aerasiya öz aralarında və atmosferlə əlaqəsi olan məsamələr vasitəsilə hayata keçirilir.
Qaz mübadiləsi amillərinə aşağıdakılar daxildir: diffuziya, havanın yağıntılar və ya
suvarma suyu vasitəsilə torpağa daxil olması, torpağın temperaturunun və atmosfer
təzyiqinin dəyişməsi, küləyin təsiri, qrunt suyunun və ya yuxarı qat suyun səviyyəsinin
Diffuziya – qazların parsial təzyiqə uyğun olaraq yer dəyişməsidir. Torpaq
havasında atmosferlə müqayisədə oksigen çox, karbon qazı az olduğundan, diffuziyanın
təsiri altında oksigenin torpağa fasiləsiz daxil olması və karbonun atmosferə atılması üçün
şərait yaranır. Suyun yağış və suvarma vasitəsilə torpağa daxil olması torpaq havasının
sıxlaşmasına, onun bayıra sıxışdırılmasına və atmosfer havasına qarışmasına səbəb olur.
Torpaq temperaturunun və atmosfer təzyiqinin, külək və qrunt suyunun səviyyəsinin
dəyişməsi torpaq havasının dəyişməsinə və nəticədə də havanın torpaqdan atmosferə və ya
Qaz mübadiləsinin nəzərdən keçirilən bütün amilləri təbii şəraitdə birgə fəaliyyət
göstərir, lakin bunlar içərisində diffuziya əsas amil hesab olunur. Sərbəst havadan fərqli
olaraq qazların torpaqda diffuziyası tədrici baş verir. Ona görə də torpaqdakı diffuziya
əmsalının (D) həmin qazın atmosferdə diffuziya əmsalına (Do) nisbəti həmişə vahiddən
10
azdır. Əgər CO
2
–nın diffuziya əmsalı 0,009 sm
2
/san-dən kiçikdirsə, normal aerasiyanın
son həddi hesab olunur. Bu göstəricidən aşağı olması qaz mübadiləsinin çətinləşdiyini
göstərir.
Qaz mübadiləsinin vəziyyəti torpağın hava xassələri ilə müəyyən edilir. Torpağın
hava xassələrinə hava keçiriciliyi və hava tutumu aid edilir. Torpağın hava keçiriciliyi –
torpağın özündən hava buraxma qabiliyyətidir. O, zaman vahidi ərzində təzyiq altında
qalınlığı 1 sm, sahəsi 1 sm
2
torpaq kəsiyindən keçən havanın miqdarı ilə (ml-lə) ölçülür.
Torpağın hava keçiriciliyi nə qədər yüksək olarsa, onda qaz mübadiləsi bir o qədər yaxşı
və torpaq havasında oksigenin miqdarı çox və karbon qazının miqdarı az olacaqdır.
Torpağın hava keçiriciliyi onun qranulometrik tərkibindən, sıxlığından, nəmlik və
strukturundan asılıdır. Hava torpaqda su ilə dolmamış və bir-birindən izolə olunmamış
məsamələrlə hərəkət edir. Aerasiya məsamələri nə qədər böyük olarsa, onun hava
keçiriciliyi bir o qədər yaxşı olacaqdır. Strukturlu torpaqlarda, kapilyar məsamələrlə
yanaşı qeyri-kapilyar məsamələr də kifayət qədərdir. Bu da onlarda hava keçiriciliyi üçün
əlverişli şərait yaradır.
Torpağın hava tutumu torpaqda havanın miqdarı ilə səciyyələnir və %-lə ifadə
olunur. Torpaqda havanın miqdarı onun nəmliyindən və torpağın məsaməliyindən asılıdır.
Torpaqda məsaməlik nə qədər çox və nəmlik az olarsa, torpaq özündə bir o qədər çox
hava saxlamış olar. Maksimal hava tutumu quru torpaqlar üçün səciyyəvidir və onun
həcmi torpaqdakı ümumi məsamələrin həcminə bərabərdir. Lakin təbii şəraitdə torpaq
həmişə özündə bu və ya digər miqdarda su saxlayır. Ona görə də torpaqda hava
tutumunun həcmi çox dinamikdir.
Hava-quru şəraitdə torpağın hava tutumunun həcmi ümumi məsaməliyin həcmi ilə
hiqroskopik nəmliyin həcminin fərqinə bərabərdir. Torpağın ən az su tutumuna uyğun
gələn və qeyri-kapilyar məsaməliyin analoqu olan hava tutumu xüsusi əhəmiyyət kəsb
edir. Əgər hava ilə dolmuş məsamələrin həcmi ən az nəmlik tutumundan 15% azdırsa,
onda torpağın aerasiyası torpaq havasının əlverişli tərkibini təmin etmək üçün kifayət
deyildir. Qaz mübadiləsi üçün optimal şərait havanın miqdarı mineral torpaqlarda 20-
25%, torflu torpaqlarda 30-40% olarkən yaranır.
Dostları ilə paylaş: