İnternet – transmilli kompüter şəbəkələrinin birləşməsi olub, IP-protokolu və verilənlərin paketlərinin marşrutlaşdırılması bazasında qurulmuş beynəlxalq şəbəkədir. İnternet müxtəlif protokollarla işləyir, bütün növ mümkün kompüterlərin birləşməsini təmin edir, telefon naqilləri, optik kabellər, radiomodemlər və sputniklər vasitəsilə məlumatların ötürülməsini həyata keçirir.
Eyni zamanda qeyd edilməlidir ki, internet – müxtəlif növ kompüter şəbəkələrini özündə birləşdirən qlobal informasiya şəbəkəsidir. Başqa sözlə, internet – ən yeni texnologiyalara əsaslanan, geniş spektrdə informasiya və kommunikasiya ehtiyatlarına malik olan qlobal informasiya fəzasıdır. İnternet çox böyük həcmdə məlumatları özündə saxlayır, WWW və digər verilənlərin mübadiləsi sistemləri üçün fiziki baza rolunu oynayır. İnternet şəbəkəsini bəzən beynəlxalq şəbəkə, bəzən qlobal şəbəkə, bəzən isə sadəcə şəbəkə adlandırırlar.
Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 255.255.100.123 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.
1. İnternet üzərində öz saytını saxlamaq istəyən abc firması, ya da şəxsi, özünə aid bir sahə (domain) adı seçir. Bizim misalda ise bu sahə adı abc.com olsun.
Daha sonra adam ya da firma, sahə adı qeydi edə bilən bir firmaya gedərək (Registrar), özü üçün təyin etmiş olduğu sahə adını, müəyyən bir müddət üçün (1 ildən az olmamaq şərti ilə) qeydə etdirir.
2. Necə ki, bir yerə getmək üçün, gedəcəyimiz yerin ünvanına ehtiyac varsa;, virtual dünya olan İnternetdə də bir sayta daxil etmək üçün o saytın ünvanına ehtiyacımız var .. İnternet üzərindəki serverlərin ünvanları IP (Internet Protocol) deyilən hər biri 0. .255 arasında olan 4 pillədə ibarətdir (Məs: 10.23.12.5; 192.168.5.3 kimi).
İnternet istifadəçilərinin girmək istədikləri veb saytlarının IP ünvanlarını ağıllarından tutmaları çox çətin olacağı üçün, İnternet üzərində sahə adı - IP ünvanı dəyişməsinə kömək edən xidmətlər yer almaqdadır. Bu xidmətlərə DNS (Domain Name Services - Alan Adı Xidməti) adı verilir. DNS'ler özlərinə soruşulan domen adlarını IP ünvanlarını soruşan istifadəçilərə verərlər.
Sahə Adı IP ünvanı
abc.com 13.56.11.120
vyz.com 168.32.45.11
bcg.net 89.86.10.51
... ...
DNS cədvəli: Məntiqi göstəri
Bu səbəbdən domain adınızı qeydiyyatdan keçərkən, hansı DNS serverində adınıza aid IP ünvanı tapılacaq və qeyd edən firmaya (registrar'a) bu məlumat verilir. Beləcə sizin sahə adınıza aid IP ünvanı, bütün dünyadakı İnternet istifadəçiləri tərəfindən istifadə edilə biləcək vəziyyətə gəlir.
3. İnternet istifadəçisi www.abc.com səhifəsi girmək istədiyi zaman, internet skanerinin (İnternet Explorer, Firefox, Opera vs.) adres çubuğuna www.abc.com yazır. İnternet üzərindəki ünvanlama yuxarıda izah edildiyi kimi IP əsaslı olduğu üçün brauzerin bu domen adının IP ünvanını öyrənməsi lazımdır. Ögrenmek üçün isə, istifadəçi kompüterində tərifli olan DNS serverinə gedərək, abc.com 'un IP ünvanını soruşar.
4. DNS serverindən cavab olaraq abc.com 'un IP ünvanının məlumatını alar
5. Bu əməliyyatın sonunda www.abc.com 'un IP ünvanını öyrənən İnternet istifadəçisinin skaner proqramı (İnternet Explorer, Firefox və s.), İnternet üzərindən abc.com' un veb sunucuna çatar və özünə, üzərində yüklü olan veb səhifəsinə bağlı Müqəddimə faylının göndərilməsini istəyir.
6. www.abc.com 'un veb serveri, İnternet istifadəçilərinin Müqəddimə faylını göndərir. Ümumiyyətlə əsas səhifə default.html, default.php, default.asp, index.html, index.php, index.asp kimi fayllardan ibarətdir. İstifadəçi kompüterinə Müqəddimə fayl yükləndikdən sonra, skaner proqram tərəfindən (İnternet Explorer, Firefox və s.), fayl göstərilir. İstifadəçi, Müqəddimə üzərindəki başqa əlaqələrə basaraq, www.abc.com veb serverinin özünə başqa fayllar göndərməsini də istəyə bilər. Serverdən gələn fayllar yenə skaner altından göstəriləcəkdir.
İnternetdə mövcud olan müxtəlif növ şəbəkələrin qarşılıqlı fəaliyyətinin, şəbəkə qovşaqları arasında əlaqənin və informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bu gün onlarla prtokol reallaşdırılmışdır. Bütövlükdə internetin protokollar sistemi “TCP/IP protokolları” adlanır.
İnternetin protokolları açıq sistemlərin qarşılıqlı əlaqə (OSI) modelinin müxtəlif səviyyələrində işləyir, onları daha çox istifadə olunan protokolları OSI modelinin səviyyələri üzrə aşağıdakı kimi təsnif etmək olar: tətbiqi səviyyəsi – FTP, HTTP, HTTPS, SMTP, POP3, Telnet, DNS, IMAP, LDAP, BGP, SNMP, SSH; seans və təqdimat səviyyələrində – SSL, TLS; nəqliyyat səviyyəsində – TCP, UDP; şəbəkə səviyyəsində – EIGRP, ICMP, IGMP, IP, IS-IS, OSPF, RIP; kanal səviyyəsində – Arcnet, ATM, Ethernet, Frame relay, HDLC, PPP, L2TP, SLIP, Token ring.
Verilənlər şəbəkədə hissələrə bölünərək ötürülür. İnternet vasitəsilə ötürülə bilməsi üçün həmin hissəyə alan kompüterin ünvanı, paketin sıra nömrəsi və digər məlumatlardan ibarət olan idarəedici informasiya (başlıq) əlavə edilir. İdarəedici informasiya (başlıq) əlavə edilmiş verilənlər paket adlanır.
Paketlərin formatı və həcmi, eləcə də onların internetdə ötürülməsi və yığılması ardıcıllığı TCP/IP (Transmission Control Protocol/Internet Protocol – ötürmənin idarə edilməsi protokolu / şəbəkələrarası protokol) protokolları ilə müəyyən edilir. TCP protokolu şəbəkədə iki kompüter arasında rabitə seansının təşkilini, IP isə marşrutlaşmaya, yəni paketlərin lazımi ünvana çatdırılmasını təmin edirlər.
Hazırda internet şəbəkəsi IP (Internet Protocol) protokolunun və verilənlər paketlərinin marşrutlaşdırılması texnologiyasının köməyi ilə müxtəlif arxitekturaya və topologiyaya malik olan minlərlə korporativ, elmi, hökümət, özəl və fərdi kompüter şəbəkələrini özündə birləşdirir.
Dostları ilə paylaş: |