Torpağin strukturu



Yüklə 243,09 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix25.04.2022
ölçüsü243,09 Kb.
#56318
1   2   3   4   5   6   7
9.torpagin hava ve istilik rejimleri

TORPAQ HAVASI   

Torpaq havası və ya torpağın qaz fazası – torpağın  əhəmiyyətli hissəsi olub, onun 

bərk, maye və canlı fazaları ilə sıx qarşılıqlı təsirdədir. Torpaq havası sudan azad torpaq 

məsamələrini dolduran qaz və uçucu üzvi maddələrin qarışıqlarından ibarətdir. Torpağın 

tərkibində  kifayət  qədər  havanın  olması  və  onun    əlverişli  tərkibi  torpağın  həyatında  və 

məhsulun formalaşmasında su və qida elementləri qədər əhəmiyyətlidir.  

Torpağın qaz fazasının  əsas mənbəyi  atmosfer havası və torpağın özündə yaranmış 

qazlardır.  Atmosfer  havasından  torpağa  bitki  köklərinin,  aerob  mikroorqanizmlərin  və 

torpaq  faunasının  tənəffüsü  üçün  vacib  olan  oksigen  daxil  olur.  Tənəffüs  prosesində 

oksigen  udularaq,  əvəzində  karbon  qazı  buraxılır.  Əksər  bitkilər  kök  sisteminə  fasiləsiz 

oksigen daxil olmadan və  karbon qazı torpaqdan kənarlaşmadan yaşaya bilməz. Torpağı 

atmosfer  havasından  tam  təcrid  etmək  mümkün  olarsa,  oksigen  bir  neçə  gün    ərzində 

tamamilə sərf olunacaqdır. Ona görə də torpaq havası atmosfer havası ilə yalnız fasiləsiz 

mübadilə    şəraitində  canlı  orqanizmləri  oksigenlə  təmin  edə  bilir.    Torpaq  havasının 

atmosfer havası ilə mübadiləsi prosesi qaz mübadiləsi və ya aerasiya adlanır.  

Torpaq  havasında  oksigen  qıtlığı  və  karbonun  izafi  çoxluğu  şəraitində  bitkilərin 

inkişafı  dayanır.  Köklərin  böyüməsi  zəifləyir,  su  və  qida  maddələrinin  udulması  aşağı 

düşür. Oksigenin olmaması köklərin məhv olmasına və bitkinin ölməsinə gətirib çıxarır. 

Bitkiyə  bilavasitə  təsir  etməklə  yanaşı,  oksigen  qıtlığı  torpaqda  reduksiya  prosesləriinin 

inkişafına  səbəb  olub  dolayısı  ilə  bitkinin  məhsuldarlığına  da  təsir  göstərir.  Beləliklə, 

torpağın  aerasiyası  torpağın  məhsuldarlığını  müəyyən  edən    əhəmiyyətli  amildir.  Qaz 

fazasının  torpağın  həyatında  müstəsna  roluna  baxmayaraq,  o  kifayət  qədər 

öyrənilməmişdir.  Bir  çox  torpaqların  su  və  qida  maddələri  ilə  yaxşı  təmin  olunmasına 

baxmayaraq,  zəif  aerasiya  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığını  məhdudlaşdıran 

əsas  amilə  çevrilmişdir.  Torpaq  havası  torpaqda  üç  formada  olur:  sərbəst,  adsorbsiya 

olunmuş  və  həll  olunmuş.  Sərbəst  torpaq  havası  torpağın  kapilyar  və  qeyri-kapilyar 

məsamələrində  yerləşir,  mütəhərrikdir,  torpaqda  sərbəst  hərəkər  edir  və  atmosfer  havası 

ilə mübadilə olunur. Torpaqların aerasiyasında, praktiki olaraq həmişə sudan azad qeyri-

kapilyar məsamələr daha böyük  əhəmiyyət kəsb edir. Gillicəli və gilli torpaqlarda sərbəst  

havanın  bir  hissəsi nəmlik  zamanı  su  tıxacları  vasitəsilə təcrid  olunaraq  öz  bütövlüyünü 

itirir.  Bu  cür  hava  sıxılmış  hava  adlanır.  Bu  cür  havanın  torpağın  aerasiyasında  



 

əhəmiyyəti azdır. Sıxılmış hava orta hesabla torpağın həcminin 5-8%-ni təşkil edir. Gilli 



torpaqlarda sıxılmış hava 12%-dən çox ola bilir.  

Həllolmuş  torpaq  havası  –  torpaq  suyunda  həll  olmuş  qazlardır.  Torpaq  suyunda 

qazların həll olması onların sərbəst torpaq havasında konsentrasiyasının artması, həmçinin 

torpaq temperaturunun aşağı düşməsi ilə artır. Suda ammonyak, kükürd və karbon qazları 

daha  yaxşı həll olur. Həllolmuş qazlar yüksək fəallıq nümayiş etdirir. Torpaq məhlulunun 

CO2   doyması karbonatların, gips və başqa mineral birləşmələrin həllolma qabiliyyətini 

yüksəldir. Həllolmuş oksigen torpaq məhlulunun oksidləşmə xassəsini gücləndirir.  

Həllolmuş  oksigenin  torpaqdakı  ehtiyatı  doldurulmayanda  tez  bir  zamanda  sərf 

olunur.  Torpağın  temperaturundan  və  ondakı  biokimyəvi  proseslərin  fəallığından  asılı 

olaraq  torpaq məhlulunda həllolmuş oksigenin miqdarı 0- 14 mq/l arasında tərəddüd edir. 

Torpaq məhlulunun oksigenlə yüksək doyma dərəcəsi  yazın əvvələrində müşahidə edilir. 

Bu vaxt torpaq su ilə doyur, lakin bioloji fəallığın hələ zəif olması səbəbindən suyun sərfi 

kiçik olur. Bitki köklərinin oksigenə tələbi başlıca olaraq torpaqla atmosfer arasında daim 

aerasiyanı həyata keçirən sərbəst torpaq havası hesabına ödənilir.    

          


Yüklə 243,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin