Torpağin strukturu



Yüklə 243,09 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix25.04.2022
ölçüsü243,09 Kb.
#56318
  1   2   3   4   5   6   7
9.torpagin hava ve istilik rejimleri



 



IX 



Torpaqda istilik və hava rejmləri 

PLAN: 

1.Torpaqda istilik haqqında ümumi məlumat 

2.Torpaqda istiliyin mənbəyi 

3.Torpağın istilik xassələri 

4.Torpağın istilik rejimi 

5.Torpağın radiasiya və istilik balansı 

6.Torpağın istilik (temperatur) rejiminin tipləri 

7.Torpağın hava rejimi haqqında ümumi məlumat 

8.Sərbəst torpaq havasının tərkibi 

9.Torpaq havasının atmosferlə qaz mübadiləsi 

10.Torpağın hava rejimi və onun tənzimlənməsi 

 

Torpaq daim atmosferlə təmasda olub, atmosfer iqliminin təsirinə məruz qalır. Bu 



təsirin vacib elementi – torpağın səthinə daim günəş enerjisinin axıb gəlməsidir. Bu zaman 

enerjinin bir hissəsi torpaq tərəfindən udularaq onun qızmasına sərf olunur, qalan hissəsi 

isə  şüalanma  vasitəsilə  atmosferə  qaytarılır.  İstiliyin  torpağa  daxil  olması  və  onun 

atmosferə  verilməsi  –  dinamik  prosesdir.  Onların  günəş  radiasiyasının  axıb  gəlməsinin 

sutkalıq  və  mövsümi  dəyişkənliyindən  və  torpağın  özünün  xassələrindən  də  asılıdır. 

Torpağın istilik vəziyyəti onun horizontlarının temperatur göstəriciləri ilə səciyyələnir.  

Torpağa  istiliyin  daxil  olması,  hərəkəti,  akkumulyasiyası  və  verilməsi  ilə  bağlı 

hadisələrin  məcmusu  torpağın  istilik  rejimi  adlanır.  Torpağın  istilik  rejimi,  su  rejimi  ilə 

birgə  torpaqəmələgəlmə  proseslərinin  dinamikasını  müəyyən  edir.  Temperatur  kimyəvi, 

fiziki-kimyəvi,  biokimyəvi  və  bioloji  proseslərin  intensivliyinin    əhəmiyyətli  amili  kimi 

çıxış edir. Torpaqda müxtəlif birləşmələrin həll olması və çökməsi, mikroorqanizmlərin və 

torpaq faunasının həyat fəaliyyəti torpağın istilik rejimi ilə əlaqədardır. İstilik  – bitkinin 

böyüməsi və inkişafı üçün  əhəmiyyətli amildir. Kənd təsərrüfatı bitkilərinin böyüməsi və 

məhsuldarlığı,  xüsusən  də  toxumun  cücərməsi,  kök  sisteminin  inkişafı,  fotosintezin 

intensivliyi  torpağın  istilik    şəraitindən  asılıdır.  Torpağın  kifayət  qədər  istiliklə  təmin 

olunmaması bitkilərin məhsuldarlığını aşağı salan və hətta onların məhv olmasına gətirib 

çıxaran    əsas  amil  kimi  çıxış  edə  bilər.  Ona  görə  də  torpağın  istilik  rejiminin 

formalaşmasının  qanunauyğunluğunun  öyrənilməsi  və  onun  təmzimlənməsi  yollarının 

işlənməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Torpaqların  istilik  xassələri  və  istilik  rejimi 

A.P.Vaykov,  A.F.Çudnovskiy,  M.İ.Budıko,  A.M.Şulgin,  V.N.Dimo,  R.H.Məmmədov, 

A.P.Gərayzadə və başqaları tərəfindən hərtərəfli öyrənilmişdir.   

      Torpaqda istiliyin mənbəyi- Günəşin şüalanan enerjisi (günəş radiasiyası)  – torpaqda 

istiliyin  əsas  mənbəyidir.  Torpaq  az  miqdarda  da  olsa  istiliyi  Yerin  dərin  qatlarından 

(kimyəvi, bioloji və radioaktiv proseslər nəticəsində yaranan istilik) alır. Üzvi maddələrin 

(peyin,  bitki  qalıqları,    şəhər  məişət  tullantıları  və  s.)  parçalanması  nəticəsində  alınmış 

istilik parnik və örtülü qrunt şəraitində yetişdirilən tərəvəzçilikdə geniş istifadə olunur.  

Günəşin    şüalanan  enerjisi  torpağın  səthi  tərəfindən  udularaq,  istilik  enerjisinə 

çevrilir  və  torpağın  aşağı  horizontlarına  verilir.  Günəş  enerjisinin  bir  hissəsi  torpağın 

səthindən    əks  olunur.    Əgər  torpağın  səthində  temperatur  atmosferin  yer  səthinə  yaxın 

temperaturundan  yüksək  olarsa,  torpaq  günəş  radiasiyası  hesabına  akkumulyasiya  etdiyi 

istiliyi  verir.  Torpağın  səthi  tərəfindən  udulmuş  enerjinin  torpağın  səthindən    şüalanan 



 

enerjiyə nisbətindən asılı olaraq, torpağın səthi ya qızacaq, ya da soyuyacaqdır. Bu da öz 



növbəsində torpağın aşağı horizontlarının istilik vəziyyətinə təsir göstərəcəkdir. Torpağın 

üst  horizontları  ilə  aşağı  horizontlar  arasında  temperatur  fərqi  böyük  olduqca,  istiliyin 

ötürülməsi  daha  intensiv  şəkildə  baş  verəcək.  Ona  görə  torpağın  səthi  -  torpağın  istilik 

vəziyyətini formalaşdıran  əhəmiyyətli  şərtdir. Torpağın səthi tərəfindən udulan və  əks 

olunan  istiliyin  miqdarı  onun  bir  sıra  göstəricilərindən  –  rəngindən,  aqreqatlığından, 

nəmliyindən və s.  asılıdır.  

Torpağın  səthinə  axıb  gələn  günəş  radiasiyasının  miqdarı    ərazinin  coğrafi 

mövqeyindən  və  relyef  şəraitindən,  həmçinin  ilin  və  sutkanın  vaxtından  və  atmosfer 

vəziyyətindən (buludluluqdan, havanın açıqlığından və s.) asılıdır. Şimal yarımkürəsində 

şimaldan cənuba hərəkət etdikcə günəş radiasiyasının miqdarı artır.  

Mülayim  enliklərdə  günortaya  yaxın  saatlarda  günəş  radiasiyasının  axını  hamar 

səthdə dəqiqədə 0,8-1,5 kal /sm2 təşkil edir. Torpağın səthinin xüsusiyyətləri ilə yanaşı, 

torpağın istilik  xassələri  də onun  temperatur  vəziyyətinə, qızmasına  və  soyumasına  təsir 

göstərir.   

         Torpağın  istilik  xassələri-Torpağın  istilik  xassələrinə  -  torpağın  istilik  udma 

qabiliyyəti, torpağın istilik tutumu və torpağın istilik keçiriciliyi daxildir. Torpağın istilik 

udma  qabiliyyəti    –  torpağın  günəşin    şüalanan  enerjisini  udma  qabiliyyətidir.  O, 

Albedonun  (A)  miqdarı  ilə  səciyyələnir.    Albedo  –    torpaq  səthindən    əks  olunan  qısa 

dalğalı  günəş  radiasiyasının  miqdarıdır  və  ümumi  günəş  radiasiyasından  %-lə    ifadə 

olunur. Albedonun miqdarı nə qədər az olarsa, torpaq bir o qədər çox  günəş radiasiyasını 

udmuş  olar.  Albedo  torpağın  rəngindən,  nəmliyindən,  struktur  vəziyyətindən,  torpaq 

səthinin hamarlığından və bitki örtüyündən asılıdır.  

Qara  və  humusla  zəngin  torpaqlar  günəş  enerjisini  açıq  rəngli  torpaqlarla 

müqayisədə daha çox udurlar, eynilə nəm torpaqlarla müqayisədə quru torpaqlarda günəş 

enerjisi az udulur.  İstilik tutumu (C) – torpağın istilik udma qabiliyyətidir. İstilik tutumu 

kütlə vahidilə 1q və ya həcm vahidi ilə 1 sm

3

 torpağı 10C qızdırmaqdan ötrü zəruri olan 



istiliyi ilə səciyyələnir və kalori  miqdarı ilə ifadə edilir.  

Bununla  əlaqədar  çəki  (və  ya  xüsusi)  istilik  tutumu  və  həcm  istilik  tutumu  bir-

birindən  fərqləndirilir.  Torpağın  istilik  tutumu  onun  mineraloji  və  qranulometrik 

tərkibindən,  tərkibindəki  üzvi  maddənin  miqdarından,  torpağın  nəmliyindən, 

məsaməliyindən və havanın miqdarından asılıdır.  

Torpağın mineral və üzvi komponentləri ilə müqayisədə suyun istilik tutumu daha 

yüksək  olduğundan,  nəm  torpağın  temperaturunun  yüksəlməsindən  ötrü  quru  torpaqla 

müqayisədə daha çox istilik tələb olunur. Nəm torpaqlar yavaş-yavaş qızır və yavaş-yavaş 

da soyuyur.  Quru torpaqlar  isə  əksinə,  tez  qızır və tez  də soyuyur.  Nəm  halında  yüksək 

istilik  tutumuna  malik  gilli  torpaqlar  qumlu  torpaqlardan  fərqli  olaraq  yazda  tədricən 

qızırlar. Payızda yüksək nəmlik şəraitində onlar tədricən soyuyur və qumlu torpaqlardan 

isti  olur.  Suvarma  və  becərmədən  istifadə  etməklə  torpağın  nəmliyini  və  məsaməliyini 

dəyişmək, bununla da torpağın temperaturunu tənzimləmək mümkündür.  

Torpağın  istilik  keçiriciliyi  –  torpağın  istilik  keçirmək  qabiliyyətidir.  Bu  torpağın 

çox    əhəmiyyətli  xassəsidir.  Istiliyin  bir  qatdan  digər  qata  ötürülməsi  torpağın  bu 

xassəsindən asılıdır. Torpağın istilik keçiriciliyi 1 saniyə ərzində qalınlığı 1sm olan 1sm

3

 

 torpaqdan  keçən  kalori  ilə  ifadə  olunmuş  istiliklə  ölçülür.  Torpaq  çox  fazalı  sistem 



olduğundan, onu təşkil edən maddələrin (su, hava, üzvi maddələr, bərk hissəciklər və s.) 

istilikkeçiriciliyi müxtəlifdir. 




 

            



           Torpağı təşkil edən maddələrin və ayrı-ayrı mineralların istilik keçiriciliyi  


Yüklə 243,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin