Xanlığı Ş Ə r q – q ə r b b a k I bu kitab “Fuad Əliyev, Urfan Həsənov. İrəvan xanlığı” (Bakı, Azərnəşr, 1997) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. Redaktoru və ön sözün müəllifi: Kərim Şükürov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix04.04.2023
ölçüsü0,94 Mb.
#93059
1   2   3   4   5   6   7   8   9   10   11
Irevan xanligi

Səkkizinci cəmiyyətə pul ilə toplanılan müxtəlif vergilər
daxil edilmişdi: həmin vergi əsas etibarilə xanın məmurlarının
xeyrinə toplanılırdı. Bu silsiləyə xanın yaxın adamları daxil idilər-
mirzələr, mahal bəyləri-raiblər və mirablar.
Suya və suvarmya böyük ehtiyac olduğundan mirablar nəqd
puldan savayı, həmçinin süni suvarmadan istifadə edən kəndlilərdən
müəyyən miqdarda buğda, arpa və pambıq da alırdılar.
İrəvan xanlığında kəndlərdə vergi toplayan məmurların
xeyrinə olaraq əhalidən xüsusi olaraq “Qulluq pulu” və yaxud
“qulluği” adı ilə xüsusi vergi toplanılırdı.
Kənd əhlindən fərqli olaraq şəhərlilər “keşıkçı pulu”adı ilə
xüsusi vergi verirdilər ki, keşıkçılər onların gecə və gündüz
əminamanlıqlarını təmin etsinlər.
İrəvan xanlığından pul ilə toplanılan vergilərdən biri da
“rahdari” gömrüyü idi. Bu vergi haqqında bir qədər aşağıda bəhs
olunacaq.
Torpaqla əlaqədar vergilər. Belə vergilər buğda ilə
ölçülürdü. İrəvan xanlığında da bu vergi Naxçıvan xanlığında olduğu
kimi, “bəhrə” adlanırdı. Taxılçılıqla məşğul olan rəiyyətlər üçün
“bəhrə” məcburi vergi idi. Hər il məhsul yığıldıqdan sonra xan


67
nökərlərini kəndlərə göndərirdi ki, taxılın miqdarını
müəyyənləşdirsinlər. Heç kimin ixtiyarı yox idi ki, xanın icazəsi
olmadan məhsula sahib çıxsın. Taxılın miqdarı
müəyyənləşdirildikdən sonra məhsul aşağıdakı qaydada
bölüşdürülürdü: xəzinə torpaqlarından toplanmış məhsulun hər 10
hissəsindən 3,5 hissəsi xanın, qalanı isə torpağı becərənlərin idi.
Mülkədar torpaqlarından isə toplanmış məhsulun 1,5 hissəsi
mülkədarın, iki hissəsi xəzinənin, qalan hissəsi torpağı becərənin
payına düşürdü. “Bəhrə”nin iki hissəsi buğda ilə, bir hissəsi isə arpa
ilə ödənilirdi.
Natura halında toplanılan verginin miqdarı bəzən vergi
toplayan məmurların özbaşınalığı nəticəsində artırılırdı.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin