Samux, Tovuz və Hacıqabul ərazilərinə səfər barədə



Yüklə 23,67 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü23,67 Kb.
#35424
  1   2   3   4
24 -25 dekabr 2020 Samux-Tovuz Haciqabula səfər barədə
24 -25 dekabr 2020 Samux-Tovuz Haciqabula səfər barədə

Samux, Tovuz və Hacıqabul ərazilərinə səfər barədə

24 dekabr 2020-ci il tarixində baş aqronom Nizami Kazımovla birlikdə Samux, Tovuz ərazilərində, 25 dekabrda (günortadan sonra) isə aqronomlar Zamin Teymurov və Elnur Mürvətovla birlikdə Hacıqabul rayonu ərazisində bəzi pivot sahələrinə birlikdə baxış keçirdik.

Mövcud vəziyyət aşağıdakı kimidir:

Samux ərazisi

Müsbət tərəflər:


  1. Samux rayonunda 2021-ci ilin məhsulu üçün əkilmiş bütün sahələrdə çıxış alınmışdır;

  2. Oktybar ayında (24-31 oktyabr 2020) əkilmiş 1295,03 ha sahədə bitkilər əsasən kollanma və yaxud kollanmanın başlanğıc mərhələsindədir ki, bu da yaxşı vəziyyət kimi dəyərləndirilməlidir;

  3. Noyabr ayında əkilmiş 1024,67 ha sahələr əkin tarixinə uyğundur. Son əkin - 24.11.2020-ci il tarixində əkilmiş pivot sahəsi istisna olmaqla (həmin pivotda qeyd edilən vaxtda koleoptil/yarpaq qoruyucusu torpaq səthində müşahidə edilirdi) qalan bütün pivot sahələrində bitkilər 1-3 yarpaq mərhələsindədir;

  4. Vizual olaraq sahələrdə müşahidə etdiyimiz bitki sıxlığı normal vəziyyət kimi dəyərləndirilə bilər (sahə kifayət qədər yaş olduu üçün baxış zamanı bitki sıxlığını təyin etməmişik);

  5. Eyni vaxtda (23-24 noyabr) əkilmiş sortlarda, xüsusilə Gaudio və Murov 2 sortlarında çıxışda fərqlər müşahidə edildi. Bu fərqlər Murov 2 sortunun gecikmiş əkinlər üçün daha faydalı ola biləcəini deməyə əsas verir;

  6. Müşahidə gününə olan vəziyyətə əsasən Samux ərazisində əkinlərin vəziyyəti qənaətbəxşdir.


Yüklə 23,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə