2
F U A D Ə L İ Y E V
U R F A N H Ə S Ə N O V
İ R Ə V A N
Xanlığı
Ş Ə R Q – Q Ə R B
B A K I 2 0 0 7
3
Bu kitab “Fuad Əliyev, Urfan Həsənov. İrəvan xanlığı” (Bakı, Azərnəşr,
1997) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.
Redaktoru və
ön sözün müəllifi:
Kərim Şükürov
tarix elmləri doktoru
ISBN 978- 9952- 34- 166 – 9
947.54-dc22
Azərbaycan- Tarixi
Fuad Əliyev, Urfan Həsənov. İrəvan xanlığı.
Bakı, “Şərq- Qərb”, 2007,144 səh.
Tarixən qədim Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı həm
siyasi, həm də iqtisadi baxımdan az öyrənilmiş xanlıqlardan biridir. Kitabda
müstəqil dövlət qurumuna çevrilməzdən əvvəl mürəkkəb və uzun tarixi yol keçmiş
İrəvan xanlığının yaranmas, ictimai- iqtisadi vəziyyəti və siyasi tarixi ilkin
mənbələr və arxiv sənədləri əsasında təqdim edilir.
Bu kitabda 1747- 1828-ci illəri əhatə edən dövrdə ermənilərin Azərbaycan
ərazisində, Rusiya imperiyasının tərkibində “erməni dövləti yaratmaq üçün
müxtəlif məktublarla dönə - dönə Rusiya dövlətinə müraciət etmələri barədə də
maraqlı məlumatlar vardır.
“Şərq – Qərb”, 2007
4
QƏRBİ AZƏRBAYCAN – ERMƏNİSTAN
(İNDİKİ) TARİXŞÜNASLIĞI VƏ ÜMUMİ
AZƏRBAYCAN TARİXİNDƏ ƏKSİ
Azərbaycan tarixinə görə ölkənin Cənub (Atropatena) və
Şimal (Albaniya) torpaqları qədim zamanlardan Rusiya işğalınadək
(XIX əsrin əvvəlləri) ümumi konteksdə nəzərdən keçirilir, işğaldan
sonra isə vəziyyət dəyişir, yəni yalnız Şimali Azərbaycan (əsasən,
keçmiş Azərbaycan SSR) öyrənilir
1
. Bununla birgə Cənubi
Azərbaycan tematikası xüsusi tədqiqatlarda davam etdirilir
2
. 1980-ci
illərin sonları- 90-cı illərin əvvəllərində Azərbaycan tarixinin müasir
dövrədək ümumi şəkildə öyrənilməsi zərurəti irəli sürüldü. İlk dəfə
orta məktəblər üçün yeni, milli Azərbaycan tarixi dərsliklərində bu
həyata keçirildi
3
. Təəssüf ki, bu yeniliklər Azərbaycan tarixinin
yeddi cildlik akademik nəşrində nəzərə alınmadı
4
. Azərbaycanlıların
digər tarixi etnik torpaqları olan Ermənistanın (indiki) – Qərbi
Azərbaycanın tarixinin öyrənilməsi və ümumi Azərbaycan tarixində
əksi vəziyyəti daha acınacaqlı oldu. (“Ermənistan (indiki)” anlayışı
sonra xüsusi qeyd olmadığı halda Ermənistan kimi verilir – K. Ş.).
Bu tematika faktiki olaraq gündəlikdən çıxarıldı. Bunun nəticəsində
Qərbi Azərbaycana – Ermənistana sahib olmuş ermənilər,
Ermənistan tarixi haqqında da öz uydurma konsepsiyalarını
yaratdılar. Bu konsepsiyaya görə, tarixi Ermənistan ümumi şəkildə
nəzərdən keçirilir, Rusiya işğalından sonra indiki Ermənistan – Şərqi
Ermənistan, qalan isə Qərbi Ermənistan adlandırılır, erməni xalqının
tarixi adı altında, onların hər ikisinin tarixi müasir dövrədək
izlənilir.
5
Beləliklə, Ermənistan – Qərbi Azərbaycan anlayışı, tarixi
və özünəməxsus inkişaf yolu təhrif edilib.
1
Azərbaycan tarixi. Üç cilddə. I – III c., Bakı, 1958- 1963.
2
Cənubi Azərbaycan tarixinin oçerki ( 1828- 1917). Bakı, 1985.
3
Azərbaycan tarixi. VI – IX siniflər üçün dərslik (müxtəlif nəşrlər).
4
Azərbaycan tarixi. Yeddi cilddə. I – VII c., Bakı, 1998 – 2003.
5
История армянского народа. С древнейших времен до наших дней. Под. ред. М. Г.
Нерсесяна. Ереван, 1980.
5
Sovet İttifaqının dağılması, Ermənistandan azərbaycanlıların
deportasiyasının başa çatdırılması, Azərbaycana qarşı müharibə və
i.a. tarixi həqiqətin - Ermənistan (Qərbi Azərbaycan) reallığının
bərpasına təkan verdi. Azərbaycan tarixşünaslığında yeni elmi
istiqamət - Azərbaycan ermənistanşünaslığı (ermənişünaslıq ilə
qarışdırılmamalıdır) və ya Qərbi Azərbaycanşünaslıq yaranır.
Əvvəlcə Ermənistan – Qərbi Azərbaycan anlayışının tarixinə
diqqət yetirək. Belə bir anlayış birdən – birə yaranmayıb. İlk vaxtlar
Ermənistana dair tədqiqatlarda, əsasən, “Ermənistanda
Azərbaycan...”, yaxud “Ermənistan azərbaycanlıları” kimi ifadələr
üstünlük təşkil edirdi
1
Lakin tədricən onunla paralel olaraq
Ermənistan – Qərbi Azərbaycan fikri genişlənir, sonra isə əsas
mövqeyə keçir. Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR
ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası
haqqında” 1997-ci il 18 dekabr fərmanından sonra bu mövqe daha da
güclənir. Fərmanda bir mənalı şəkildə Ermənistan adlandırılan ərazi
– azərbaycanlıların min illər boyu yaşadıqları öz doğma etnik
torpaqları kimi ifadə edilir.
Ermənistan – Qərbi
Azərbaycan tarixşünaslığında Ermənistanın
Qərbi Azərbaycan Torpqalarının olmasının təsdiqi mərkəzi məsələ
kimi çıxış edir. Burada bir neçə istiqamət diqqəti cəlb edir: 1)
Ermənistan – Qərbi Azərbaycanın toponimiyasının tədqiqi; 2)
ermənilərin indiki Ermənistan ərazisinə miqrasiyası; 3) Azərbaycanın
tarixi coğrafiyasının dəqiqləşdirilməsi və i.a.
Birinci istiqamət daha geniş ədəbiyyat yaratmışdır
2
.Lakin
burada daha çox toponomik faktların izahına geniş yer verilib.
B.Budaqov və Q.Qeybullayev isə problemin konseptual ifadəsini
1
S. N. M ahmudov. Ermənistan SSR-in ərazisindəki Azərbaycan mənşəli toponimlərin
tədqiqinə dair. Azərbaycan SSR EA –nın “Xəbərlər”i (Yer elmləri seriyası), 1981, № 6, səh.
103-109; А.И.Абдуллаев. Материальная культура азербайджанцев, проживающих в
Армении в ХIX- начале ХХ века. АКД, Тифлис, 1981; İ. Məmmədov. Sovet
Ermənistanında Azərbaycan kitabı. İrəvan, 1985.
2
İ. Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, 2002, səh. 669-695.
6
irəli sürüb. Bu baxış həmin müəlliflərin “Ermənistanda Azərbaycan
mənşəli toponimlərin izahlı lüğəti” adlı kitabında ümumiləşdirilib.
Müəlliflər yazır: “Azərbaycan dilində “Ermənistan” sözü 1921-ci
ildə Sovet Rusiyasının İrəvan quberniyası ərazisində təşkil etdiyi
dövlətin (və ölkənin) adıdır.Ondan əvvəl “Ermənistan” adı məlum
deyil. 1588 və 1728 – ci illərə aid türkcə arxiv sənədlərində İrəvan
şəhərinin adı ilə bu ölkə müvafiq olaraq “Rəvan əyaləti” və “ İrəvan
əyaləti adlanır”
1
Tədqiqatı yekunlaşdıran müəlliflər davam edir:
“Deyilənlərdən görünür ki, indiki Ermənistan ərazisi ermənilərin
yox, e. ə. VIII – VII əsrlərdən başlayaraq türk mənşəli tayfaların
yaşadığı ölkə olmuş və sonralar, XIX əsrin əvvəllərinə qədər burada
türklər aparıcı rol oynamışlar. Mənbələrdə elə bir tarixi məlumat
yoxdur ki, Ermənistan ərazisində azərbaycanlılar erməniləri
kəndlərindən qovub yerlərini tutsunlar. Lakin adları türkcə olan
yaşayış məntəqələrində hələ orta əsrlərdə ermənilərin yaşaması
halları istənilən qədərdir. Kimin gəlmə, kimin yerli olduğunu
müəyyən etmək üçün bu faktın özü kifayətdir”
2
. Göstərilən kitabda
türk tayfalarının indiki Ermənistan ərazisində yerli olması
əsaslandırılsa, digər qrup tədqiqatlarda, ermənilərin bu əraziyə
miqrasiyası tarixi nəzərdən keçirilir. Onların içərisində İ. Əliyev, H.
Verdiyeva və R. Hüseynzadənin araşdırmalarını qeyd etmək olar
3
.
H. Verdiyeva və R. Hüseynzadənin “Ermənilərin “şəcərəsi”
və onların Balkandan Qafqaza miqrasiyası” essesinin adı bütövlükdə
problemi əks etdirir. Müəlliflər ermənilərin Cənubi Qafqaza gəlmə
olduqlarını bildirərək yazırlar ki, ermənilərin əcdadları Cənubi
Qafqazda əzəli azəri torpaqlarını tutaraq vətən əldə etdilər
4
.
İndiki Ermənistan ərazisinin Azərbaycan torpaqları olması
Azərbaycanın tarixi coğrafiyasının obyektiv öyrənilməsi ilə bağlıdır.
1
B. Ə. Budaqova, Q. Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı
lüğəti. Bakı, 1988, səh. 19.
2
Yenə orada
, səh. 93.
3
И. Алиев. Нагорный Карабах: История. Факты. События. Баку, 1989; Х. Вердиева, Р.
Гусейнзаде. «Родословная» армян и их миграция на Кавказ с Балкан. Баку,2003.
4
H. Verdiyeva, R. Hüseynzadə. Göstərilən əsəri, səh. 21.
7
Bu sahədə ilk ümumiləşdirici əsər 1987 – ci ildə nəşr edilib
1
. Bu
nəşrdə Azərbaycanın bütün dövrlər üzrə xəritələri vardır. Onların
sistemli şəkildə nəzərdən keçirilməsi göstərir ki, o zaman
Azərbaycanın tarixi coğrafiyası haqqında konseptual baxış olmayıb.
Məsələ ondadır li, ilk əvvəl Azərbaycanın ümumi tarixi – coğrafi
xəritəsi hazırlanmalı, sonra isə dövrlər üzrə onun necə dəyişilməsi
izlənilməli idi. Müqayisə üçün qeyd edək ki, ermənilər bu üsuldan
geniş istifadə edir
2
. Azərbaycanın tarixi coğrafiyası kitabında buna
əməl edilməməsi, bütövlükdə ölkə sərhədləri, o cümlədən onun qərb
sərhədləri barədə xeyli sual yaranmasına səbəb olur. Bu baxımdan
Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi böyük əhəmiyyət
kəsb edirdi. Həmin xəritələrə görə Albaniyanın qərb sərhədləri,
əsasən, Göyçə gölünün ortasından ( e. ə. III əsr istisna olmaqla)
keçir. IX – XIII əsrin əvvəllərində isə Göyçə gölü Azərbaycan
daxilində verilir
3
. Buradan belə nəticə çıxır ki, guya həmin dövrdəki
Azərbaycan dövlətləri Göyçə ətrafı torpaqları tutub. Azərbaycan
tarixçiləri bu məsələyə də yenidən nəzər salıb və tarixi həqiqəti bərpa
etməyə çalışıb. 2007 –ci ildə “Azərbaycan tarixi atlası” çap olunub
4
.
Bu xəritələrdə Göyçə gölü və ətrafı bütün halda Albaniyanın
daxilində verilir. Belə olduqda, Azərbaycanın sonrakı dövrlər üzrə
hüdudlarının necə dəyişməsini izləmək daha məntiqi olur.
Qərbi Azərbaycanın tarixi coğrafiyasına dair tədqiqatlar da
nəzərdən keçirilən qrupa daxil edilə bilər. Ə. Ələkbərlinin “Qədim
türk oğuz yurdu – Ermənistan”, S. Əsədovun tərtib etdiyi
“Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” və b. Kitablarda
bu məsələ diqqət mərkəzində olub
5
.
Ermənistan – Qərbi Azərbaycan tarixşünaslığında müxtəlif
1
Историческая география Азербайджана. Баку, 1987.
2
Карта: Историческая Армения, сопредельные страны. История армянского народа.
3
Историческая география Азербайджана, стр. 88-97.
4
Azərbaycan tarixi atlası. Bakı, 2007.
5
Ə.Ələkbərli. Qədim türk – oğuz yurdu- Ermənistan. Bakı, 1994; S. Əsədov. Ermənistan
azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995; Z. Həbibbəyli, M. Zəngilanlı. Zəngəzurun
qısa tarixi və coğrafiyası. Bakı, 2000; Musa Urud. Zəngəzur. Bakı 2005.
8
tarixi dövrlərin siyasi, iqtisadi, mədəni problemlərinə dair tədqiqatlar
da vardır. S. Əsədov, İ. Məmmədov və b. Tədqiqatçıların
araşdırmaları xüsusi yer tutur
1
. Qərbi Azərbaycan tarixi
problemlərinə dair ədəbiyyat içərisində azərbaycanlıların soyqırımı
və deportasiyası haqqında işlər üstünlük təşkil edir
2
. Deyilənləri
yekunlaşdırsaq aydın olur ki, Ermənistan – Qərbi Azərbaycan
tarixşünaslığı:
1. Azərbaycan sovet tarixşünaslığının rəsmi mövqeyi
nəticəsində, olduqca gec, yalnız 1980- ci illərin sonları – 90- cı illərin
əvvəllərindən yaranmağa başlayır;
2. Sovet dövlətinin dağılması, xüsusilə Ermənistan SSR –də
azərbaycanlılara qarşı güclənən deportasiya, soyqırım və faktiki
olaraq həyata keçirilən müharibəyə qarşı geniş elmi - ədəbi
ictimaiyyətin reaksiyası kimi meydana gəlir ki, bu da onun səviyyəsi
və problematikasına təsir göstərir;
3. Bütövlükdə Azərbaycan tarixşünaslığında yeni elmi
istiqamətə çevrilir və s.
İndi başlıca vəzifə Ermənistan – Qərbi Azərbaycan tarixinin
sistemli təhlilinə nail olmaq, onun əsas problemlərini kompleks
şəkildə araşdırmaya cəlb etmək və davamlı şəklə salmaq, ümumi
Azərbaycan tarixində müvafiq əksini təmin etməkdir.
Azərbaycan tarixən şimalda Böyük Qafqaz sıra dağları,
cənubda Mərkəzi İranla həmsərhəd olub. Onun şərq sərhədləri Xəzər
dənizi ilə hüdudlanıb. Qərbdə Gürcüstanla həmsərhəddir.
Azərbaycanın Tarixi torpaqları Araz çayı əsasında şərti olaraq Şimali
və Cənubi Azərbaycana bölünür. Sonralar Ermənistan adlandırılan
ərazi bütün Azərbaycanın deyil Naxçıvanla birlikdə Şimali
1
С. Асадов. Исторические проблемы Западного Азербайджана. Дисс. На соиск. учен.
степени докт. ист. наук в форме научного доклада. Баку, 1999; yenə onun: Миф о
Великой Армении. Баку, 1999; İ. Məmmədov. Tariximiz, torpağımız, taleyimiz. Bakı,
2002.
2
Didərginlər. Bakı, 1990; İ. Məmmədov Ermənistan azərbaycanlıları və onların acı taleyi.
Bakı, 1992; A. Paşayev. Köçürülmə. Bakı, 1995; İ. Vəlizadə, B. Muradov. Ermənistan
azərbaycanlılarının soyqırımı. Bakı, 1996; Həbib Rəhimoğlu. Silinməz adlar, sağalmaz
yaralar. Bakı, 1997.
9
Azərbaycanın qərb hissəsini təşkil edir. Ona görə bu ərazinin təbii –
coğrafi şəraiti və tarixi Şimali Azərbaycanın tərkib hissəsi kimi
nəzərdən keçirilməlidir. Lakin Şimali Azərbaycanın qərbinin bir
hissəsində sonralar Ermənistan adlı dövlətin yaradılması, metodoloji
baxımdan problemə yanaşmada dəyişiklik edilməsini zəruri edir.
Şimali Azərbaycanın, məhz sonralar Ermənistan adlanan hissəsi
“Qərbi Azərbaycan” kimi ayrılır. Qərbi Azərbaycan dağlıq ərazidir.
Geniş çay şəbəkəsinə malik deyil, lakin çoxlu gölləri vardır.
Onlardan ən böyüyü Göyçə gölüdür (sahəsi 1.3 min kv.km). Torpaq
örtüyü rəngarəngdir. Təbii ehtiyatlarla, flora və faunası ilə də
zəngindir.
Bunun nəticəsi idi ki, Azərbaycanın bütün ərazisində olduğu
kimi, burada da qədim insan məskənləri aşkar edilib.
Qədim dövrlərdə, o cümlədən Albaniya (Qafqaz) dövründə
(e. ə. IV – e. VIII əsrinin əvvəlləri) Ermənistan torpaqlarının xeyli
hissəsi Azərbaycanın tərkibində olub. Tarixdə mövcud olmuş ilk
erməni dövlətləri Qərbi Azərbaycanın hüdudlarından kənarda
yaranıb. Ermənilər isə həmin ərazilərə ən tezi e. ə. II əsrdən sonra
nüfüz edib
1
. Həmin dövrdə Ermənistan ərazisi Armeniyanın tərkibinə
daxil edilir. Armeniya 387- ci il Sasani – Bizans müqaviləsindən
sonra ümumiyyətlə dövlətçiliyini itirib
2
. Qərbi Azərbaycan Sasani
imperiyası (III- VII əsrlər) tərkibində qalıb. Ermənilər 301- ci ildə
xristianlığı qəbul etdikdən sonra erməni – qriqorian kilsəsi siyasi
həyatda da fəal rol oynayır. Onun mərkəzləri də digər ərazilərdə
yerləşirdi.
Təxminən VII əsrdə sonralar Qərbi Azərbaycanın mərkəzi
olan İrəvan şəhərinin adı çəkilir ( Digər bir məlumata görə İrəvan adı
e. ə. VIII əsrdə çəkilmişdir)
3
.
Ərəb xilafətinin işğalları prosesində Qərbi Azərbaycan onlara
tabe edilib. Ərəblərin ermənilərə xeyirxah münasibəti tarixdə yaxşı
1
И. Алиев. Нагорный Карабах: История. Факты. События. Баку, 1989, стр. 18.
2
История армянского народа, стр. 96-97.
3
İ. Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri, səh. 335- 336.
10
məlumdur. Məhz onların köməyi ilə erməni – qriqorian kilsəsi 704 –
cü ildə Alban kilsəsini özünə tabe etdi. Ərəblər Xilafətin Cənubi
Qafqazda yerləşən bütün torpaqlarını “Ərməniyyə” adlı inzibati
vahiddə birləşdirdi
1
. Bu siyasət ermənilərin Cənubi Qafqazdakı
mövqeyinin möhkəmlənməsində müəyyən rol oynadı. Ərəb
Xilafətinin zəifliməsilə Baqratilər çarlığı ( 886- 1045) meydana
gəldi. Onun da mərkəzi (Ani) Qərbi Azərbaycandan kənarda idi.
Səlcuq dövlətinin yürüşləri Qərbi Azərbaycan tarixində
böyük əhəmiyyətə malik olub. XI – XII əsrlərdə Burada Səlcuqların
hakimiyyəti qurulub. Səlcuqların hakimiyyəti ilə bu torpaqların
“Ərməniyyə”yə daxil olmasına da son qoyulub. Kitabi – Dədə
Qorqudda bu yerlər “ Oğuz eli” kimi adlandırılıb.
“Oğuz eli” XIII – XIV əsrlərdə Monqol imperiyası tərkibinə
qatılıb. XIII əsrin ortalarından İrəvan şəhərinin rolu da artmağa
başlayıb.
Qızıl Orda hökmdarı Toxtamış və Teymurləng (1370- 1405)
arasındakı müharibə də Qərbi Azərbaycandan yan keçməyib, bu
torpaqlar Teymurləngə tabe edilib.
Azərbaycan Qaraqoyunlu dövləti (1410- 1468) yarandıqdan
sonra, 1411 – ci ildə Qərbi Azərbaycanı da torpaqları sırasına daxil
etdi. Məhz Qaraqoyunluların dövründə İrəvan şəhəri mühüm inzibati
mərkəzə çevrilir. 1441 –ci ildə erməni – qriqorian kilsəsinin mərkəzi
də İrəvan yaxınlığındakı Eçmiədzinə köçürülür. Erməni din
xadimləri İrəvan ətrafında torpaq alğısını genişləndirib, mülklərini
artırmağa başlayır.Qaraqoyunlulardan sonra Ağqoyunlular (1468-
1501) Qərbi Azərbaycanın sahibi olur. Azərbaycan Səfəvi dövləti
(1501) Ağqoyunlu dövlətinin varlığına son qoyur. 1502-ci ildə Qərbi
Azərbaycan ələ keçirilir. Səfəvilərin inzibati idarə sisteminə uyğun
olaraq ölkədə bəylərbəyiliklər yaradılır. Onlardan biri də mərkəzi
İrəvan şəhəri olan Çuxursəd bəylərbəyi idi
2
. Çuxursəd bəylərbəyiliyi
1
Z. Bünyadov. Azərbaycan VII – IX əsrlərdə. Bakı, 1989, səh. 94; Историческая
география Азербайджана, стр.52.
2
Çuxursəd bəylərbəyiliyi haqqında b a x : Z. Bayramov, N. Cəfərli. Çuxursəd
bəylərbəyiliyi. “Elm və həyat”. 1990, №6; S.Onullahi. Çuxursəd – İrəvan Səfəvilər
11
Ermənistan – Qərbi Azərbaycanın ilk ümumi coğrafi adı hesab oluna
bilər. Qərbi Azərbaycan torpaqlarının böyük bir hissəsinin bir
bəylərbəyilikdə birləşdirilməsi onun həyatında mühüm rola malik
oldu. İlk vaxtlar burada Div Sultan Rumlu və Hüseyn Sultan Rumlu
bəylərbəyi idi. Səfəvilərlə osmanlılar arasındakı 1514- 1555 –ci il
müharibəsi bəylərbəyiliyə ağır zərbə vurdu. Osmanlılar 1554 –cü ildə
İrəvanı tutdu, lakin az sonra şəhəri tərk etdi.
1555 –ci il Amasiya sülhündən sonra Qərbi Azərbaycan
Səfəvilərin tərkibində qaldı. 1578-1590-cı illər müharibəsində isə
Çuxursəd bəylərbəyiliyi Osmanlı imperiyasına keçdi
1
. Osmanlı
dövründə Çuxursəd bəylərbəyiliyi Rəvan (İrəvan) əyaləti
adlandırıldı. İrəvan şəhərinin adının bütün əyalətə şamil edilməsilə
Qərbi Azərbaycan daha bir coğrafi ad kəsb etdi. Belə bir hal, yəni
bölgənin İrəvan şəhəri əsasında adlandırılması təcrübəsi (İrəvan
xanlığı, İrəvan quberniyası) 1918-ci ilədək davam etdi. 1590-cı ildə
burada müfəssəl dəftər tərtib edildi. Tədqiqatçılar yazır ki, 1590 –cı
il tarixli müfəssəl dəftərə görə, İrəvan əyaləti 10 nahiyəsi (İrəvan,
Karbi, Vedi, Aralıq, Talin, Ərmus, Abnik, Abaran, Şərabxana) olan
İrəvan livasından ( əyalətə tabe olan inzibati - ərazi vahidi – K. Ş.),
16 nahiyəsi (Ağcaqala, Məvazeyi – Xatun, Mülki – Arslanlı,
Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlincə,
Sisyan, Azadciran, Ordubad (görünür bu müvəqqəti xarakter
daşımışdır), Şorlut, Dərənürgat) və bir qəzası olan Naxçıvan
livasından ibarət idi
2
. Hesablamalar əsasında İrəvan əyalətində 51831
nəfər (67.5%) türk – müsəlman yaşadığı müəyyən edilmişdir
3
I Şah Abbasın (1587-1629) apardığı yeni müharibə
nəticəsində İrəvan əyaləti Səfəvilər dövləti tərkibinə qaytarıldı. Şah
Abbas 1616-1618-ci illər müharibəsində də qalib gələrək, mövqeyini
möhkəmləndirdi. Səfəvilər dövlətində ermənilərə verilən imtiyazlar
dövründə. El.turan, 1995, № 1-2, səh. 16- 19; İ.Məmmədov. Tariximiz, torpağımız,
taleyimiz. səh.88.
1
O.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, 1993, səh. 83, 179.
2
İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996, səh. 8-9.
3
Yenə orada, səh. 11- 12.
12
artırıldı
1
.
Ermənilər XVII əsrin sonları – XVIII əsrin əvvəllərində
Rusiya ilə yaxınlaşmağa, onun vasitəsilə erməni dövləti yaratmağa
çalışırdı. I Pyotrun Xəzərsahili torpaqları işğalı bu bu niyyəti daha da
möhkəmləndirdi
2
.
Belə bir mürəkkəb şəraitdə osmanlılarla səfəvilər arasında
1723-1727 –ci illər müharibəsi başladı. İrəvan əyaləti yenidən
Osmanlı dövlətinin tərkibinə keçdi və 1590 –ci ildə olduğu kimi,
1728-ci ildə də müfəssəl dəftər tərtib edildi. Tədqiqatçılar qeyd edir
ki, “1728-ci il tarixli İrəvan əyalətinin müfəssəl dəftərindən aydın
olur ki, osmanlılar Naxçıvan bölgəsi üçün ayrıca bir müfəssəl dəftər
tərtib etmiş, Zar, Zəbil və Şərur nahiyyələrini Naxçıvan sancağının
tərkibindən çıxararaq İrəvan əyalətinə birləşdirmişdilər. Bundan
əlavə Maku, İğdır, Sürməli adlı nahiyələrin İrəvan əyalətinə
birləşdirilməsi ilə bərabər, bu əyalətin ərazisində Göyçə, Məzrəə,
Xınzırak, Qırxbulaq, Dərəçiçək və əhalisi 100% türk olan Sədərək
adlı nahiyələr və Şürəngəl livası yaradılmış, XVI əsrin sonunda
mövcud olmuş Talin, Ərmavi, Abnik, Şərabxana nahiyələri,
Naxçıvan ərazisində isə Bazarçayı və Ağcaqala nahiyələri ləğv
olunmuş, buraların kəndləri isə yeni yaradılmış nahiyələrə
verilmişdir”. Hesablamalara görə əyalət əhalisinin 43784 nəfəri (61.2
%) türk – müsəlman idi. İrəvan şəhərində bu rəqəm 3369 nəfər
(63.5%) təşkil edirdi
3
Səfəvilər dövlətinin son dövrlərində nüfuzu getdikcə artan
Nadir xan osmanlılara qalib gələrək İrəvan əyalətini Səfəvilərə, sonra
isə şahlığı dövründə (1736-1747) özünə tabe etdi. Nadir şahın
inzibati – bölgü siyasəti böyük maraq doğurur. O, Şirvan, Qarabağ,
Azərbaycan və Çuxursəd bəylərbəyiliklərini ləğv edib, əvəzində
Azərbaycan vilayəti (mərkəzi Təbriz) yaratdı. Bu təsadüfi olmayıb,
Keçmiş Çuxursədin də Azərbaycan torpağı olmasının təsdiqi idi.
1
S.Onunllahi. I Şah Abbas və ermənilər. “Tarix və onun problemləri” jurnalı, 2002, №3, səh.
26-35.
2
Bax: Г.А.Эзов. Сношения Петра Великого с армянским народом. СПб., 1898.
3
İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996, səh. 9, 18.
13
1747-ci ildə Nadir şahın qətlindən sonra Azərbaycanda iyirmi
xanlıq meydana gəldi. Onlardan hər birinin Azərbaycan tarixində öz
yeri və rolu vardır. Belə xanlıqlardan biri də İrəvan xanlığının
meydana gəlməsi bir tərəfdən Nadir şahın qətlindən sonra yaranan
vəziyyətlə bağlı idisə, digər tərəfdən Qərbi Azərbaycanın nəzərdən
keçirilən tarixi inkişafının nəticəsi idi. Artıq qeyd etdiyimiz kimi
Qərbi Azərbaycan torpaqları bu və ya digər dövlətlərin tərkibinə
daxil olmuşdu, lakin burada ayrıca dövlət yaranmamışdı. İlk belə
dövlət İrəvan xanlığı oldu
1
İrəvan xanlığı Ağrıdağ düzənliyinin Göyçə gölü hövzəsi və
Araz çayından cənub – qərbə doğru uzanan ərazini əhatə edirdi.
Azərbaycanın şimal – qərbində yerləşən bu xanlıq paytaxt İrəvan
şəhəri olmaqla inzibati cəhətdən naiblərin idarə etdiyi 15 mahala
bölünürdü (Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur,
Sürməli, Dərəkənd, Saatlı, Talin, Seyidli- Axsaxlı, Sərdarabad,
Karpi, Abaran, Dərəçiçək, Göyçə). İrəvan xanlığı 1747-1797 –ci
illərdə müstəqil dövlət olmuş, 1797 – 1828-ci illərdə burada İranın
hakimiyyəti bərpa olunmuşdu. Dövlətin başçısı xan idi; xandan sonra
vəzir (yaxud baş mirzə), müxtəlif vəzifə daşıyan bəylər (divan
bəyləri, sərkərdələr, əmirlər və s.) gəlirdi. Qoşuna xan özü başçılıq
edirdi. Əhalisi, əsasən azərbaycanlılardan, qismən erməni və
kürdlərdən ibarətdir; əkinçilik, bağçılıq, tərəvəzçilik və maldarlıqla
məşğul olurdular. İrəvan xanlığında dövlət (divan), xalisə (xana və
ailə üzvlərinə məxsus), mülk, vəqf və camaat torpaq mülkiyyəti
formaları mövcud idi. Kəndlilər onlarca vergi verir və müxtəlif
mükəlləfiyyətlər daşıyırdılar.
XVIII əsrin II yarısında yaranmış nisbi sabitlik şəraitində
xanlığın iqtisadi həyatında müəyyən canlanma nəzərə çarpsa da, bu,
uzun sürmədi. İrəvan xanlığı Həsənəli xanın dövründə (1756-1764-
cü illər) Kartli- Kaxeti çarlığından asılı vəziyyətə düşdü, Hüseynəli
1
F.Əliyev, U.Həsənov, İrəvan xanlığı. Bakı, 1997; И.П.Петрущевский. Очерки по
истории феодальных отношений в Азербайджане и Армении в XVI- начале XIX в. Л.,
1949; И.И.Шопен. Исторический памятник состояния армянской области в эпоху ее
присоединения к Российской империи. СПб., 1852.
14
xanın hakimiyyəti illərində (1764-1783 cü illər) isə xanlıq feodal ara
vuruşmaları nəticəsində daha da zəiflədi. Bundan istifadə edən
Kartli- Kaxetiya çarı II İrakli 20 minlik qoşunla qəflətən hücuma
keçərək İrəvan şəhərini işğal etməyə cəhd göstərdi, lakin ciddi
müqavimətə rast gəldi, bir çox kəndləri qarət edib, çoxlu əsir və
qənimətlə geri döndü. İrəvan xanlığı Kartli – Kaxeti çarlığı ilə sazişə
girməyə məcbur oldu. Georgiyevsk traktatına (1783) əsasən Kartli –
Kaxeti çarlığının Rusiya dövlətinin himayəsinə keçməsi İrəvan
xanlığında Rusiyaya və gürcü çarlığına münasibəti xeyli dəyişdirdi.
80-ci illərin sonlarına doğru İrəvan xanlığı Kartli – Kaxeti çarlığının
asılılığından tamamilə xilas oldu. 1795-ci ildə Ağa Məhəmməd xan
Qacarın Cənubi Qafqaza yürüşü zamanı İran qoşununun bir hissəsi
İrəvan xanlığına hücum etdi. 35 günlük mühasirədən sonra İrəvan
qalası təslim oldu. 1796-cı ildə general V. Zubovun başçılığı ilə
Rusiya qoşununun Cənubi Qafqaza yürüşü zamanı İrəvan hakimi
Məhəmməd xan Rusiyanın himayəsinə keçmək istədiyini bildirdi. II
Yekaterinanın ölümündən (1796-ci il, noyabr) sonra rus qoşunu
Cənubi Qafqaz ərazisini tərk etdi. Ağa Məhəmməd xan Qacar (1796-
cı ildən İran şahı idi) İrəvan xanını Tehrana çağıraraq həbs etdi və
ailəsi ilə birgə Qəzvinə göndərdi; İrəvan xanlığının idarəsi Əliqulu
xana tapşırıldı. 1797 –ci ilin sonunda İranın yeni hökmdarı Fətəli şah
Məhəmməd xanı həbsdən azad edərək, yenidən İrəvan xanı təyin
etdi. Müstəqil siyasət yeritməyə səy göstərən Məhəmməd xan
general Sisianovun komandanlığı altında rus qoşununun İrəvan
qalasını mühasirəyə alaraq ələ keçirmək cəhdlərinin heçə
endirilməsində xüsusi şücaət və sərkərdəlik nümayiş etdirmişdi.
İrəvan xanlığı Gülüstan müqaviləsinə (1813) görə İranın tərkibinə
keçdi.
1826-cı ildə Rusiya ilə İran arasında yeni müharibə başlandı.
Müharibə zamanı Azərbaycan dövlətləri olan Naxçıvan (1827-ci il,
iyun) və İrəvan (1827-ci il, oktyabr) xanlıqlarının ərazisi işğal
olundu. Müharibədən sonra İrəvan xanlığı ərazisində 420-dən çox
kənd (o cümlədən Qırxbulaq mahalında 32, Zəngibasarda 8,
Gərnibasarda 48, Dərəkənddə 8, Vedibasarda 33, Saatlıda 5, Talində
15
35, Sərdərabadda 9, Karpidə 12, Abaranda 60, Dərəçiçəkdə 33,
Göyçədə 90, Dərələyəzdə 46 kənd) dağıdılmış, on minlərlə
azərbaycanlı əhali məhv edilmişdi. Qafqazda hərbi əməliyyat aparan
rus qoşunlarının baş komandanı İ.F.Paskeviç, hələ müharibə başa
çatmamış, 1827-ci il oktyabrın 6-da İrəvanda “müvəqqəti idarə”
təşkil etdi. İdarə üç üzvdən ibarət idi: general – leytenant Krakovski
(sədr), N. Aştaraketsi və İrəvan qalasının komendatı podpolkovnik
Borodin. Türkmənçay müqaviləsi (1828-ci il, 10 fevral)
bağlandıqdan sonra, Naxçıvan və İrəvan xanlıqlarının idarəçiliyi
dəyişdirildi. Çar I Nikolayın (1825-1855-ci illər) sərəncamı ilə
(1828-ci il, 21 mart) həmin xanlıqlar əsasında “Erməni vilayəti” adlı
müvəqqəti inzibati – idarə yarandı. Göründüyü kimi Rusiya
hakimiyyəti dövründə də bu torpaqlar Ermənistan deyil, “Erməni
vilayəti” adlandırılmışdı. Vilayət idarəsi vilayət rəisindən, iki rus
müşavirindən (biri polis, digəri maliyyə üzrə) və iki asessordan
(iclasçıdan) ibarət idi. Asessorlardan biri azərbaycanlı, digəri erməni
icmasından idi. Çar hökümətinin tarixi Azərbaycan torpaqları
əsasında “Erməni vilayəti” yaratması ilə I Pyotrdan başlayaraq
ermənipərəst siyasətin həyata keçirildiyi təsdiq olunurdu. “Erməni
vilayəti” iki əyalətdən – İrəvan və Naxçıvan əyalətlərindən ibarət idi.
Çarizmin və onunla əlbir olan ermənilərin Azərbaycan
torpaqları olan İrəvan və Naxçıvan bölgələrini “Erməni vilayəti” kim
i qələmə verməsini təkzibedilməz tarixi faktlar rədd edir. Çünki çar
Rusiyasının erməniləri İran və Türkiyədən həmin ərazilərə kütləvi
surətdə köçürməsindən əvvəl, sonradan “Erməni vilayəti”
adlandırılan ərazinin əhalisi 107224 nəfər idi. Əhalinin 76.24% -ni
azərbaycanlılar, 23.45% -ni ermənilər təşkil edirdi. Azərbaycanlıların
əhalinin etnik tərkibində bu cür üstünlüyü təşkil etməsi həmin
torpaqların tarixi Azərbaycan ərazisi olduğunu təsdiq edən
inkaredilməz faktdır. 1826-1828-ci illər Rusiya – İran müharibəsi
dövründə və müharibədən sonra İran və Türkiyədən ermənilərin
kütləvi surətdə bu yerlərə köçürülməsi nəticəsində əhalinin etnik
tərkibi dəyişdi. Fransız mınşəli rus tədqiqatçısı İ.İ.Şopenin 1829-
1832-ci illərdə rəsmən həyata keçirdiyi kameral təsvirinin
16
nəticələrinə görə, artıq burada 31201ailə, 164450 nəfər əhali qeydə
alınmışdı. Onlardan 16078 ailə (51.53%), 81749 nəfər (49.71%)
müsəlmanlar (azərbaycanlılar); 4428 ailə (14.19%) 25151 nəfər
(15.29% köçürməyədək burada yaşayan ermənilər; 6949 ailə
(22.27%), 35560 nəfər (21.62%) İrandan köçürülmüş ermənilər;
3682 ailə (11.80%), 21666 nəfər (13.17%) Türkiyədən köçürülmüş
ermənilər idi. Bu faktlardan aydın olduğu kimi vilayətə İran və
Türkiyədən birgə 10631 ailə (bütün ailələrin 34.07%-i), 57226 nəfər
(34.79%) erməni köçürülmüşdü. Belə bir vəziyyət İrəvan şəhərində
də müşahidə edilirdi. Rusiyanın İrəvanı işğal etdiyi dövrdə burada
1807 azərbaycanlı ailəsi, yaxud 7331 nəfər (3749 kişi, 3582 qadın),
567 erməni ailəsi, yaxud 2369 nəfər (1220 kişi, 1149 qadın) qeydə
alınmışdı. O zaman İrəvanın 9700 nəfərlik əhalisinin 75.6% -i
azərbaycanlı, 24.4% -i erməni idi. Çarizmin erməniləri İran və
Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına
köçürməsi nəticəsində ermənilərin sayı İrəvan şəhərində də artdı.
1829-1832-ci illərdə həyata keçirilən kameral təsvirə görə İrəvan
şəhərinə İrandan 366 erməni ailəsi, yaxud 1715 nəfər (903 qadın, 812
kişi), Türkiyədən 11 ailə, yaxud 48 nəfər (25 kişi, 23 qadın)
köçürülmüşdü. Bu köçürmə nəticəsində İrəvan şəhəri əhalisinin sayı
ermənilərin hesabına artaraq 11463 nəfərə çatmışdı. Nəticədə
azərbaycanlıların sayı 64% -ə enmiş, ermənilərin sayı isə 36%-ə
qalxmışdı. Bu siyasət sonralar da davam etdirilmişdi. Beləliklə, çar
höküməti Şimali Azərbaycanın işğalı zamanı ermənilərin çar
ordusuna göstərdiyi “xidmət” müqabilində onlara işğal olunmuş
Azərbaycan torpaqlarında Naxçıvan və İrəvan xanlıqlarının
ərazilərində “Erməni vilayəti” adlandırılan ərazini “bəxşiş” verdi.
Bununla ermənilər çar Rusiyasının himayəsi və köməyi ilə Cənubi
Qafqazda özlərinə ərazi bazası yaratdılar. Bundan sonra ermənilər
çar Rusiyasının antiazərbaycan və antitürkiyə siyasətinin həyata
keçirilməsində fəal rol oynadılar. Çar höküməti Cənubi Qafqazın
işğalını və burada möhkəmlənməklə bağlı siyasətini həyata
17
keçirdikdən sonra 1840- ci il 10 aprel qanunu ilə “Erməni vilayəti”ni
ləğv etdi. İrəvan və Naxçıvan əyalətləri qəzalara çevrildi
1
.
Çar I Nikolayın fərmanı ilə 1849 –cu il iyunun 9- da keçmiş
“Erməni vilayəti” və Aleksandropol (Gümrü) qəzası əsasında İrəvan
quberniyası yaradıldı. Bəzi inzibati ərazi dəyişikliklərindən sonra
quberniya İrəvan, Aleksandropol, Eçmiədzin, Naxçıvan,
Novobayazid, Şərur- Dərələyəz və Sürməli qəzalarına bölündü.
İrəvan quberniyasının ərazisi 23194.79 kv. Verst (1 verst = 1.0668
km) idi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, quberniyada
1120242 nəfər əhali yaşayırdı. Hər kv. Verstə 48.3 nəfər düşürdü.
Quberniya əhalisinin 589125 nəfəri (52.6%) kişi, 531117 nəfəri
(47.4%) qadın, 1014868 nəfəri (90.6%) yerli sakinlər, 105374 nəfəri
(9,4%) müvəqqəti yaşayanlar idi. Çarizmin İrəvan quberniyası
əhalisinin etnik tərkibini ermənilərin xeyrinə dəyişdirmək siyasəti
Türkmənçay müqaviləsindən sonra ardıcıl surətdə həyata
keçirilmişdi. Ermənilərin İrəvan quberniyasına köçürülməsi 1877-
1878-ci illər Rusiya –Türkiyə müharibəsi dövründə, XIX əsrin
əvvəllərində də ardıcıl olaraq davam etdirilmişdi. Bütün bunlara
baxmayaraq, İrəvan quberniyasında azərbaycanlı əhalinin xüsusi
çəkisi həmişə yüksək olmuşdur. 1917-ci il təqviminin məlumatına
görə, 100 ildən çox davam edən soyqırımlarına və deportasiyalara
baxmayaraq, azərbaycanlıların sayı 373582 nəfər (33,35%) idi.
Ermənilərin sayı isə qeyd olunan köçürmələr nəticəsində 669871
nəfərə (59,8%) çatdırılmışdı. İrəvan quberniyasındakı 5 şəhərin
(Aleksandropol, Naxçıvan, Novobayazid, Ordubad, İrəvan) birlikdə
əhalisi 132559 nəfər (11,83%) idi. Əhalinin qalan hissəsi – 967683
nəfər (88,17%) isə qəzalarda, o cümlədən İrəvanda (154331nəfər),
Naxçıvanda (122208), Sürməlidə (104791), Şərur – Dərələyəzdə
(90250) yaşayırdı. Azərbaycanlılar bütün şəhər əhalisinin 18,9%-ni
(25044 nəfər), qəzaların əhalisinin isə 35,3% -ni (348538 nəfər),
təşkil edirdi.
Əhalinin etnik tərkibinin dəyişdirilməsi quberniyanın mərkəzi
1
İ.İ.Şopen. Göstərilən əsəri; F.Əliyev, M. Əliyev. Naxçıvan xanlığı. Bakı, 1996.
18
İrəvan şəhərində də aparıldı.
1873-cü ildə İrəvan şəhərində azərbaycanlıların sayı 5805,
ermənilərin sayı 5959, 1886-cı ildə müvafiq olaraq 7228 və 7142,
1897-ci ildə 12516 və 12529 olmuşdu. 1917-ci il Qafqaz təqviminin
məlumatına görə, İrəvan şəhərində 51286 nəfər əhali qeydə
alınmışdı, onların 25548 nəfəri (49,8%) kişi, 25738 nəfəri (50,2%)
qadın idi. Şəhər əhalisinin 22001 nəfəri daimi, 29285 nəfəri
müvəqqəti yaşayanlar idi. Həmin məlumata əsasən, İrəvan əhalisinin
12557 nəfəri (24,5%) azərbaycanlı, 37204 nəfəri (72,5%) erməni idi.
Bu fakt bir daha aydın sübut edir ki, 1828-1917- ci illər arasında
çarizmin həyata keçirdiyi məqsədyönlü köçürmə siyasəti və
azərbaycanlılara qarşı ayrı- seçkilik siyasəti nəticəsində İrəvanda
yerli əhalinin – azərbaycanlıların sayı kəskin surətdə azalmışdı.
İrəvan quberniyasının iqtisadiyyatında əsas yeri kənd
təsərrüfatı tuturdu. Quberniya torpaqlarının 70,1% -i xəzinəyə,
25,6%-i mülkədarlara məxsus idi. Birinci dünya müharibəsi
nəticəsində yaranmış şəraitə görə (iş heyvanlarının səfərbərliyə
alınması, əhalinin arxa cəbhə işlərinə cəlb edilməsi və i.a.) əkin
sahələri üçdə bir qədər azalmışdı. İrəvan quberniyası Qafqaz cəbhəsi
və Qafqaz ordusunun yaxın arxa cəbhəsi idi. Quberniyanın İrəvan,
Aleksandropol, Naxçıvan və b. qəzalarında ehtiyyat hissələr və
könüllü dəstələri yerləşdirilmişdi.
1917 – ci il Fevral inqilabı nəticəsində çarizmin devrilməsi
xəbəri İrəvan quberniyasına martın əvvəllərində çatdı. Quberniyada
müvəqqəti hökümətin yerli hakimiyyət orqanlarının
formalaşdırılmasına başlandı. Martın 14 (27)-də təşkil olunan
Quberniya İcraiyyə Komitəsi özünü Xüsusi Zaqafqaziya Komitəsinin
(rusca ОЗАКОМ – Особый Закавказский Комитет) yerli orqanı
elan etdi. Qəzalarda da icraiyyə komitələri yaradıldı. Müvəqqəti
hökümət tərəfindən İrəvan quberniyasına və qəzalara komissarlar
təyin edildi.
Fevral inqilabından sonra İrəvan quberniyasında sovetlər də
yaranmağa başladı. Martın 8 (21)- də Aleksandropolda əsgər, sonra
isə fəhlə deputatları sovetləri meydana gəldi. Hər iki sovet tezliklə
19
birləşdi. İrəvan şəhərində də martın 12 (25)-də əsgər, apreldə isə
fəhlə deputatları sovetləri yarandı. Mart ayı ərzində İrəvan
quberniyasının şəhərlərində sovetlər təşkil olundu. Həm Müvəqqəti
hökümətin yerli orqanlarında, həm də sovetlərdə daşnaklar üstünlüyü
ələ aldılar. 1917-ci ilin sentyabrın sonlarında daşnaklar Tiflisdə
“Erməni milli müşavirəsi” çağırdılar. Müşavirədə erməni Milli
Şurası (sədr A. Aqaronyan) təşkil edildi. İrəvan şəhərində və
quberniyanın qəzalarında da milli şuraların təşkil olunmasına
başlandı. Erməni milli şurası İrəvan quberniyasının azərbaycanlı
əhalisinə qarşı soyqırım siyasətinin hazırlanması və həyata
keçirilməsi, Osmanlı imperiyasında ermənilərin pozuculuq
fəaliyyətinin təşkili, Qafqaz cəbhəsində vuruşmaqdan ötrü erməni
korpusunun komplektləşdirilməsi üçün tədbirlər görməyə başladı.
1917-ci il Oktyabr çevrilişindən sonra yaradılan Zaqafqaziya
komissarlığı (1917-ci il 15 (28) noyabr) hakimiyyətini İrəvan
quberniyasına da yaydı. İrəvan quberniyasında da Müəssislər
Məclisinə (Rusiya) seçkilərdə daşnaklar və sazişçilər qalib gəldilər.
1918-ci ilin 10 (23) fevralında işə başlayan Zaqafqaziya seymi
Cənubi Qafqazın Rusiyadan ayrılmasını təsdiqlədi (1918-ci il mart).
Zaqafqaziya Demokratik Federativ Respublikası elan olunduqda
(1918-ci il 22 aprel) İrəvan quberniyası onun tərkibinə qatıldı.
Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR)
höküməti Irəvan quberniyası və Osmanlı imperiyasında yaşayan
ermənilərdən özünün siyasi məqsədləri üçün istifadə etmək xəttini
həyata keçirirdi. 1917-ci il dekabrın 17 (30) –da Millətlərin işləri
üzrə Xalq Komissarlığında erməni işləri üzrə ayrıca komissarlıq
yaradılmışdı. RSFSR Xalq Komissarları Soveti 1917-ci il dekabrın
27 –də (1918 ci il 11 yanvar) “Türkiyə Ermənistanı haqqında dekret”
qəbul etdi. Rus hərbi hissələrinin Qafqaz cəbhəsindən geri
çağırılması (1917-ci il dekabr - 1918-ci il yanvar) daşnakların
mövqeyini xeyli gücləndirdi. İrəvan quberniyasında azərbaycanlılara
qarşı soyqırım daha da genişləndirildi.
Zaqafqaziya seyminin dağılmasından sonra (1918-ci il 26
may) daşnaklar 1918 –ci il mayın 28-də Tiflisdə Erməni (Ararat)
20
Resdpublikasının yaranmasını elan etdilər
1
.
1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının
iclası keçirildi. İclasın 3 nömrəli protokoluna görə, Fətəli xan Xoyski
Şura üzvlərinin Azərbaycan və Erməni federasiyası ərazilərinin
sərhədləri məsələsinə dair Erməni Milli Şurası ilə apardıqları
danışıqların nəticələri barədə məruzə etmişdir. Xoyski məruzəsində
Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım
olduğunu, Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra
belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat
verdikdən sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri
olduğunu bildirmişdir. Xəlil bəy Xasməmmədov, Məmməd Yusif
Cəfərov, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhəmmərov bu
məsələ üzrə çıxış edərək, İrəvanın ermənilərə güzəştini tarixi zərurət,
labüd bədbəxtlik adlandırdılar. Bu məsələ üzrə səsvermə nəticəsində
28 Şura üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər
əleyhinə səs vermiş, 3 nəfər bitərəf qalmışdır (protokolda belə
göstərilmişdir). Beləliklə, Azərbaycan Milli Şurası İrəvanın
Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul etmişdir.
Azərbaycan Cümhuriyyəti hökümətinin baş naziri Fətəli xan Xoyski
mayın 29-da Xarici İşlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı:
“Biz ermənilərin bütün mübahisələrə son qoyduq, onlar ultimatumu
qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə
getdik”. Milli Şuranın iyunun 1- də keçirilən iclasında həmin
məsələyə yenidən baxılaraq, bu bu qərara protest elan edildi. Onu
Şuranın İrəvandan olan 3 üzvi imzalamışdı. Milli Şura protesti
müzakirə olunmadan iclas protokoluna əlavə etməyi qərara aldı.
İrəvanın ermənilərə güzəşt olunması haqqında qərarın qəbul
edilməsi, onun əsaslandırılması üçün gətirilən bütün dəlillərə
1
Азербайджанская Демократическая Республика (1918 - 1920). Законодательные
акты. Сб., док. Баку, 1998; Азербайджанская Республика . Документы и материалы.
1918-1920 гг. Баку, 1998; Q.Bayramov. Azərbaycanlıların soyqırımı erməni daşnak
hökümətinin dövlət siyasəti olmuşdur. BDU – nun Xəbərləri (humanitar elmlər seriyası),
2002, № 1; S.Əsədov. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995;
İ.Məmmədov Tariximiz, torpağımız, taleyimiz; С. Асадов. Миф о “Великой
Армении”.Баку, 1999; Кавказский календарь на 1917 г., Тифлис, 1916.
21
baxmayaraq, siyasi cəhətdən tamamilə səhv addım idi. Erməni
höküməti Tiflisdən İrəvana köçdükdən sonra İrəvanda və
Azərbaycanın digər tarixi torpaqlarında azərbaycanlılara qarşı
soyqırımı törətdi
1
.
Ermənistan Respublikası və Osmanlı dövləti arasında
bağlanmış 1918-ci il 4 iyun tarixli Batum müqaviləsinə əsasən,
Sürməli qəzası, Aleksandropol, Şərur, Eçmiədzin və İrəvan
qəzalarının böyük bir hissəsi Osmanlı dövlətinə keçdi. İrəvan
quberniyasının ərazisinin üçdə bir hissəsindən azı Ermənistanın
əlində qaldı. Lakin Birinci dünya müharibəsində Osmanlı dövlətinin
məğlubiyyəti (1918 –ci il Mudros barışığı) onun bu torpaqlarda
möhkəmlənməsinə imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti
də İrəvan quberniyasının tərkibinə daxil olan ərazilərdə
hakimiyyətinin bərqərar edilməsində çətinliklərlə üzləşdi. Bundan
istifadə edən daşnak höküməti İrəvan quberniyasında geniş miqyaslı
soyqırımı həyata keçirdi. 1917 –ci ilin fevralından 1918 –ci ilin
martına qədərki dövrdə İrəvan quberniyasında 200 azərbaycanlı
kəndi dağıdılmış, 135 min nəfərdən çox əhali doğma torpaqlarından
qovulmuş və ya məhv edilmişdi. Erməni (Ararat) respublikası
qurulduqdan sonra azərbaycanlılara qarşı soyqırım dövlət siyasətinə
çevrildi. Amerika alimləri Castin və Karolin Makkartilərin
məlumatına görə, qarşıdurmanın sonunda (1920 –ci il nəzərdə
tutulur) İrəvan quberniyasında 180000 müsəlman əhalisinin üçdə
ikisindən çoxu ya öldürülmüş, ya da qaçqın düşmüşdü
2
. Azərbaycan
Xalq Cümhuriyyəti höküməti İrəvan quberniyasında azərbaycanlılara
qarşı qırğın və deportasiya siyasətinin qarşısını almaq üçün tədbirlər
görməyə çalışırdı. Lakin erməni daşnak höküməti bu sahədə
fəaliyyətini davam etdirirdi. Azərbaycanlılara qarşı soyqırımın
həyata keçirilməsində Andronik, Dro, Njde və b. öz amansızlıqlarına
görə xüsusilə fərqlənirdilər. Lakin azərbaycanlılar doğma torpaqları
1
Fətəli xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar). Bakı, 1998;
Азербайджанская Республика. Документы и материалы. 1918-1920 гг. Баку, 1998.
2
Дж. Маккарти, К.Маккарти. Тюрки и армяне. Руководство по армянскому вопросу.
Баку, 1996, стр. 80.
22
uğrunda qeyri – bərabər mübarizəni davam etdirirdilər. Bakıda təşkil
edilmiş İrəvan Quberniyası Müsəlmanlarının Həmyerlilər Cəmiyyəti
də quberniyada yaşayan azərbaycanlılarla həmrəylik sahəsində fəal iş
aparırdı.
1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti
quruldu. Bu, Ararat Respublikasından sonra Qərbi Azərbaycanda
qurulmuş ikinci erməni dövləti idi. Lakin azərbaycanlılar əhali
içərisində xüsusi çəkiyə malik olmaqda davam edirdi.
Ermənistan SSR hökümətinin mövcud olduğu bütün dövr
ərzində onun fəaliyyətinin ən başlıca istiqamətlərindən biri burada
yaşayan azərbaycanlılara və Azərbaycan SSR- ə qarşı yönəlmişdi.
Ermənistan SSR hər vasitə ilə əhalisinin etnik tərkibinin
dəyişdirilməsinə çalışırdı. Bu məqsəalə Ermənistanın
erməniləşdirilməsi siyasəti həyata keçirildi. Ermənilər içərisindəki
təbii artım hesabına onun həyata keçirilməsinin çətinliyi aydın
olduğuna görə, “repatriasiya” (“vətənə qayıtma”) adı altında xaricdə
yaşayan ermənilər Ermənistana gətirilirdi. Yuxarıdakı şərhdən aydın
olduğu kimi ermənilərin Ermənistan – Qərbi Azərbaycanda vətəni
yox idi, onlar buraya gəlmə idilər. Bu baxımdan ermənilərin
Ermənistana gətirilməsi repatriasiya deyil, məqsədli miqrasiya idi.
Ermənistan SSR sovet dövləti rəhbərliyinin razılığı ilə 1921- 1936-cı
illərdə dünyanın müxtəlif ölkərindən 42 min erməni miqrantını
ölkəyə gətirir. 1941-1945 – ci illər müharibəsinin sonlarından bu
daha kütləvi şəkil alır. SSRİ hökümətinin razılığı ilə 1945-ci ilin
noyabrında xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinin
təşkili başlandı. Ermənistan höküməti yanında xüsusi Komitə
yaradıldı. 1946-1948-ci illərdə dünyanın müxtəlif ölkələrindən
Ermənistan SSR-ə 100 mindən çox erməni köçürüldü. Xaricdə
yaşayan ermənilərin Ermənistana köçürülməsi siyasəti, sonralar da
davam etdirildi
1
.
Ermənistanın erməniləşdirilməsini yalnız əhalinin etnik
tərkibinin dəyişdirilməsi kimi qəbul etmək doğru olmazdı. Bu
1
История армянского народа. Ереван, 1980, стр. 335-336, 365- 366.
23
Ermənistanın xaricdəki erməni mərkəzləri ilə əlaqəsini gücləndirir,
Ermənistanın inkişafına əlavə stimul yaradır, azərbaycanlıların
sıxıdırılmasını sürətləndirirdi.
Bu siyasətlə birgə Ermənistan daxilində bütün qüvvələr
oradan azərbaycanlıların sıxışdırılması və deportasiyasına
yönəlmişdi. Bu məqsədlə azərbaycanlı yer adları kütləvi şəkildə
dəyişdirilir, azərbaycanlı yaşayış məskənlərinin sosial – iqtisadi və
mədəni inkişafına əngəllər törədilir, inzibati idarə sistemində
azərbaycanlılara yer verilmir, hər bir imkandan istifadə edərək
onların deportasiyasına cəhd olunurdu.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin
dəyişdirilməsi manyakcasına həyata keçirilmişdi. “Vandalizm: Tarixi
adlara qarşı soyqırımı” kitabında yazılır: “...İndiki Ermənistanda
azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər
toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919 –cu ildə
Ermənistan Respublikası hökümətinin qərar ilə başlanılmışdır.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935 –ci ilədək
orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin adları
dəyişdirilmişdir. Sonrakı dövrlərdə azərbaycanlılara məxsus tarixi
adların dəyişdirilməsi prosesi daha da sürətləndirilərək kütləvi
miqyas almış və 1991-ci ildə Ermənistan Respublikası yaradıldıqdan
sonra əsasən başa çatdırılmışdır”
1
.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1918-
1920 –ci illərdə daşnak höküməti tərəfindən didərgin salınmış
azərbaycanlıların geri qayıtmasına mane olmaqla birgə, qalan
azərbaycanlıların deportasiyasına cəhd edilirdi. Bu şəhər yerlərində
xüsusən dövlətin paytaxtı İrəvan şəhərində özünü daha aydın
göstərirdi. 1922-ci ildə İrəvan şəhərində cəmi 5124 nəfər
azərbaycanlı qalmışdı. Ermənilər isə 40369 nəfər idi.
Kənd yerlərində yaşayan azərbaycanlıların deportasiyası da
gündəmdə dururdu. Ermənistan höküməti 1947-ci ilin sonlarında
belə bir imkan yarada bildi. 1948- 1953 –cü illərdə on minlərlə
1
Vandalizm:tarixi adlara qarşı soyqırım. Bakı, 2006, səh. 5-6.
24
azərbaycanlı Ermənistan SSR –dən deportasiya edildi
1
. Beləliklə,
Ermənistan SSR əhalisi tərkibində azərbaycanlıların sayının
azaldılması həyata keçirildi.
Ermənistan Azərbaycan SSR ilə münasibətdə əsas xətti ona
qarşı ərazi iddiaları irəli sürülməsindən ibarət idi. 1921-ci il mart
Moskva və oktyabr Qars müqavilələri ilə Naxçıvana olan iddiaların
qarşısı kəsildi. Zəngəzurun taleyi isə faciəli oldu. Ermənilər bu tarixi
Azərbaycan torpaqlarının böyük bir hissəsini ilhaq etdilər. Dağlıq
Qarabağa olan iddialar isə 1923 –cü ildə Azərbaycan SSR tərkibində
Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaranması ilə
nəticələndi. Lakin ermənilər bununla kifayətlənmədilər. 1929- 1930
–cü illərda Naxçıvan MSSR – in bir sıra torpaqları ələ keçirildi. 1938
–ci ildə Qazax və Gədəbəyin bir sıra torpaqlarının Ermənistana
verilməsi barədə Azərbaycanda protokol imzalandı. 1945-ci ildə isə
DQMV –nin Azərbaycandan qoparılmasına yeni cəhd cəhd edildi,
lakin bu baş tutmadı. Ermənistan 1969- cu il mayın 7-də 1938 – ci il
protokolunun Azərbaycan tərəfindən yenidən təsdiqinə nail oldu.
Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun icrası
dayandırıldı. Bu planı, yalnız 1984-cü ilin oktyabrında reallaşdırmaq
mümkün oldu
2
.
Bütün bunlarla eyni zamanda Mərkəzi (Moskva) və
Azərbaycan SSR- in partiya – dövlət elitasında yer tutan ermənilər və
ermənipərəst qüvvələr vasitəsilə ölkənin mövqeyinə maksimum
zərbə vurulur, onun tərəqqisinə maneçilik törədilirdi. 1937- 1938 –ci
illərdə Azərbaycan SSR –də repressiyaların həyata keçirilməsində və
miqyasının genişlənməsində ermənilərin xüsusi xidməti olmuşdu
3
.
Daha bir xətt isə güclü erməni təbliğatı vasitəsilə Azərbaycan
xalqının maddi və mənəvi irsinin mənimsənilməsinə, onun tarix və
mədəniyyətinin təhrifinə yönəlmişdi.
Bütün tarixi boyu olduğu kimi sovet dövründə də bu siyasi
platformanın baçlıca ideoloji mərkəzi erməni kilsəsi idi. İ. Stalinin
1
A.Paşayev .Köçürülmə. Bakı, 1995.
2
Azərbaycan Respublikası. 1991- 2001. Bakı, 2001, səh. 43.
3
Z. Bünyadov. Qırmızı terror. Bakı, 1993.
25
xüsusi səyi nəticəsində 1941-14945 –ci illər müharibəsinin
sonlarında Eçmiədzinin mövqeyi daha da möhkəmləndirildi
1
. Bunun
nəticəsi idi ki, Ermənistanın azərbaycanlılara qarşı təcavüzkar
siyasətində dini ekstremizm də həlledici yer tutmuşdu.
Ermənilərin Azərbaycanlılara və Azərbaycan SSR –ə qarşı
yönəlmiş siyasəti 1980 –ci illərin ortalarından son mərhələsinə
qədəm qoydu. Bu hər şeydən əvvəl, SSRİ –də baş verən hakimiyyət
dəyişikliyi nəticəsində ermənipərəst M.S Qorbaçovun dövlət
rəhbərliyinə gəlməsi və həyata keçirdiyi siyasi kursla bağlı idi. 1987
–ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması
erməniləri daha da fəallaşdırdı. Ermənistan Azərbaycan SSR –in
Dağlıq Qarabağ Muxtar vilayətinə qarşı ərazi iddiası irəli sürdü.
Əvvəlcədən hazırlanmış plan əsasında DQMV – nin terrorçu –
separatçı qüvvələri Ermənistanla əlbir olaraq, Azərbaycana qarşı
çıxdı. Ermənistan rəhbərliyinin dəstəyi ilə azərbaycanlıların dədə -
baba torpaqlarından zorla, vəhşicəsinə qovulması prosesi başladı. Bu
zorakı deportasiya zamanı azərbaycanlılara qarşı soyqırım tətbiq
edildi. 1991-ci ilin avqustunda Nüvədi kəndi əhalisinin qovulması ilə
azərbaycanlıların tarixi torpaqlarından deportasiyası prosesi başa
çatdı. Ermənistan öz ərazisindəki azərbaycanlı yaşayış məskənlərini
faktiki olaraq işğal etdikdən sonra, Azərbaycana qarşı açıq
müharibəyə başladı. Qərbi Azərbaycan ərazisində üçüncü
Ermənistan Respublikası elan edildikdən sonra, ermənilərin
təcavüzkar xətti daha da gücləndi. Ermənistan silahlı qüvvələri
Rusiya ordu hissələri ilə birgə 1992 –ci il fevralın 26- da Xocalıda
azərbaycanlılara qarşı soyqırım törətdi. Dağlıq Qarabağ və onun
ətrafında yeddi rayon işğal olundu.
Azərbaycan Respunlikası Ermənistanın işğalçı siyasətinin
nəticələrini aradan qaldırmaq üçün fəal hərbi – siyasi iş aparır. İşğal
olunmuş torpaqların, dövlətin ərazi bütövlüyünün bərpa edilməsi
üçün sülh danışıqları aparılır, lakin hərbi yol istisna edilmir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu
1
В.А.Алексеев. Собор в Эчмиадзине\\ Иллюзин и догмы. М., 1991, стр. 347- 358.
26
sahədəki diplomatik fəaliyyəti problemin həllinə münasibətdə yeni
mərhələ açmışdır. Burada tarix və müasirliyin vəhdəti aparıcı yer
tutur. Azərbaycan Respunlikası müasir dünyada yaranmış real
vəziyyəti nəzərə alır, bununla birgə tarixi hüquqlarının əhəməyyitini
də bəyan edir. Prezident İlham Əliyev Azərbaycan torpaqlarında
ikinci erməni dövləti yaradılmasına yol verməyəcəyini dəfələrlə
bildirmişdir. Lakin qədim Azərbaycan torpağı olan İrəvanda
yaradılmış birinci dövlətin də taleyinin məhz Azərbaycan
Respublikasının hərbi – siyasi mövqeyindən asılı olduğu dünyaya
bəyan edilmişdir.
Dostları ilə paylaş: |