Qədim yunanıstanda iqtisadi biliklər



Yüklə 13,79 Kb.
tarix01.12.2019
ölçüsü13,79 Kb.
Qədim yunanıstanda iqtisadi biliklər

İqtisadiyyat haqqında söhbət edərkən, bir qayda olaraq, bu sözün ilkin şərhini vermiş qədim yunanlar haqqında düşünməli oluruq. Lakin cəmiyyətin davranış qaydaları, faydalı fəaliyyətləri haqqında bəhs edən iqtisadiyyat lap qədim dövrlərdən bəri mövcud olsa da ancaq bir elmi təfəkkür tərzi kimi, uzun müddət elmin müxtəlif sahələri ilə bağlı öyrənilmişdir. Özü də bu proses Qədim Yunanıstanda özünə xüsusi məkan qazanmışdır. Heç də, təsadüfi deyildir ki, biz iqtisadiyyat haqqında danışarkən, bu məfhumun mənşəyini yunan sözü olan "təsərrüfat" və "qanun" olduğunu qeyd etməli oluruq.
"İliada" və "Odisey" əsərlərində sərvətin mənbəyi, natural təsərrüfat, xüsusən, taxılın, heyvanların yığımı hər cür məhsulların ehtiyatı sayılırdı. Kənd təsərrüfatı işləri ilə məşğul olmaq azad adamların ləyaqətli işi hesab olunurdu. 
Yunanıstanda e.ə. VIII-VII əsrlərdə sənətkarlığın əkinçilikdən ayrılması, ticarətin genişlənməsi, eləcə də sələmçiliyin güclənməsi, bir tərəfdən adamların torpaqdan məhrum olunmasına gətirib çıxarırdı, digər tərəfdən cəmiyyətin Polisey (şəhər-dövlət) deyilən, xüsusi qrupu meydana gəldi ki, onlar da kollektiv şəkildə qullara, digər asılı adamlara və yadelli adamlara qarşı dururdular. Poliseyaya daxil olan vətəndaşlar, torpaq və qullar üzərində hakim mövqedə dayanmaq hüququnu daşıyırdılar.
Antik dövrün iqtisadi fikri haqqında bəhs edərkən Qədim Yunanıstanda e.ə. V-VI əsrlərdə həyata keçirilən Solonun və Periklin islahatlarından irəli gələn iqtisadi görüşləri xüsusi qeyd etmək lazımdır. Bu dövrlərdə azad əhali kütləsi ilə kübarlar arasında gedən mübarizə sənətkarlığın əkinçilikdən ayrılması nəticəsində yeni şəhərlərin əmələ gəlməsi, qul borcunun birmənalı qəbul olunması, quldarlıq quruluşunun sosial bazasının möhkəmləndirilməsi, siyasi sistemin demokratikləşməsi və s. ilə bağlı iqtisadi görüşlər üstünlük təşkil edirdi.
Solon borc hüququ ilə bağlı irəli sürdüyü fikir bütün borcları və onunla bağlı faizləri, qul borc verməsini ləğv etdi. Borc yerinə verilmiş afinalılar dövlət hesabına alınıb geri qaytarılırdı.
Quldarlıq quruluşunun inkişafı ilə bağlı irəli sürülən islahatlar nəticəsində bir tərəfdən qohumluqla bağlı bir sıra toxunulmaz qanunlar ləğv olundu, əmtəə-pul münasibətlərinin geniş vüsət almasına şərait yaradıldı.
Hakimiyyətin nəsli xarakter daşımasına, qohumluq prinsipinə əsaslanmasına son qoyan Solona islahatları, heç də cəmiyyətdə mövcud təkhakimiyyətliliyi, diktatorluğu aradan qaldırmadı. Əksinə, bu rejimin möhkəmləndirilməsi üçün əkinçilərin, sənətkarların, tacirlərin dövlətdən iqtisadi asılılığını xeyli gücləndirdi. Bu özünü ən çox güzəştli kreditlərin verilməsində, vergilərin tutulmasında, torpaqların bölgüsündə əks etdirdi. Kəndlilərin xeyrinə torpaqlar əgər bərabər bölgü şəklində paylanılırdısa, lakin girov qoyulması, icarəyə verilməsi, dəyişdirilməsi qadağan edilirdi.

Qədim Yunanıstanda iqisadi fikir, ilkin olaraq, bədii ədəbiyyatda, iqtisadi siyasətdə, qanunçuluqda öz əksini tapsa da, lakin daha sonralar o öz əksini məşhur filosofların görüşlərində tapırdı. Məsələn, Demokrit (e.ə. 470) sübut edirdi ki, icma cəmiyyətini heç də ideallaşdırmaq lazım deyil. Çünki o vaxt adamlar boş əllə mübarizə aparırdılar. Lakin dövlətin yaradılması yeni cəmiyyətin ən böyük nailiyyəti olmaqla "hər şeydə bərabərliyin" qorunması baş verirdi. Bununla bərabər Demokrit hesab edirdi ki, hər cür əlavə yığım cəmiyyətin "kasıb" və "dövlətli" təbəqəsini əmələ gətirir. Əgər hər hansı kəs "öz payından razıdırsa, onu yoxsul adlandırmaq olmaz". Yaxud "malik olduğundan razı olmayanı da dövlətli adlandırmaq olmaz".


Xüsusi mülkiyyəti, qul əməyinin mənimsənilməsini təbii hal hesab edən Demokrit göstərirdi ki, qulların məhsuldarlığını yüksəltmək, onların təyinatına görə istifadə etmək vacibdir.
Bundan əlavə Demokrit iri torpaq sahibkarlığını, həddindən artıq pul yığımını qəbul etmirdi. Göstərirdi ki, həddindən artıq pula pərəstişlik və onun ödənilməsinin sonu yoxdur. Görünməmiş mənfəət "vicdanın itirilməsinə" gətirib çıxarır. Yoxsulluğu ləyaqətlə keçirməyi, sağlam düşüncəni əks etdirən cəhət kimi qəbul edirdi.
Qədim Yunanıstanın "Özün-özünü dərk et" tezisinin müəllifi məşhur Sokratın (469-399) iqtisadi görüşlərində əsas yeri "mənəvi xeyirxahlıq" tuturdu. O qeyd edirdi ki, sərvət əldə etmək üçün qətiyyətlilik, enerji və xeyirxahlıq lazımdır. Sərvətin saxlanılması üçün isə, adamlarda onsuz keçinmək xüsusiyyəti olmalıdır. Bununla əlaqədar olaraq o, geniş əhali kütləsini aza qane olmağa, əldə olunan sərvəti mənəvi xeyirxahlıqla bağlı olaraq qorumağa çağırırdı.
Qədim Yunanıstanın iqtisadi fikir tarixinin, bəlkə də bəşəriyyətin antik dövrlə bağlı ən parlaq tərəqqi dövrü e.ə. IY əsridir. Bu dövrdə quldarlıq quruluşu inkişafının yüksək mərhələsinə çatmaqla, onun daxili ziddiyyətləri kəskinləşmiş, Polisey (şəhər-dövlət) sistemi böhrana uğramış, demokratik proseslər isə özünü doğrultmuşdur.
Kiçik və orta torpaq sahibkarlığı quldarlığın, sənətkarlığın və mübadilənin inkişaf səviyyəsi ilə uyğun gəlmirdi. Bütün bunlar iqtisadi inkişafın natural və əmtəə təsərrüfatına doğru inkişaf etdirilməsini zəruriləşdirirdi. Xüsusi və kollektiv quldarldıq, sənətkarlıq və əkinçiliyin inkişafı yeni iqtisadi görüşlərin əmələ gəlməsinə səbəb olurdu.
Belə iqtisadi görüşlərin formalaşması və Ksenofontun (e.ə. 430-354), Platonun (e.ə. 427-347), Aristotelin (e.ə. 384-322) əsərlərində daha parlaq şəkildə əks olunmuşdur.

alıdır. Hökmdar və filosoflardan, hərbiçilər və əkinçilərdən, sənətkar və tacirlərdən. Bu təbəqələrin mənəvi təbiətləri müxtəlif olduğundan onlar dövlət işlərində də müxtəlif işləri yerinə yetirəcəklər. Əmək bölgüsünə, xüsusən ixtisaslaşmaya böyük əhəmiyyət verən Platon göstərirdi ki, cəmiyyətdə müxtəlif kəmiyyətli tələbatlar fəaliyyət göstərdiyindən, hətta bir adamın tələbatının ödənilməsi üçün çoxnövlü əmək tətbiq etmək lazımdır. Beləliklə, o, belə qənaətə gəlirdi ki, əmək bölgüsü cəmiyyətdə adamların biri-biri ilə əlaqəyə girməsinə səbəb olur. Belə əlaqə şəraitində müxtəlif tələbatlarla, ayrıca bir adamın məhdud qabiliyyəti arasındakı ziddiyyəti həll edir.

Bu da təsadüfi deyildir. Çünki o, "Siyasət", "Afina siyasəti" əsərlərində adamların faydalı fəaliyyətini və nemətlər əldə olunmasına görə onların davranış qaydalarını təhlil edə bilmişdir.
Aristotelin iqtisadi görüşləri elə dövrdə foprmalaşmışdır ki, həmin şəraitdə quldarlıq cəmiyyəti dərin böhranlara, polisey dövlət qurumu tənəzzülə məruz qalmışdır.
Quldarlığın ilkin olaraq, iqtisadi xarakteristikasını vermiş Aristotel göstərirdi ki, nə istehsal, nə də ki, insan həyatının özü qulsuz keçinə bilməz.
Qulları danışan və çevik əmək aləti hesab edən Aristotel, onları mülkiyyət obyekti sayırdı. Bununla əlaqədar olaraq meydana gələn iki fəaliyyət növünü fərqləndirməyi tövsiyə edirdi. Biri aktiv fəaliyyət kimi istehlakdan ibarətdir ki, onlar zəruri yaşayış vasitələrinin yaradılmasını tələb edir. İkinci fəaliyyət növü isə qul əməyidir ki, o da zəruri yaşayış vasitələrinin istehsalına yönəldilir. Məhz bu baxımdan da Aristotel hesab edirdi ki, sərvət, nemət əldə etmək istəyən hər bir kəs mütləq qul əməyindən istifadə etməlidir. Qul əməyi və ona hökm vermək "təbiətin ümumi qanunu" kimi, "qarşılıqlı özünüsaxlamaq" prinsipindən irəli gəldiyini göstərən Aristotel sübut edirdi ki, hətta adamlar hüquqi baxımdan azad olsalar belə, müəyyən fiziki işlər yerinə yetirəndə onlar qula çevrilirlər.
Fiziki əməyin cəmiyyətin sosial həyatında daşıdığı mahiyyətdən asılı olmayaraq, onun hər cür sərvətin, nemətin mənbəyi olduğunu Aristotel qeyd etməklə, bu, iqtisadi fikir tarixində böyük elmi xidmət kimi qiymətləndirilir. Aydındır ki, o dövrün iqtisadi inkişaf qanunauyğunluqlarından irəli gələn elmi müddəalar, heç də müasir iqtisadi təfəkkür baxımından birmənalı qəbul edilə bilməz. Lakin o dövrdə gətirilən təhlillər, müxtəlif mülahizələr tarixi-məntiqi səpkidə qiymətləndirilməlidir.
Aristotel qulu gəlir gətirən əmlak hesalb edirdi. Çünki bir halda ki, qul quldarın mülkiyyətində idi, onun əməyinin nəticəsi də quldar tərəfindən mənimsənilməli idi. Beləliklə, quldarlıq insanla əşya arasındakı həddi silmiş, nemət yaradan əmək hər cür azadlıqdan məhrum edilmişdir. Aristotel göstərirdi ki, hər cür ağır fiziki işləri qullar görməlidirlər. Fiziki işlərdən azad olanlar isə dövlət işləri ilə məşğul olmalıdırlar.
Nemətdən istifadə olunması üsulunu tədqiq edən Aristotel əmtəənin iki tərəfini -istehlak və mübadilə dəyərini təhlil edir.
İstehlak dəyəri kimi istifadə olunan neməti Aristotel "təbii, mubadilə dəyəri kimi istifadə olunan neməti "qeyri-təbii" proses kimi xarakterizə edirdi.
İqtisadi zəruriyyət kimi nəzərdə tutulan ehtiyac, Aristotelə görə adamları bir-biri ilə bağlı edir. Tarixi inkişafla, əmək bölgüsü ilə əlaqədar olaraq meydana gələn maddi nemətlərin mübadilə olunması zəruriliyini göstərən Aristotel ticarətin meydana  gəlməsini və inkişafını tədqiq edir.
Mübadilənin və ticarətin iqtisadi zəruriliyini və onun dövlətin əmələ gəlməsindəki rolunu şərh edən Aristotel qeyd edirdi ki, belə proses mənfəət əldə etmək üçün labüddür.
Mübadilə  qanunlarının   mahiyyətini aşkarlamağa cəhd göstərən Aristotel qeyd edirdi ki, mübadilədə əmtəə dəyərlərinin bərabərləşməsi prosesi baş verir. Mübadilə prosesinin inkişafı ilə əlaqədar meydana gələn pulun mənşəyini təsadüfi saymır və qeyd edirdi ki, "mübadilə ticarətin zəruriliyi ilə pul meydana gəlir". Pulun əmtəə mənşəyini və dəyər ölçüsünü, tədavül funksiyalarını aşkar edən Aristotel, onun təbii mahiyyətini açmaqla, sözün əsl mənasında dəyər formalarının ilk tədqiqatçısına  çevrilmişdir.
Aristotel hesab edirdi ki, əmtəələr özü-özlüyündə ölçülməklə, lakin pul vasitəsi ilə bu prosesə daxil ola bilərlər. Çünki bu praktiki tələbatla əlaqədardır. Bununla da o, pulun dəyər ölçüsü funksiyasını qeyd etmişdir. O göstərirdi ki, əgər əmtəələr   pulla ölçülərsə, deməli, onlarda   bir  bərabərlik mövcuddur.
Bu bərabərləşmənin ümumi bir əsasının olduğunu dərk edən Aristotel, onun mənbəyini tapa bilməsə də, lakin gələcəkdə mübadilədə əmtəə dəyərlərinin bərabərləşməsinin əsasının ictimai zəruri əməkdən ibarət olunması kəşfinin əsasını qoydu.
Bundan əlavə Aristotel əməkdə bərabərliyin  axtarılmasını mənasız hesab edirdisə də, lakin istehsal xərclərində xüsusi əməyə qiymət verirdi.
Ev və dövlət üçün nemətlər əldə olunması üçün təsərrüfatçılıq fəaliyyətinə xüsusi qiymət verən Aristotel qeyd edirdi ki, belə formadakı fəaliyyət "iqtisadiyyat"dır. Lakin varidat, sərvət əldə etmək, xüsusən onun pul formasında toplanması fəaliyyəti  isə xrematistikadır.
Xrematistikaya əmlak, mülk mənasını verən Aristotel onu iqtisadiyyatla müqayisə etməklə, bu anlayışların təbii tarixi rolunu müəyyən etməyə cəhd göstərir.
Bununla da o, ilk dəfə olaraq pulun tədavül vasitəsi kimi rolu ilə sahibkar üçün yeni pul əmələ gətirən pul rolunu fərqləndirir. Beləliklə də göstərir ki, iqtisadiyyat nəzərə çarpmadan, lakin zəruri şəkildə xrematistikaya, yəni əmlaka, mülkə çevrilir.
Ədəbiyyat

1. İqtisadi nəzəriyyə dərslik AMEA-nın müxbir üzvü Prof. T.S. Vəliyevin ümumi redaktorluğu ilə. Bakı 2002

2. İqtisadi nəzəriyyə dərslik Bakı 1999

3. S.İbadov İqtisadiyyat(iqtisadi nəzəriyyə) dərslik Bakı 2008
Yüklə 13,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə