yeni hadisələr deyillər, ancaq qloballaşma meylləri ilə əlaqədar olaraq, həmçinin işgüzar əlaqələrin yayılması, satış bazarlarının genişləndiirlməsi və beynəlxlaq korporasiyaların fəaliyyəti ilə bağlı olaraq hal-hazırdakonfransların, iclasların və s. bu kimi tədbirlərin sayı və əhəmiyyəti artdı, hansı ki, indiki zamanda bütün dünyanın müxtəlif şəhərlərində və dövlətlərində keçirilir. Adətən hər bir belə beynəlxalq görüşdə 200-dən 10 minə qədər insane iştirak edir. Bəzən konfrans iştirakçıları ailə üzvləri ilə təşrif buyururlar, onlar üçün forum təşkilatçıları turist proqramı təklif edirlər. İştirakçıların özləri də elmi tədbirlərin keçirilməsində həmin şəhərin baxmalı yerləri ilə tanış olurlar, konqres başa çatandan sonra isə ölkə ilə tanışılıq səfərlərinə çıxırlar. Bu turizmnövünün xarakterik cəhəti ondan ibarətdir ki, konqres iştirakçısı ölkədə apardığı vaxt ərzində adi turistlərdən çox pul xərcləyirlər. Ona görə də bir çox dövlətlər özlərində beynəlxalq elmi forumların və görüşlərin keçirilməsinə cəhd göstərirlər. Bunun üçün xüsusi böyük konqres mərkəzləri yaradılır. Bəzi turizm firmaları bu cür işlərlə yüksək dərəcəli otellərdə məşğul olurlar ki, onlar da tədbir iştirakçılarının qalması üçünlazımi sayda yerlərəvə zallara sahib olurlar.
Konqres turizminin ümumi xarakteristikası
İşgüzar turizm (Business Travel)-müasir turizmin ən tez inkişaf edən istiqmətidir. Bu və ya digər formada biznes-turizm qədimdən mövcuddur. XX əsrin 70-80-ci illərində ABŞ-da və Avropada onun haqqında müstəqil və yüksək gəlirli turizm növü kimi söz gəzirdisə, 90-cı illərdə bu biznes sahəsi əhəmiyyətli dərəcədə vüsət aldı.
“Biznes-turizm” anlayışı əvəzinə ingilis termini=-abbreviatura-MİCE istifadə olunur, hansı ki, bu tiriozm növünün strukturunu əks etdirir: Meeting / İncentives / Conferences / Exibitions, yəni işgüzar görüşlər / insentiv-turizm / konfranslar / sərgilər.
İşgüzar turizm-bu həm xaricə sərgi və konfranslara getmək, həm də məmnunluğun faydalıqla birləşməsidir, bu zaman həm işgüzar danışıqlar aparmaq, həm də yeni yerlərdə istirahət etməyə imkan yaradır.
Biznes-turlar tələb olunan xidmətlər paketindən və məqsədlərdən asılı olaarq bir neçə növə bölünürlər. Bu sırf işgüzar səfərdir, dünyada orta hesabla onların payına işgüzar səfərlərin ümumi həcminin 70-78%-I düşür, konfrans və seminarlarda iştirak (12-14%), sərgilərə getmək (10-12%). Təxminən 3%-I isə konqres turlar və insentiv turizm təşkil edir. İşgüzar səfərlərin bütün növləri bir-birilə sıx əlaqəlidir, məslən, sərgi-koqres və insentiv – səfərlər kimi.
Konqres – kifayət qədər miqyaslı işgüzar tədbirdir. Amerikada yaxud Asiyada bu cür tədbirə 5-7 min iştirakçı cəlb olunur. Fərdlər üçün konqres turizmi sərgi turizmindən onunla fərqlənir ki, standart hərəkətə gətirilməyə ehtiyac duyulmur, çünki tədbirin əvvəlcədən reklam olunması səmərəsizdir. Praktiki olaraq konfranslara, konqreslərə tələblər fərdi müştərilərdən daxil olur. Belə ki, onların dəvətnamələri olmaqla yanaşı, onları özləri də standart turpaketin tərtibatına maraq göstərirlər (viza, uçuş, transfer, yerləşmə və s.).
Konqres tədbirlərinin təşkili sahəsində kompaniyalar bir çox hallarda populyar turizm ölkələrinə-Türkiyə, İspaniya, Kipr, Yunanıstan – üstünlük verirlər.
Müxtəlif sahələrdə çaşlışan mütəxəssislər üçün seminarlar və treninqlər təşkil olunur. Bunlar dəyirmi masa, mühazirə və s. formada təşkil oluna bilər. Profil müəssisələrə səyahət etmək də müknüdür. Məsələn, şampan şərabları istehsalı mövzusunda seminar Fransada şampan şərablarının istehsalı ilə tanışlığı, zavodlarda olmanı və dequstasiyanı nəzərdə tutur. Seminarların sonunda diplom və sertifikatlar verilir.
İşgüzar görüşlər – biznes və elmin müxtəlif sahələrində çaşlışan potensial tərəfdaşların, investorların, tədarükçülərin və b. cəlb olunması üzrə tədbirdir. Görüşlərin müxtəlif məqsədəri ola bilər:tərəfdaş axtarışı, iş təcrübəsinin öyrənilməsi, danışıqlar və s. İşgüzar sərgi yaxud yarmarka səfərlərinə tələbat son illər davamlı olaraq artır. Böyük biznes – operatorları hər il 100-dən artıq sərgi təşkil edirlər. Mövzusuna görə ən çox ehtiyac duyulan yarmarkalara-inşaat, mebel, ərzaq, computer, ümumi sahə və hərbi yarmarkaları aid etmək olar. Son zamanlar dar ixtisaslı sərgilərə də maraq artmışdır. Mütəxəssislərin təkcə inşaat yarmarkaları deyil, həm də müəyyən inşaat materialları növlərinə, daş emalına və s. həsr olunan yarmarka-sərgilər maraqlandırır.
Avropa ölkələri arasında birinciliyi Almaniya və İtaliya tutur-bu iki ölkə sərgilərlə bağlı səfərlərin 70%-I təmin edirlər. Almaniyada seminarlar bank işinə, mühasibat uçotuna, maliyyə menecmentinə, marketinqə həsr olunurlar. Konfranslar ətraf mühitin mühafizəsi və ekoloji audit və monitorinq, yol inşaatının təşkili, inşaatda yeni materiallar və texnologiyalar və s. bu kimi mövzularda təşkil olunur. İtaliyada sərgilər dəbə, paltarlara, tekstilə, aksessuarlara həsr olunur. Pivə, içkilər, eləcə də pablar, pizzaxanalar, kafelər üçün avadanlıqlar sərgiləri də məlumdur. Kənd təsərrüfatı, ərzaq və əlbəttə ki, müasir incəsənətə dair seminarlar da keçirilir.
Daha sonra tələbat baxımından Fransa xüsusi yer tutur, burada əsasən inşaat sərgilərinə tələb duyulur. Şərablarla bağlı çoxlu sayda sərgilər, yarmarkalar, eləcə də insentiv-turlar təşkil olunur. Məsələn, Fransanın şərab əyalətləri ilə tanışlıq (Elzas, Bordo, Burqundiya), Luara vadisinin şərab yarmarkası, üzümçülük, şərabçılıq, doldurma və qablaşdırma üçün avadanlıqların beynəlxlaq sərgisi və s. Kulinar mədəniyyətə və qastronomiya məhsullarına da həsr olunan sərgilər təşkil olunur. Məsələn, pendir və süd məhsulları sərgisi, ictimai iaşə müəssisələri üçün avadanlıqların beynəlxalq sərgisi, dondurma və qənnadı məmulatları üçün avadanlıqların beynəlxalq sərgisi, kafe, otel və restoranlar üçün avadanlıqların sərgi-yarmarkası və s.
Parisdə təşkil olunan sərgilərə aiddir: dəridən və yol aksessuarlarından məmulatların sərgisi, Beynəlxalq parça yarmarkası, tikiş məmulatları yarmarkası, zərgərlik əşyalarının beynəlxalq xüsusiləşmiş yarmarkası, interyer dizaynı sərgisi və s.
İsveçrədə Cenevrə avtosalonu və saat incəsənəti forumları, BÖyük Britaniyada isə dizayna, interyerə, mebel işinə həsr olunan sərgilər böyük maraq doğurur.
Son zamanlar sərgi turizmi biri Cənub – Şərqi Asiya ölkələrinə, xüsusilə də, Çinə istiqamətlənmişdir. Hal-hazırda sərgilərin keçirilmə yerləri sifarişçilər üçün böyük əhəmiyyət kəsb edir və ona görə də ekzotik marşrutlar seçilir. Bu, əsasən ixrac edən kompaniyaların nümayəndələrinə aid edilir, onlar öz məhsulunun satış bazarlarını inkişaf edən ölkələr hesabına genişləndirməyi planlaşdırırlar.
Ən böyük korporativ səfərlər bazarı yenə də ABŞ olaraq qalır. Onun həcmi 2003-cü ildə 233,6 mlrd.dollar olmuşdur. Analitiklərin məlumatlarına görə xarici işgüzar səyahətçilərin ABŞ iqtisadiyyatına verdiyi gəlir 2007-ci ilədək 800 mlrd. dollardan artıq olmuşdur. Konfransın və ya başqa tədbirin konqres turizmi bazarına aid edilməsinin əsas şərti, konfrans təşəbbüskarı kimi çıxış edən təşkilatın xaricində tədbirin keçirilməsidir. Tədbirin təşkilində, hazırlanmasında və keçirilməsində turizm kompaniyalarının xidmətindən istifadə əhəmiyyətli olsa da, mütləq şərt deyildir. Ancaq, ciddi konfrans təşəbbüskarının heç biri müstəqil olaraq onun bütöv təşkilini həyata keçirə bilməz. Mütəxəssis-vasitəçi kimi adətən müşavirə və konfrans kompaniya-təşkilatçıları çıxış edə biərlər. Bir konfransın başqasından prinsipial fərqini onun social və iqtisadi əhəmiyyəti, təşkilinin mürəkkəbliyi və keçirilmə qaydası, iştirakçılarının sayı (nümayəndələrin) təşkil edir.
Konqres turizmi bazarının seqmentləşməsi çağırılma məqsədlərinə, işin xarakterinə, iştirakçıların sayına və kəmiyyət tərkibinə, çağırılan müşavirələrin səriştəlilik səviyyəsinə, çağırılışların dövrülüyünə görə aparıla bilər. Ancaq bununla belə seqmentləşmədə bu və ya digər müşavirə təşəbbüskarının təbiəti vacib meyar hesab olunur. Məhz təşəbbüskarın təbiəti təşkil olunan konfransın növünü və xidmətlər siyahısını müəyyən edir. İki seqment mövcuddur: konfransların korporativ bazarı və konfransların qeyri-korporativ bazarı-hökumət strkturlarının və sahə assosiasiyalarının fəaliyyət sahəsi.
Konfransların qeyri-korporativ bazarı 3 kateqoriyaya bölünür:
Elmi xarakterli konfranslar;
Ticarət-iqtisadi xarakterli konfranslar;
Müxtəlif maraqlı insanları birləşdirən assosiasiya üzvlərinin konfransları, məsələn, idman, klub və s.
Konfransların korporativ bazarı da 3 kateqoriyaya bölünür. Daxili müşavirələr kompaniya əməkdaşları üçün nəzərdə tutulur, konqres və konfransların beynəlxalq Assosiasiyasının (İCCA) məlumatlarına görə 2012-ci ildə, məqsədi kompaniyanın satışını artırmaq olan tədbirlər daxili müşavirələrin 43%-I təşkil etmişdir. Təhsil (Training) təşkil olunan tədbirlərin 37%-I təşkil edir. Nəticə məqsədi daşıyan müşavirələrin payı isə 31% olmuşdur. Texniki məsələlər müzakirə olunan müşavirələrin (Technical) və kompaniya əməkdaşlarının stimullaşdırılması məqsədini daşıyan tədbirlrin payı isə 21% təşkil etmişdir.
Xarici müşavirələr həmin bazarda fəaliyyət göstərən kompaniyalar üçün nəzərdə tutulmuşdur. Uyğun olaraq, belə tədbirlərin iştirakçıları korporasiyanın xarici tərəfdaşları olurlar. Bir çox hallarda kompaniyalar məhsulların təqdimat mərasimini (32%), distribütorların konfranslarını (20%), xüsusi məsələlər üzrə simpoziumlar/seminarlar (25%) keçirirlər. Xüsusi müşavirələrə sərgiləri (20%), səhmdarların iclaslarını (8%) və mətbuat-konfranslarını da aid etmək olar.
Həm daxili, həm də xarici tərəfdaşlar üçün nəzərdə tutulmuş müşavirələri iki böyük qrupa ayırmaq olar: işçi seminarları (Work Shops) və məqsədi təhsil olan tədbirlri (Training), onların payı isə 25%-ə bərabərdir.
Konqres-otellərin spesifik xüsusiyyətləri
Konqres sahələrinə otellər, saraylar, sərgi kompleksləri, biznes-mərkəzlər, şəhəryanı vilallar və s. aid edilir. Onların əksəriyyəti lyuks dərəcəlidir. Onlar şəhərin mərkəzində, mədəni-tarixi güşələrdə yaxud rekreasiya zonalarında yerləşə bilərlər. Belə otellərə dəbdəbə, eleqntlıq, yüksək xidmət səviyyəsi məxsusdur. Konqres otellərdə çoxlu sayda zallar olur ki, bunlar da biri-birindən yerlərin sayına, interyerinə və ölçülərinə görə fərqlənirlər. Konfransların, ziyafət və bayram tədbirlərinin keçirilməsi üçün böyük məkanlardan istifadə olunur. İşgüzar qeyri-rəsmi görüşlər üçün-kiçik, rahat zalardan (bilyard, kamin, danışıq otaqları) istifadə olunur.
Konqres otellərdə, bir qayda olaarq, yüksək mərtəbələrdə geniş foye (adətən ikinci mərtəbədə), olur ki, burada da çoxlu konfrans zalları yerləşir, bud a tədbirlərin planlaşdırılmasında əlavə üstünlüklər verir, çünki müxtəlif konfiqurasiyalı məkanlardan səmərəli istifadə etməyə imkan yaradır. Konqres turizminin hal-hazırda konyukturası elədir ki, təşkilatçılar böyük məkanlara müraciət etmirlər, digər hallarda isə təşkilatçılar bütün xidmətləri bir məkanda əldə etmək istəyirlər.
Konqres-otellər təkcə paytaxtlarda və yüksək işgüzar fəallığı ilə fərqlənən şəhərlərdə deyil, həm də kurort zonalarında da geniş yayılmışlar ki, bud a aşağı mövsümdə yerləşmə vasitəsinin yüklənməsinə şərait yaradır. Paytaxtlarda konqres otellər “4 ulduzlu” kurortlarda isə “5 ulduzlu” və lyuks dərəcəli olurlar. Yeni biznes otellər bütöv bir konqlomeratdan təşkil olunurlar, bura konqres-mərkəz, otel, restoran və bar, idman-sağlamlaşdırma və ticarət-əyləncə kompleksləri, bəzən də kazino və kinoteatr-multiplekslər daxil olur. Konqres otellər zəngin texniki təchizata malik olmalıdırlar:sinxron tərcümə sistemindən, audio, video avadanlıqlardan kinoproyektora qədər. Konqres otellərdəarafoproyektor, ekran, lövhə-stend, kabelsiz internet olmalıdır.
Otellər xüsusi MİCE-proqramlar işləyib hazırlayırlar. Konqres otellərin müştərilərinə biznesmenlər, alimlər, siyasətçilər, ictimai xadimlər aiddirlər. Üç növ VİP müştəri vardır: təşkil olunmuş kütləvi VİP-turist, fərdi VİP-tirist, VİP turist-tədqiqatçı. Bu insanlar çox səfər etdikləri üçün onlara yeni və qeyri-adi istirahət ideyaları təqdim olunmalıdır.
VİP müştərinin tipik portreti
VİP abbreviaturasına hal-hazırda hər yedə rastgəlinir. Ya VİP saunaya getməyi təklif edirlər, ya VİP klub açırlar, ya VİP istirahət təqdim edirlər. VİP – çox vacib şəxs deməkdir.
VİP turizm xüsusi fərdi servisdir. Əgər səfər məşhur insane üçün təşkil olunursa, onda turun gizli qalması vacib sayılır və onun üçün xüsusi otel, xüsusi nömrə seçilir.
3 VİP turist növü vardır:
Təşkil olunmuş kütləvi VİP turist. Bu zaman turist üçün qabaqcadan marşrut formalaşdırılır. Bu turizm çəhsulu package tour, inklüziv-tur, milli tur adlanır.
Fərdi VİP turist. Onun üçün də marşrut əvvəlcədən planlaşdırılır, ancaq bütövlükdə deyil, yəni fərdi turist öz turunun formalaşmasında iştirak edir, o səfər vaxtına nəzarət edir və marşrutu qrupun həddləri ilə məhdudlaşmır.
VİP turist-tədqiqatçı. O, səfəri sərbəst təşkil edir. Standart turist marşrutlarından kənar olur, ancaq adət etdiyi rahatlığa və yüksək xidmət keyfiyyətinə üstünlük verir.
VİP müştərilərin tələbləri də adi turistlərinkindən fərqlənir. Onlar üçün əsas rahatlıq, nüfuz və fikirindəkinin reallaşmasıdır, pul önəmli deyil. Bu müştərilər çox tələbkardırlar, onlarda rahatlıq anlayışı şəxsi ideyaların həyata keçirilmə imkanlarından ibarətdir. Belə insanlar çox səyahət edirlər. Uğur qazanmaq üçün turizm firması bu təbəqəni tədqiq etməli, ayrı-ayrı marketinq strategiyaları və bazarda davranış qaydaları işləyib hazırlamalıdırlar.
İşgüzar elita istirahətlə işin uzlaşmasına üstünlük verir-sərgilərə, konqreslərə, seminarlara. Müxtəlif ölkə və şəhərlərə səfəri müxtəlif növ turlarla kombinə etmək məqsədəuyğundur. Dağ-xizək turunu dağ-plyaj turu ilə, ekskursiya proqramlarını göllərdə istirahət ilə, sağlamlaşdırıcı prosedurları meditasiya ilə, ekstremal macəraları “aborigenlərin” dünya görüşününün dərinliyinə nüfuz etməklə birləşdirmək mümkündür. VİP seqment üçün dağ xizəklərində sürüşmə, sualtı üzgüçülük, yaxtinq, dağ velosipedi, ov, qolf böyük maraq doğurur.
Müvəffəqiyyət əldə etmək üçün turizm firması yüksək xidmət səviyyəsinə uyğun olmalı və müştərilərin tələblərinə cavab verməlidir.
Dostları ilə paylaş: |