6.4. Dünya Ticarət Təşkilatının
təsis edilməsi
160. Dünya Ticarət Təşkilatı (World Trade Organisation) GATT-in (1947) həm
maddi hüquqi, həm
də institusional mexanizmi əsasında yaradılmış, dünyada baş verən qloballaşma, iqtisadiyyatların
bir-birinə inteqrasiyası proseslərinin önündə gedən, yarandığı vaxtdan etibarən əhatə dairəsini
ticarətin geniş bir sferası ilə,
o cümlədən
, ticarətlə yanaşı iqtisadiyyatın xidmət, əqli mülkiyyət,
investisiya və digər sahələri hesabına genişləndirən beynəlxalq müqavilə əsaslı təşkilatdır.
Dünyanın ümumi ticarət dövriyyəsinin 95%-nı əhatə edən və 150 dövlətin üzv olduğu
bu təşkilat
həmin dövlətlər üçün ümumi iqtisadi əməkdaşlıq prinsiplərinin qurulması, yeni ticarət qaydalarının
formalaşdırılması və mübahisələrin həlli mexanizmi üçün çoxtərəfli ticarət danışıqları formudur.
Hazırda dövlətlərin əksəriyyəti öz fəaliyyətlərini Dünya Ticarət Təşkilatının qayda-qanunlarına
uyğunlaşdırırlar. Qəbul edilən öhdəliyə görə, Dünya Ticarət Təşkilatının hər bir üzvü öz daxili hüquq
qaydasını müvafiq çoxtərəfli ticarət öhdəliklərinə uyğun olaraq nizama salmalıdır (m. XVI, b.4).
GATT-1947 ilə müqayisədə Dünya Ticarət Təşkilatı onun bir çox problemlərini və nöqsanlarını
istisna edir.
161. Dünya Ticarət Təşkilatının əsas xüsusiyyəti onun beynəlxalq müqavilə əsasında yaradılmışdır.
1994-cü il Uruqvay raundunun Yekun Aktında təsbit edilən və 16 maddədən ibarət olan Mərakeş
sazişi onun hüquqi əsasını təşkil edir. Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə özündə müxtəlif
saziş və əlavələri əks etdirən Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş (Əlavə 1A); Xidmətlərlə
ticarət
üzrə Bazş Saziş (Əlavə 1B); Əqli mülkiyyət hüququnun ticarət aspetləri üzrə Saziş (Əlavə 1C);
Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş (Əlavə 2); Ticarət siyasətinin icmalı
mexanizmi (Əlavə 3); Məhdud saylı iştirakçılarla çoxtərəfli ticarət sazişləri (Əlavə 4) və d. bəyanat
və razılaşmalar daxildir. Bütövlükdə təşkilatın hüquqi bazasını 1995-ci ilin yanvarın 1-dən qüvvəyə
minən 50-yə yaxın sənəddən ibarət Uruqvay raundunun sazişlər paketi təşkil edir.
162. Dünya Ticarət Təşkilatının istər fəaliyyətinin səmərəliliyi, istərsə də sturuktur baxımından
GATT-1947-dən fərqləndirən bir sıra əhəmiyyətli xüsusiyyətləri mövcuddur. Əgər GATT çoxtərəfli
fəaliyyətin nəticəsində
de facto təşkilat statusu əldə etmişdirsə, başqa sözlə kvazibeynəlxalq
təşkilat
kimi
fəaliyyət göstərirdisə
, Dünya Ticarət Təşkilatı beynəlxalq hüquqi şəxs statusuna
malikdir (m.VIII).
Əgər GATT ilkin dövrlərdə yalnız beynəlxalq saziş kimi diqqəti cəlb edirdisə və demək
olar ki, heç bir struktura malik deyildisə, bunun əksinə olaraq Dünya Ticarət Təşkilatı təsis
edildiyi andan beynəlxalq iqtisadi təşkilat kimi meydana gəlmişdir.
GATT-1947 yalnız beynəlxalq əmtəə ticarətində tətbiq olunurdusa, Dünya Ticarət Təşkilatı
daha geniş sahəni – “görünməyən” xidmətlərlə ticarəti, investisiya, əqli mülkiyyətin ticarət
aspektləri, valyuta-maliyyə münasibətləri ilə bağlı məsələləri əhatə edir.
Keçmiş GATT təcrübəsindən fərqli olaraq Mərakeş konfransında iştirakçı dövlətlər üçün
vahid öhdəliklər (single undertaking) müəyyən edilir və bu
öhdəliklərə qeyd-şərt etmək
yolverilməzdir. Əvvəlki “sərbəst hərəkətin” yaranmasına səbəb olmuş
pick and
choose siyasəti istisna edilir və iştirakçı dövlətlər Dünya Ticarət Təşkilatının paketinə daxil
olan hər bir çoxtərəfli ticarət müqaviləsinə əməl etmək öhdəliyini qəbul etmişdir. Başqa
sözlə Dünya Ticarət Təşkilatının təsis edilməsilə çoxtərəfli ticarətin beynəlxalq hüquqi
rejimi formalaşdırılmış, Dünya Ticarət Təşkilatının özü isə bu ticarətin tənzimlənməsini
həyata keçirmək səlahiyyəti əldə etmişdir.
“Sərbəst seçim” adlandırılan əlavə imtiyazın istisnası Dünya Ticarət Təşkilatının
bütün yeni
üzvlərinə də şamil edilən “öhdəliklərin yerinə yetirilməsi haqqında vəzifə”ni meydana
gətirmişdir. Faktiki olaraq tədricən ticarətin liberallaşması kimi ümumi öhdəlik qəbul edilir
(m.XIV, b.2).
Dünya Ticarət Təşkilatına daxil olmanın hansı üstünlüyə gətirib çıxaracağını müəyyən
etmək üçün birinci növbədə Dünya Ticarət Təşkilatının fuksiyasını, hüquqi təbiətini,
müqavilələr sisteminin xaraqterini bilmək lazımdır. Təsisi sənədlərinə uyğun olaraq Dünya
Ticarət Təşkilatı beynəlxalq ticarət üçün ümumi
institutusional təsisat olaraq
, çoxtərəfli
ticarət danışıqları üçün vahid forumdur. Dünya Ticarət Təşkilatı mümkün iqtisadi
böhranların qarşısını almaq üçün qabqlayıcı tədbirləri təmin
edən universal beynəlxalq
ticarət təşkilatıdır.
Dünya Ticarət Təşkilatının hüquqi təbiəti, xaraqteri ilə bağlı növbəti fikirləri qeyd etmək
olar:
- Dünya Ticarət Təşkilatı müəyyən idarəetmə sturukturuna, aparatına malik olan, formal
hüquqi beynəlxalq təşkilatdır;
- beynəlxalq hüquqa müvafiq olaraq bütün immunitet və imtiyazlara malikdir;
- beynəlxalq ticarət münasibətlərinin tənzimlənməsini və ona nəzarəti təmin
edən effektiv
universal beynəlxalq hüquqi mexanizmdir;
- Dünya Ticarət Təşkilatı formal olaraq BMT-nin ixtisaslaşdırılmış orqanları sisteminə aid
deyil və müvafiq qurumlarla qarşılıqlı münasibətlərini beynəlxalq sazişlərlə həyata keçirir;
- Dünya Ticarət Təşkilatı dövlətüstü xüsusiyyətə və birbaşa beynəlxalq hüquq yaratma
keyfiyyətinə, funksiyasına malik olmasa da, onun sisteminə daxil edilən
hüquqi sənədlərin
məcmusu Dünya Ticarət Təşkilatının hüququnu formalaşdırıb.