Ümumi cərrahiyyə
04.05.2014-cü il tarixində əlavə edilmişdir.
Cərrahiyyə yardımın təşkili və sosial gigiyena
1) Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
A) Şöbə müdiri
B) Müalicə həkimi
C) Tibbi-sosial ekspertiza bürosu
D) Baş həkim
E) Nəzarət-ekspert komissiyası
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?
A) Beynin qan həcmi azalır və KDT yüksəlir
B) Beyinin qan həcminə və KDT dəyişmir
C) Beynin qan həcmi artır və KDT yüksəlir
D) Beynin qan həcm artır və KDT dəyişmir
E) Beynin qan həcmi azalır və KDT azalır
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
3) Kəllə-beyin travmasının kəskin dövründə qlukokortikoidlərdən istifadə nəyə səbəb olur?
A) İmmun sistemi aşağı salır
B) Mədə-bagırsaq qanaxmalarını artırır
C) Beyin ödemini azaldır
D) İrinli fəsadların inkişafına səbəb olur
E) Hiperqlikemiyaya səbəb olur
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
4) Üz nahiyyəsinin yuxarı hissəsinin fleqmonalarının ciddi fəsadlaşmasına hansı aiddir?
A) Mediastenit
B) Parotit
C) Künc damarının venasının flebiti
D) Yumşaq toxumaların hematoması
E) Üz sinirinin parezi
Ədəbiyyat: Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичеслой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
5) Ağız boşluğu dibinin fleqmonasını aşağıdakılardan hansı ilə differensasiya etmək lazımdır?
A) Yanaq nahiyyəsinin fleqmonası
B) Alt dodağın karbunkulu
C) Trizm
D) Lüdviq anginası
E) Almacıq nahiyyəsinin fleqmonası
Ədəbiyyat: Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
Dostları ilə paylaş: |