LANDŞAFTŞÜNASLIQ KURSUNUN SAHƏLƏRİ VƏ TƏDQİQAT ÜSULLARI
Landşaftşünaslıq fiziki coğrafiyanın ən mühüm elm sahələrindən biridir. Bu kurs bir-biri ilə qarşılıqlı əlaqədə olan 2 elmi sistemdən ibarətdir.
1) Ümumi
2) Regional landşaftşünaslıq
Regional landşaftşunaslığa dünya landşaftları, ayrı-ayrı materiklərin landşaftları, ölkələrin landşaftları (Azərbaycanın, Fransanın, ABŞ-ın), və regionların landşaftları (Labradorun, Qobustanın landşaftı) daxildir.
Ümumi landşaftşünaslığa isə landşaftşünaslığın əsaslarını, nəzəri məsələlərini öyrənən kurs aiddir.
Dostları ilə paylaş: |