Kafedra: Logistika və nəqliyyat texnologiyaları
Qrup:1211a
Tələbə: Aslanlı Hasil
Müəllim: Fuad Həsənov
Konteyner və paket daşımaları üçün hərəkət tərkibi PAKET DAŞIMALARI Yük daşımalarının paket üsulu ədədi və uzunölçülü yük partiyalarının iriləşdirilməsi rolunu oynayır. Nəqletmədən qabaq ədədi yükləri bağlamaq və ya altlığa yığmaqla paketləşdirirlər. Altlıqların (paketlərin) yüklənməsi, boşaldılması, boşaldılıb -yüklənməsi mexanikləşdirilmiş üsulla yerinə yetirilir. Yükləmə -boşaltma işlərinin tam mexanikləşdirilməsi məqsədilə yük paketləri istehsal yerindən istehlak yerinə sökülmədən çatdırılır.
Altlıqlarda paketlərin yaradılması bilavasitə məhsulların, materialların fasiləsiz istehsalı xəttində yerinə yetirildikdə daha səmərəlidir. Altlıqsız paketlərə bağlanmış yüklərin yığılması zamanı onların altında yükləyicinin çəngəlinin keçməsi üçün araqatı qoyulur.
Altlıqlar müxtəlif konstruksiyalarda hazırlanır. Onların bəziləri ümumi təyinatlı, bəziləri isə ədədi yüklərin ölçü və konfiqurasiyası, spesifik xüsusiyyətlərini nəzərə alan konstruksiyaya malik olurlar. Konstruktiv əlamətlərinə görə altlıqlar üç əsas növdə: hamar, dirəkli və yeşik şəkilli olurlar.
Hamar altlıqlar, adından göründüyü kimi, hamar şəkildə hazırlanılar. Bunlar ən ucuz və sadədirlər. Lazım gəldikdə yük bu altlıqlara lentlər və digər bağlarla bərkidirlər.
Dirəkli altlıqlar künclərində dirəkləri olan altlıqlardır və bunlar elastik qablaşdırılma elementinə yığılmış yüklərin daşınmasında istifadə olunurlar.
Yeşikşəkilli altlıqlar sərt şəkildə bərkidilən, divarları sökülən və söküləbilməyən konstruksiyalı olurlar. Yeşikşəkilli altlıqların bəzi növlərinin qapağı olur və onla r qablaşdırılmamış yüklərin daşınması üçün istifadə olunurlar.
Son zamanlar yüngül ucuz materiallardan hazırlanmış birdəfəlik altlıqlar geniş yayılmışdır.
Beynəlxalq və ölkədaxili birbaşa və qarışıq daşımalarda ən çox işlənən ikiqat dörd girişli 1000 x 1200 mm ölçülü, 1 t yük götürmə qabiliyyətli altlıqlardır. Avtomobil daşımaları üçün digər ölçülü altlıqlar da buraxılır. Standart dirəkli və yeşikşəkilli altlıqların ölçüləri 835 x 1240 x 920 mm olur.