Unofficial translation
Bərabər çıxış imkanı üzrə
qiymətləndirmə vərəqi
Su və sanitar xidmətlərə çıxışla bağlı insan
hüququnun təmin edilməsinə nail olmaq
üçün siyasi proseslərə dəstək göstərmə
Transsərhəd su axınlarının (çayların) və beynəlxalq göllərin mühafizəsi
və onlardan istifadə üzrə Konvensiyaya Su və sağlamlıq haqqında Protokol
İçməli suya və sanitar xidmətlərə çıxış imkanı İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci
maddəsində təsbit edilmiş tələblərə cavab verən yaşayış səviyyəsinə olan hüququn bir hissəsi kimi insan hüququdur.
Bu hüquq birmənalı şəkildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və Birləşmiş Millətlər Təşkilatının İn-
san Hüquqları Şurası tərəfindən tanınmışdır. Buna görə də dövlətlər hamı üçün su və sanitar xidmətlərə çıxış im-
kanını təmin etmək və bu hüququn tam şəkildə realizəsi üçün tədbirlər görmək kimi hüquqi öhdəlik daşıyırlar. Bu
öhdəliyə riayət etmək üçün, onlar bütün əhali üçün su və sanitar xidmətlərə çıxış imkanının bərabər olmasını təmin
etməlidirlər.
Bəzi əhali qrupları xüsusi diqqət tələb edir. Məsələn, kiçik kənd icmalarında yaşayanlar, evsizlər və ya su haqqını
ödəyə bilməyən yoxsul şəhər əhalisi. Çıxış imkanının təmin edilməsi çətin olan bu insanlara yönələn həll yollarına
ayrıca diqqət yetirilmədiyi təqdirdə, su və sanitar xidmətlərə çıxış imkanındakı fərqlər çox güman ki artacaq və
bizim səylərimizi təhlükə altına alacaqdır.
İnanmaq çətindir ki, 2011-ci ildə pan-Avropa regionunda 19 milyon insanın daha təkmil şəkildə içməli su
mənbəyinə çıxış imkanı olmayıb və 67 milyon insan isə daha yaxşı sanitar xidmətlərə çıxış imkanına malik
deyildi, bu da bir çox vaxtsız ölümlərə səbəb olmuşdur. Biz tək ölkələr arasında deyil, məhz ölkələr daxilində
böyük bərabərsizlikləri görürük və bu bərabərsizliklər az rast gəlinən hal deyildir. Məsələn, bir ölkədə əhalinin
ən yoxsul 40%-i ən varlı 20%-dən təxminən yeddi dəfə az çıxış imkanına malikdir. Bütün ölkələrdə həqiqi
maneələrlə üzləşən xüsusi əhali qruplarının olduğu pan-Avropa regionunda su və sanitar xidmətlərə çıxış imkanı
problem olaraq qalmaqdadır.
Mövcud hüquqi və siyasi öhdəliklər bizim su və sanitar xidmətlərə çıxış imkanındakı bərabərsizlikləri aradan qal-
dırmağımızı tələb edir. Məsələn, UNECE-ÜST Avropa Su və sağlamlıq haqqında Protokola qoşulan tərəflər, bu
Protokola qoşulmaqla və onu ratifikasiya etməklə, təmiz içməli su təchizatına və tələblərə cavab verən sanitar xid-
mətlərə bərabər çıxış imkanını təmin etmək öhdəliyini öz üzərlərinə götürmüşlər. 2010-cu il Ətraf mühit və sağlam-
lıq haqqında Parma Bəyannaməsi zəif təbəqə kimi uşaqları hədəf kimi müəyyənləşdirmişdir:
Pan-Avropa regionu, “2020-ci ilədək, evlərdə, uşaq qayğı mərkəzlərində, uşaq bağçalarında, məktəblərdə, səhiyyə
müəssisələrində və ictimai əyləncə yerlərindəki su qurğularında hər bir uşağın su və sanitar xidmətlərə çıxış im-
kanını təmin edəcəkdir”.
Su və sağlamlıq haqqında Protokol çərçivəsində fəaliyyət göstərən pan-Avropa regionundakı ölkələr bu çağırışa
doğru irəliləyirlər. 2012-ci ildə Su və Sağlamlıq üzrə İşçi Qrup Heç kim geridə qalmayacaq: pan-Avropa regionun-
da su və sanitar xidmətlərə bərabər çıxış imkanını təmin etmək üçün qabaqcıl təcrübələr adlı nəşri təqdim etmişdir.
Siyasət seçimlərini və qabaqcıl təcrübələri təqdim edən bu nəşrdə bərabər çıxış imkanı ilə bağlı üç əsas məsələ müəyyənləşdirilir:
•
Təmin edilən xidmətlərdə coğrafi bərabərsizlikləri azaltmaq
•
Zəif və təcrid olunmuş qruplar tərəfindən xidmətlərə çıxış imkanında ayrı-seçkilik və ya təcrid edilmə hallarının
qarşısını almaq
•
İstifadəçilər tərəfindən maliyyə baxımından əlçatanlığı təmin etmək.
Nəşrdə, həmçinin, o da qeyd olunur ki, su təchizatı və sanitar xidmətlərin təmin olunması arasında güclü əlaqələr va-
hid yanaşma tələb edir. Burada ümumi çağırış budur ki, biz, hamının su və sanitar xidmətlərə çıxışı imkanına doğru
ciddi irəliləyişə nail olmaq üçün siyasi alətlərə və onlardan istifadə üzrə təcrübəyə malikik.
Bu sənəd, ilkin səviyyəni müəyyələşdirməkdə, görülməli sonrakı tədbirləri müzakirə etməkdə və özünü-
qiymətləndirmə prosesi vasitəsilə irəliləyişi dəyərləndirməkdə hökumətlərə və digər maraqlı tərəflərə kömək edə
bilən analitik bir sənəddir.
Bu sənəd qiymətləndirmə vərəqi formasındadır. Burada siyasi seçimlər sadalanır və istifadəçidən müəyyənləşdirilən
siyasət seçimlərinin nə dərəcədə istifadə olunduğunu ümumiləşdirən qiyməti vermək və əsaslandırmaq gözlənilir.
Qiymətləndirmə vərəqi, həmçinin, nəticələri vəziyyətlə əlaqələndirmək və təmiz içməli suya və sanitar xidmətlərə
çıxış imkanının səviyyəsini izah etmək üçün kəmiyyətlə bağlı informasiyanı da tələb edir. Qiymətləndirmə vərəqinin
istifadəçisi kimi, siz, sərbəst şəkildə onu öz ehtiyaclarınıza uyğunlaşdırmalısınız.
Qiymətləndirmə vərəqi özünü-qiymətləndirmənin aparılması üçün dünyanın istənilən ölkəsində, regionunda və ya
şəhərində istifadə oluna bilər. O, ölkələr (və ya yerli ərazilər) arasında müqayisələrə imkan yaratmaq üçün deyil, ölk-
ənin müəyyən vaxt ərzində öz müxtəlif nəticələrini müqayisə etməsinə imkan vermək üçün nəzərdə tutulmuşdur.
Qiymətləndirmə vərəqi, Su və sağlamlıq haqqında Protokola əsasən, rəsmi hesabat vermənin bir hissəsi olmasa da,
Protokola qoşulan tərəflər, su və sanitar xidmətlərə çıxış imkanında bərabərliyə dair ilkin təhlil aparmaq, bununla
bağlı prioritetləri müəyyənləşdirmək, hədəfləri təyin etmək, müəyyənləşdirilmiş boşluqları aradan qaldırmaq və
irəliləyişi qiymətləndirmək üçün ondan istifadə etməyə çağırılır.
Bərabər çıxış imkanına malik olma və onu saxlama su və sanitar xidmətlər sektorunun nə dərəcədə yaxşı fəaliyyət
göstərməsindən asılıdır. Lakin, qiymətləndirmə vərəqində, diqqət, yalnız su və sanitar xidmətlər sektorunun ümumi
fəaliyyətinə yönəlmir. Nə də su ehtiyatlarının idarəçiliyi kimi su və sanitar xidmətlərə bərabər çıxış imkanını poza
bilən digər hallara yönəlmir. Qiymətləndirmə vərəqində, diqqət, müxtəlif vaxtlarda, bərabərlik baxımından, su və
sanitar xidmətlərə çıxış imkanının vəziyyətinə dair tam mənzərəni müəyyən edə bilən bəzi məsələlərə və göstəricilərə
yönəlir.
Fransanın (Böyük Paris şəhər ərazisi), Portuqaliyanın və Ukraynanın təcrübəsindən göründüyü kimi, özünü-
qiymətləndirmə prosesi, müvafiq orqanlara, sonrakı fəaliyyəti həyata keçirmək üçün düzgün tərəfdaşları
müəyyənləşdirməkimkanı verə, orqanlar arasında və orqanlarla digər maraqlı tərəflər arasında əməkdaşlığa
başlamağa kömək edə və siyasi proseslərə dəstək ola bilər. Geniş tərkibdə maraqlı tərəfləri cəlb etməklə, özünü-
qiymətləndirmə məlumatları artıra və su və sanitar xidmətlərə çıxış imkanında bərabərliyə dair ümumi anlayışın
işlənib hazırlanmasına, habelə yaradıcı düşüncəyə şərait yarada bilər.
Qiymətləndirmə
vərəqindən
istifadə
maraqlı tərəflər arasında müzakirələrdə dəlillərə-əsaslanan və
strukturlaşdırılmış yanaşmanın tətbiqinə kömək edə bilər. Bu, öz növbəsində obyektiv müzakirəyə imkan yarada
bilən “yüksək həll yolunun” işlənib hazırlanması ilə vəziyyətin təhlil edilməsinə (o cümlədən mövcud siyasətlərin
və cari tədbirlərin müəyyənləşdirilməsi və normative aktlar və reallıqlar arasında boşluqları göstərmə) imkan yarada
bilər. Qiymətləndirmə vərəqi, eyni zamanda, müzakirələrin əhatə dairəsini genişləndirməyə və informasiyanın
mövcudluğunu və etibarlılığını artırmaq tələbini aydınlaşdırmağa kömək edə bilər.
2
Praktiki təlimat – qiymətləndirmə vərəqini doldurmaq üçün qeydlər
İlkin vəziyyətə dair məlumat.
Bərabər çıxış imkanı məsələləri ilə bağlı ilkin vəziyyətə dair məlumatı “Heç kim
geridə qalmır” adlı UNECE-ÜST/ Avropa nəşrindən əldə oluna bilər. Qiymətləndirmə vərəqinin hər bir bölməsinə
girişdə “Heç kim geridə qalmır” adlı nəşrin hər bir Fəaliyyət Sahəsi ilə bağlı olan müvafiq bölməsi göstərilir.
Lüğət
.
Qısa lüğətdə qiymətləndirmə vərəqi boyu istifadə olunan əsas konsepsiyaların anlayışı verilir. İki məsələni
vurğulamaq lazımdır:
Bu sənəddə “su və sanitar xidmətlərə çıxış imkanı” ifadəsi su və sanitar xidmətlərə olan insan hüququnu
müəyyənləşdirən beş ölçünü özündə birləşdirir: mövcudluq, mümkünlük, münasiblik, keyfiyyət / təhlükəsizlik və
əlçatanlıq. Əlçatanlıq məsələsinə qiymətləndirmə vərəqinin 4-cü bölməsində ayrıca diqqət yetirilir.
Bu sənəddə Su və sağlamlıq haqqında Protokolda işlədilən “su və sanitar xidmətlərə bərabər çıxış imkanı” ifadəsinə
istinad olunur. Bəzi ekspertlər “bərabərlik və ayrı-seçkiliyin yol verilməzliyi” ifadəsinin tərəfdarıdırlar. Sözün əlavə
məzmununda müəyyən fərqlər olsa da, bu iki ifadə praktiki baxımdan ekvivalent hesab edilə bilər.
Sənədin strukturu.
Bu sənəddə ölkədəki vəziyyətə dair qısa məlumat (burada nəticələri məzmuna daxil etməyə
kömək eləmək üçün kəmiyyətlə bağlı məlumata diqqət yetirilir), habelə geniş mövzuları əhatə edən dörd bölmə yer
alır. Dörd tematik bölmə daha sonra bərabər çıxış imkanını yaxşılaşdırmaq üçün görülən tədbirlərə diqqət yetirilən
Fəaliyyət Sahələrinə bölünür.
Kəmiyyətlə bağlı məlumat
.
Mümkün olarsa, kəmiyyətlə bağlı məlumatların mənbəyi rəsmi statistik məlumatlar
olmalıdır. Maliyyə resurslarına dair məlumat verilərkən, xahiş edirik valyutanı göstərin.
Hesablama metodologiyası.
•
Hər bir Fəaliyyət Sahəsi altında irəliləyiş keyfiyyətlə bağlı suallar vasitəsilə müəyyənləşdirilir. Sualların sayı 2
– 6 arasında dəyişir.
•
Hər bir suala bir cavab tələb olunur. (Dörd mümkün cavab vardır: Yox / Məhdud dərəcədə / Xeyli dərəcədə /
Bəli). Aşağıdakı cədvəldə hər bir mümkün cavabın necə şərh edilməsinə dair istiqamət verilir. Bütün cavabları
“Məhdud dərəcədə” və “Xeyli dərəcədə” kateqoriyaları altında qruplaşdırılmasına yol verməmək üçün re-
spondentlər cavabları dörd mümkün qiymət boyu yerləşdirməyə çağırılır.
•
Hər bir cavab əsaslandırılmalıdır. Bunu etmək üçün respondentlər hüquqi sənədlərdən, təlimatlardan, təhlil
hesabatlardan, icmallardan və ya oxşar mənbələrdən əldə edilmiş kəmiyyət və ya keyfiyyətlə bağlı məlumatdan
istifadə edə bilərlər. Respondentlər cavabları yazarkən ehtiyac duyulduğu qədər çox sahədən istifadə etməyə
çağırılır.
•
Hər bir cavabın etibarlılığının özü-özünə qiymətləndirmə imkanı olmalıdır. (bax, aşağıda).
•
Hər bir Fəaliyyət Sahəsi üçün ümumi qiymət hesablanmalıdır. Bu qiymət hər bir sual üzrə qiyməti, habelə hər
bir Fəaliyyət Sahəsi altında sualların sayı nəzərə alınmaqla hesablanmalıdır. Ümumi qiyməti hesablayarkən
yalnız yüksək və ya orta etibarlılıq dərəcəsi olan cavablar nəzərə alınmalıdır.
•
Ümumi qiymət icmal vərəqdə hazırlanmalıdır.
Qiymət
Interpretation
Yox
Milli və ya yerli səviyyədə, müsbət cavabı təsdiq edən dəlillər yoxdur və ya çox
məhduddur.
Məhdud dərəcədə
Yerli səviyyədə, müsbət cavabı təsdiq edən müəyyənqədər məhdud informasiya
vardır. Milli səviyyədə, müsbət cavabı təsdiq edən müəyyən qədər məhdud in-
formasiya vardır.
Xeyli dərəcədə
Yerli səviyyədə müsbət cavabı təsdiqləyən geniş informasiya vardır və
beynəlxalq səviyyədə isə müəyyən qədər informasiya vardır.
Bəli
Milli səviyyədə müsbət cavabı tam şəkildə təsdiqləyən kifayət qədər dəlillər vardır.
Qeyd:Bu cədvəldəki “informasiya” və “dəlillər” ifadələri suala cavabı dəstəkləyən hər hansı müvafiq keyfiyyət və ya
kəmiyyətlə bağlı informasiya kimi təfsir olunmalıdır.
Etibarlılığı dəyərləndirmə metodologiyası.
Respondentlərin özləri məlumatı toplama və bildirmə prosesi baxımından cavablar-
dan hər birinin nə qədər etibarlı olduğunu özləri qiymətləndirməlidirlər.
•
Etibarlılığın üç səviyyəsi: yüksək (çox etibarlı), orta (etibarlı), az (etibarsız).
•
Etibarlılıq dərəcəsini müəyyənləşdirmək üçün meyarlar: prosedurlar, izlənilə bilmə və təsdiqlənmə.
•
Aşağıdakı cədvəldə, bu meyarlara uyğun olaraq, etibarlılıq dərəcəsinin necə müəyyənləşdirilməsi üçün istiqamət verilir.
Hər bir Fəaliyyət Sahəsi üçün yekun etibarlılıq səviyyəsi aşağıdakı kimi müəyyənləşdiriləcəkdir:
yüksək - əgər Fəaliyyət Sahəsində bütün cavablar Yüksək kateqoriyasına aiddirsə.
Orta–Əgər heç bir cavab Az kateqoriyasına aid deyildirsə və ən azı bir cavab Orta kateqoriyasına aiddirsə.
Az-Əgər ən azı bir cavab Az kateqoriyasına aid edilirsə.
•
Hər bir Fəaliyyət Sahəsi üçün yekun etibarlılıq dərəcəsi icmal vərəqdə hazırlanmalıdır. .
YÜKSƏK:Çox etibarlı
Orta:Etibarlı
Az: Etibarlı
Məlumatların toplanmasına,
işlənməsinə və keyfiyyətə nəzarətə
görə öhdəlikləri müəyyənləşdirən
əlaqəli və asan əlçatan bir sıra
sənədlər mövcuddur.
Məlumatı istənilən maraqlı şəxs
üçün əlçatan olan formal
mənbədən izləmək mümkündür.
Məlumatlar rəsmi təsdiq olunmuşdur.
Məlumatların toplanmasına,
işlənməsinə və keyfiyyətə
nəzarətə görə öhdəliklər
müəyyənləşdirilmişdir.
Məlumatlar mənbədən
izlənilə bilər.
Məlumatlar təsdiqlənmişdir.
Məlumatların toplanmasına,
işlənməsinə və keyfiyyətə
nəzarətə görə öhdəliklər
müəyyənləşdirilməmişdir.
Heç də bütün məlumatlar
mənbədən izlənilə bilməz.
Heç də bütün məlumatlar
təsdiqlənməmişdir.
Qeyd: Bu cədvəldə “məlumatlar” ifadəsi suala cavabı dəstəkləyən hər hansı keyfiyyət və ya kəmiyyətlə bağlı
müvafiq informasiya kimi təfsir olunmalıdır.
Qeyri-uyğun suallar.
Hər bir fəaliyyət sahəsində heç də bütün suallar pan-Avropa regionundakı bütün ölkələr və ya regionlar üçün
eyni dərəcədə uyğun deyildir. Əgər qiymətləndirmə vərəqinin müvafiq hissəsinin doldurulmasına görə cavabdeh olanlar hər hansı bir
sualın uyğun olmadığı qənaətinə gələrlərsə, onlardan bunu əsaslandırmaq xahiş olunur.
İcmal vərəqi.
20 Fəaliyyət Sahəsi üçün ümumi qiymətlər sənədin sonunda icmal vərəqdə verilir. Bu icmal vərəqi, ölkənin (re-
gionun) geridə qaldığı Fəaliyyət Sahələrini, habelə mövcud informasiyanın etibarsız olduğu sahələri müəyyənləşdirməyə kömək edə
bilər.
Ölkə / region üzrə məlumat
Sosial-iqtisadi və sektorla bağlı məlumatlar
2014-cü və ya məlu-
matın olduğu ən son
il ( ili göstərin)
2006-cı il
(Sizin milli / re-
gional proseslərə
daha çox uyğun
gəldiyi təqdirdə
ilkin vəziyyətə dair
məlumat üçün
başqa ili seçin)
Mənbə (mümkün
olduğu qədər statis-
tic məlumatlardan
istifadə edin)
Əhali (sakinlər)
Uzanma(km2)
Adambaşına düşən (Avro / şəxs)
Milli yoxsulluq həddindən aşağı səviyyədə
yaşayan əhalinin % nisbəti
İşsiz əhalinin % nisbəti
Şəhər ərazilərdə yaşayan əhalinin % nisbəti
Şəhərətrafı ərazilərdə yaşayan əhalinin
%nisbəti (ƏGƏR bu kateqoriya sizin ölkəyə /
regiona uyğundursa)
Kənd ərazilərdə yaşayan əhalinin % nisbəti
Bərpa olunan təmiz su
ehtiyatları (adambaşına
düşən milyon m3)
Təmiz içməli suya çıxış im-
kanı olmayan əhalinin %
nisbəti
Çirkab suların toplanması
xidmətlərinə çıxış imkanı
olmayan əhalinin % nisbəti
access towastewater collec-
tion
Çirkab suların təmizlənməsi xidmətlərinə
(hər hansı bir səviyyədə) çıxış imkanı olma-
yan əhalinin % nisbəti
Su və sanitar xidmətlər
sektoruna sərf olunan dövlət
maliyyə vəsaitləri
Su və sanitar xidmətlərə bərabər çıxış
imkanının təmin olunmasına sərf olunan
dövlət maliyyə vəsaitləri
2-ci fəsildə veriləndən fərqli olduğu hal-
da, xahiş edirik təmiz içməli suyun an-
layışını verin.
Su və sanitar xidmətlərlə bağlı beynəlxalq öhdəliklər
Bəli
Yox
Sizin ölkəniz 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar
haqqında Beynəlxalq Pakta qoşulmuşdurmu?
Sizin ölkəniz 1999-cu il Su və sağlamlıq haqqında Protokola
qoşulmuşdurmu?
TheEquitableAccessScore-Card|
THESCORE-CARD
Section 1
1-ci Bölmə.
İçməli su və sanitar xidmətlərə
bərabər çıxış imkanını təmin etmək
üçün rəhbər tutulan idarəçilik
çərçivələri
Fəaliyyət Sahələri
Heç kim geridə qalmır
nəşrində müvafiq
bölmə
1.1
Bərabər çıxış imkanına nail olmaq üçün strateji çərçivə
3.1-ci bölmə
3.4-cü bölmə
1.2
Sektorun maliyyə siyasətləri
3.1-ci bölmə
2.3-cü bölmə
1.3
İstifadəçilərin və digər hüquq sahiblərinin hüquqları və vəzifələri
3.2-ci bölmə
1.1-ci Sahə.Bərabər çıxış imkanına nail olmaq üçün strateji çərçivə
Əsas səbəb. Ayrı-ayrı təşəbbüslər vasitəsilə irəliləyişə nail olunsa da, bütöv su və sanitar xidmətlər sektorunun
(və daha ümumi olaraq bütün dövlət idaərçiliyinin) bərabər çıxış imkanına nail olmağa şərait yaratması üçün
strateji çərçivəyə ehtiyac duyulur.
Bəli
Xeyli
dərəcədə
Məhdu
d
dərəcəd
ə
Yox
1.1.1
Ölkənin hüquqi rejimində su və sanitar xidmətlərə çıxış
hüququ tətbiq edilmişdir.
Qiymətin əsaslandırılması:
(qısaca izah edin və /və ya cavabı əsaslandırmaq üçün misallar göstərin )
İstifadə olunan yoxlama vasitələri:
(məsələn, rəsmi sənədlər, çoxtərəfli məsləhətləşmələr, ekspert rəyi)
Cavabın etibarlılığı:
(yüksək, orta və ya aşağı)
1.1.2
Su və sanitar xidmətlərə bərabər çıxış imkanını təmin etmək
üçün strateji plan mövcuddurmu?
Qiymətin əsaslandırılması:
(qısaca izah edin və /və ya cavabı əsaslandırmaq üçün misallar göstərin )
İstifadə olunan yoxlama vasitələri:
(məsələn, rəsmi sənədlər, çoxtərəfli məsləhətləşmələr, ekspert rəyi)
Dostları ilə paylaş: |