İbtidai və ali sinir fəaliyyəti.
Plan:
1.İbtidai və ali sinir fəaliyyəti haqqında məlumat.
2.Ali sinir f
əaliyyətində Pavlov metodu(üsulu)
3.Şərti və şərtsiz reflekslər
İnsan daim dəyişən mühit amilləri şəraitində fəaliyyət göstərir və onun çox müxtəlf
t
əsirlərinə qarşı orqanizm daim uyğunlaşır.Ali sinir fəaliyyəti dedikdə,başlıca
olaraq,beyin qabığı və qabıqaltı törəmələrin qarşılıqlı iş mexanizmləri nəzərə alınır.
Reflekor reaksiyaların mexanizmlərini hərtərəfli tədqiq edərək İ.P.Pavlov göstərirdi
ki,orqanizmd
ə orqanların fizioloji fəaliyyətini və onlar arasındakı funksional əlaqənin
yaradılmasını
ibtidai sinir fəaliyyəti təmin edir.İbtidai sinir fəaliyyəti baş beynin
qabıqaltı şöbələri və onurğa beyin tərəfindən icra olunur. olunur.Əsasən şərtsiz reflektor
reaksiyalar xarakterini daşıyır.Orqanizmin icra etdiyi daxili funksiyalarla xarici mühit
arasında vəhdətlik təşkil edən sinir fəaliyyətini Pavlov
ali sinir fəaliyyəti(ASF)
adlandırmışdır.O,ali sinir fəaliyyətinin əsas iş prinsipini və sinir mexanizmini şərti
refleksl
ərdə görür və hesab edirdi ki,fərdi həyatda qazanılan bu reflesklər insan və
heyvanların yeni təcrübə əldə etməyə və mühitə uyğunlaşmağa imkan verən universal
sinir mexanizmidir.
1863-cü ild
ə görkəmli rus fizioloqu İ.M.Seçenov heyvan və insanın ən mürəkkəb
davranışlarının beyində baş verən reflektor fəaliyyətin məhsulu olduğunu göstərən
f
ərziyyə irəli sürdü. Seçenovun fikirlərini Pavlov təcrübə yolu iləinkişaf etdirərək sübut
etmişdir.Ona görə də Pavlov ali sinir fəaliyyəti haqqında təlimin banisidir.
Ali sinir f
əaliyyəti haqında təlimin mahiyyəti nədən ibarətdir?
T
əcrübə obyekti kimi seçilmiş itlərdə ağız suyu və
mədə şirəsi həm itlərə qida
ver
əndə,həm onlar qidanı görəndə,iyini duyduqda,hətta onları qidalandıran adamın ayaq
s
əslərini eşitdikdə belə ifraz olunmağa başlayırdı.Pavlov bütün bu faktları analiz edərkən
bel
ə
qənaətə gəlir ki,hevanlarda və insanda anadangəlmə
reflekslərdən başqa,digər
refleksl
ər də mövcuddur.Bunlar həyat boyu qazanılır.Bu qazanılma reflekslər sayəsində
orqanizm
daim d
əyişməkdə olan xarici mühitin şəraitinə uyğunlaşa bilir. . Bu
mülahiz
ələrin doğruluğunu sübut etmək üçün yeni təcrübə metodları işləyib hazırlamaq
s
əbəb olunurdu.