Torpağin strukturu


Torpağın  radiasiya  və  istilik  balansı-



Yüklə 243,09 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix25.04.2022
ölçüsü243,09 Kb.
#56318
1   2   3   4   5   6   7
9.torpagin hava ve istilik rejimleri

Torpağın  radiasiya  və  istilik  balansı-  Torpaq  səthinə  düşən  günəş  enerjisinin  bir 

hissəsi  torpaq  tərəfindən  udulur,  bir  hissəsi  isə  atmosferə  əks  olunur.  Torpağın  səthi 

tərəfindən  udulan  və    əks  etdirilən  günəş  radiasiyasının  mədaxili-məxarici  torpağın 

radiasiya  balansı  adlanır.  Radiasiya  balansının  mədaxil  hissəsini  düz  və  səpələnən  qısa 

dalğalı  günəş  radiasiyası  (Q

p

),  həmçinin  atmosferin  uzun  dalğalı    əksşüalanması  (Q



d

təşkil  edir.  Balansın  məxaric  hissəsi  –  səthdən    əks  olunmuş  qısa  dalğalı  radiasiyadan 



(Q

əks


),  səthin  uzun  dalğalı  temperatur    şüalanmasından  (Q

şüa


)  ibarətdir.  Radiasiya 

balansının bərabərliyi aşağıdakı şəkli almış olur:  

   

                                                 Tb = Q



p

 + Q


d

 – Q


əks

 – Q


şüa

  

  



Radiasiya balansı mənfi və ya müsbət ola bilər. Bununla torpaq səthinin qızması və 

soyuması  təyin  edilir.  Radiasiya  balansı  üçün  sutkalıq  və  illik  dövrilik  səciyyəvidir. 

Günorta saatlarında o maksimal, gecə saatlarında minimal (mənfi) göstəriciyə malik olur; 

illik tsikldə maksimal göstərici yayda, minimal göstərici isə qışda müşahidə edilir. Torpaq 

səthinə  çatmış  günəş  radiasiyası  istilik  enerjisinə  çevrilir.  Ona  görə  də  radiasiya  balansı 

torpağın  istilik  balansının,  yəni  onun  səthində  istiliyin  mədaxil  və  məxaricinin 

formalaşmasında böyük əhəmiyyətə malikdir.  

İstilik  balansı  aşağıdakı  elementlərdən  ibarətdir:  radiasiya  balansının  göstəricisi 

(Tb);  nəmliyin  transpirasiyasına  və  fiziki  buxarlanmasına  sərf  olunan  istilik  (Tt)  - 

torpaqdakı  nəmliyin  miqdarından  asılı  olub,  radiasiya  balansının  70-80%-ni  təşkil  edir; 

torpağın səthi ilə onun dərin qatları arasında istilik mübadiləsinə sərf olunan istilik (Tp) – 

sutkalıq və illik tsikldən asılı olub, burada istilik axını səthdən torpağın dərinliyinə (illik  

tsikldə - yayda, gündəlik tsikldə - gündüz) və əksinə dərinlikdən səthə (illik tsikldə - qışda, 

gündəlik  tsikldə  -  gecə)  hərəkət  edə  bilər;  havanın  qızmasına  sərf  olunan  istilik  (Tk). 

Enerjinin saxlanma qanununa uyğun olaraq, hər an torpağın səthinə daxil olan  istilik onun 

sərfinə bərabərdir. Ona görə də istilik balansı aşağıdakı şəkli almış olur:  

  



 

Tb + Tt + Tp + Tk = 0 



  

İstilik  balansına  müvəqqəti  amillər  də,  məsələn,  temperaturu  torpağın  səth 

temperaturundan yüksək və aşağı olan yağışın düşməsi, qarın  əriməsi və s. təsir göstərə 

bilər.  İstilik balansı həmçinin torpağın coğrafi mövqeyindən, relyefdən, ilin fəslindən və 

günün  saatından,  torpağın  xassələrindən,  bitki  örtüyündən,  meteoroloji  şəraitdən    və  s. 

asılıdır.  

Torpağın istilik (temperatur) rejiminin tipləri. Orta illik temperaturdan və torpağın 

donma  xüsusiyyətindən  asılı  olaraq  V.N.Dimo  (1972)  torpağın  temperatur  rejiminin  4 

tipini  ayırır:  donuşlu,  uzun  müddətli  mövsümi  donan,  mövsümi  donan,  donmayan. 

Temperatur  rejiminin    donuşlu  tipi  torpaq  profilinin  orta  illik  temperaturunun  mənfi 

göstəriciyə  malik  olduğu  yerlər  (Avrasiya  qütb  və  donuşlu-tayqa  vilayətlərinin  bir  sıra  

əyalətləri  )  üçün  səciyyəvidir.  Bu  cür  torpaqlarda  daimi  donuşluq  süxurlarının  yuxarı 

sərhədinə  qədər  torpaq  nəmliyinin  donması  ilə  müşahidə  edilən  soyuma  prosesləri 

üstünlük  təşkil  edir.  Temperatur  rejiminin  uzun  müddətli  mövsümi  donan  tipi  torpaq 

profilində müsbət orta illik temperaturun üstünlük təşkil etdiyi ərazilərdə müşahidə edilir. 

Mənfi temperaturun daxil olduğu dərinlik 1 m-dən az, həmçinin donmanın müddəti də 5 

aydan qısa deyildir.  Temperatur rejiminin mövsümü donan tipi torpaq profilinin orta illik 

müsbət temperaturu ilə seçilir. Torpaq profilinin mövsümi donması 5 aydan çox deyildir. 

Ana süxur donmur. Temperatur rejiminin  donmayan tipi torpaq profilinin donmasının və  

şaxtaların müşahidə edilmədiyi   ərazilərdə yayılmışdır. Bura subtropik və tropik qurşağın 

torpaqları aid edilir. İstilik rejiminin tənzimlənməsi. Kənd təsərrüfatı praktikasında istilik 

rejiminin  tənzimlənməsi  bitkinin  böyüməsi  üçün  optimal    şəraitin  yaradılmasının  

əhəmiyyətli    şərtlərindən  biridir.  Torpaqların  istilik  rejiminin  yaxşılaşdırılması  günəş 

radiasiyası axınını tənzimləyən tədbirlərin həyata keçirilməsinə əsaslanır. Bu tədbirlər iki 

istiqamətdə aparılır; günəş radiasiyasının torpağa daxil olmasını zəiflədən tədbirlər və ya  

əksinə günəş radiasiyasının torpağa daxil olmasını gücləndirən tədbirlər.  

Torpağın  izafi  nəmləndiyi  və  günəş  radiasiyasının  az  daxil  olduğu    şimal 

rayonlarında  (Avrasiya  və  Amerikanın  subboreal  və  boreal  zonalarında)  yay  vaxtı  bu 

tədbirlər  torpağın  temperaturunu  qaldırmaq,  cənub  quraq  rayonlarda  isə  əksinə 

temperaturu aşağı salmaq məqsədi güdür.  

Torpaq  səthində  Günəş  istiliyi  axınının  tənzimlənməsinə  bitkilərin  torpağa  kölgə 

salması, mulça, bəzi becərmə üsulları (yumşaltma və torpaq səthinin bərkidilməsi), şırımlı 

və ləkli əkmələr aid edilir. Bitki örtüyü torpağın səthinə kölgə salır, ona daxil olan günəş 

enerjisini  zəiflədir  və  temperaturun  aşağı  düşməsinə  səbəb  olur.  Ona  görə  də  isti  

ərazilərdə  bir  sıra  bitkiləri  (tütün,  qəhvə)  ağacların  kölgəsi  altında    yetişdirirlər.  Yay 

dövründə  tarlaqoruyucu  meşə  zolaqları  torpağın  temperaturunu  təkcə  zolaq  ərazisində 

deyil, zolaqlararası sahələrdə də aşağı salır.  

Torpağın  becərilməsi  və  torpaq  səthinin  yumşaldılması  torpaqda  istilik 

mübadiləsinin  sürətlənməsinə  səbəb  olur.  Torpağın  yumşaldılması  onun  istilik 

keçiriciliyini  artırır  və  şüa  keçirmə  qabiliyyətini  aşağı  salır.  Bu  üsul  torpaqda  istiliyin 

gündüz saatlarında aşağı düşməsinə, gecə istiliyin saxlanmasına köməklik edir. Suvarma – 

torpağın  temperatur  rejiminin  tənzimlənməsinin    ən  səmərəli  yollarından  biridir.  Bu 

zaman torpağın üst horizontlarının temperaturu  əhəmiyyətli dərəcədə aşağı düşür. Torflu 

bataqlı  torpaqların  qurudulması  üst  horizontların  temperaturunun  yay  dövründə  gündüz 

saatlarında  qalxmasına  və  gecələr  qurudulmamışlarla  müqayisədə  bir  qədər  aşağı 



 

düşməsinə  səbəb olur.  İstilik  rejiminin  tənzimlənməsinin  radikal  üsullarından biri də qış 



dövründə  qar  meliorasiyasının  tətbiqidir.  Qarın  süni  surətdə  tarlada  saxlanması  –  eyni 

zamanda  nəmliyin  tarlada  toplanmasının  əhəmiyyətli  vasitəsidir.  Bu  üsul  bir  sıra 

ölkələrdə,  xüsusən  də  Rusiyanın  cənub  quberniyalarında,  Qazaxıstan  və  digər  ərazilərdə 

geniş tətbiq edilir. Bu ərazilərdə qar örtüyü  yuxa olur, şaxtalar isə özünü kəskin şəkildə 

göstərir. Qar örtüyünün bu cür süni surətdə tarlada saxlanması torpaqda mənfi temperaturu 

və onun dərinliyini aşağı salır, payız  əkinlərini şaxtavurmadan qoruyur.  

Torpağın  temperatur  rejiminin  tənzimlənməsi  tədbirləri  torpaq-iqlim  və  hava  

şəraiti, həmçinin becərilən bitkilərin xüsusiyyəti nəzərə alınmaqla həyata keçirilməlidir.  

Tərəvəzçilikdə  torpağın  istilik  rejimini  yaxşılaşdırmaqdan  ötrü  bioyanacaqdan,  elektrik, 

uxar  və  su  qızdırıcılarından  istifadə  edilir.  Bioyanacaq  kimi  istixanalarda  20-25  sm 

dərinlikdə  qazılmış  xəndəyə  peyin  və  ya  kompost    kütləsi  doldurulur.  Bu  kütlə 

parçalandıqca  temperatur  70

0

  C-ə  kimi  qalxır  ki,  nəticədə  torpaq-qruntun  fəal  hissəsi 



qızmış olur.  İstixanalarda torpağı su və buxar qızdırıcıları ilə qızdırmaqdan ötrü torpağın  

altında 40-70 sm dərinlikdə borular basdırılaraq, onlara isti su və buxar buraxılır. 

 


Yüklə 243,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin