85
UOT 338.24
MÜASİR ŞƏRAİTDƏ QEYRİ-MADDİ AKTİVLƏRİN UÇOTUNUN
ƏSAS XÜSUSİYYƏTLƏRİ VƏ AUDİTİ
FƏTDAYEVA ZƏRXANIM HƏŞİM qızı
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Texniki Kolleci, müəllim
aidatagiyeva02@gmail.com
Açar sözlər: qeyri-maddi aktivlər, uçot dəyəri, bərpa dəyəri, qeyri-maddi aktivlərin auditi,analitik və
sintetik uçot
Bazar iqtisadiyyatı şəraitində müəssisələrin əmlakında qeyri-maddi aktivlərin payı getdikcə
artır. Bu əsasən elmi-texniki tərəqqinin inkişaf sürətindən, informasiya texnologiyalarının əhatə
dairəsinin genişləndirilməsindən, müəssisə və təşkilatların fəal investisiya fəaliyyəti ilə əlaqədar
beynəlxalq maliyyə bazarlarına inteqrasiyasından və digər bu kimi amillərlə xarakterizə olunur.
Qeyri-maddi aktivlərə təbii ehtiyatlardan, torpaqdan istifadə hüquqları, ixtiraçılıq hüququ,
müəlliflik hüququ, “hou-hau”ya hüquqlar, əmtəə nişanları, ticarət markaları və s. aiddir. Qeyri-
maddi aktivlərə həmçinin müəssisənin elmi-texniki və təcrübə-konstruktor işləri üzrə xərcləri və
müəssisənin işgüzar nüfuzunun dəyəri də daxil edilir. Qeyri-maddi aktivlər uçota qəbul edilən
zaman onlardan istifadə müddətləri müəyyənləşdirilir. Qeyri-maddi aktivlərin istifadə müddəti
əksər hallarda ekspert yolu ilə, bu mümkün olmadığı halda, mühasibat uçotunun qaydalarına
müvafiq olaraq şərti müəyyənləşdirilir. Qeyri-maddi aktivlər mühasibat uçotunda ilkin və qalıq
dəyəri ilə əks etdirilir. Ümumi qaydaya görə qeyri-maddi aktivlərin uçot dəyəri dəyişmir. Belə ki,
əsas vəsaitlərdən fərqli olaraq, qeyri-maddi aktivlər yenidən qiymətləndirilmir və onlara bərpa
dəyəri hesablanmır. Mühasibat uçotu haqqında əsasnaməyə və Milli Mühasibat uçotu Standartlarına
görə qeyri-maddi aktivlərin uçotu 101 saylı “Qeyri-maddi aktivlər” adlı aktiv hesabda aparılır.
Qeyri-maddi aktivlərin bu hesabda analitik uçotu onların növləri üzrə həyata keçirilir. Bu məqsədlə
“Qeyri-maddi aktivlər” hesabının tərkibində aşağıdakı subhesabların açılması məqsədəuyğun həyata
keçirilir:
101 – 1 “Əqli mülkiyyət obyektləri”;
101 - 2 “Torpaq sahələrindən və təbii resurslardan istifadə hüququ”;
101 – 3 “Sənaye mülkiyyəti obyektlərindən istifadə hüququ”;
101 – 4 “Təşkilati xərclər”;
101 -5 “EHM üçün proqramlardan istifadə hüququ”;
101 – 6 “Firmanın işgüzar nüfuzu və ya firmanın qiyməti”və s.
Qeyd etmək lazımdır ki, hər bir müəssisə fəaliyyət növündən, konkret tələbatından, nəzarət və
idarəetmə funksiyalarından asılı olaraq, müstəqil şəraitdə, mühasibat uçotu üzrə mövcud prinsip və
tələblər səviyyəsində “Qeyri-maddi aktivlər” hesabı üzrə müvafiq subhesabların siyahısını
hazırlayıb və analitik uçotun təmin edilməsi məqsədləri üçün istifadə edə bilər. 101 saylı “Qeyri-
maddi aktivlər” hesabının ilk qalığı hesabat dövrünün əvvəlinə təsərrüfat subyektlərində mövcud
olan qeyri-maddi aktivlərin ilk dəyərini, debet dövriyyəsi hesabat dövrü ərzində daxil olan qeyri-
maddi aktivlərin ilk dəyərini, kredit dövriyyəsi müxtəlif səbəblərdən xaric olan qeyri-maddi
aktivlərin dəyərini, son qalığı isə hesabat dövrünün sonuna qeyri-maddi aktivlərin dəyərini göstərir.
Mühasibatlıqda qeyri-maddi aktivlərin daxilolma mənbələrindən asılı olaraq müxtəlif yazılışlar
verilir. Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına pay qoyuluşları şəklində qeyri-
maddi aktivlər daxil olduqda:
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Dostları ilə paylaş: |