Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti Təsdiq edirəm Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor ___________________________ __________________ 2022-ci il
“Turizm, turizm sənayesinin müasir problemləri” fənni üzrə
Sillabus (işçi tədris proqramı)
Fakültə: “İqtisadiyyat və idarəetmə”
Kafedra: “İqtisadiyyat və innovativ idarəetmə”
İxtisas: 060803 - Turizm və sosial-mədəni servis xidməti
1. Fənn haqqında məlumat Fənnin kodu: MİF-B01
Fənn proqramı: Kafedranın 14 sentyabr 2022-ci il, 01 saylı protokolu ilə təsdiq edilmişdir.
Fənnin növü: Əsas
Fənnin tədris semestri: P-1
Ümumi tədris yükü: 30 saat- (15 s. mühazirə, 15 s məşğələ)
Fənnin tədris forması: Əyani
Fənnin tədris dili:Azərbaycan
AKTS üzrə kredit: 4
2. Müəllim haqqında məlumat: Fənni tədris edən müəllimin adı, soyadı, elmi dərəcəsi və elmi adı:i.ü.f.d.Ələkbərov Rövşən Elmidar oğlu Məsləhət günləri və saatları:V gün, 1000-1600 E-mail ünvanı: rovsen1234@bk.ru Kafedranın hüquqi ünvanı:Lənkəran şəhəri, Füzuli küç., 170-a
3. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən heç bir fənnin tədrisi nəzərdə tutulmayıb.
4. Korerekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta “Turizmdə marketinq və onun əsas istiqamətləri” və
“ Mehmanxana və restoranların personallarının menecmenti” kimi fənlərin tədris olunması zəruridir.
5.Kursun təsviri: Qeyri-neft sahəsi kimi gündən-günə sürətlə inkişaf edən turizm sənayesində davamlı iqtisadi inkişafı təmin etmək yüksək ixtisaslı kadrların və ciddi peşə hazırlığının olmasını tələb edir. Bu, turizmin müasir inkişaf mərhələsi üçün daha xarakterikdir. Turizm nəinki səyahətlərin praktiki reallaşdırılması sahəsidir, o həmçinin xüsusi biliklər sahəsinə, yəni nəzəri fəaliyyət sahəsinə çevrilməkdədir. Ona görə də “Turizmin, turizm sənayesinin müasir problemləri” fənnininin öyrənilməsi nəzəri və praktik əhəmiyyət kəsb edir.