Üslubiyyat hər hansı bir dilin üslublarını, üslubi imkanlarını öyrənən dilçilik sahəsinə üslubiyyat



Yüklə 20,88 Kb.
tarix13.04.2022
ölçüsü20,88 Kb.
#55311
0009c114-617ce25f (1)


ÜSLUBİYYAT
Hər hansı bir dilin üslublarını, üslubi imkanlarını öyrənən dilçilik sahəsinə üslubiyyat deyilir. Üslubiyyatın əsas vahidi üslubdur.

Cəmiyyətin müxtəlif sahələrində dil vahidlərindən eyni səviyyədə istifadə edilmir. Üslub dedikdə dil vahidlərindən məqsədyönlü istifadə üsulu, forması nəzərdə tutulur.

Dil vasitələrindən məqsədyönlü istifadə iki formada özünü göstərir:



ÜSLUB


Funksional üslublar

Fərdi üslub

Azərbaycan ədəbi dili funksional üslublar sisteminə malikdir.

Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əks etdirir, dil vahidləri də həmin sahələrin tələbi ilə seçilib, sistemləşir. Məsələn, bədii təfəkkürün tələbi ilə bədii üslub, elmi təfəkkürün tələbi ilə elmi üslub, publisistik üslubun tələbi ilə publisistik üslub və s. müəyyənləşir. Bu üslubların hər birinin cəmiyyətdə özünəməxsus funksiyaları var, həmin funksiyalarına görə də bir-birindən fərqlənirlər. Ancaq bədii, elmi, publisistik və s. təfəkkür sahələri, yaxud formaları arasında əlaqə olduğu kimi, bədii, elmi, publisistik və s. üslublar da biri digəri ilə bağlıdır.

Həmin üslublar aşağıdakılardır:

1)Bədii üslub bədii əsərlərin (poeziya, nəsr, dramaturgiya) dilidir. Əsas əlamətləri obrazlılıq və emosionallıqdır. Azərbaycan dili yüzilliklər boyu poeziya dili kimi inkişaf etmişdir. Ədəbi dilin bədii üslubu tarixi boyu aparıcı olmuşdur.

2)Publisistik üslub qəzet, jurnal, radio, televiziya, mitinq dili, müxtəlif yığıncaqlarda istifadə olunan dildir. Əsas əlaməti kütləvi anlaşıqlılıq, aydın olmasıdır. Publisistik üslubun yaranması “Əkinçi” ilə (milli mətbuatın əsasının qoyulması ilə) başlamış və inkişaf etmişdir.

3)Elmi üslub elmi əsərlərin, dərsliklərin, monoqrafiyaların dilidir. Əsas əlaməti məntiqilik, ardıcıllıq, terminlərin olmasıdır. Azərbaycan alimləri istər orta əsrlərdə, istərsə də sonralar öz əsərlərini daha çox beynəlxalq dillərdə yazdıqlarına görə elmi üslub bədii və publisistik üslub qədər geniş imkanlar qazanmamışdır. 

4)Rəsmi-işgüzar üslub  rəsmi və işgüzar sənədlərin dilidir. Əsas əlaməti standart formalardan istifadədir. Rəsmi-işgüzar üslubun inkişafı digər funksional üslublardan geri qalmışdı. Bu da həmin üslubun dövlətçilik ənənələrindən asılı olması ilə bağlıdır. Məsələn, Azərbaycan dövlətçiliyinin meydana gəlməsi ilə bağlı XVI əsrdə - Ş. İ. Xətai dövründə sənəd nümunələri yaranmışdır. Sovet dönəmində isə sənədləşmə daha çox rus dilində aparıldığı üçün rəsmi-işgüzar üslub inkişafdan qalmışdı. Müstəqil Azərbaycan dövlətinin yaranması bu üslubun sürətli inkişafına və möhkəmlənməsinə şərait yaratdı. 



5)Məişət üslubu gündəlik ünsiyyət dilidir. Əsas əlaməti nitqin sərbəstliyi və təbiiliyidir. Ədəbi dildə məişət dili, məişət üslubu – danışıq dili mövcuddur. Bu gün məişət dili kimi qavradığımız nitq o zamanlar xalqın ünsiyyət saxladığı dilin özü idi.

Funksional üslublar ( bədii, elmi, publisistik, rəsmi-işgüzar, məişət ) birlikdə ədəbi dili təşkil edir. Ədəbi dilin ümumi fonetik, leksik, qrammatik normaları onun funksional üslublarının hər biri üçün məcburidir. Yəni həmin normalara hamı eyni dərəcədə əməl etməlidir.
Yüklə 20,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin