Xanlığı Ş Ə r q – q ə r b b a k I bu kitab “Fuad Əliyev, Urfan Həsənov. İrəvan xanlığı” (Bakı, Azərnəşr, 1997) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. Redaktoru və ön sözün müəllifi: Kərim Şükürov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix04.04.2023
ölçüsü0,94 Mb.
#93059
1   2   3   4   5   6   7   8   9   10   11
Irevan xanligi

Altıncı cəmiyyətə pul ilə ödənilən “hədiyyələr” daxil
edilmişdi. Bütün Şərq aləmində olduğu kimi, İrəvan xanlığında da bu
vergi iki qismə bölünürdü: peşkəş və rüşvət. Peşkəş hörmət naminə
və ya digər şəxsə verilirdi. Rüşvət isə müəyyən məqsədə çatmaq
məqsədi ilə vəzifəli şəxslərə “hədiyyə” adı altında verilirdi.
Peşkəş adətən, bayram günləri. Xüsusilə Novruz bayramı
zamanı təqdim olunardı. İrəvan xanı sərdar Hüseyn xan əhalidən
aşağıdakı qaydada peşkəş alırdı.
Maku hakimi Əli xan – 200 tümən
Eçmiədzin monastırı – 150 tümən
İrəvan əhalisi:
Azərbaycanlılar – 70 tümən
Ermənilər – 30 tümən
Zəngibasar və Qırxbulaq mahallarında azərbaycanlılar – 70
tümən
Ermənilər – 18 tümən
Qarnibasar və Vedibasar mahallarından – 70 tümən
Şərur mahalından- 70 tümən
Yuxarıda qeyd edilən peşkəşdən savayı İrəvan əhli sərdara
ildə 60 ədəd kəllə qənd verməli idi. Şərur əhalisi bəzən pul vergisini
buğda və çəltiklə əvəz edirdi.
Dərakənd və Saatlı mahallarının ağsaqqalları ildə sərdara
dəyəri 20 tümən olan dayça verməli idilər.


66
Yeddinci cəmiyyətə ermənilərin üzüm bağları daxil
edilmişdi.Şəriət qanunlarına görə müsəlmanlara spirtli içkiləri
hazırlamaq və içmək qadağan edilmişdisə, sərdar Hüseyn xan və
onun yaxın adamları xudmani məclislərdə şərabdan imtina
etmirdilər. Lakin buna baxmayaraq xarici və daxili bazarda böyük
gəlir əldə edən şərab hazırlayan ermənilərdən sərdar lazimi vergiləri
toplayırdı.
Qırxbulaq mahalının Çalmaqçı kəndinin üzüm sahələrindən
150 tümən, Kanaqzir kəndindən 100 tümən, Qızılqaya kəndindən 90
tümən, Zəngibasar mahalının Şirabad kəndindən 100 tümən,
Qarnibasar mahalının Aştaraki kəndindən isə 240 tümən vergi
toplanılırdı.
Üzüm bağları olan azərbaycanlılardan şərab
hazırlamadıqlarına görə vergi də alınmırdı.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin