Üç fazalı mənbələrin və qəubledicilərin üçbucaq birləşməsi



Yüklə 89,73 Kb.
tarix09.05.2022
ölçüsü89,73 Kb.
#56915
referat 6199


Üç fazalı mənbələrin və qəubledicilərin üçbucaq birləşməsi.
Faza dolaqlarını bir-birilə ardıcıl olaraq, yəni birincinin nəhayəti ikincinin başlanğıcı ilə, ikincinin nəhayəti isə üçüncünün başlanğıcı ilə və bu qayda üzrə birləşdirilərək üçfazalı sistemlər üçün – üçbucaq, çoxfazalı sistemlər üçün isə çoxbucaq birləşmə alınır.

Şəkil 8.9-da həm mənbə və həm də işlədicisi üçbucaq birləşdirilmiş bir üçfazalı sistem göstərilmişdir.

B

elə sistemlərdə neytral nöqtəsi olmadığı (sıfır potensiallı) üçün sistemlər həmişə üçxətli (və ya m xətli) alınır. Yenə də sadəlik alınması üçün birləşdirici naqillərin müqaviməti nəzərə alınmamışdır. Bunagörə də mənbəin və işlədicinin müvafiq faz gərginlikləri bərabər alınmışdır:

B
u gərginlik vektorlarının toplusu qapalı bir üçbucaq təşkil etməlidir ki, bu da hər üç gərginliyin cəminin sıfra bərabər olması deməkdir. Simmetrik sistemlərdə bu diaqram bərabər tərəfli üçbucaq şəklində alınır. Üçbucaq birləşmələrdə ümumiyyətlə faza dolaqları, xarici xətlər arasında paralel qoşulduğu üçün, belə birləşmədə faza gərginlikləri müvafiq xətt gərginliklərinə bərabər alınır, yəni

faza dolaqlarından keçən cərəyanlar xətlərdən keçən cərəyanlardan fərqli olduqları üçün faza və xətt cərəyanları bərabər alınmır.

H
əmin cərəyanlar arasındakı fərqi göstərmək üçün üçbucaq birləşdirilmiş işlədicilərin müqavimətlərini

işarə edirik. Burada z – müqavimətlərin bərabər qiymətlərini; r- müqavimətlərin xarakterini göstərir.

İ
şlədicilərdən keçən simmetrik faza cərəyanlarını, tətbiq olunmuş simmetrik faza gərginlikləri və bərabər yük müqavimətləri vasitəsilə təyin edirik.

B
urada faza cərəyanlarının qiymətlərini yerlərinə qoymaqla

A
ydındır ki, işlədicinin müqavimətləri xalis aktiv olduğu zaman faza cərəyanları onları yaradan və mühafizə edən uyğun faza gərginlikləri ilə eyni fazada olacaqdır:

xətt cərəyanları təyin olunur.

H
ər bir xətt cərəyanı aid olduğu xətt ilə qonşu olan iki faza dolağının cərəyanlarının həndəsi fərqinə bərabərdir. Faza cərəyanlarına aid qiymətləri yerlərinə qoymaqla xətt cərəyanları üçün aşağıdakı ifadələri alırıq:





X
ətt və faza cərəyanlarının qarşılıqlı münasibətini aydınlaşdırdıqdan sonar üçbucaq birləşmə üçün vektor diaqramı qurulur. Şəkil 8.10-da göstərilmiş cərəyanlar diaqramı aktiv müqavimətli üçbucaq birləşmə üçün qurulmuşdür (8.9) tənliyindən və təşkil olunmuş cərəyanlar diaqramından göründüyü kimi, xətt cərəyanları müvafiq faza cərəyavnlarından 3 dəfə böyükdür, faza etibarilə isə 300 geri qalır.Üçbucaq birləşmə üçün də hər üç xətt cərəyanının toplusu üç məftilli ulduz birləşmədə olduğu kimi sıfra bərabər alınır:

Ümumiyyətlə üçbucaq birləşmə, sistemdən bir cür gərginlik alına bilməsinə imkan

verir. Ancaq faza və xətt cərəyanları arasındakı 3 dəfə fərq üçbucaq birləşməni böyük cərəyanlı üçfazalı sistemlər üçün çox əhəmiyyətli bir birləşmə halına qoyur.

Doğrudan da, xətlərindən şiddətli cərəyan keçən üçfazalı sistemin dolaqlarını

üçbucaq birləşdirməklə, dolaqların içərisindən keçən cərəyanların qiymətini 3 dəfə

azaltmış oluruq. Bunun nəticəsində dolaq məftillərinin en kəsiyi sahəsi nisbətən kiçik götürülür. Maşın və ya transformatorun ölçüsü kiçilir və ağırlığı azalır.

Üçbucaq birləşməyə ən çox alçaldıcı üçfazalı transformatorların alçaq gərginlik

tərəfində rast gəlmək olur.
Ədəbiyyat:

1.O.Nəsirov (Elekrotexnikanın əsasları) Bakı-2004



2.Z.Kazımzadə (Elekrotexnikanın əsasları) Bakı-2001
Yüklə 89,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin