Uot 004: 159. 9 Əliquliyev R



Yüklə 408,3 Kb.
Pdf görüntüsü
tarix16.02.2017
ölçüsü408,3 Kb.

İnformasiya cəmiyyəti problemləri, №2(6), 2012, 7-18 

 

 



       www.jpis.az                                                                      7 

 

UOT 004:159.9 



Əliquliyev R.M.

1

, Mahmudov R.Ş.

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

1

secretary@iit.ab.az



2

rasimmahmudov@gmail.com



 

ĠNTERNET ASILILIĞI VƏ ONUNLA MÜBARĠZƏ MƏSƏLƏLƏRĠ  

Məqalədə  İnternet  asılılığı  problemləri  araşdırılır.  Addiktologiyanın  yeni  tədqiqat  sahəsi  kimi 

xarakterizə edilən İnternet asılılığının yaranma səbəbləri,  xüsusiyyətləri  və doğurduğu fəsadlar 

analiz  edilir.  İnternet  asılılığının  tibbi-psixoloji  profilaktikası,  uşaqların  bu  təhlükədən 

qorunmasının  xüsusiyyətləri,  həmin  problemlə  mübarizə  sahəsində  beynəlxalq  təcrübə  tədqiq 

olunur. Azərbaycanda İnternet asılılığı ilə bağlı mövcud vəziyyət şərh edilir və müvafiq təkliflər 

irəli sürülür. 

Açar  sözlər:  İnternet  asılılığı,  İnternet  aludəçiliyi,  addiktologiya,  asılılıq  sindromu,  tibbi-

psixoloji pozğunluq. 

Giriş 

Müasir 


cəmiyyətin 

əsas 


xüsusiyyətlərdən 

biri 


informasiya-kommunikasiya 

texnologiyalarının (İKT) geniş tətbiq olunması və yüksək sürətlə inkişaf etməsi nəticəsində yeni 

reallıqların  yaranması  ilə  bağlıdır.  Belə  ki,  İKT  vasitələri  get-gedə  insan  fəaliyyətinin  bütün 

sahələrinə  daha  geniş  və  dərin  nüfuz  etməyə  başlayır.  Bunun  da  nəticəsində  insan  fəaliyyəti, 

cəmiyyətin  müxtəlif  sferaları  köklü  dəyişikliklərə  məruz  qalır,  tamamilə  yeni  sosial-psixoloji 

mühit formalaşır.  

Bu  yeni  situasiyanın  yaranmasında,  xüsusilə,  İnternet  böyük  rol  oynayır.  Qlobal  şəbəkə 

istifadəçilərində  virtual  məkanla  bilavasitə  bağlı  olan  bir  sıra  maraqlar,  məqsədlər,  tələbatlar, 

psixoloji və sosial fəallıq formaları üzə çıxır. Müasir texnologiyalar çox mühüm əhəmiyyət kəsb 

edən üstünlüklərlə yanaşı, neqativ təzahürlər də yaradır. Belə bir şəraitində insanlarda İnternetlə 

davranış problemləri meydana çıxır. O cümlədən insanlarda televiziya, mobil telefon, kompüter, 

İnternet aludəçiliyi yaranır, onlar bu elektron vasitələrdən asılı vəziyyətə düşürlər. 

Əslində, informasiya asılılığı problemi kompüterin, İnternetin meydana gəlməsindən əvvəl 

də  müşahidə  olunub.  Sadəcə  olaraq,  İnternetin  inkişafı  və  insan  fəaliyyətinin  bütün  sahələrinə 

geniş  tətbiqi,  İnternetin  cəmiyyət  həyatının  ayrılmaz  hissəsinə  çevrilməsi  bu  problemin  daha 

qabarıq  şəkil  almasına  və  kütləviləşməsinə  səbəb  oldu.  Nəzərə  almaq  lazımdır  ki,  bəşəriyyət 

qlobal  informasiya  cəmiyyətinə  yenicə  qədəm  qoyur,  İnternetin  rolu  artmaqda  davam  edir. 

Deməli, belə bir şəraitdə İnternet asılılığı probleminin aktuallığı get-gedə daha da artacaqdır. 

Bu situasiya müasir fəlsəfədə “eskapizm” (ing. escape – qaçmaq, uzaqlaşmaq) termini ilə 

ifadə olunur [1]. Filosoflar bu termin vasitəsi ilə insanların, bütövlükdə, cəmiyyətin reallıqlardan 

uzaqlaşaraq,  illüziyalar,  fantaziyalar  aləminə  qapılmasını  göstərirlər.  Eskapizm  vəziyyəti 

informasiya cəmiyyətində aktuallaşaraq, özünü daha qabarıq  şəkildə büruzə verir. Bu da müasir 

İnternetin  ayrı-ayrı  insanların  və  bütövlükdə,  cəmiyyətin  həyatında  mühüm  rol  oynaması  ilə 

bağlıdır.  Müasir  cəmiyyətdə  televiziya,  kompüter,  İnternet,  mobil  telefon  kimi  yeni 

texnologiyalar insanların vaxtını “acgözlüklə udur” və əsas həyat prioritetlərinə çevrilir. 

İnternetin  imkanlarının,  əhatə  dairəsinin  sürətlə  genişlənməsi,  əlyetərliliyinin  artması, 

qiymətlərinin  getdikcə  aşağı  düşməsi  nəticəsində  bütün  dünyada  qlobal  şəbəkə  “sakinlərinin” 

sayı  sürətlə  artır.  Bu  isə,  eyni  zamanda,  İnternetin  neqativ  təsirlərinin,  o  cümlədən  insanlar 

arasında İnternet asılılığı sindromunun genişlənməsi riskini artırır.  

 

 



 

 

İnformasiya cəmiyyəti problemləri, №2(6), 2012, 7-18 

 

8                                                                  www.jpis.az 



 

Ġnternet asılılığı – addiktologiyanın yeni tədqiqat sahəsi kimi 

İnternet  asılılığı  öz  mahiyyətinə  görə  tibbi-psixoloji  pozğunluğun  bir  təzahürüdür.  Ona 

görə  də  bu  problemin  tədqiqində  digər  vacib  istiqamət  tibbi-psixoloji  aspektlərlə  bağlıdır. 

Hələlik  bu  istiqamətdə  tədqiqatçılar  daha  fəaldırlar.  Çünki  asılılıq  sindromunun  tibbi-psixoloji 

tədqiqat predmeti kimi zəngin ənənələri vardır. Psixoloqların tədqiqat və terapevtik praktikasında 

ən  çox  müraciət  edilən  sahələrdən  biri  məhz  asılılıq  psixologiyasıdır.  Psixologiya  və  tibb 

sahələrinin  uzlaşmasından  əmələ  gələn  bu  tədqiqat  obyekti  elmi  dildə  “addiktologiya”  adlanır. 

Bu elm sahəsinin pedaqogika və sosiologiya ilə də müəyyən əlaqəsi var [2]. 

“Addiksiya”  termini  hələ  Qədim  Roma  dövründən  məlumdur  [3].  O  vaxtlar  həmin  ifadə 

borclunun kreditordan asılı düşdüyü vəziyyəti xarakterizə edirdi. 

XVII  əsrin  ortalarından  etibarən  isə  bu  terminin  qarşısıalınmaz  vərdiş,  meyl,  həvəs, 

aludəçilik  və ya rəğbət mənasında işlədilməsi üstünlük təşkil edir. 

XIX  əsrdə  artıq  bu  ifadə  bağlılıq,  dərin  həvəs,  axtarmaq,  can  atmaq  kimi  mənalar  kəsb 

etməyə başlayır.  

Yalnız  XIX  əsrin  sonlarında  bu  termindən  narkotik  vasitələrdən  asılılığı  ifadə  edən  söz 

kimi istifadə edilir.  

XX əsrin əvvəllərindən başlayaraq addiksiya terminindən həmçinin alkoqolizmlə əlaqədar 

istifadə edilir. Həmin vaxtlar mütəxəssislər belə qənaətə  gəlirlər ki, alkoqolizm daha çox “istək 

xəstəliyi”dir, bu problem daha çox fiziki deyil, psixoloji xarakter daşıyır. 

Nəhayət, XXI əsrin başlanğıcında meydana gələn İnternet aludəçiliyi də artıq müvafiq elmi 

sahələrdə  addiksiya  termini  ilə  ifadə  olunur.  Deməli,  müasir  İKT    vasitələrinin,  xüsusilə, 

İnternetin meydana gəlməsi bir elmi tədqiqat sahəsi kimi addiktologiyanın aktuallığını daha da 

artırıb.  Başqa  sözlə,  addiktologiyanın  tədqiqat  sahəsi  İnternet  asılılığının  hesabına  əhəmiyyətli 

dərəcədə genişlənib. 

Hazırda  asılı  davranış  formalarının  dairəsini  tam  müəyyən  etmək  mümkün  deyil.  Asılılıq 

obyektlərinin  siyahısı  kifayət  qədər  genişdir:  kompüter  oyunları,  informasiya  vasitələri 

(televiziya,  radio,  kitab,  mətbu  orqanlar,  İnternet,  mobil  telefon  və  s.),  müxtəlif  növ  estetik 

həzzalma  vasitələri,  iş,  yemək,  içki  və  s.  Bəzi  asılılıq  növləri  cəmiyyət  tərəfindən  təqdir  edilir, 

digərləri  bir  müddətdən  sonra  şəxsiyyət  üçün  müəyyən  problemlər  yaratsa  da,  cəmiyyət  üçün 

təhlükəli sayılmır, üçüncü qrupa daxil olanlar isə həm şəxsiyyət, həm də cəmiyyət üçün təhlükəli 

hesab olunur. 

Cəmiyyət  tərəfindən  təqdir  olunan  asılılıq  növləri  sırasında,  ilk  növbədə,  informasiya 

asılılığını qeyd etmək olar. İnformasiya “cazibəsinə” düşən insanlar, əsasən, intellektual əməklə 

məşğul olan - müxtəlif elm və təhsil sahələrində çalışan şəxslərdir. Yəni bu insanların fəaliyyəti 

dövlətin  və  cəmiyyətin,  bütövlükdə,  bəşəriyyətin  mənafelərinə,  inkişafına  xidmət  edir.  Sadəcə, 

bu asılılığa məruz qalan insanlar səhhətlərinə, şəxsi gigiyenalarına fikir vermirlər. Ona görə də 

bu  informasiya  asılılığı  məsələsinə  dövlətin,  cəmiyyətin  maraqları  prizmasından  yanaşmaq 

lazımdır.  Çünki  bəşəriyyətin  yenicə  qədəm  qoyduğu  informasiya  cəmiyyətində  intellektual 

əməyin rolu daha da artır, bu cür fəaliyyətlə məşğul olan insanlar hər bir dövlətdə, cəmiyyətdə 

əsas  milli  sərvətə  çevrilirlər.  Ona  görə  də  həmin  insanların  informasiya  asılılığının  mənfi 

təzahürlərindən qorunması aktuallıq kəsb edir. 

Həmçinin  vorkaqolizm  (əməyə,  işləməyə  aludəçilik,  həddindən  çox  vaxt  ayırma)  də 

cəmiyyət tərəfindən təqdir olunan asılılıq növüdür. Bu asılılıq növünün mənfi tərəfi də odur ki, 

insan şəxsi həyatına, ailəsinə, istirahətə vaxt ayırmır.  

Müxtəlif  azartlı  oyunlardan,  o  cümlədən  kompüter  oyunlarından  asılılıq,  televiziya,  kino 

asılılığı və s. bu kimi addiksiya növləri cəmiyyət üçün problem yaratmasa da, ona aludə olanların 

özü, karyerası, ailəsi üçün neqativ hallara səbəb olur. 

Asılılığın inkişafını 5 mərhələyə bölmək olar [4]: 

1.

 

İnsan öz psixi vəziyyətini asanlıqla dəyişdirə bildiyi vasitə tapır; 



2.

 

İnsan çətin anlarında bu vasitələrdən istifadəyə adət edir; 



İnformasiya cəmiyyəti problemləri, №2(6), 2012, 7-18 

 

 



       www.jpis.az                                                                      9 

 

3.



 

Addiktiv davranış onun şəxsiyyətinin bir hissəsinə çevrilir və tənqidə məruz qalır; 

4.

 

Şəxsiyyətin addiktiv hissəsi onun həyatını tamamilə əhatə etməyə başlayır; 



5.

 

Psixika pozulur və orqanizmdə neqativ bioloji proseslər baş verir.  



Ənənəvi addiksiya formalarını ümumi şəkildə aşağıdakı kimi təsnif etmək olar [4]: 

 



Eyforiyaya qapadan: narkomaniya, spirtli içkilərə aludəçilik. 

 



Psixostimullaşdırıcı,  həyəcanlandırıcı:  ekstremal  və  idman  fəaliyyəti;  idman 

oyunlarına baxma; azartlı oyunlardan asılılıq; seriyalı qətllər; kleptomaniya (oğurluğa, 

qarətçiliyə,  soyğunçuluğa  güclü  həvəs);  piromaniya  (odvurmaya,  yanğın  törətməyə 

güclü həvəs). 

 

Psixoloji  boşluğu  dolduran:  mütaliə  etməyə  aludəçilik;  əyləncə;  kolleksiya  yığmaq; 



vorkaqolizm; televiziya və kino asılılığı

 



Məst  olma,  çirkab  aləminə  düşmə:  psixodislentika,  qallüsinogenlər  (mərkəzi  sinir 

sisteminin funksiyasının,  görmə, eşitmə və digər qavrayışların pozulması, qarabasma); 

 

Zahiri  görünüşün  və  somatik  vəziyyətin  (bədən  vəziyyətinin)  dəyişməsi:  bulimiya 



(yeməyə  qarşı  olan  daim  xüsusi  həssaslıq,  diqqət,  “qarınqululuq”),  anorkesiya  (çəkini 

azaltmaq barədə patoloji istək, piylənmədən dəhşətli dərəcədə qorxmaq, buna görə də 

yeməkdən  imtina);  anabolik  steroidlər  (onlardan  həddindən  çox  istifadə  müəyyən 

bədən orqanlarının funksiyasının zəifləməsinə səbəb olur). 

İnternetin  unikallığı,  həm  də  universallığı  ondan  ibarətdir  ki,  qeyd  edilən  ənənəvi  asılılıq 

vasitələrinin əksəriyyətini əvəz edə bilir. Yəni İnternet hazırda olduqca geniş, zəngin, çoxşaxəli, 

operativ,  əlyetərli  və  fasiləsiz  informasiya  mənbəyidir,  həm  də  rəngarəng  azartlı  oyunlar 

məkanıdır.  Burada  ənənəvi  informasiya  daşıyıcılarının  (kitab,  qəzet,  jurnal,  radio,  televiziya  və 

s.) elektron versiyasını (bir çox hallarda pulsuz olaraq) əldə etmək, həm də spesifik saytlara daxil 

olmaq mümkündür. Həmçinin İnternetdə bir sıra ənənəvi oyunların elektron versiyası ilə yanaşı, 

yalnız virtual mühitə xas olan oyunlarla əylənmək imkanı var.  

Yuxarıdakı  təsnifatda  qeyd  olunan  bir  sıra  ənənəvi  asılılıq  formaları  –  pornoqrafiyaya, 

idman  oyunlarına  baxma,  azartlı  oyunlardan  asılılıq,  oxumağa  aludəçilik,  əyləncə,  kolleksiya 

yığmaq,  televiziya  və  kino  asılılığı,  psixodislentika,  qallüsinogenlər  bütün  multimedia 

vasitələrinin  imkanlarını  özündə  birləşdirən  İnternetdə  daha  qabarıq  şəkildə  özünü  göstərir. 

Həmçinin  somatik  vəziyyətin  dəyişməsi  kompüter  qarşısında  həddindən  çox  vaxt  keçirən 

insanlar  üçün  də  xarakterikdir.  İnternet  yalnız  kimyəvi  və  bioloji  tələbatla  bağlı  olan  ənənəvi 

asılılıq vasitələrini əvəz edə bilmir. 

Eyni  zamanda,  bir  sıra  ənənəvi  psixostimullaşdırıcı,  həyəcanlandırıcı  asılılıq  növlərini 

(seriyalı  qətllər;  kleptomaniya  (oğurluğa,  qarətçiliyə,  soyğunçuluğa  güclü  həvəs);  piromaniya 

(odvurmaya,  yanğın  törətməyə  güclü  həvəs)  bu  gün  İnternetə  xas  olan  kibercinayətkarlıq, 

kiberterrorçuluq fəaliyyəti “layiqincə” əvəz edə bilir.  

Yalnız  virtual  mühitə  -  İnternetə  xas  olan  asılılıq  növünə  bariz  nümunə  kimi  hakerliyi 

göstərmək  olar.  Qeyd  etmək  lazımdır  ki,  bütövlükdə,  hakerliyi  İnternet-addiktlər  kimi 

qiymətləndirmək olmaz. Hakerlik fəaliyyəti ictimai, dövlət, korporativ və şəxsi maraqlara xidmət 

edə  bilər  ki,  burada  da  xoşməramlı,  yaxud  bədniyyətli  məqsədlər  güdülə  bilər.  Bu  halda 

hakerliklə məşğul olan insanlar İnternet-addik kimi klassifikasiya olunmur. 

Elə  hallar  da  var  ki,  hakerlik  fəaliyyəti  yuxarıda  qeyd  edilən  məqsədlərdən  heç  biri  ilə 

əlaqəli  deyil.  Yəni  bu  zaman  hakerlik  psixostimullaşdırıcı  xarakter  daşıyır,  həmin  fəaliyyəti 

həyata  keçirən  insan,  sadəcə,  öz  psixoloji  tələbatını  ödəyir.  Bu  səbəbdən  də  həmin  məqsədlə 

hakerliyə əl atan insanlar İnternet-addikt hesab edilir. 

Mütəxəssislər təsdiq edirlər ki, ümumiyyətlə, bu fəaliyyətlə məşğul olanlar arasında psixi 

pozğunluq  problemi  olanlar  üstünlük  təşkil  edir  [5].  Belə  ki,  haker-addiktlər  kompüter 

sistemlərinin  fəaliyyətinin  detallarını  öyrənməkdən  və  bu  sahədə  öz  imkanlarını 

genişləndirməkdən həzz alırlar. Halbuki, digər kompüter istifadəçiləri kompüter haqqında yalnız 


İnformasiya cəmiyyəti problemləri, №2(6), 2012, 7-18 

 

10                                                                  www.jpis.az 



 

zəruri  minimumları  öyrənməklə  kifayətlənirlər.  Haker-addikt  həmçinin  proqramlaşdırma 

entuziastıdır.  Yəni  bu  halda  insan  müvafiq  istiqamətdə  nəzəri  işlərlə  məşğul  olmaqdan  deyil, 

proqramlaşdırma prosesinin özündən həzz alır. Başqa sözlə, haker-addikt “kompüter xəstəliyinə” 

tutulmuş  və  kənar  informasiya  şəbəkələrinə  daxil  olmaqdan  patoloji  ləzzət  alan  şəxsdir.  Bu 

asılılıq  növü  bir  sıra  digər  analoqlarından  fərqli  olaraq,  həm  şəxsiyyət,  həm  də  cəmiyyət  üçün 

ciddi təhlükə mənbəyidir.  

Ġnternet asılılığının yaranma səbəbləri, xüsusiyyətləri və fəsadları 

Qeyd edildiyi kimi,  informasiya asılılığını aktuallaşdıran kompüterin,  İnternetin meydana 

gəlməsidir.  Müvafiq  asılılıq  probleminin  tibbi-psixoloji  aspektlərinin  araşdırılması  sahəsində 

alim  və  mütəxəssislər  tərəfindən  artıq  müəyyən  nəticələr  əldə  edilmiş,  elmi  mülahizələr  irəli 

sürülmüşdür.  

Hələ  İnternet  geniş  yayılmamışdan  və  populyarlıq  qazanmamışdan  əvvəl  psixoloqlar 

kompüter asılılığı haqqında danışırdılar. Kompüter asılılığı sahəsində ilk tədqiqat 1980-ci illərdə 

ingilis  psixoloqu  M.Şotqon  tərəfindən  aparılıb  [6].  Onun  gəldiyi  nəticəyə  görə,  kompüterdən 

asılı  vəziyyətə düşənlər  daha çox orta hesabla 30  yaşında,  yüksək intellektual səviyyəyə malik 

olan kişilərdir. Onlar, adətən, elm və ya texnika sahəsində işləyirlər, əksəriyyəti subaydır, yaxud 

azuşaqlı  evlilərdir.  Deməli,  həmin  dövrlərdə  bu  asılılığı  “texnoelita  xəstəliyi”  adlandırmaq 

olardı.  Çünki  o  zamanlar  kompüter  hələ  kütləvi  şəkildə  yayılmamışdı,  bu  texniki  vasitə  hamı 

üçün əlyetərli deyildi və yalnız çox kiçik intellektual bir qrup onunla işləmək bacarığına malik 

idi. 


İnternet  asılılığı  fenomeninin  psixoloji  problem  kimi  elmi  cəhətdən  öyrənilməsinə 

başlanması iki Amerika mütəxəssisinin – psixiatr İ.Qoldberqin və kliniki psixoloq K.Yanqın adı 

ilə  bağlıdır.  Belə  ki,  1994-cü  ildə  psixiatr  Kimberli  Yanq  İnternet  asılılığını  aşkar  etmək 

məqsədilə test-sorğu tərtib edərək, onu saytda yerləşdirdi və 500-ə yaxın cavab aldı. Məlum oldu 

ki,  sorğuya  cavab  verən  İnternet  istifadəçilərinin  5%-ə  qədəri  bu  problemi  yaşayır.  İnternet-

asılılığı  xarakterizə  edən  K.Yanq  göstərir  ki,  insanlar  qlobal  şəbəkədə  daha  çox  çatdan  (37%), 

çoxsaylı istifadəçisi olan oyunlardan (28%), telekonfranslardan (15%), elektron poçtdan (13%), 

saytlardan (7%), digər şəbəkə xidmətlərindən (2%) istifadə edirlər [7, 8].  

İnternet-asılılıq termini elmi leksikona 1995-ci ildə İ.Qoldberq tərəfindən daxil  edilib [9]. 

Onun  ilk  dəfə  zarafatla  işlətdiyi  bu  ifadə  az  sonra  müvafiq  elmi  dairələrdə  ciddi  termin  kimi 

qəbul  edilməyə  başladı.  İ.Qoldberq  bu  problemi  tibbi-psixoloji  baxımdan  deyil,  şəxsiyyətin 

sosial statusu baxımından şərh edirdi. O, müvafiq problemin aşağıdakı əsas simptomlarını qeyd 

etmişdir: 

 



İnternetdən istifadə neqativ stres vəziyyəti və ya distres yaradır; 

 



İnternetdən istifadə fiziki, psixoloji, şəxslərarası, iqtisadi və sosial statusun itirilməsinə 

səbəb olur. 

1997-1998-ci  illərdə  müvafiq  problem  üzrə  tədqiqat  və  məsləhət-diaqnostika  xidmətləri 

yaradıldı.  1998-1999-cu  illərdə  K.Yanq,  D.Qrinfild  və  K.Surrat  tərəfindən  bu  problemə  həsr 

olunan  ilk  monoqrafiyalar  yazıldı.  Məhz  1998-ci  ildən  etibarən  artıq  İnternet-addiktologiya, 

sadəcə,    kliniki  istiqamət  yox,    əhaliyə  praktiki  psixoloji  yardım  göstərmə  sahəsi  kimi  qəbul 

olunmağa başladı [9]. 

Müvafiq  sahədə  ən  genişmiqyaslı  sorğu  isə  (17  mindən  çox  respondent  arasında) 

D.Qrinfild tərəfindən aparılıb. O, seksual, kommunikativ və istehlakçı (mal və xidmətlərin əldə 

edilməsi ilə bağlı) asılılığı üzərində dayanır. K.Yanq isə İnternetin kommunikativ resurslarından 

asılı vəziyyətə düşənlərin konsultasiya edilməsinə önəm verir. 

İnternet-asılılığın  yaranmasının səbəbləri müxtəlifdir. Ən başlıca səbəb insanın təfəkkürlü 

varlıq  olması,  informasiyaya  olan  tələbatı  ilə  bağlıdır.  İnformasiya  onun  üçün  daha  mühüm 

əhəmiyyət  kəsb  edir.  Kompüter  və  İnternet  isə  informasiyanı  toplamaq,  emal,  analiz  etmək, 



İnformasiya cəmiyyəti problemləri, №2(6), 2012, 7-18 

 

 



       www.jpis.az                                                                      11 

 

yadda  saxlamaq  və  ötürmək  üçün  olduqca  böyük  imkanlara  malikdir.  Məhz  bu  özəllikləri 



kompüteri, İnterneti insan üçün ən cəlbedici vasitəyə çevirib.  

Digər səbəblər arasında aşağıdakıları göstərmək olar [10]:  

1.

 

Real  həyatda  ünsiyyət  problemlərinin  olması.  İnternet  asılılığına  düşən  insanların 



əksəriyyəti şəbəkəyə ünsiyyət xatirinə daxil olur. Çünki onlar üçün virtual ünsiyyət real 

ünsiyyətlə müqayisədə xeyli üstünlüklərə malikdir.  

2.

 

İnternetdəki təhlükəsizlik hissi. Keçirilən sorğuların nəticələri təsdiq edir ki, İnternetdən 



asılı  olan insanları  bu şəbəkədə daha çox onun anonimliyi,  əlyetərliliyi,  təhlükəsizliyi 

və istifadənin asanlığı cəlb edir.  

3.

 

Reallıqdan  uzaqlaşmaq  imkanı.  Bu  gün  artıq  İnternet  şəxsiyyəti  gerçək  dünya  ilə 



birbaşa  təmasdan,  real  insan  ünsiyyətindən  qoruyan  “bufer”  reallığının  bir  növünə 

çevrilib.  

4.

 

“İnformasiya  vampirizmi”.  İnternet  informasiyaya  məhdudiyyətsiz  çıxış  imkanı 



yaradır. Bu da insanda “informasiya vamprizmi” adlanan vəziyyət yarada bilər. 

Tədqiqatçılar İnternet-asılılığı müxtəlif meyarlar üzrə xarakterizə edirlər. K.Yanq aşağıdakı 

əlamətləri fərqləndirir [7]: 

 



Tez-tez e-poçtu yoxlamaq istəyi; 

 



Daim İnternetə daxil olmaq həvəsi; 

 



Ətrafdakıların  bu  insanın  İnternetdə  həddindən  çox  vaxt  keçirməsinə  görə  

şikayətlənməsi; 

 

Ətrafdakıların  bu  insanın  İnternetə  həddindən  çox  pul  xərcləməsinə  görə  



şikayətlənməsi; 

İ.Qoldberq isə daha geniş meyarlar sistemini işləyib hazırlayıb [6]: 

1.

 

Yaxşı  əylənmək  məqsədi  ilə  İnternetdə  keçirilən  vaxtın  həcmi  hiss  ediləcək  dərəcədə 



artır.  

2.

 



Əgər  insan  İnternetdə  keçirdiyi  vaxtın  müddətini  artırmırsa,  onda  asılılıq  effekti 

əhəmiyyətli dərəcədə azalır; 

3.

 

İstifadəçi İnternetdən imtina etməyə və ya şəbəkədə az vaxt keçirməyə cəhd göstərir.  



4.

 

İnternetdə keçirilən vaxtın azaldılması və ya ondan tamam imtina edilməsi nəticəsində 



istifadəçi ozünü pis hiss etməyə başlayır ki, bu da müəyyən əlamətlərdə özünü göstərir. 

Yəni  insanda  emosional  hərəkətlər,  həyəcanlanma  halları  müşahidə  edilir,  İnternetlə 

bağlı fantaziyalar və arzular onu daim məşğul edir. 

5.

 



İnternetdən istifadə “imtina sindromu”ndan qaçmağa imkan verir.  

6.

 



İnternetdən, adətən, əvvəlcədən nəzərdə tutulan müddətdən çox istifadə edilir. 

7.

 



İnternetdən  istifadə  ilə  əlaqədar  mühüm  sosial  və  peşə  fəaliyyəti,  həmçinin    istirahət 

üçün vaxt azalır.  

8.

 

İnternetin  yaratdığı  fiziki,  psixoloji,  sosial,  peşə  problemlərini  bilən  insan  ondan 



istifadə etməkdə davam edir. 

İnsanda İnternetdə keçirilən vaxtdan imtina etmə, yaxud həmin vaxtı azaltmaq cəhdləri ilə 

müşahidə  olunan  emosional  dəyişikliklər  onun  İnternetdən  psixoloji  asılılığını  göstərir. 

Psixatriya  dilində  buna  “imtina  sindromu”  deyilir.  Lakin  İnternetdən  “imtina  sindromu” 

siqaretdən,  spirtli  içkilərdən,  narkotik  maddələrdən  imtina  cəhdləri  nəticəsində  baş  verən 

hallardan  fərqlənir.  Çünki  siqaretdən,  spirtli  içkilərdən,  narkotik  maddələrdən  imtina  edərkən 

insanda  zərərli  vasitələrdən  təkcə  psixoloji  deyil,  həm  də  fizioloji  asılılıq  özünü  göstərir  və  bu 

proses daha ağrılı olur. İnternet asılılığı zamanı isə fizioloji komponent iştirak etmir. Bu zaman 

istifadəçidə  yalnız  sosial,  peşəkar  və  ya  digər  fəaliyyət  funksiyası  zəifləyir,  yaxud  tamamilə 

pozulur. 

Aparılan  müşahidələrə  və  tədqiqatlara  əsaslanaraq,  İnternet  asılılığının  psixoloji  və  fiziki 

fəsadlarını aşağıdakı kimi ümumiləşdirmək olar [10]: 

 


İnformasiya cəmiyyəti problemləri, №2(6), 2012, 7-18 

 

12                                                                  www.jpis.az 



 

Psixoloji fəsadları: 

 

Kompüter arxasında özünü yaxşı hiss etmə və eyforiyaya qapanma



 

Kompüterdən ayrılmağın problemə çevrilməsi; 



 

Kompüter arxasında keçirilən vaxtın getdikcə artması; 



 

Ailəyə, yaxınlara və dostlara qarşı etinasızlıq; 



 

Kompüterdən  kənarda  olarkən  mənəvi  boşluğun,  depressiyanın,  əsəb  gərginliyinin 



yaranması; 

 



Öz fəaliyyəti haqqında işdə müdiriyyətə, evdə isə ailə üzvlərinə yalanlar uydurma; 

 



İş və ya təhsillə bağlı problemlərin yaranması. 

Fiziki fəsadları: 

 

Karpal  kanalı  sindromu  (əl  əzələlərinin  uzun  müddət  gərilməsi  nəticəsində  yaranan 



problem); 

 



Gözlərdə quruluğun yaranması; 

 



Miqren tipli baş ağrıları; 

 



Bel ağrıları; 

 



Qida rejiminin pozulması; 

 



Şəxsi gigiyenaya qarşı etinasızlıq; 

 



Yuxu rejiminin pozulması, yuxusuzluq. 

Qeyd  etmək  lazımdır  ki,  heç  də  bütün  insanlar  İnternet  asılılığına  məruz  qalmır.  Bu  cür 

vəziyyətə  xüsusi  tip  insanlar  düşürlər  [11].  İnternet  özünü  qiymətləndirə  bilməyən,  özündən 

narazı olan, gerçək həyatda harmonik münasibətlər qura bilməyən insanları daha çox cəlb edir. 

Bu tip insanlar İnternetə ehtiram, sevgi və məxsusi duyğular axtarmaq ümidi ilə müraciət edirlər. 

Onlar şəbəkə ünsiyyəti zamanı axtardıqlarını tapdıqda çox keçmədən İnternetdən asılı vəziyyətə 

düşürlər.   

Apardığımız tədqiqatlar göstərir ki, ayrı-ayrı sosial qruplara münasibətdə İnternet asılılığı 

müxtəlif  formalarda  təzahür  edir.  Məsələn,  cinsi  mənsubiyyətdən  asılı  olan  xarakterik 

xüsusiyyətlərə  uyğun  da  asılılıq  sindromu  yaranır.  Azartlı  oyunlara,  idman  yarışlarına,  kəskin 

süjetli  filmlərə  aludəçilik,  əsasən,  kişilər  arasında  müşahidə  edilir.  Hakerlər  arasında  da  zərif 

cinsin nümayəndələrinə nadir hallarda rast gəlmək olar. Eyni zamanda, qadınlar, əsasən, virtual 

tanışlığa  və  ünsiyyətə,  sevgi  macəralarına  həsr  olunan  filmlərə,  musiqiyə,  moda  ilə  bağlı 

mövzulara,  süjetlərə  daha  çox  aludə  olurlar.  Ümumiyyətlə,  aparılan  tədqiqatlara  görə,  qadınlar 

İnternetin  qarşısında  kişilərdən  3  dəfə  artıq  vaxt  keçirirlər  [1].  Sosioloqlar  bunu  qadınların 

kişilərlə  müqayisədə  daha  çevik  psixikaya  malik  olmaları,  yeni  informasiya  əldə  etməyə  daha 

çox həvəs göstərmələri və daha ünsiyyətcil olmaları ilə əlaqələndirirlər. Ona görə də zərif cinsin 

nümayəndələri arasında müvafiq asılılıq sindromu ilə üzləşənlər daha çoxdur. 

İnternet  asılılığının  yaranmasına  insanların  yaş  xüsusiyyətləri  də  ciddi  təsir  göstərir.  İlk 

növbədə, onu qeyd etmək lazımdır ki, uşaqların psixikası kövrək olur, onlar müvafiq təsirə daha 

tez  məruz  qalırlar.  Yeniyetmə  və  gənclər  isə  İnternetin  əsas  “sakinləridir”.  Bu  yaş  dövrlərində 

insanların  maraq  dairəsi  daha  geniş  olduğuna  görə  onların  asılılığın  bütün  formalarına,  o 

cümlədən  informasiya  asılılığına  düşmə  ehtimalı  daha  böyükdür.  Orta  nəsil  nümayəndələrinin 

ailə-məişət və peşə fəaliyyəti ilə bağlı qayğıları daha çox olur. Buna görə də onların boş vaxtları 

az  olur  və  əyləncə  onları  o  qədər  də  cəlb  etmir.  Onlar  arasında  kompüter  və  İnternetlə  işləyə 

bilənlərin xüsusi çəkisi də yüksək deyil. Bu yaş qrupundakı insanlar arasında, sadəcə, intellektual 

peşə  tələblərinə  uyğun  informasiyanın  “cazibəsinə”  düşmə  riski  böyük  olur.  Yaşlı  nəslin 

nümayəndələri  arasında  informasiya  asılılığı  problemi  nadir  hallarda  müşahidə  edilə  bilər.  Bu 

insanların səhhətləri, maraq dairələri və yeni texnologiyalara münasibətləri kimi amillər buna yol 

vermir. 


Milli,  etnik  xüsusiyyətlər  də  asılılıq  sindromunun  yaranmasında  mühüm  rol  oynayır. 

Araşdırmaların nəticələri göstərir ki, Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya kimi 



İnformasiya cəmiyyəti problemləri, №2(6), 2012, 7-18 

 

 



       www.jpis.az                                                                      13 

 

Şərqi  Asiya  ölkələrində  əhali  arasında  İnternet  asılılığı  halları  dünyanın  digər  regionları  və 



ölkələri  ilə  müqayisədə  daha  yüksəkdir.  Bu  da  həmin  region  xalqlarında  qapalı  xarakterin 

üstünlük  təşkil  etməsi  ilə  izah  oluna  bilər.  Belə  ki,  real  həyatda  ünsiyyət  problemləri  olan 

insanlar üçün İnternet əlverişli mühitdir. Kompleksli insanlar bu mühitdə ünsiyyət ehtiyaclarını 

daha rahat şəkildə ödəyə bilirlər [1]. 

Azartlı oyun saytlarında isə Latın Amerikası, Qafqaz və ərəb  ölkələri vətəndaşlarını daha 

çox “görmək” olur. Bu da müvafiq region xalqlarının çılğın xarakteri ilə izah oluna bilər.   

Asılılıq  sindromunun  formalaşmasında  peşə  xüsusiyyətləri  də  ən  mühüm  amillərdən  biri 

kimi  çıxış  edir.  Təbii  ki,  informasiya  asılılığı,  bir  qayda  olaraq,  intellektual  peşə  sahibləri 

arasında  müşahidə  edilir.  İnternet  asılılığa  məruz  qalanlar  arasında  da  bu  peşə  kateqoriyasının 

nümayəndələri  üstünlük  təşkil  edir.  Məhz  bu  cür  insanların  maraq  dairəsi,  dünyagörüşü  çox 

geniş olur. İnternetdə isə istənilən maraq dairəsinə uyğun olduqca zəngin resurslar mövcuddur. 

(Məsələn,  qlobal  şəbəkədə  yalnız  pişiklərə,  yaxud  göbələklərə  həsr  olunmuş  yüzlərlə  sayt 

tapmaq olar.) Bu baxımdan, asılılıq sindromunu “intellektual xəstəlik” kimi də xarakterizə etmək 

olar.  


İnsanların  İnternet  asılılığına  “yoluxmasında”  dil  amili  də  çox  mühüm  rol  oynayır. 

İnternetdə  hansı  dildə  resurslar  çoxluq  təşkil  edirsə,  həmin  dildə  danışan,  yaxud  bu  dili  bilən 

insanların müvafiq xəstəliyə tutulma ehtimalı daha yüksəkdir. Eyni zamanda, bir neçə aparıcı dil 

bilən insanların  da  İnternet-addiktlərin sırasına düşməsi  riski  böyükdür.  Ümumiyyətlə, müvafiq 

asılılığa  düçar  olanlar,  əsasən,  ingilis,  alman,  fransız,  ispan,  rus,  çin  və  yapon  dillərində  olan 

saytlardan istifadə edənlərdir.  

İnternet-asılılıq  xəstəliyi  daşıyıcılarının  coğrafi  məkan  üzrə  qeyri-bərabər  paylanmasında 

iqtisadi  amil  də  həlledicidir.  Çünki  bu  xəstəliyin  meydana  gəlməsi  ölkənin  ümumi  iqtisadi 

inkişaf  səviyyəsindən,  adambaşına  düşən  ÜDM-in,  kompüterlərin  sayından,  ölkədəki 

informasiyalaşmanın  və  bütövlükdə,  informasiya  cəmiyyəti  quruculuğunun  səviyyəsindən 

birbaşa  asılıdır.  Başqa  sözlə  desək,  rəqəmsal  fərqlərin  təzahürləri  İnternet  asılılığı  xəstəliyinin 

coğrafi məkan üzrə paylanmasında da özünü göstərir.   

Müvafiq  siyasi-hüquqi  mühit  də  İnternet-asılılığın  meydana  gəlməsində  mühüm 

amillərdəndir.  Yəni,  vətəndaşların  İnternetdən  istifadəsinə  məhdudiyyət  qoyulan,  bu  sahədə 

müxtəlif  motivli  senzuraların,  filtirasiyaların  tətbiq  edildiyi  Kuba  və  İran  kimi  ölkələrdə  bu 

problem o qədər də aktual  deyil. Əksinə,  İnternetdən istifadə sahəsində  qanunvericiliyin  liberal 

xarakterli olduğu ölkələrdə bu problem böyük təşviş yaradır.  

Ġnternet asılılığının tibbi-psixoloji profilaktikası  

İnternet  asılılığının  profilaktikası  müxtəlif  tibb  sahələri  mütəxəssislərinin  birgə  fəaliyyət 

göstərməsini tələb edir. Bu problemin həllində əsas rolu pasiyentin sosial reablitasiyası oynayır 

ki, bu işdə də psixoloqların və psixoterapevtlərin köməyinə ehtiyac var. Mütəxəssislərin rəyinə 

görə,  müxtəlif  növ  asılılıqların  müalicəsində  istifadə  edilən  dərman  preparatlarını  İnternet-

asılılıqdan  əziyyət  çəkənlərin müalicəsi  üçün də tətbiq etmək olar [12]. Həmin vasitələrin əsas 

xüsusiyyətləri orqanizmdə maddələr mübadiləsinin pozulmasını aradan qaldırmaq və orqanizmin 

müxtəlif sistemləri arasında tarazlıq yaratmaqdır.  

Bitkilərdən hazırlanmış məlhəmlər də  İnternet-asılılığın müalicəsi üçün effektlidir. Bu cür 

preparatlar əsəb sistemini normallaşdırır və beyin fəaliyyətinə müsbət təsir göstərir, yuxusuzluq 

probleminin aradan qalxmasına kömək edir, xəstənin özünəinam hissini, sosial marağını artırır. 

İnternet asılılığından əziyyət çəkən insanlarda qidalanmaya qarşı etinasızlıq nəticəsində vitamin 

və mineralların çatışmaması da müşahidə olunur. Ona görə də bu prob-lemin müalicəsi zamanı 

həkimlər müxtəlif tərkibli vitamin-mineral komplekslərindən istifadəni məsləhət görürlər. 

Bu  xəstəliyin  fiziki  simptomlarının  (görmə  qabiliyyətinin  zəifləməsi,  karpal  sindromu, 

gözün  quruması,  displey  sindromu,  onurğa  sütunundakı  problemlər  və  s.)  aradan  qaldırılması 

üçün, ilk növbədə, iş şəraitinin düzgün qurulması, iş və istirahət rejiminə riayət edilməsi tövsiyə 


İnformasiya cəmiyyəti problemləri, №2(6), 2012, 7-18 

 

14                                                                  www.jpis.az 



 

olunur.  Görmə  qabiliyyətində  problemlərin  yaranmaması  üçün  göz  gimnastikası  etmək  və 

keyfiyyətli monitorlardan istifadə vacibdir.  

İnternet  asılılığının  aradan  qaldırılması  üçün  şəxsiyyətin  cəmiyyətdə  sosial  fəallığının 

artırılması da mühüm rol oynayır. Belə ki, müxtəlif ictimai birlik və hərəkatlarda iştirak, burada 

ayrı-ayrı insanlarla canlı ünsiyyətin qurulması  İnternetin “cazibəsinin” zəifləməsinə xidmət edir. 

Həmçinin  gündəlik  həyatda  yeknəsaqlıqdan  qaçmaq,  gəzintilərə,  səyahətlərə  vaxt  ayırmaq  da 

müvafiq problemdən qurtulmaq üçün mühüm vasitədir.   

Təbabətdə  imtina  sindromunun  müalicə  üsulları  məlumdur.  İmtina  sindromu  narkotikdən 

imtina  etdikdən  sonra  bir  neçə  gün  ərzində  yaranır.  Məsələn,  heroindən  imtina  zamanı  xəstəyə 

ondan daha yüngül olan metadon verirlər. Bu baxımdan, bir çox əyyaşlar, narkomanlar, siqaret 

çəkənlər  və  digər  vasitələrdən  asılı  olan  insanlar  üçün  İnternet  daha  yüngül  narkotik  kimidir. 

Əyyaş  və  narkomanların  İnternetdəki  çoxsaylı  sessiyalar  hesabına  müvafiq  zərərli  vasitələrdən 

istifadəni  azaltmaları  və  ya  onlardan  tamamilə  imtina  etmələri  kimi  hallar  da  mövcuddur.  Bu 

halda, bir asılılıq digər asılılıqla əvəz edilir. Asılılığın bir çox psixoterapevtik müalicə üsulları bu 

metoda əsaslanır. Zərərli aludəçilik ondan daha təhlükəsiz aludəçiliklə əvəz edilir.  



Uşaqların Ġnternet asılılığından qorunmasının xüsusiyyətləri 

Məlum  olduğu  kimi,  İnternet  asılılığına  məruz  qalanlar,  əsasən,  uşaq  və  yeniyetmələrdir. 

Orta və yaşlı nəslin nümayəndələri arasında bu sindromun əlamətlərini müşahidə etmək, demək 

olar  ki,  qeyri-mümkündür.  Çünki  həmin  nəslin  nümayəndələrinin  İnternetdə  əylənməyə  ya 

vaxtları olmur, ya da bu texnologiya ilə işləməyi bacarmırlar.  

Microsoft  şirkətinin  araşdırmalarına  görə,  artıq  dünyada  İnternet  istifadəçilərinin  sayı  1,3 

milyard nəfərə çatıb ki, onlardan da 50%-i məhz 8-15 yaş arasında olan          insanlardır [13]. 

Əgər  1990-cı  illərdə  yeniyetmələr,  əsasən,  musiqi  dinləməklə  və  televerilişlərə  baxmaqla 

əylənirdilərsə, artıq müvafiq yaş kateqoriyasına aid olanları kompüter və İnternet daha çox cəlb 

edir.  Qərb  ölkələrində  müasir  məktəblilərin  70%-ə  qədəri  öz  maraqları  və  əyləncə  vasitələri 

barədə sorğuya cavab verərkən İnternetin adını çəkirlər [1]. 

Uşaq və yeniyetmələrin İnternetdən asılı vəziyyətə düşmələrinin ən təhlükəli tərəflərindən 

biri  onların  cinayətkarların  hədəfinə  çevrilmələridir.  Müəyyən  İnternet  saytlarında  çoxlu  vaxt 

keçirən uşaqlar cinayətkarların maraq dairəsinə düşürlər. Uşaq psixologiyasına yaxşı bələd olan 

həmin  məkrli  insanlar  onları  müxtəlif  cəlbedici  vasitələrlə  ələ  almağa  çalışır,  şirnikləşdirici 

vədlər  verirlər.    Həmin  vədlərinin  reallaşdırılmasının  isə  yalnız  valideynlərin  bundan  xəbər 

tutmayacağı halda mümkün olacağını uşaqlara inandırmağa çalışırlar. 

İnternet-asılılığın  uşaqlarda  özünü  göstərən  neqativ  təsirlərindən  biri  də  mental 

xüsusiyyətlərlə  bağlıdır.  Müşahidələr  göstərir  ki,  bu  cür  uşaqlarda  vətənpərvərlik  hissləri  zəif 

olur, onlar milli-mənəvi dəyərlərə anormal münasibət bəsləyir, kosmopolit düşüncə tərzinə malik 

olurlar.  Bu  isə,  bütövlükdə,  cəmiyyətin,  dövlətin  gələcəyi  üçün  bir  təhlükədir.  Belə  uşaqların 

gələcəkdə hərbi xidmət keçməsində də ciddi problemlər yaranır. 

Müvafiq xəstəliyə düşənlər arasında uşaq və  yeniyetmələr çoxluq təşkil etdiyinə görə, bu 

problemin  qarşısının  alınmasında,  ona  qarşı  mübarizə  aparılmasında  valideynlərin  və 

müəllimlərin üzərinə xüsusi vəzifə düşür. Valideynlərin bu sahədəki vəzifələrini lazımınca icra 

edə  bilmələri  üçün  müxtəlif  beynəlxalq  təşkilatlar  və  informasiya  texnologiyaları  şirkətləri 

təlimatlar,  yaddaş  kitabçaları  hazırlayırlar.  Uşaqlarını  İnternetin  zərərli  təsirlərindən  qorumaq 

üçün, ilk növbədə, valideynlərin və müəllimlərin özlərini bu sahədə maarifləndirmək, onlara bu 

təhlükəni anlatmaq lazımdır.  

Onu  da  nəzərə  almaq  lazımdır  ki,  müxtəlif  obyektiv  və  subyektiv  səbəblərə  görə  heç  də 

həmişə  valideynlər  uşaqlarına  nəzarət  edə  bilmirlər.  Uşaqlar  günün  müəyyən  vaxtlarında 

İnternet-klubların  xidmətindən  istifadə    etmək  imkanına  malikdirlər.  Bu  baxımdan,  müvafiq 

dövlət orqanlarının da üzərinə müyyən missiya düşür. Uşaq və yeniyetmələri qeyd edilən asılılıq 

sindromundan qorumaq üçün İnternet-klubların üzərinə müəyyən vəzifələrin qoyulması zərurətə 



İnformasiya cəmiyyəti problemləri, №2(6), 2012, 7-18 

 

 



       www.jpis.az                                                                      15 

 

çevrilir.  Artıq  bir  sıra  ölkələrdə  bu  məsələ  ilə  bağlı  müəyyən  normalar,  qaydalar  yaradılaraq 



tətbiq edilməkdədir. 

Bu  problemin  həlli  üçün  sistemli  şəkildə  faəliyyət  göstərməklə  və  hüquqi  tənzimləmə 

vasitələri ilə yanaşı, adət-ənənələrdən, milli-mənəvi normalardan, həmçinin texniki imkanlardan 

istifadə  etməyə  ehtiyac  var.  Şəxsiyyətin  (valideynlərin,  uşaqların)  və  müəllimlərin  informasiya 

mədəniyyətinin formalaşdırılması burada ən səmərəli vasitə kimi çıxış edə bilər. 

Valideynlər,  ilk  növbədə,  İnternetdəki  təhlükələr  və  təhlükəsizlik  qaydaları  haqqında 

məlumatlandırılmalıdırlar.  Bu  məlumatlara  uyğun  olaraq  onlar  uşaqlarının  İnternetdəki 

davranışına nəzarət etməlidirlər. Həmçinin İnternetdən istifadə edən uşaqların yaş xüsusiyyətləri 

də  nəzərə  alınmalıdır.  Çünki  uşaq  öz  psixoloji  inkişafında  bir-birindən  ciddi  şəkildə  fərqlənən 

müəyyən mərhələlərdən keçir. Bu məqamlar onların İnternetdəki davranışında da özünü göstərir. 

Valideynlərin bu barədə bilgilərinin olması onlara uşaqlarına İnternetlə davranış qaydalarına dair 

tövsiyələr  verərkən  çox  vacibdir.  Bir  qayda  olaraq,  mütəxəssislər  İnternetdən  istifadə  edən 

uşaqları aşağıdakı intervallar üzrə yaş xüsusiyyətlərinə bölürlər: 7 yaşadək; 7-10 yaş; 10-13 yaş; 

14-17 yaş [14].  

Uşaqlar  asudə  vaxtlarının  xüsusilə  çox  olduğu  yay  tətili  dövründə  daha  çox  kompüter 

qarşısında  olurlar.  Yəni  bu,  onların  kompüter  oyunlarından,  İnternetdən  asılı  vəziyyətə  düşmə 

riskinin yüksək olduğu dövrdür.  Onların bu riskdən qorunmaları, həmin vaxtdan, kompüter və 

İnternetdən səmərəli istifadə etmələrinin təşkili də aktual məsələdir. 

Sovetlər Birliyi zamanı yay tətili dövründə uşaqların istirahətinin səmərəli təşkili məqsədilə 

turizm  bölgələrində  tərbiyəçi-müəllimlərin  nəzarəti  altında  pioner  düşərgələri  fəaliyyət 

göstərirdi.  İndi  həmin  müsbət  təcrübədən  istifadə  edərək  İnternet-düşərgələr  təşkil  etmək  olar. 

İnternet-düşərgələrdə uşaqların kompüter və İnternetdən düzgün, təhlükəsiz və səmərəli şəkildə 

istifadəsi  təşkil  edilə  bilər  ki,  bu  da  məktəblilərdə  ümumi  dünyagörüşünün  artmasına, 

informasiya  mədəniyyətinin  formalaşmasına,  onların  yeni  informasiya  texnologiyalarını 

mənimsəmələrinə,  bütövlükdə,    layiqli  şəxsiyyət,  vətəndaş  kimi  yetişməsinə  kömək  edə  bilər. 

Eyni  zamanda,  bu  düşərgələrdə  müxtəlif  idman  yarışlarının,  təbiət  guşələrinə  ekskursiyaların 

təşkili,  fiziki  əmək  bacarıqlarının  öyrədilməsi  uşaqlarda  real  məkanla  virtual  məkan  arasında 

düzgün  balans  yaratmaq  vərdişlərini  aşılamağa  xidmət  edə  bilər.  Bu  isə  uşaqların  gələcəkdə 

düzgün  həyat  tərzi  qurmalarına,  təkcə  virtual  məkana  bağlanmamalarına,  real  həyatın  dəyərini 

anlamağa və zəruri şərtlərinə əməl etmələrinə kömək göstərər [15].  

Bu  problemləri  aradan  qaldırmaq  üçün  uşaqlarda  qeyd  edilən  neqativ  psixologiyanı 

formalaşdıran  kontentlərə  alternativ  olaraq  onların  düzgün  tərbiyə  edilməsinə,  milli-mənəvi 

dəyərlərin,  vətənə  məhəbbət,  dövlətə  sədaqət  hisslərinin  aşılanmasına  xidmət  edən  İnternet 

resurslarının yaradılması da vacibdir. Bu cür faydalı və cəlbedici kontentlər, həmçinin valideyn 

və müəllim nəzarəti olarsa, uşaqların ziyanlı kontentlərə daxil olmalarının qarşısı alına bilər. 

Ġnternet asılılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübə  

İnternet  asılılığı  problemi  qlobal  miqyasda  böyük  təşviş  yaratdığına  görə  bu  məsələ 

müvafiq  beynəlxalq  təşkilatların  diqqət  mərkəzindədir.  2005-ci  ildə  keçirilən  İnformasiya 

cəmiyyətinə  dair  Tunis  Sammitinin  yekun  sənədlərində  uşaq  və  gənclərin  kiber-təhlükələrdən 

müdafiəsinin  zəruriliyi  qeyd  edilir  [1].  İstifadəçilərin,  xüsusilə,  uşaqların  İnternetin  zərərli 

təsirlərindən  qorunması  problemi  hazırda  BMT  qurumlarının  qarşısında  duran  ən  mühüm 

məsələlər sırasındadır.  

“Psixi  pozğunluq  üzrə  diaqnostik  və  statistik  vəsait”  adlı  beynəlxalq  ensiklopediyada 

(DSM-IV)  İnternet  asılılığı  “gələcəkdə  də  öyrənilməsi  tövsiyə  edilən”  pozğunluq  kimi 

xarakterizə edilir [16].  

İnternet-asılılıq  probleminin  ciddi  fəsadlarının  qeydə  alındığı  ölkələrdə  bu  təhlükənin 

qarşısını  almaq  üçün  müxtəlif  proqramlar  qəbul  edilir,  layihələr  həyata  keçirilir,  hüquqi 

mexanizmlər işlənib hazırlanır.   


İnformasiya cəmiyyəti problemləri, №2(6), 2012, 7-18 

 

16                                                                  www.jpis.az 



 

Çin hökuməti 2007-ci ildə İnternet asılılığının profilaktikası üzrə milli proqram qəbul edib. 

Həmçinin  Çin  parlamenti  müvafiq  əhali  təbəqələri  arasında  İnternet-asılılıq  sindromunun 

inkişafının qarşısını almaq məqsədi ilə tədqiqatların aparılmasını və texnologiyaların işlənməsini 

təşviq edən qərar qəbul edib. Artıq Çində İnternet-asılılıq rəsmən kliniki xəstəlik kimi tanınır. Bu 

ölkədə müvafiq xəstəliklə bağlı diaqnostik meyarlar və müalicə üçün tövsiyələr hazırlanıb [1].  

Cənubi  Koreyada  2012-ci  ildə  İnternet  asılılığına  məruz  qalan  vətəndaşların  sayının 

azaldılması məqsədilə dövlət proqramı qəbul edilib. Bu proqramda İnternet asılılığı ilə mübarizə 

məqsədilə texniki vasitələrin tətbiqi nəzərdə tutulub [17].  

Finlandiyada  da  İnternet-asılılıq  rəsmən  ciddi  xəstəlik  kimi  tanınır.  Bu  ölkənin  Müdafiə 

Nazirliyi  həmin  xəstəlikdən  əziyyət  çəkənləri  hərbi  xidmətə  çağırmamaq  haqqında  qərar  qəbul 

edib.  Belə  bir  qərarın  qəbul  edilməsinə  səbəb  kimi  mütəxəssislər  aşkar  ediblər  ki,  öz 

kompüterləri  ilə  vidalaşmağa  məcbur  olan  belə  gənclər  üçün  bu  ayrılıq  dövrü  olduqca  çətin 

keçir. Müvafiq xəstəlik aşkar edilən gənclərə 3 il müddətinə möhlət verilir ki, müalicə prosesini 

keçsinlər [1].  

ABŞ-ın  məhkəmə  praktikasında  da  İnternet  asılılığının  psixoloji  xəstəlik  kimi  tanınması 

hallarına  rast  gəlinir.  Məşhur  amerikalı  haker  Kevin  Mitnik  ilk  dəfə  mühakimə  olunarkən, 

müttəhimin müdafiəsi onun İnternetdən asılılığının xəstəlik kimi tanınması üzərində qurulmuşdu. 

Nəticədə  həmin  diaqnoz  yüngülləşdirici  hal  kimi  qəbul  olundu  və  haker  uzun  müddətə 

azadlıqdan məhrumetmə cəzası və ciddi cərimə məbləği (müvafiq olaraq 20 il və 750 000 ABŞ 

dolları)  əvəzinə  3  ay  müddətində  İnternet-asılılıqdan  müalicə  olundu  və  1  il  müddətinə  şərti 

azadlıqdan məhrumetmə cəzası aldı [6]. 

Almaniyanın Humboldt adına Berlin Universitetinin mütəxəssisləri 10 min nəfərin iştirakı 

ilə apardıqları tədqiqatın nəticələrinə uyğun olaraq İnternet-asılılıq nəzəriyyəsini və bu xəstəliyin 

müalicə üsullarını işləyib hazırlayıblar [1].  

Nəticə 

Bir  çox  ölkələrdə  İnternet  asılılığının  vəziyyəti  ilə  bağlı  vaxtaşırı  monitorinqlər  keçirilsə 

də,  hələlik  Azərbacanda  bu  problemin  real  vəziyyətini  əks  etdirən  heç  bir  əsaslı  araşdırma 

aparılmayıb.  Ona  görə  də  ölkəmizdə  İnternet  asılılığının  vəziyyəti  barədə  hər  hansı  bir  dəqiq, 

rəsmi  fikir  söyləmək  mümkün  deyil.  İnternet  asılılığı  probleminin  ciddiliyi  Azərbaycanda  bu 

sahədəki  vəziyyətin  öyrənilməsi  və  qiymətləndirilməsi  üçün  əsaslı  tədqiqatların  aparılmasına 

ehtiyac  olduğunu  deməyə  əsas  verir.  Bunun  üçün  xarici  təcrübənin  öyrənilməsi  və  tətbiqi  də 

vacibdir. 

Ölkə  mediasında  apardığımız  monitorinq  göstərir  ki,  son  vaxtlar  yeniyetmə  və  gənclərin 

İnternet aludəçiliyi ilə bağlı onların valideynlərinin tibb müəssisələrinə, psixoloq və psixiatrlara 

müraciətlərinin sayı artmaqdadır.  

Həmçinin  2008-2012-ci  illərdə  AMEA  İnformasiya  Texnologiyaları  İnstitutu  tərəfindən 

innovativ  təhsil  layihəsi  çərçivəsində  Bakı  Dövlət  Universitetinin  Jurnalistika  fakültəsinin  3-cü 

kurs  tələbələrinə  “İnformasiya  cəmiyyətinin  əsasları”  kursu  tədris  edilərkən  onların  İnternet 

asılılığına məruz qalma vəziyyəti K.Yanqın metodikası əsasında araşdırılmış və məlum olmuşdur 

ki,  tələbələr  arasında  İnternet-asılılıq  səviyyəsi  ilbəil  artır.  Bu  göstəricinin  ölkəmizin  bütün 

intellektual gəncliyi üçün xarakterik olduğunu ehtimal etmək olar. 

Bundan  başqa,  son  illər  Azərbaycanda  İnternet  infrastrukturu  genişləndirilmişdir  və  artıq 

bütün  ölkəni  əhatə  edir.  Həmçinin  əhalinin  gəlirlərinin  ilbəil  artması,  İnternetin  qiymətinin 

getdikcə  ucuzlaşması,  İnternet  xidmətləri  sahəsində  keyfiyyət  artımı  müşahidə  olunur,  mobil 

İnternetin  əlyetərliliyi  artır. Ölkəmizdə  İnternetdən istifadə ilə bağlı hər  hansı  bir məhdudiyyət 

tətbiq  edilmir.  Bütün  bunlar  Azərbaycanda  İnternet  istifadəçilərinin  sayının  sürətlə  artmasına, 

eləcə  də,  istifadəçilərin  İnternetdə  keçirdikləri  vaxtın  müddətinin  uzanmasına  gətirib  çıxarır. 

Belə bir vəziyyət ölkəmizdə İnternet asılılığına məruz qalma ehtimalını da artırır.  

İnternet  asılılığının  yaranmasında  milli-mental  xüsusiyyətlər  də  əhəmiyyətli  rol  oynayır. 


İnformasiya cəmiyyəti problemləri, №2(6), 2012, 7-18 

 

 



       www.jpis.az                                                                      17 

 

Azərbaycan  əhalisinin  milli-mental  xüsusiyyətlərinin  İnternet  asılılığının  yaranma  səbəbləri 



baxımından tədqiq edilməsi də problemə yanaşma baxımından aktuallıq kəsb edir.  

Digər  vacib  məsələ,  İnternet  asılılığının  ölkədə  rəsmən  xəstəlik  kimi  tanınmasıdır.  Belə 

tanınmanın olmaması həkimlərin İnternet-asılılıq diaqnozu qoyması, müvafiq arayış verməsi və 

üsulları tətbiq etməsini əngəlləyir.   

Bötövlükdə,  İnternet  asılılığı  ilə  konseptual  və  effektli  mübarizə  aparılması  zərurəti  bu 

problemə  milli  təhlükəsizliyin  əhalinin  sağlamlığının  qorunması  və  informasiya  təhlükəsizliyi 

aspeklərtindən yanaşılmasını tələb edir. 

 

Ədəbiyyat: 

1.

 



Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.  İnformasiya  asililiği  problemləri  və  onlarla  mübarizə 

yolları.    Ekspress-informasiya.  İnformasiya  cəmiyyəti  seriyası,  Bakı:  “İnformasiya 

Texnologiyaları” nəşriyyatı, 2009, 62 səh.  

2.

 



Старшенбаум  Г.В.  Аддиктология:  психология  и  психотерапия  зависимостей,        М.: 

Когито-Центр, 2006, 367 с. 

3.

 

Даренский  И.Д.  Аддиктология  как  научная  дисциплина  и  область  практической 



деятельности // Аддиктология. 2005. № 1, c. 8-13. 

4.

 



Под редакцией Менделевича В.Д. Руководство по аддиктологии, СПб: Речь, 2007, 768 

c.  


5.

 

Котляров  А.В.  Другие  наркотики,  или  Homo  Addictus:  Человек  зависимый,  



М: Психотерапия, 2006, 480 с.  

6.

 



Егоров А.Ю. Нехимические зависимости, СПб: Речь, 2007, 190 с. 

7.

 



Young  K.S.,  Rodgers  R.C.  The  Relationship  Between  Depression  and  Internet  Addiction  / 

CyberPsychology & Behavior, 1(1), pp. 25-28, 1998 

8.

 

Chou  C.,  Condron  L.,  Belland  J.C.  A  Review  of  the  Research  on  Internet  Addiction, 



Educational Psychology Review, Vol. 17, No. 4, December 2005. 

9.

 



Войскунский А.Е. Актуальные проблемы зависимости от Интернета // 

Психологический журнал, №1, 2004  

10.

 

Кузнецова Ю.М., Чудова Н.В. Психология жителей Интернета, Москва: Издательство 



ЛКИ, 2008, 224 с.  

11.


 

Краснова С.В. и др. Как справиться с компьютерной зависимостью,  М: Эксмо, 2008, 

224 с.  

12.


 

Касапчук А. Лечение компьютерной зависимости, http://

www.tiensmed.ru

 

13.



 

http://www.microsoft.com 

14.

 

Егоров А.Ю., Игумнов С.А. Расстройства поведения у подростков // СПб: Речь, 2005, 



436 с. 

15.


 

Алигулиев Р.М., Махмудова Р.Ш., Махмудов Р.Ш. Вопросы  защиты детей  школьного  

возраста от Интернет-зависимости // Дистанционное и виртуальное обучение, Москва, 

№ 6, 2011. 

16.

 

http://www.allpsych.com



 

17.


 

http:/www.tochka.net 

 


İnformasiya cəmiyyəti problemləri, №2(6), 2012, 7-18 

 

18                                                                  www.jpis.az 



 

УДК  004:159.9 

Алгулиев Расим М.

1

, Махмудов Расим Ш.

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

1

secretary@iit.ab.az, 



2

rasimmahmudov@gmail.com 



Интернет-зависимость и вопросы борьбы с ней 

В  статье  исследуются  проблемы  Интернет-зависимости.  Указываются  причины 

возникновения,  особенности  и  негативные  последствия  информационной  зависимости, 

являющейся  новой  областью  исследования  аддиктологии.  Исследуются  международный 

опыт  медицинско-психологической  профилактики  интернет-зависимости,  особенности 

защиты  детей  от  этой  опасности,  а  также  зарубежный  опыт  по  борьбе  с  данными 

проблемами.  Излагается  существующая  ситуация  с  Интернет-зависимостью  в 

Азербайджане и выдвигаются предложения по ее решению. 



Ключевые  слова:  Интернет-зависимость,  Интернет-увлечение,  аддиктология,  синдром 

зависимости, медицинско-психологическое расстройство. 

 

Rasim M. Alguliyev

1

, Rasim Sh. Mahmudov

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan 

1

secretary@iit.ab.az, 



2

rasimmahmudov@gmail.com 



Internet addiction and issues on the struggle against it 

In  this  article  the  problems  on  Internet  addiction  are  investigated.  The  emergence  causes, 

features  and  consequences  of  Internet  addiction  characterized  as  a  new  research  area  of 

addictology are analyzed. International experience is being investigated in the field of medical-

psychological  prevention  of  Internet  addiction,  the  protection  features  of  children  from  this 

danger, struggle with the same problem. The current situation in Azerbaijan  concerning Internet 

addiction is being explained and relevant proposals have been put forward. 

Keywords:  Internet  addiction,  Internet  craze,  addictology,  dependence  syndrome,  medical  and 

psychological disorder. 

 

 



 

 


Yüklə 408,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə