Xanlığı Ş Ə r q – q ə r b b a k I bu kitab “Fuad Əliyev, Urfan Həsənov. İrəvan xanlığı” (Bakı, Azərnəşr, 1997) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. Redaktoru və ön sözün müəllifi: Kərim Şükürov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix04.04.2023
ölçüsü0,94 Mb.
#93059
1   2   3   4   5   6   7   8   9   10   11
Irevan xanligi

G İ R İ Ş


27
İrəvan xanlığı – Azərbaycan xanlıqları arasında həm siyasi,
həm də iqtisadi cəhətdən Azərbaycan tarixçiləri tərəfindən nəinki az
öyrənilmiş, hətta demək olar ki, unudulmuşdur. Bu “laqeydliyin”
əsas səbəbi bu olmuşdur ki, həmin xanlığın ərazisində yerləşən
müasir Ermənistan respublikası Sovet hakimiyyəti illərində müttəfiq
respublika sayıldığına görə Azərbaycan alimləri “qardaşlıq” naminə
erməni xalqının “qəlbinə” toxunmamış, tarixən Azərbaycana məxsus
olan İrəvan xanlığından üz çevirmiş və beləliklə də qədim
Azərbaycan torpağını elmi baxımdan hələ XX əsir 20 –ci illərindən
erməni “qardaşlarımıza” bağışlamışlar.
Həmin torpaqda XVIII əsrin ikinci yarısında yaranan xanlığı
azərbaycanlılar idarə etdiklərinə görə erməni tarixçiləri də öz
növbələrində bu məsələnin üstündən vaz keçmiş, yalnız Eçmiədzin (
üş müəzzin, üç kilsə) monastırının tarixini tədqiq etmişlər
1
. Ədalət
naminə qeyd etməliyik ki, V. R. Qriqoryan yeganə erməni
tarixçisidir ki, İrəvan xanlığının tarixini araşdırmağa səy
göstərmişdir. Həmin tarixçi İrəvan xanlığının təqribən 80 illik
tarixinin yalnız 20 ilinə (1780- 1800) dissertasiya həsr etmiş və onu
1958 – ci ildə erməni dilində kitab halında çap etdirmişdir
2
.
Belə bir sual ortaya çıxa bilər: nə üçün erməni tarixçisi
tədqiqat üçün yalnız XVIII əsrin 80- 90 –cı illərini seçmişdir?
Məsələ burasındadır ki, 1783 –cü ildə Kartli – Kaxetiya çarlığı
Rusiya dövlətinin protektoratını qəbul etdikdən sonra bu hadisə sanki
Cənubi Qafqazda məskunlaşan və dövlətləri olmayan ermənilərə
ümid və qol – qanad verdi. Onlar münbit Azərbaycan torpağında
“Erməni dövlətini” yaratmaq həvəsinə düşərək müxtəlif məktublarla
dönə - dönə Cənubi Qafqazda xristian dövləti yaratmaq arzusu ilə
Rusiya dövlətinə müraciət etdilər. Həmin məktubların üzü bu günə
kimi “Mətndaran” da (“Matenadaran” da) və Rusiyanın arxivlərində
1
Б
.М.Арутюнян. Крупное монастырское хозяйство в Армении в XVII- XVIII вв.
Ереван, 1940; С.Ереванци. Джамбр. М., 1958.
2
В.Р.Григорян. Ереванское ханство в конце XVIII столетия (1780-1800). Ереван, 1958.


28
saxlanılır.
1796 –cı ildə rus qoşunları Cənubi Qafqaza yürüş etdikləri
zaman erməni “vətənpərvərləri” yenidən canlanaraq baş qaldırıb
Rusiya dövlətinə Azərbaycan torpağında ermənilər üçün dövlət
yaradılması barədə müraciət etdilər. Həmin məktubların surətləri də
yuxarıda adları çəkilən arxivlərdə saxlanılmışdır. Məhz belə sənədlər
erməni tarixçisinə İrəvan xanlığının 1780 – 1800 –cü illərdəki
tarixini “ işıqlandırmaq” üçün bir növ “əsas” olmuşdur. Onu da qeyd
edək ki, İrəvan xanlığının tarixini tədqiq edərkən V.R.Qriqoryan
yalnız tarixi hadisələrə toxunmuşdur.
İrəvan xanlığının ictimai – iqtisadi tarixinə gəldikdə isə qeyd
etməliyik ki, Ermənistan tarixçiləri bu məsələyə yalnız “ Üç kilsə”
monastırının malikanəsinə aid olan feodal münasibətlərini
araşdıraraq, xanlığın bütövlükdə ictimai – iqtisadi problemi barədə
bir kəlmə də yazmamışlar, guya heç belə bir xanlıq müvcud da
olmamışdır. Halbuki, İrəvan şəhərindəki “Mətndaran” Əlyazmaları
İnstitutunda bu barədə külli miqdarda sənədlər saxlanılır. Həmin
sənədlərdən Azərbaycan mütəxəssislərinə istifadə etmək bir neçə il
bundan qabaq yasaq edilmişdir. Biz belə sənədlərlə “durğunluq
illərində” tanış olmağa müvəffəq olmuşuq. “Üç kilsə” monastırına
aid olunub nəşr edilmiş əsərlərdə İrəvan xanlığına dair xeyli sənəd
vardır ki, biz həmin mövzü üçün onlardan az- çox istifadə edə
bilmişik.
İrəvan xanlığının siyasi və ictimai – iqtisadi tarixinə dair xeyli
material XIX əsrin birinci yarısında rus mütəxəssisləri tərəfindən
yazılmış kitablarda öz əksini tapmışdır. Məsələ burasındadır ki,
Cənubi Qafqazı işğal etdikdən sonra çar höküməti əvvəllər burada
mövcud olan qayda – qanunu öyrənib, yeni tədbirlər həyata keçirmək
məqsədi ilə öz məmurlarına bu torpaqların təsvirini tərtib etməyi
tapşırmışdı. Məhz bunun nəticəsində həmin dövrdə Cənubi Qafqazın
təsvirini əks etdirən onlarca kitab işıq üzü görmüşdür. Həmin kitablar
indiki dövrdə əvəzolunmaz mənbələrdir.


29

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin