Xanlığı Ş Ə r q – q ə r b b a k I bu kitab “Fuad Əliyev, Urfan Həsənov. İrəvan xanlığı” (Bakı, Azərnəşr, 1997) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. Redaktoru və ön sözün müəllifi: Kərim Şükürov


partiya yaranmışdır: “bu partiyalardan biri İrəvan qalasında oturan



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix04.04.2023
ölçüsü0,94 Mb.
#93059
1   2   3   4   5   6   7   8   9   10   11
Irevan xanligi


partiya yaranmışdır: “bu partiyalardan biri İrəvan qalasında oturan
Hüseyn Əli xanın oğlunundur ki,Əhməd xanı müdafiə edir, digəri isə
Maku sultanı Əhməd sultnındır. Onlar öz aralarında rəqabət aparır,
1
MDHTA 52-ci fond, 366-cı sənəd.
2
O.P.Markova. Göstərilən əsəri, səh. 202; MDHTA 52-ci fond, 194-cü siyahı, 330-cu
sənəd, vər.2-3.
3
MDHTA 52-ci fond, 331- ci sənəd, VIII hissə (1784), vər. 54-55.


102
bir – birinin qonşuluğunda olan kəndləri darmadağın etdiklərindən,
kəndlilər əkin sahələrini başlı – başına buraxıb Türkiyəyə qaçmışlar.
Onların əkdikləri taxıl suvarılmadığına görə yanıb qurumuşdur.
Əkinin salamat qaldığı sahələri isə süvari qoşunları məhv etmişdir.
Ararat vadisi təlatümlü dənizdə qalmış adaya bənzə
yir.
Lakin rus höküməti bu dəfə Stepan Saakovun İrəvandan
gətirdiyi məktuba məhəl qoymadı. Məsələ burasındadır ki, həmin
dövrdə Rusiya təkcə İrəvan xanlığını deyil, bütün Cənubi Qafqazı
qan tökmədən ələ keçirmək üçün səy göstərirdi. Məsələ burasındadır
ki, həmin dövrdə Azərbaycan xanlıqlarından bir qismini ələ keçirmək
sahəsində İranda da az iş görülmürdü. Kərim xan Zəndin ölümündən
sonra İranda müvəqqəti hakimiyyət başına gələn “şahlar” da
gözlərini Azərbaycana dikmişdi. Bu cəhətdən Əli Murad xan daha
artıq fərqlənirdi. O, şah olmaq arzusu ilə dəridən – qabıqdan çıxırdı.
İsfahanda oturan Əli Murad xan İranda hakimiyyət başında
möhkəmlənmədiyi və şah titulunu rəsmən qəbul etmədiyi halda
Azərbaycanın bir sıra xanlıqlarına fərmanlar göndərib tabeçilik rəmzi
olaraq onlardan girov və ya qiymətli daş- qaş tələb edirdi. Əli Murad
xan hətta 1784-cü ildə Rusiyanın Yaxın Şərqdə rəqibi olan Osmanlı
Türkiyəsinə qarşı mübarizə aparmaq üçün Rusiyadan kömək almaq
və özünü şah kimi tanıtmaq məqsədi ilə Moskvaya nümayəndə də
göndərmişdi. O, nümayəndəsi Məhəmməd xana tapşırmışdı ki,
göstəriləcək kömək əvəzində vaxtilə Rusiyanın tərkibində olan
torpaqlardan savayı
1
“Qaradağ, Qarabağ, Naxçıvan və İrəvan
vilayətlərini”
2
Rusiya imperiyasına “güzəştə” getməyə hazırdır.
Göründüyü kimi, Əli Murad xan Azərbaycan xanlıqlarına heç bir
hüququ olmadığı halda halda həmin xanlıqları rus dövlətinə verməyi
1
1722-1723-cü illər Xəzər boyu əyalətlərinin Rusiya tərəfindən işğal olunmuş ərazisi
nəzərdə tutulur.
2
P.Q.Butkov. Göstərilən əsəri, II c., səh. 148; O.P.Markova. Göstərilən əsəri, səh. 191.


103
vəd edirdi. Əvəzində isə onu İranın şahı kimi tanımağı Rusiya
dövlətindən xahiş edirdi. Bu məsələyə toxunan gürcü tarixçisi V.
Maxaradze yazır ki, həmin dövrdə İrəvan və Gəncə xanlıqlarının
əhalisi onsuz da himayə haqqında II İrakli vasitəsilə Rusiyaya
müraciət etmişdi
1
.Bizcə, V. Maxaradze yazsaydı ki, Rusiyaya və II
İrakliyə həmin xanlıqlarda sığınacaq tapıb yaşayan ermənilər
müraciət etmişdilər, bu həqiqətə
daha uyğun olardı.
Rusiya Əli Murad xanla Cənubi Qafqazı bölüşdürmək
haqqında danışıqlar aparmaq məqsədi ilə İsfahana polkovnik
V.S.Tamaranın başçılığı altında nümayəndə heyəti göndərdi.
V.S.Tamara yol üstündə - İrəvana çatar- çatmaz İranda Əli Murad
xanın 1785-ci il fevral ayının 12-də qəfildən ölməsi xəbərini aldı.
Lakin bu xəbərin həqiqətə uyğun olub- olmamasını bilmək üçün
səfərini Xoy şəhərinə qədər çatdırdı.O burada eşitdiyi xəbərin
dəqiqliyini müəyyənləşdirdikdən sonra İran taxtına müvəqqəti də
olsa yiyələnən Cəfər xana məktub göndərərək onu Əli Murad xanın
siyasətini davam etdirməyə çağırdı. Lakin Cəfər xan hakimiyyət
uğrunda müvəffəqiyyətlə mübarizə aparan Ağa Məhəmməd xan
Qacardan ehtiyat edərək tezliklə İsfahdan Şiraza qaçdı. Beləliklə də
Rusiyanın Azərbaycanı İranla bölüşdürmək cəhdi baş tutmadı.
Rusiya dövlətinin Kartli – Kaxetiya dövlətinin müraciətinə
laqeyd münasibəti heç də II İraklini təmin etmirdi. Əli İrəvan
xanlığından çıxan, II İrakli hələ 1783-cü ildə Tiflisdə olan rus
qoşunlarına arxalanıb Hüseyn Əli xanı devirmək və yerinə ona müti
olan xan təyin etmək qərarına gəlmişdi. Bu məqsədlə o, Hüseyn Əli
xanın qardaşı Məhəmməd Həsən xanla ümumi danışıq apardı.
Hakimiyyət başında olmaq arzusu ilə yaşayan Məhəmməd Həsən xan
II İrakli ilə razılığa da gəlmişdi.
1
V.Maxaradze. Göstərilən əsəri, səh. 37.


104
Lakin nə II İrakli və nə də Məhəmməd Həsən xan arzularına
çatmadılar. 1783-cü ilin sonunda İrəvanda baş verən üsyan
nəticəsində Hüseyn Əli xan və qardaşı Məhəmməd Həsən xan qətlə
yetirildilə
r.
Birdən – birə xan nəslindən iki şəxsin öldürülməsi İrəvandan
böyük iğtişaşa səbəb oldu. Bu isə ilk növbədə İrəvanda yaşayan
erməniləri və həmçinin İrəvanı əlində saxlamağa cəhd edən II
İraklini daha çox narahat edirdi. İrəvan ermənilərin nümayəndəsi
Mirzə Qurgen çalışırdı ki, İrəvan xanlığının taxtına II İraklinin
köməyi ilə İrəvan zadəganlarından ən varlısı olan Sultan Əhməd
sahib olsun.Onun Kartli – Kaxetiya çarına göndərdiyi məktubunda
deyilirdi ki, əgər Sultan Əhməd xan olmasa, “İrəvan qalası əlimizdən
çıxacaq”.
Mirzə Qurgenin məktubundan sonra II İrakli vaxt itirmədən
öz qaynı Baqrationu gürcü qoşunları ilə İrəvana göndərdi ki, Sultan
Əhmədə taxta çıxmaqda kömək etsin. Lakin II İrakli gecikmişdi.
İrəvanda, hakimiyyət başına mövcud qayda- qanuna uyğun olaraq,
Hüseyn Əli xanın böyük oğlu Qulam Əli gəldi (1783- 1785). Bu
anda İrəvana çatan Baqration əlacsız qalıb, Qulam Əli xanı
hakimiyyət başına gəlməsi münasibətilə təbrik edib geri qayıtmalı
oldu. Knyaz Baqrationun İrəvan xanlığında Qulam Əli xanın
oturması ilə razılaşmasını 
İrəvan zadəganları birmənalı
qiymətləndirərək elə güman etdilər ki, bu işdə II İraklinin əli vardır.
Odur ki, yeni xana o qədər də etibar etmirdilər
1
. Əhalinin Qulam Əli
xanla hesablaşmamasını bilən II İrakli P.S.Potyomkinə yazdıöı
məktubda əsassız olaraq loğvalıqla bildirdi: “İrəvanda ölmüş xanın
əvəzində əhali onun kiçik oğlunu xan etmək istəyirdi. Lakin biz buna
1
MDHTA 15-ci fond, 197- ci sənəd, vər. 24.


105
razı olmadığımızı bildirdik”
1
Qulam Əli xan İrəvan xanlığının taxtına çıxdıqdan sonra
hakimiyyətə can atan zadəganlardan biri – Əhməd Sultan İrəvanı tərk
etməli oldu. İrəvan xanlığında baş verən qarışılıqdan öz xeyrinə
istifadə etməyə çalışan II İrakliyə məlum idi ki, İrəvanın ən nüfuzlu
əyanlarından olan Əhməd Sultanın İrəvan xanlığında ən zəngin və
nüfuzlu feodallardan biridir.Onun Araz çayının o tayından zəngin
malikanəsi vardır. Odur ki, II İrakli ona sadiq olan ermənilərdən
Mirzə Qurgenə tapşırdı ki, Əhməd Sultana bildirsin ki, II İrakli onun
İrəvan xanlığının hakimi olmağını arzulayır və ona kömək etməyə
hazırdır
2
.
II İrakli Əhməd Sultana kömək edəcəyinə söz verməklə
bərabər, İrəvanın yeni xanı Qulam Əli xanı da əlində saxlayırdı. Ona
hakimiyyət başına gəlməkdə maneçilik törətmədiyi üçün II İrakli
Qulam Əli xana sifariş göndərdi ki, o öz qoşunları ilə birlikdə
Naxçıvana gedib orada müdafiə etdiyi Abbasqulu xana Naxçıvan
taxtını ələ keçirməkdə kömək etsin
3
. Qulam Əli xan öz qoşunları ilə
Naxçıvana tərəf hərəkət etdiyi zaman Naxçıvanda hakimiyyət
başında olan Cəfərqulu xan kömək üçün Xoy xanlığına müraciət
etdi
4
.Odur ki, Qulam Əli xan İrəv
ana qayıtmalı oldu
.
Qulam Əli xanın İİ İrakliyə xidmət göstərməsi İrəvan
zadəganlarını heç də təmin etmədi. Bu isə 1785 –ci ildə II İraklinin
təşkil etdiyi saray çevrilişi zamanı Qulam Əli xanın qətli ilə
nəticələndi.
Yeni xanın öldürülməsi, Türkiyə sultanını cəld hərəkət
1
MDHTA 52-ci fond, I/194-cü siyahı,331-ci sənəd, VII hissə, vər.40.
2
Yenə orada.
3
Yenə orada, 286-cı sənəd, I hissə, vər. 359.
4
Yenə orada, 331-ci sənəd, III hissə, vər. 29.


106
etməyə məcbur etdi. Gürcülərin və rusların əlinə keçməsin deyə o,
qoşunları İrəvan xanlığı istiqamətində hərəkət etdirdi. Bu yürüşdə
Türkiyə sultanı Xoy xanlığı qoşunlarından da istifadə edirdi. Məlum
olduğu kimi, İrəvanlı Hüseyn Əli xan vaxtaşırı da olsa II İrakliyə ildə
müəyyən məbləğdə bac verirdi. 1783- cü ildə Hüseyn Əli xanın
ölümündən sonra hakimiyyət başına gələn Qulam Əli xanın saray
əyanları arasında heç bir nüfuza malik olmadığından istifadə edən
Türkiyə sultanı, uzaqgörənlik siyasəti işlədərək, Hüseyn Əli xanın
azyaşlı oğlu Məhəmməd ağaya özündən 30 yaş böyük Xoy xanının
qızını “almağa” nail olmuşdur. Bu isə Türkiyəyə meyil edən Xoy
xanlığının gələcəkdə İrəvan xanlığının işlərinə müdaxilə etmək üçün
əsaslı zəmin idi. Qulam Əli xan öldürüldükdən, Məhəmməd ağanı
İrəvan taxtına oturtduqdan sonra Türkiyə sultanı Əbdül-Həmid
yaranmış vəziyyətdən Kartli – Kaxetiya çarlığının əleyhinə istifadə
etməyi qərara aldı
1
.Sultan Əbdül- Həmidin İrəvan xanına göndərdiyi
məktub bu cəhətdən səciyyəvidir: “...yaçca böyük olan və ləyaqətli
Xoy xanına sipəhsalar rütbəsi verir, bütün xanlara fərman göndərərək
bildirmişik ki, bizim paşa və vəzirlərə İraklinin hərəkətləri barədə
xəbər versinlər”
2
.Həmişə olduğu kimi, bu dəfə də sultan Qafqazın
müsəlman feodal hakimiyyətlərinə qiymətli hədiyyələr və pul
mükafatı göndırdi. Eyni zamanda Axalsix, Qars və Bəyazid
paşalarına əmr olundu ki, qoşunları ilə İrəvan xanlığı istiqamətində
hərəkət etsinlər. Bu məqsədlə Axalsix hakimi Süleyman paşanın
azyaşlı irəvanlı Məhəmməd xana yazdığı məktubunda deyilirdi: “Sizi
özümə oğul hesab edərək, həmişə səmimiyyətimi isbat etməyə
çalışacağam. Vəzir Aslanın göstərişi əsasında Sizə Mehmed Sal bəy
1
MDHTA 52-ci fond, I/194-cü siyahı,331-ci sənəd,IX hissə, vər. 108.
2
MDHTA 52-ci fond, I/194-cü siyahı, 336-cı sənəd,IX hissə, vər. 55.


107
vasitəsilə pul və hədiyyə göndərirəm”
1
.
Demək olar ki, Qars paşası da İrəvan xanlığına və digər
xanlıqlara eyni məzmunlu məktub göndərmişdi: “Bizim şövkətli
hakimimiz tərəfindən Sizə və digər Azərbaycan xanlarına Qapıçıbaşı
Mehmed Sal bəyin vasitəsilə Axalsix paşası Süleymana pul və
hədiyyə göndərilmişdir ki, Sizə bu yaxınlarda çatdırılsın”
2
. Hər iki
məktubda pul və hədiyyə əvəzində Azərbaycan xanlıqlarından
Türkiyə ilə birlikdə ümumi düşmənə - Rusiya dövlətinə qarşı çıxmaq
tələb olunurdu.
Türkiyə tərəfindən İrəvan xanlığını ələ keçirmək cəhdindən
tezliklə Rusiyada və Kartli – Kaxetiya çarlığında xəbər tutdular.
İrəvan xanlığının Türkiyə tərəfindən zəbt olunması, təkcə
Gürcüstanda deyil, bütün Cənubi Qafqazda Rusiyanın yürütdüyü
siyasətə ağır zərbə endirə bilərdi. P.S.Potyomkinin göstərişi ilə II
İrakli sərhədə rus qoşunları ilə birlikdə daha iki mindən ibarət qoşun
göndərdi. Bu hadisədən sonra nahaq qan tökülməməsi üçün Türkiyə
sultanı öz qoşunlarının geri dönməsi barədə ə
mr verdi.
Hərbi qüvvə əvəzinə, 1785-ci ildə Türkiyədən Cənubi
Qafqaza Qapıçıbaşı İbrahim əfəndinin başçılığı altında nümayəndə
heyəti göndərildi. Həmin nümayəndə heyətinin məqsədi özünün
Cənubi Qafqazda xristian dövlətləri – Ermənistan və Albaniya
yaratmaq əleyhinə koalisiya yaratmaqdan ibarət idi. Lakin Türkiyə
sultanının bu cəhdi baş tutmadı. Yeri gəlmişkən qeyd edək ki,
Rusiyanın təşəbbüsü də
uğursuz oldu.
Qapıçıbaşı İbrahim əfəndinin Cənubi Qafqazdakı fəaliyyəti
barədə bilavasitə arxiv sənədlərində təsadüf etmişik. Qarabağ
ermənisi Nikita Yakovlev Ənzəlidə olarkən rus konsulu Skiliçə
1
Yenə orada.
2
Yenə orada, IV hissə, vər. 209.


108
bildirmişdir ki, eşitdiyinə görə keçən il qubalı Fətəli xan, qarabağlı
İbrahim Xəlil xan, xoylu Əhməd xan və başqaları... Azərbaycan
xanlarından və Dağıstan hakimlərindən cəmi 17 nəfər, Türkiyə
sultanının sarayına vəkillərini və habelə məktub göndərmişlər.
Müsəlmanlar sultana xəbər göndərmişlər ki, Rusiyanın Qafqazda
xristian dövləti yaratmaq niyyətini pozmaq üçün kifayət qədər
qoşunları var, lakin onların pulları azdır
1
.
Yuxarıdakılardan belə qənaətə gəlmək olar ki, İbrahim
Əfəndi Cənubi Qafqazda olarkən Azərbaycanın və Dağıstanın bir
sıra hakim feodallarını Rusiyanın əleyhinə səfərbər etməyə nail
olmuşdur. Bunu aşağıdakı arxiv sənədlərindən də müəyən etmək
olar. Sənəddə deyilir ki, Türkiyədən “qubalı Fətəli xanın, şuşalı
İbrahim xanın, xoylu Əhməd xanın hərəsinə yüz manat çervon, kürk
üçün samur xəzi, daş- qaşla bəzənmiş saat”
2
göndərilmişdir. Gilanlı
Hidayət xanın, urmiyalı Əhməd Qulu xanın... şamaxılı Məhəmməd
Səid xanın, lənkəranlı Qara xanın, bakılı Mirzə Məhəmməd xanın
hərəsinə beş min manat pul və bir ədəd saat verilmişdir”. Siyahıda
daha bir neçə Dağıstan feodal hakiminin adı çəkilir
3
. Başqa bir arxiv
sənədində deyilir ki, yuxarıda qeyd edilənlərdən əlavə Şimali
Azərbaycanda böyük nüfuza malik olan qubalı Fətəli xan üçün daha
4 min çervon pul ayrılmışdı
4
. Rusiyanın Kartli- Kaxetiya çarlığındakı
nümayəndəsi polkovnik S.Burnaşovun verdiyi məlumata görə
Qapıçıbaşı İbrahim Əfəndi Cənubi Qafqaza gələrkən Azərbaycanda
və Dağıstanda paylamaq üçün özü ilə qırx ədəd dörd minlik çervon
gətirmişdir
5
.
1
MDHTA 52-ci fond, I/194-cü siyahı,331-ci sənəd, vər. 51.
2
Yenə orada,350-ci sənəd, V hissə, vər. 24-25.
3
MDHTA 52-ci fond, I/184-cü siyahı,350-ci sənəd, V hissə, vər. 24-25.
4
RXSA. Rusiyanın Türkiyə ilə əlaqələri fondu, 625-ci sənəd, vər. 27.
5
RXSA. Rusiyanın Türkiyə ilə əlaqələri fondu, 625-ci sənəd, vər. 27.


109
Qapıçıbaşı İbrahim Əfəndi Cənubi Qafqazda olarkən bir çox
yerli hakim feodallara təsir göstərə bilmişdi: belə ki, Türkiyədən
qiymətli hədiyyələr alan Dağıstan feodalları Gürcüstana basqınlarını
bərpa etmişdilər. O ki qaldı Azərbaycan xanlarına, onlardan Şamaxı,
Şəki, Xoy, Qarabağ xanlıqlarının başçıları, habelə bir sıra Dağıstan
feodalları ittifaq yaradıb Rusiyanın təcavüzünə qarşı birgə
müqavimət göstərəcəklərinə söz vermişdilər. Bu ittifaq çox da uzun
sürməsə də sultanın əmri ilə Trabzon, Ərzurum, Axalsix və Qars
şəhərlərində türk əsgərləri Cənubi Qafqaza yürüş etmək üçün hazır
vəziyyətə gətirildilər. Türkiyədə belə bir fikir yayılmişdı ki, 1783-cü
ildə Gürcüstana gələn rus qoşunlarını məqsədi bu bölgədə Türkiyəyə
zərbə endirməkdən ibarətdir. Axalsix,Ərzurum, Qars və Bəyazid
paşaları İrəvan və digər Azərbaycan xanlıqları ilə sözləşərək Tiflis
şəhərinə hücum etməyə hazırlaşdılar.Türkiyənin Gürcüstana basqın
etməyə hazırlıq görməsi artıq hərbi sirr deyildi. Rusiyanın Ənzəlidəki
konsulu Tumanovskinin 18 aprel 1784-cü ildə Həştərxan qubernatoru
Jukova yazdığı məktubunda deyilirdi ki, Ərzurum və Bəyazid
paşaları Gürcüstana hücum etmək üçün xeyli qoşun toplayaraq
Azərbaycan və Dağıstan hakimlərini də bu işə cəlb etməyə
çalışırdılar. Onlar bu yürüşdə iştirak edən döyüşçülərin hər birinə
ildə 200 manat verməyə boyun olmuşlar
1
.
P.S.Potyomkinin knyaz Potyomkinə yazdığı məktubda isə
deyilirdi ki, türklər burada hər tərəfə qığılcım yağdırırlar ki, yanğın
əmələ gətirsinlər.Sultan buraya Xəlil əfəndinin başçılığı ilə
nümayəndə heyəti göndə
rmişdir ki,
azərbaycanlılarla dağıstanlıların
Gürcüstan əleyhinə ittifaqını yaratsın. Məktubla bərabər, sultan
1
MDHTA 52-ci fond, I/194-cü siyahı,330-cu sənəd, vər. 2-3.


110
Cənubi Qafqazın müsəlman hakimlərinə və Dağıstana Georgiyevsk
müqaviləsinin sürətini də göndə
rmişdi.
Xəlil Əfəndi Dağıstan, Şirvan və Qarabağda olduqdan sonra
bir müddət İrəvanda qaldı. Bu da təsadüfi deyildi. İrəvan qalası
Cənubi Qafqazın bu bölgəsində böyük strateji əhəmiyyət daşıyan
qalalardan idi. Osmanlı Türkiyəsi bundan əvvəl də bir neçə dəfə
İrəvan qalasını tutmaq təşəbbüsündə olmuşdur
1
. Xəlil Əfəndinin
İrəvandakı fəaliyyəti bu xanlığı Gürcüstanın əleyhinə qaldırmaqdan
ibarət idi. Məhz Osmanlı Türkiyəsinə arxalanaraq İrəvan xanlığı
Kartli – Kaxetiya çarlığına göndərdiyi bacdan imtina emişdi. Bu
hadisədən sonradan P.S.Potyomkin II İrakliyə İrəvana hücum edib bu
şəhəri zəbt etməyi məsləhət gördü.Bu zaman artıq Axalsix, Qars,
Ərzurum və atasının vəfatı münasibəti ilə başsağlığı verməkdən
ibarət idi. Əslində isə məqsədləri Azərbaycanın digər xanlıqlarını
İrəvan xanı vasitəsilə Rusiya və Gürcüstan əleyhinə qaldırmaq idi.
Lakin Osmanlı Türkiyəsinin bu təşəbbüsü baş tutmadı. 1784-
cü ilin yayında Qulam Əli xan qardaşı ilə qətlə yetirildi. İrəvan
xanlığının taxtı Qulam Əli xanın 12 yaşlı oğlu Məhəmmədə qismət
oldu. Yeri gəlmişkən qeyd etməliyik ki, Məhəmməd xanın anası
gürcü olduğundan II İraklinin Məhəmməd xana təsiri xeyli artdı.
Axalsix hakimi Süleyman paşa bundan narahat oldu. O, Irəvan
qalasının II İraklinin əlinə keçməyindən ehtiyat edərək İrəvanın yerli
feodallarından Əhməd Sultan və Xoy hakimi Əhməd xanla İrəvan
qalasını ələ keçirmək barədə razılığa gəldi. O, İrəvana sultan Əbdül –
Həmidin fərmanını və digər türk paşalarının məktublarını da
göndərdi. Həmin məktubların məzmunu irəvanlıları II İrakli ilə
müharibəyə səfərbər etməkdən ibarət idi. Türkiyə sultanı tərəfindən
eyni zamanda Ərzurum paşasına pul, Axalsix, Bəyazid və Qars
1
MDHTA, 2-ci sənəd, vər. 39.


111
paşalarına fərmanlar göndərildi ki, onlar İrəvanı II İraklinin
təcavüzündən müdafiə etsinlər.
Osmanlı Türkiyəsi həmin dövrdə özünü, həm də İranın və
müsəlmanların “müdafiəçisi” kimi də qələmə verirdi. Sultanın
İrəvana göndərdiyi məktubunda müsəlmanlar birliyə çağırılır və
deyilirdi ki, “Tiflis çarı” Azərbaycan xanlarını “ruspərəst” etməyə və
beləliklə də, onları “məhv” etməyə çalışır. Fərmanda eyni zamanda
bildirilirdi ki, xoylu Əhməd xan birləşmiş qoşunların baş sərkərdəsi
təyin edilmişdir
1
.
Süleyman paşa bütün Azərbaycan xanlıqlarına İrəvan
xanlığına kömək etməyi tapşırmışdı
2
.
Türklərin İrəvan qalasını zəbt etmələri Rusiya-Gürcüstan
münasibətlərinə ağır zərbə endirə bilərdi. Buna nə II İrakli, nə də II
Yekaterina höküməti razı ola bilməzdi. İrəvan şəhərində bu hadisəyə
birmənalı baxılmırdi. Burada Gürcüstan və Türkiyə tərəfdarları
arasında mübarizə gedirdi. Bundan xəbərdar olan II İrakli
tərəfdarlarına kömək məqsədilə İrəvana iki minlik qoşun göndərdi.
İrəvanlı gürcüpərəst ermənilər, II İrakliyə məktub göndərərək öz
sevinclərini bildirirdilər. İrəvanlı Məhəmməd xan Süleyman paşaya
məktub göndərərək bildirdi ki, o, II İraklini müdafiə edəcəkdir.
Beləliklə, rus diplomatları bir növ “İrəvan məsələsində
n” arxayın
oldular
.
Məhəmməd xanın belə hərəkəti Osmanlı Türkiyəsini Cənubi
Qafqazda öz fəaliyyətini genişləndirməyə məcbur etdi. 1784-cü ilin
payızında Cənubi Qafqazda İstanbuldan çoxsaylı (60 nəfər)
nümayəndə göndərildi. Bu dəfə də Türkiyə Dağıstanın hakim
feodallarına qiymətli hədiyyələr göndə
rmişdi.
1
Yenə orada, vər. 54-55.
2
Yenə orada, vər. 56.


112
Sultan Əbdül Həmidin fərmanında müsəlmanlar rusların
əleyhinə müqəddəs müharibəyə - cihada çıxmağa çağırılırdılar
1
.
İbrahim Əfəndinin Cənubi Qafqazda olması 1785-ci ildə
Axalsix şəhərində azərbaycanlılarla dağıstanlıların Rusiyanın
əleyhinə ittifaq bağlaması ilə nəticələndi. Həmin ittifaqı Şamaxı,
Şəki, Qarabağ, Xoy xanlıqlarının nümayəndələri və Car camaatının
ağsaqqalları imzaladılar. Lakin bu ittifaqın kağız üzərində qalmasına
baxmayaraq, Türkiyənin Azərbaycanda apardığı təbliğat müəyyən
qədər öz bəhrəsini verdi. İlk növbədə irəvanlı Hüseyn Əli xan Tiflisə
göndərdiyi məbləğdən tamamilə imtina e
tdi.
Rusiyanın əleyhinə Azərbaycan xanlıqlarını birləşdirmək
siyasətini Türkiyə höküməti Axalsix paşası Süleyman paşa vasitəsilə
hələ 1784-cü və 1785-ci illərdə qaldırmışdı. Rusiyanın Türkiyədəki
səfiri Bulqakov II Yekaterinanın göstərişi əsasında Türkiyə
sultanından Axalsix paşasının əl-qolunu yığışdırmağı təkidlə tələb
etdi. İstanbulda Bulqakova müsbət cavab verilsə də, Türkiyə
höküməti öz fəaliyyətini Cənubi Qafqazda və Cənubi Dağıstanda
genişləndirməkdən qalmırdı. Sultan öz emissarlarını tez-tez pul və
hədiyyələrlə Qafqaza göndərməkdə
davam edirdi.
Georgiyevsk müqaviləsindən sonra Azərbaycan xanları
Rusiyadan göndərilən məktublara, əsasən, müsbət cavab
vermişdilərsə, artıq 1785-ci ildə qarabağlı İbrahim Xəlil xan, qubalı
Fətəli xan, xoylu Əhməd xan Türkiyə sultanına məktub göndərərək
Osmanlı Türkiyəsinin himayəsi altında olmağı arzuladıqlarını
bildirdilər
2
.
Azərbaycan xanları Türkiyədən müsbət cavab aldılar. Türkiyə
sultanı hətta Qarabağ və Xoy xanlıqlarının başçılarına tapşırdı ki,
1
MDHTA 52-ci fond, I/194-cü siyahı, 350-ci sənəd, II hissə, vər. 4.
2
A.R.İoannisyan. Göstərilən əsəri, səh. 165.


113
onlar tezliklə İrəvan şəhərini alsınlar və rusları bu şəhərə heç zaman
buraxmasınlar
1
.
Türkiyədən gələn müsbət cavabdan ruhlanan Azərbaycanın
hakim xanları II İrakliyə qarşı çıxaraq onun ruspərəst hərəkətini
pislədilər. İrəvan xanlığı Kartli-Kaxetiya çarlığına bac verməkdən
tamamilə imtina etdi. Lakin İrəvan xanı bu hadisədən sonra sanki
yağışdan çıxıb, yağmura düşdü; çünki Axalsix paşası Süleyman paşa
İrəvan xanından yetmiş min rubl, erməni dindarlarının başçısından
isə qırx min manat bac tələb etdi. Əks təqdirdə o, “Üç kilsə”
monastırını xarabazarlığa çevirəcəyi ilə hədələ
di.
1786-cı ilin aprelində Türkiyə qoşunlarının tərkibində olan
Ömər xan Dağıstana qayıdarkən İrəvan xanlığının ərazisindən
keçməli oldu.Bu əhali arasında böyük təşviş yaratdı.O, “Üç kilsə”
xəlifəsi ilə birlikdə yenidən İrəvan qalasında sığınacaq tapmağa
məcbur oldu. Ləzgilərin gəlişi bu dəfə o qədər də dəhşətli olmadı.
Onlar İrəvan şəhərinə yaxınlaşmadan, qarşılarına çıxan kənd və
obaları qarət edə -edə Gəncə istiqamətində hərəkət etdilər.
Lakin bu hadisə də irəvanlıları sakit etmədi. Tezliklə İrəvan
qalasını Təbriz xanlığının qoşunları mühasirəyə aldılar. Lakin İrəvan
döyüşçüləri ciddi müqavimət göstərərək düşməni geri çəkilməyə
vadar etdilər
2
.
Bu hadisədən sonra Osmanlı Türkiyəsi yenidən böyük strateji
əhəmiyyətə malik olan İrəvana sahib olmaq fikrinə düşdü.
Türkiyənin hakim dairələri İrəvan şəhərini zəbt etməkdə Kartli-
Kaxetiya çarlığından və Rusiyadan daha çox ehtiyat edirdilər. 1787-
ci ilin iyunda Türkiyədən Xoy xanlığının yeni hakimi Hüseyn Qulu
xana göndərilən fərmanda deyilirdi: “Tiflisin valisi (II İrakli – F.Ə.)
1
MDHTA 52-ci fond, 32-ci sənəd, vər. 159-160.
2
MDHTA, f. VUA, 4252-ci sənəd, vər. 126.


114
rusları Azərbaycanı və bizim torpaqları qarət etmək üçün dəvət
etmişdir. Lakin o unutmuşdur ki, bizim hakimi olmayan dövlət
qurmağa ixtiyarımız var. Biz heç zaman İrəvanın darmadağın və
qarət olunması ilə razılaşa bilmərik. Odur ki, Bəyazid, Van və Muşun
rəislərinə əmr etmişik ki, sizə qoşun gərək olsa göndərsinlər: əgər
Tiflis valisi sərhədi keçmək fikrinə düşsə, o zaman Ərzurum paşası
Mustafa kömək edəcəkdir
”.
Bundan xəbər tutan general- poruçik P.S.Potyomkin mərkəzə
məktub göndərərək soruşdu ki, türklər İrəvan tərəfə gəlsələr nə edim,
onlarla hələ ki, müharibə etmirik?
1
Rus arxiv sənədlərinin birində bu dövrdə baş verən hadisələr
barədə başqa bir məlumat da var. 1787 –ci il iyul ayının 8-də
polkovnik S.Burnaşovun P.S.Potyomkinə göndərdiyi məktubda
deyilir: yeni məlumatlar əldə etmək məqsədilə onun İrana göndərdiyi
knyaz Çavçavadze bildirmişdir ki, Türkiyədən Azərbaycan xanlarına
göndərilən fərmanda sultan onları həmişə müdafiə edəcək, İrəvan
şəhəri Azərbaycana mənsub olduğu üçün onun heç zaman
Gürcüstanın tabeliyində olması ilə razılaşmayacaq. Sultan Ərzurum
paşası və digər sərhəddə yerləşən paşalara tapşırmışdır ki, nəyin
bahasına olursa olsun rus qoşunlarının qarşısına çıxsınlar.
Çavçavadzenin məlumatında həmçinin deyilirdi ki, Umma xan,
İbrahim Xəlil xan və digər Azərbaycan xanlıqları əbədi olaraq
İrəvanı Kartli-Kaxetiya çarlığının təqibindən azad etmək üçün
birləşmişlər. Bu xəbərlə 
əlaqədar olaraq S.Burnaşov
P.S.Potyomkindən həmin xanlıqların döyüşçülərinin əleyhinə qoşun
çıxarmasına icazə vermişdir
2
.
Çavçavadzenin verdiyi xəbərin nə ilə nəticələndiyi haqqında
1
MDHTA, f. VUA, 4252-ci sənəd, vər.361.
2
Yenə orada, 52-ci fond, I/194-cü siyahı, 416-cı sənəd, I hissə, vər. 354.


115
arxiv sənədlərində hələlik məlumat əldə edilmə
mişdir
.
1780-ci ilin sonlarında İranda demək olar ki, Zənd sülaləsinin
hökmranlığına son qoyuldu. Həmin vaxt Qacar sülaləsinin banisi
Ağa Məhəmməd xan İran torpaqlarını (Xorasandan savayı) özünə
tabe edərək sabiq geniş əraziyə malik Səfəvi dövlətini bərpa etmək
fikrinə düşdü. O, ilk növbədə Cənubi Qafqaz ölkələrinə -
Azərbaycana, Ermənistana və Gürcüstana sahib olmağı
arzulayırdı.Onun bu tədbiri müəyyən dərəcədə tac qoymaq mərasimi
ilə də əlaqədar idi. Bu da ondan irəli gəlirdi ki, İran şahları uzun
müddət bütün Cənubi Qafqaz ölkələrinə sahib olmuşdular. Əslində
isə Ağa Məhəmməd xan tacqoyma mərasimini bəhanə edib Cənubi
Qafqaz xalqlarını əsarət altına almaqla, öz hakimiyyətini qarət
hesabına möhkəmlətməyə
can atırdı.
Mənşə etibarilə türk olan Ağa Məhəmməd xan Qacar elə
güman edirdi ki, Azərbaycan xanları ilə asanlıqla ümumi dil tapa
biləcəkdir. O hələ İranda mövqeyini əsaslı surətdə möhkəmlətmədiyi
halda Azərbaycan xanlıqlarını özünə tabe etmək təşəbbüsündə
olmuşdur. Bu məqsədlə Ağa Məhəmməd xan hər bir Azərbaycan
xanlığına nümayəndələrini göndərib itaət əlaməti olaraq xanlığın ən
yaxın adamlarından girovlar tələb edərək
1
onları ciddi şəkildə
hədələdi. Ağa Məhəmməd xanın belə tədbiri Cənubi Qafqazda da
siyasi vəziyyətin ciddi şəkildə dəyişməsinə səbəb oldu. Bu hadisə ilə
əlaqədar olaraq Azərbaycanda biri-birinin əksinə olaraq iki rəqabət
aparan cəbhə yarandı: İran tərəfdarları və İrana zidd çıxanlar. Birinci
cəbhənin özəyini Gəncə, Şəki və Quba xanlıqları təşkil edirdilər.
Adları çəkilən xanlıqların hakimləri həm II İraklinin apardığı
ruspərəst siyasəti bəyənmir və həm də Rusiyanın Cənubi Qafqazda
1
RXSA. Rusiyanın İranla ilə əlaqələri fondu, siyahı77/6, 484-cü sənəd, vər. 339-348;
P.Q.Butkov. Göstərilən əsəri, II c., səh. 320.


116
apardığı siyasətdən ehtiyat edirdilər.Belə xanlar müstəqilliklərini
itirməkdə
n daha çox qorxurdular.
Onlardan fərqli olaraq ikinci cəbhədə Qarabağ, Naxçıvan,
İrəvan, Talış xanlıqlarının başçıları və Kartli-Kaxetiya çarı
birləşmişdilər.
Şimali Azərbaycana yürüş edən Ağa Məhəmməd xanın
80000-lik ordusu üç istiqamətdə hərəkət
etdirdi.
İran sərbazlarının bir
qismi Muğam, bir qismi İrəvan və üçüncü qismi isə Qarabağ
istiqamətlərində yürüşə
başladılar.
Ağa Məhəmməd xan Qacarın 1795-ci ildə Azərbaycana
yürüşü haqqında tarixi ədəbiyyatda material çox olduğundan biz bu
məsələnin üzərində dayanmağı lazım bilmirik.Lakin İrəvan
xanlığının İran sərbazları tərəfindən zəbt edilməsi barədə demək olar
ki, yazılmamışdır. Mövcud ədəbiyyatda isə nöqsan
lara yol verilmişdir.
Bu barədə yuxarıda adını çəkdiyimiz rus tarixçisi
O.P.Markova belə yazır: “Ağa Məhəmməd xanın Zaqafqaziyaya
yürüşü 1795-ci ilin baharında başladı.Gəncə və İrəvan müqavimət
göstərmədən düşmənə tabe oldu”
1
.
Əslində isə bu belə olmamışdır.İlk öncə qeyd etməliyik ki,
İran sərbazları 1795-ci ildə heç Gəncə xanlığına tərəf hərəkət
etmişdilər, çünki gəncəli Cavad xan Ağa Məhəmməd xanın Cənubi
Qafqazdakı hərəkətlərini dəstəkləmiş və öz qoşunları ilə birlikdə İran
hökmdarının tərəfinə
keçmişdi.
İrəvan xanlığına gəldikdə isə qeyd etməliyik ki, İrəvan
xanlığının hakimi Məhəmməd xan hələ Ağa Məhəmməd xan Qacarın
fərmanını alarkən bir növ diplomatik addım atmışdı.O, İran
hökdarlarının hüzuruna sevmədiyi qardaşını itaət rəmzi kimi girov
göndərdiyini halda, düşmənə müqavimət göstərmək məqsədilə İrəvan
1
O.P.Markova. Göstərilən əsəri, səh. 288.


117
qalasında ciddi hazırlıq işlə
ri aparmışdı.
Ağa Məhəmməd xan irəvanlı Məhəmməd xanın hiyləsindən
agah olsa da onun nümayəndəsini zahirən yaxşı qarşıladı. Lakin o,
belə hərəkəti üçün irəvanlı Məhəmməd xanı cəzalandırmağı da
unutmadı. 1795-ci ildəki yürüş zamanı o, doğma qardaşı Əli Qulu
xanın başçılığı altında İrəvan xanlığını zəbt etmək üçün 20000
sərbazdan ibarət qoşun göndə
rdi.
İrəvanlı Məhəmməd xan düşmənə müqavimət göstərmək
üçün ciddi hazırlıq görmüşdü. O,ilk növbədə İrəvan qalasını yeddi
illik ərzaq ehtiyatı ilə təmin etmişdi.Qalaya yerli əhalidən əlavə,
kəndlərdən daha yeddi min qoşun səfərbər etmişdi
1
. Onlardan dörd
mini azərbaycanlı, üç mini isə ermənilərdən ibarət idi.Darısqallıq
üzündən onların hər birinə İrəvan qalasına yalnız arvadlarını
gətirmək icazəsi verilmişdi. Onların digər ailə üzvləri kəndlərdə
qohum- əqrəbalarının evlərində saxlanılmışdı
2
.
Şübhəsiz, belə müdafiə üslubu çox davam edə bilməzdi.Kənd
yerlərindən gəlib uşaqlarını, qoca valideynlərini, var- yoxlarını orada
qoyan döyüşçülər düşmənə uzun müddət müqavimət göstərə
bilmədilər. Düşmən qoşunlarının ətraf kəndlərdə qarət və
soyğunçuıuqla məşğul olmaları xəbəri İrəvana çatdıqda kəndlərdən
səfərbər olunmuş müdafiəçilər öz ev- eşiklərinin və uşaqlarının
hayına qalıb qalanı tərk edərək kəndlərinə dağılışmışdılar
3
. İrəvan
qalasının müdafiəçilərinin sayı xeyli azaldı. İrəvanlı Məhəmməd xan
kömək üçün II İrakliyə müraciət etdi. Həmin vaxt Kartli- Kaxetiya
çarlığı ağır siyasi və iqtisadi böhrana məruz qalmışdı. Odur ki, II
İrakli irəvanlı Məhəmməd xana heç bir kömək etmə
di.
1
MDHTA, f. VUA, 199-cu sənəd, vər.76.
2
Жизнеописание Аге- Могамед хана Каджара // Сын отечества № 23, 1835
3
MDHTA, f. VUA, 299-cu sənəd, vər.73.


118
Tezliklə İran sərbazları yaxşı müdafiə olunmuş İrəvan
qalasına yaxınlaşıb şəhəri hər tərəfdən mühasirəyə
aldılar.
İrəvanlılar otuz baş gün düşmənə müqavimət göstərdilər.
Qala mühasirədə olduğu zaman Əli Qulu xan qoşunlarının bir
qismini qarət məqsədilə ətraf kəndlərə göndərdi. İran sərbazları
kəndlilərin təsərrüfatını bərbad hala salıb evlərini yandırdılar. Belə
özbaşınalığın qarşısını almaq məqsədilə irəvanlı Məhəmməd xan
müqavimət göstərməkdən əl çəkib düşmənə tabe olmağa məcbur
oldu. 1775-ci ilin avqustunda İrəvan qalası düşmən əlinə keçdi.
İrəvan xanı tabelik rəmzi olaraq Ağa Məhəmməd xanın düşərgəsinə
yaxın adamlarındangirov göndərməyə razılıq verdi. Bundan əlavə,
xan İranın xəzinəsinə 8 funt qızıl və 80000 manat miqdarında xərac
verməli oldu.Eyni zamanda lazım gəldikdə xan öz qoşunları ilə
birlikdə İran hökmdarının sərə
ncamında olmalı idi.
İrəvanın yaxınlığında yerləşən “Üç kilsə” monastırının
xəlifəsi (katolikosu) Əli Qulu xana (İran xəzinəsinə) 4000 tümən
verməklə öz malikanəsini təhlükədə
n xilas etdi.
İrəvan xanlığından sonra İran sərbazları Ağa Məhəmməd
xanın şəxsən rəhbərlik etdiyi ordu ilə birləşib əvvəlcə Qarabağ, sonra
isə Kartli- Kaxetiya çarlığına basqın etdilə
r.
1795-ci ildə İran hökmdarı Ağa Məhəmməd xanın
Azərbaycana basqın etməsi xəbəri Türkiyədə alqışlarla qarşılandı.
1774-cü il Küçük Qaynarça və 1791- ci il Yassı müqaviləsi əsasında
rəsmi surətdə Cənubi Qafqazdan əlini çəkməli olan Türkiyə bu
zaman bir növ düşməni “başqasının əli” ilə vurmaq siyasətini
yürüdərək, rusların buraya edəcək təcavüzünün qarşısını almaq üçün
İrana kömək etmək qərarına gəldi. Türkiyə sultanın Gürcüstan və
İrəvan xanlığı sərhədlərində Anadolu və Axalsixdə külli miqdarda
qoşun toplaması barədə məlumat vardı. Həmin dövrdə Türkiyə
ərazisindən keçərək Azərbaycana qayıdan tacirlər xəbər vermişdilər


119
ki, türk əsgərləri Bəyaziddə, Vanda, Qarsda və Ərzurumda
toplaşıblar, onlar Ağa Məhəmməd xana kömək etmək
fikrindədirlər.Tarixi ədəbiyyatda belə bir məlumat var ki, Ağa
Məhəmməd xan 1795-ci ilin sentyabrında Tiflisi talan etsə də qoşun
demək olar ki, azuqəsiz qalmışdı; ərzaq məhsullarına böyük ehtiyacı
olan Ağa Məhəmməd xan yardım üçün Osmanlı Türkiyəsinə
müraciət etməyə məcbur olmuşdu. Tezliklə İran hökmdarının
nümayəndələri Türkiyədən müsbət cavabla qayıtdılar. Az bir vaxt
içində Türkiyədən İran sərbazları üçün kifayət qədər buğda, yağ,
qoyun və ordu üçün zəruri olan ləvazimat göndərildi.
1
Sultandan aldığı kömək əvəzinə Ağa Məhəmməd xan onun
hərəmxanasına 50 nəfər gözəl gürcü qızı, habelə türk zabitləri üçün
P.Q.Butkovun sözləri ilə desək dəxi “Bir neçə bədbəxtləri yola
saldı”.
2
Türkiyə sultanının tərəddüd etmədən Ağa Məhəmməd xana
kömək etməsi, əslində Rusiyanın Qafqazdakı siyasətinin əleyhinə
çıxmaq kimi qiymətləndirilmə
lidir.
Tezliklə İran dövləti İrəvan xanlığının daxili işlərinə
müdaxilə etməyə başladı. İran sərbazlarının Cənubi Qafqaza yürüşü
yerli əhaliyə baha başa gəldi. Bununla belə, həmin yürüşdən İrəvan
xanlığı müəyyən qədər xeyir əldə etdi, Kartli – Kaxetiya çarlığının
təqibindən yaxa qurtardı. Lakin bu da İrəvan xanlığına tam müstəqil
olmağa imkan vermədi.
Yeri gəlmişkən qeyd etməliyik ki, İran sərbazlarının Cənubi
Qafqaza yürüşü Rusiyanın buradakı mövqeyini xeyli zəiflətdi.Məhz
buna görə də Rusiya Cənubi Qafqaza qoşun göndərməyi qərara aldı.
Rus qoşunlarının Cənubi Qafqaza yürüşə hazırlaşmaları xəbəri
1
MDHTA, f. VUA, 299-cu sənəd, (1795), vər.860.
2
P.Q.Butkov. Göstərilən əsəri, səh. 343.


120
İrəvan xanlığındakı erməniləri ruhlandırdı. Onlar Rusiyaya müraciət
edərək müsəlmanların himayəsi altından çıxmaq arzusunda
olduqlarını bildirdilər. II Yekaterinanın höküməti Osmanlı
Türkiyəsindən ehtiyat etdiyinə görə İrəvan xanlığına hələlik qoşun
göndərməyib, bu işi II İrakliyə həvalə etdi
1

Lakin II İrakli İran
sərbazları tərəfindən məğlubiyyətə uğradıqdan sonra İrəvan xanlığına
yürüş etmə
k iqtarında deyildi.
Əlacsız qalan Rusiya öz mövqeyini nəyin bahasına olursa
olsun Cənubi Qafqazda, xüsusilə Azərbaycanda və Gürcüstanda
möhkəmlətmək məqsədilə buraya qoşun göndərməyi qərara aldı. II
Yekaterinanın höküməti Cənubi Qafqaza çoxsaylı qoşun göndərmək
üçün hazırlıq görərkən vaxt itirmədən noyabrın sonlarında polkovnik
Sıroxnevin başçılığı altında Gürcüstana iki rus batalyonu, Cənubi
Dağıstan və Şimali Azərbaycana general – mayor Savelyevin
komandası altında üç rus piyada batalyonu göndə
rdi.
Rus qoşunlarının Cənubi Qafqaza yürüş xəbərini eşidən Ağa
Məhəmməd xan Cənubi Qafqazı tərk etmə
li oldu.
Çoxsaylı rus qoşunları yalnız 1796-cı ilin aprelində general
V.Zubovun başçılığı altında Cənubi Azərbaycana yürüş etdilər.Qeyd
edək ki, rus qoşunları bir – birinin ardınca Şimali Qafqaz xanlıqlarını
özlərinə tabe etdirdikləri zaman, İran istismarına məruz qalmış
İrəvan xanı rus qoşunlarının komandanı V.Zubovla məktublaşaraq
ondan Ağa Məhəmməd xanın əleyhinə imdad istədi. V.Zubov
irəvanlı Məhəmməd xanın ona göndərdiyi məktub barədə mərkəzə
ətraflı şəkildə mə
lumat vermişdir.
1796-cı il dekabrın 13-də rus qoşunları Gəncə xanlığını işğal
etdikdən sonra Rusiyanın müttəfiqi olan II İraklinin Cənubi
1
MDHTA, f. VUA, 2799-cu sənəd, vər.1.


121
Qafqazda nüfuzu bir qədər artdı. O, yenidən İrəvan xanlığını öz təsiri
altına almağa çalışdı
1
. Bundan xəbər tutan Ağa Məhəmməd xan
Təvəkkül xan adlı sərkədələrindən birini 400 sərbazla İrəvana
göndərib, qeyri- rəsmi olsa da xanlığın idarəsini ona tapşırdı
2
.
Sonradan Ağa Məhəmməd xan Qacar İrəvan şəhərinin müdafiəsini
möhkəmləndirmək üçün ora əlavə olaraq daha bir dəstə sərbaz
göndərdi.İrəvanda baş verə biləcək üsyanın qarşısını almaq
məqsədilə Tehrandan İrəvana böyük dəstə ilə Əli Qulu xan da
səfərbər edildi
3
.
Bu hadisədən sonra irəvanlı Məhəmməd xan V.Zubova
məktub göndərib İrəvanda yerləşdirilmiş İran sərbazlarını və
Təvəkkül xanı qovmaq üçün ondan 1000 nəfərlik rus döyüşçülərini
göndərməsini xahiş etdi
4
.V. Zubovun Məhəmməd xana göndərdiyi
cavab məktubunda deyilirdi ki,tələsməyin mənası yoxdur, səbir
etmək lazımdır
5
. Əslində isə V.Zubovun mərkəzin icazəsi olmadan
İrəvana qoşun göndərmək ixtiyarı yox idi.Bu ilk növbədə Türkiyə ilə
bağlanan müqaviləyə zidd idi. Bununla belə, Təvəkkül xan başda
olmaqla İrəvanda məskunlaşmış sərbazlar V.Zubovu narahat etməyə
bilməzdi.Məsələ burasındadır ki, sultanın əmri ilə sərəsgər Yusif
paşa beş min qoşunla İrəvan xanlığına yaxınlaşaraq burada yerləşən
İran ordusunun komandanı Təvəkkül xanın yanına öz
nümayəndələrini göndərib, rusların əleyhinə çıxmağı onlara təklif
etmişdi
6
. Türkiyə sultanı eyni zamanda Kartli – Kaxetiya çarlığının
Azərbaycan xanlıqlarına qarşı hazırladığı təcavüzün də qarşısını
1
Очерки истории СССР (вторая половина XVIII в.). М., 1956, стр. 735.
2
“Mətndaran”, 1331-ci sənəd, vər. 89.
3
Е.Хубов. Описание достопамятных происществий в Армении случивщихся в
последние тридцать лет, СПб., 1811, стр. 8.
4
RXSA. Rusiyanın İranla ilə əlaqələri fondu, 77/1- ci siyahı. 158-ci sənəd, vər.188 .
5
Yenə orada.
6
RXSA, F. 77/I, 485-ci sənəd, vər. 81.


122
almağı məqsədəuyğun hesab edərək, onları II İraklinin fitnəsinə
uymamağa çağırırdı.
V.Zubov İrəvanda cəmləşən düşmənlərinin əleyhinə II
İraklidən istifadə etmək istədi. Lakin II İrakli hələlik belə bir tədbiri
həyata keçirmək iqtidarında deyildi
.
1796-cı ildə rus qoşunlarının V.Zubovun başçılığı altında
Azərbaycana daxil olub, bir çox şəhər və əyalətləri tutmaları xəbəri
sultan III Səlimi xeyli narahat etdi. Türkiyə hər cür vasitə ilə rusların
Cənubi Qafqazdakı əməliyyatına mane olmağa çalışırdı. Məhz buna
görə də Türkiyə hərbi dairələri rus ordusunun marşrutu və cəmləşdiyi
yerlərlə maraqlanır və bununla əlaqədar olaraq, öz məxfi agentlərini
Azərbaycana göndərirdilər. Həmin agentlər burada olan rus
qoşunlarının sayı və gələcəkdə hansı istiqamətdə hərəkət etmələrini
öyrənməli idilə
r.
II Yekaterinanın vəfatından sonra (1796-cı il, noyabr)
hakimiyyətə gəlmiş I Pavel rus qoşunlarını Cənubi Qafqazdan geri
çağırdı. Bundan istifadə edən Ağa Məhəmməd şah
1
Cənubi Qafqaza
ikinci dəfə yürüş etməyə hazərlaşdı. Bununla əlaqədar İrəvan xanlığı
haqqında onu deyə bilərik ki, Ağa Məhəmməd şah Qacar irəvanlı
Məhəmməd xana min nəfərlik qoşunla onun hüzuruna gəlməyi əmr
etdi.Əlacsız qalan irəvanlı Məhəmməd xan kömək üçün II İrakliyə
müraciət etdi.Lakin Ağa Məhəmməd xanın birinci yürüşündən sonra
zəifləmiş və rus ordusu Rusiyaya qayıtdıqdan sonra qüvvətli arxasını
itirən II İrakli daima gözü olduğu İrəvan xanlığına kömək edə
bilmədi. Yalnız bundan sonra irəvanlı Məhəmməd xan şahın əmrinə
itaət edərək min nəfərlik döyüşçü ilə Tehrana getməyə məcbur oldu.
Ağa Məhəmməd şah irəvanlı Məhəmməd xanı ona xəyanət edərək
1
Cənubi Qafqazdan qayıtdıqdan sonra Ağa Məhəmməd xan özünü İranın şahı elan edərək,
tacqoyma mərasimini keçirmişdi.


123
Cənubi Qafqaza gələn rus qoşunlarının baş komandanı V.Zubovla
məktublaşmaqda təqsirləndirərək ondan 500000 minmanat cərimə
tələb etdi. Məhəmməd xan 200000 manat nəqd pul verib, qalan
hissəsini ödəmək üçün öz əmlakinı saymalı oldu
1
. Buna baxmayaraq,
şahın əmri ilə irəvanlı Məhəmməd xan həbs olunub, ailəsi ilə birlikdə
Qəzvinə göndərildi
2
. Bu hadisədən sonra İrəvav xanlığında
hakimiyyət büsbütün Əli Qulu xanın əlinə
keçdi
.
1797-ci ilin baharında Ağa Məhəmməd şah Cənubi Qafqaza,
xüsusilə Azərbaycana ikinci dəfə qoşun yeritdi. Onun məqsədi 1795-
ci ildə ona tabe olmaqdan imtina edən Azərbaycan xanlarını
cəzalandırmaq idi. Bu dəfə o, Şuşa qalasını işğal etməyə nail olsa da,
təqribən bir həftədən sonra öz yaxın adamları tərəfindən qətlə
yetirildi. Başsız qalan İran sərbazları qeyri – mütəşəkkil halda
Cənubi Qafqazı tərk etməyə məcbur oldular. Bu hadisədən sonra
İrəvanda hakimiyyət başında olan Əli Qulu xan mövqeyini
möhkəmlətmək məqsədilə yerli əhalini sıxışdırmağa başladı. Lakin
buna nail ola bilmədi. Əli Qulu xan üsyana başlayan irəvanlıların
təzyiqi altında İrana qaçmağa məcbur oldu
3
.
Ağa Məhəmməd şahın ölümündən sonra hakimiyyət başına
gələn Fətəli şah da Cənubi Qafqazda İranın nüfuzunu bərqərar etmək
üçün tədbirlər gördü. Yeni şah Qəzvində saxlanılan İrəvan xanlığının
sabiq hakimi Məhəmməd xanı həbsdən azad edib “öz adamı” kimi
İrəvan göndərdi. Lakin Məhəmməd xan Fətəli şahın etimadını
doğrultmadı. İrəvana gəldikdən sonra Məhəmməd xan İrana tabe
olmaqdan imtina etdi. 1797- ci ilin sonlarında şahın əmrinə itaət
etməyən Məhəmməd xan yenidən kömək üçün II İrakliyə müraciət
etdi. Lakin bu dəfə də o, Gürcüstandan heç bir kömək ala bilmədi.
1
Н. Дубровин. История войны и владычества русских на Кавказе, стр. 207.
2
P.Q.Butkov. Göstərilən əsəri, səh. 428; V.N. Leviatov. Göstərilən əsəri, səh. 149.
3
“Mətndaran”, 4001-ci sənəd, səh. 459-460.


124
Bunun əvəzində isə Xoy xanlığının hakimi Cəfərqulu xanla ümumi
dil tapa bildi. Çünki bu zaman Cəfərqulu xan da Fətəli şaha tabe
olmaqdan imtina edirdi.
İrana qarşı belə ittifaqların yaranmasının qarşısını almaq
məqsədi ilə Fətəli şah şahzadə Abbas Mirzənin və sərdar Süleymanın
başçılığı altında Azərbaycana sərbaz göndərdi. İrəvanlı Məhəmməd
xan və xoylu Cəfərqulu xan qüvvələrini birləşdirib müqavimət
göstərsələr də, döyüş meydanında məğlubiyyətə uğradılar.
Bir ildən sonra şahzadə Abbas Mirzə yenə də İrəvan xanlığı
ərazisinə soxuldu və İrəvan qalasını mühasirəyə aldı. Eyni zamanda
Abbas Mirzə dünyasını dəyişmiş II İraklinin vəliəhdi XII Georgiyə
fərman göndərərək ondan Kartli – Kaxetiya çarlığının İrana tabe
olamasını təsdiq edən sənəd tələb etdi. Əks təqdirdə Gürcüstanı
viranəyə döndərəcəyini bildirdi. Yalnız Rusiyanın gördüyü əks
tədbirlər bu təhlükəni sovuşdurdu.
İran sərbazları tərəfindən İrəvan qalasının mühasirəsi qırx gün
davam etdi. Həmin müddət ərzində İrəvan qalasına soxula bilməyən
İran sərbazları ətrafda yerləşən el- obaları, kəndləri və kənd
təsərrüfatını talan etməklə məşğul oldular. Bunun qarşısını alsın
deyə, Məhəmməd xan İran sərbazlarına müqavimət göstərməkdən
imtina edərək, Abbas Mirzə ilə sülh bağlamağa razılaşdı. Məhəmməd
xan Abbas Mirzəyə tələb olunan miqdarda təzminat və həmçinin,
tabelik rəmzi olaraq girovlar verməyə məcbur oldu.
Abbas Mirzənin yürüşü bir daha göstərdi ki, İran hələ də
Cənubi Qafqaza sahib olmaq fikrindən əl çəkməyib. Bu yürüş eyni
zamanda Rusiyaya bir növ xəbərdarlıq idi ki, o, silah gücü ilə də olsa
mövqeyini Cənubi Qafqazda möhkəmlətmə
lidir.
İran sərbazlarının İrəvan yürüşü İranın bu bölgədə nüfuz
dairəsini genişləndirə bilərdi. Rusiyada I Pavelin ölümündən sonra
yenicə hakimiyyətə gəlmiş I Aleksandr (1801-1825) hələ I Pyotrun


125
zamanından başlamış Cənubi Qafqazı ələ keçirmək siyasətini bərpa
etməklə fəaliyyətə başladı. 1801-ci il sentyabrın 12-də
Georgiyevskidə bağlanan yeni müqaviləyə əsasən Şərqi Gürcüstan
Rusiyanın tərkibinə daxil edildi. Qafqaz xalqlarının taleyində bu
tarixi akt mühüm rol oynadı. Bu hadisədən sonra çar Rusiyası Cənubi
Qafqazı işğal etmək siyasətini həyata keçirməyə başladı. Bu
baxımdan Rusiyanın qarşısında duran ümdə vəzifələrdən biri də
Osmanlı Türkiyəsi və İranın sərhədlərində yerləşən İrəvan xanlığını
ələ keçirməkdən ibarə
t idi.
İmperator I Aleksandr bu çətin və məsuliyyətli vəzifəni
Rusiyanın Qafqazdakı qoşunlarının komandanı K.F.Knorinqə həvalə
etdi. Lakin yerli hakim feodalların çar Rusiyasının belə məkrli
siyasətindən xəbəri yox idi. Belə olmasaydı, İrəvan xanlığı xarici
siyasətini fəallaşdırmazdı. Bu işdə irəvanlı Məhəmməd Məhəmməd
xanın qohumu, Naxçıvan xanlığının sabiq hakimi Kəlbəli xanın da
rolu olmuşdur. Məsələ burasındadır ki, Ağa Məhəmməd şahın
ölümündən sonra irəvanlı Məhəmməd xanla yanaşı, İranda
həbsxanada saxlanılan, gözü İran şahı tərəfindən 1797- ci ildə
çıxarılmış Kəlbəli xan da azad olmuşdu
1
. Kəlbəli xan həbsxanadan
azad olsa da İran şahı ona Naxçıvanda deyil, İrəvanda yaşamağa
icazə
vermişdi
.
Gözlərini itirsə də siyasi aləmdə mübarizə aparmaqda ruhdan
düşməyən təcrübəli Kəlbəli xan tezliklə irəvanlı Məhəmməd xanın
etimadını qazandı. O, İrəvan xanlığında da ən nüfüzlu
şəxsiyyətlərdən birinə çevrildi. Naxçıvandan İrəvana Kəlbəli xanın
xeyli tərə
fdarları köçdü.
Bu zaman qonşuluqda yerləşən Osmanlı Türkiyəsində
1
Daha ətraflı b a x: Fuad Əliyev, Mirabdulla Əliyev. Naxçıvan xanlığı (1747-1828). Bakı,
1996.


126
gözlənilmədən belə bir hadisə baş verdi: Axalsix paşası Şərif paşa
mərkəzi hökumətə tabe olmaqdan imtina edərək sultanın əleyhinə
qiyam qaldırdı. Bundan istifadə edən irəvanlı Məhəmməd xan Şərif
paşaya məktubla onu dəstəklədiyini və lazım gələrsə ona hərbi
kömək göstərməyə hazır olduğunu da bildirdi. Sultan Şərif paşanın
qiyamını yatırtmağı Ərzurum paşasına həvalə
etdi.
Elə bu zaman başqa bir hadisə də beynəlxalq vəziyyətin
dəyişməsinə səbəb oldu.
Napoleonun Misirə hücumu və tez –tez baş verən saray
çəkişmələrindən təşvişə düşən Osmanlı Türkiyəsi özünün sabiq
rəqibi çar Rusiyası ilə yaxınlaşmağı qərara aldı. Türkiyənin belə bir
addımı Rusiyada məmnuniyyətlə qarşılandı. Belə ki, Rusiya
Türkiyəyə ayrı – ayrı paşaları “sakitləşdirmək” üçün hətta hərbi
qüvvə ilə kömək etməyə hazır olduğunu da bildirdi.
Şərif xanın qiyamını yatırda bilməyən Ərzurum paşası
bundan istifadə edərək kömək almaq məqsədilə Tiflisdəki rus
komandanlığına müraciət etdi. Tiflisdə baş komandan K.F.Knorinqin
olmadığına görə general İ.P.Lazerev, gürcü şahzadələrindən David
Borçalını və Qazaxdan səfərbər etdiyi dəstələri Türkiyəyə göndərdi.
1801-ci ildə Ərzurum paşası Şərif paşa ilə mübarizəni davam
etdirmək üçün yenidən K.F.Knorinqə müraciət etdi. O, eyni
zamanda bildirdi ki, Şərif paşaya irəvanlı Məhəmməd xan da ciddi
kömək edir. Bununla əlaqədar olaraq Ərzurum paşası
K.F.Knorinqdən xahiş edirdi ki, o Məhəmməd xanı belə
hərəkətlərdən yayındırsın
1
Yeri gəlmişkən qeyd edək ki, bu vaxta qədər Rusiya İrəvan
xanlığını zor işlətmədən ələ keçirmək üçün tədbirlər hazırlayırdı.
Lakin Türkiyə ilə dostluq münasibəti yaradıldıqdan sonra Rusiya
1
AKAK, Ic., sənəd 1031.


127
İrəvan xanının əleyhinə çıxmağa məcbur oldu ki, o bir daha qiyamçı
türk paşasına kömək etməsin. Bununla əlaqədar olaraq, rus qoşunları
Qars paşasının dəstələrilə birləşərək 1802-ci ilin mart – aprel
aylarında Türkiyənin ərazisinə daxil olan naxçıvanlı Kəlbəli xanla
İrəvan xanlığının döyüşçülərinin üzərində qələbə çalıb onları geri
oturtdu. Bu qələbədən sonra Qars paşası ruslara İrəvan qalasını işğal
etməyi məsləhət gördü. Lakin rus ordusunun komandanlığı bu təklifə
əməl etməyib bildirdi ki, onlara yalnız Gürcüstanın ərazisini
qorumaq tapşırılmışdır. onu da bildirdi ki, lazım gələrsə, İrəvan
xanını da öz torpağında cəzalandıra bilər.
Uğursuz yürüşünə baxmayaraq, bir qədər keçdikdən sonra,
1802- ci ilin mayında Məhəmməd xan bu dəfə qoşunları ilə Pəmbək
və Qars paşalığı istiqamətində hərəkət etdi.
Bundan xəbər tutan K.F.Knorinq düşmənin hücumunu dəf
etməyi polkovnik Karyaginə tapşırdı ki, öz hərbi qüvvələrini rus
qoşunları ilə birləşdirsin
1
.
Mayın ortalarında rus soldatları türk əsgərləri ilə birlikdə
ikinci dəfə irəvanlı Məhəmməd xanın döyüşçülərini məğlubiyyətə
uğratdılar. Bu zaman Qars paşasının təkidinə baxmayaraq rus
komandanlığı İrəvan qalasını silah gücü ilə almaqdan imtina etdi.
Halbuki Qars paşası İrəvana hücum olunarsa, o, rus qoşunlarını hər
cür zəruri olan ərzaq və sursatla təmin edəciyinə söz vermişdi
2
.
Birləşmiş Naxçıvan və İrəvan qoşunları geri qayıtdıqdan
sonra, İran qoşunlarının sərkərdələrindən biri- Pirqulu xan 4000
nəfərlik sərbaz ilə Naxçıvanda göründü
3
.O, İrəvan xanına fərman
göndərərək tələb edirdi ki, “...Naxçıvandan (İrəvana) köçənləri geri
1
AKAK, Ic., səh. 709.
2
AKAK, IIc., səh. 631; P.Q.Butkov. Göstərilən əsəri, səh. 527.
3
P.Q.Butkov. Göstərilən əsəri, səh. 527.


128
qaytarsın. Əks təqdirdə yüz min manat məbləğində cərimə
verməlidir”. Lakin Pirqulu xanın qoyduğu tələb təkcə yuxarıda
deyilənlərlə məhdudlaşmırdı. Şahın göstərişi ilə o, Azərbaycan
xanlarının hamısına fərman göndərərk onlardan tabe olmaq rəmzi
kimi girovlar tələb etdi. Eyni zamanda Pirqulu xan Gürcüstana
hücum etmək tədbirləri də hazırladı. Lakin bu bölgədə Rusiyanın
fəallaşması İran bir qədər sakitləşdirdi. Strateji baxımdan böyük
əhəmiyyət kəsb edən İrəvan xanlığını zəbt etmək üçün tədbirlər
hazırlayan Rusiya öz fəaliyyətini genişləndirərək həmin xanlığın
tərkibində olan Pəmbəki işğal etməklə özünün Cənubi Qafqazda
həyata keçirdiyi siyasəti bir növ düşmənləri qarşısında nümayiş
etdirdi. Rusiyanın belə siyasəti, Azərbaycan xanlıqlarını, o cümlədən
torpaqlarının bir hissəsi (Pəmbək) işğal olunmuş İrəvan xanlığını heç
də təmin edə bilməzdi. Azərbaycan xanlarının əksəriyyəti, xüsusilə
Rusiyanın təzyiqini hiss edən irəvanlı Məhəmməd xan və naxçıvanlı
Kəlbəli xan heç cür razılışa bilmirdilər ki, müsəlmanlar xristianların
himayəsi altına düşsünlər
1
.Bunun qarşısını almaq üçün hər iki feodal
əks tədbirlərə əl atdı. İlk növbədə onlar Kartli- Kaxetiya çarlığından
qaçmış və çar olmaq arzusu ilə yaşayan II İraklinin övladlarından
biri- şahzadə Aleksandrla əlaqə yaratmağa çalışdılar. Onlar
Aleksandrın əli ilə rusları Pəmbəkdən qovmaq istəyirdilər. Eyni
zamanda irəvanlı Məhəmməd xan öz agentlərini Pəmbəkə göndərib
yerli feodalları Rusiyanın əleyhinə üsyan etməyə çağırırdı. İrəvandan
Tiflisə gəlmiş “Üç kilsə”nin arxiyeskopu Qriqori buradakı rus
ordusunun komandanlığına bildirmişdir ki, “...İrəvan xanı ruslara
yalnız zahirən meyil göstərir, daxilən onlara nifrət bəsləyir”
2
. Qriqori
1
Gürcüstan Respublikası Mərkəzi Dövlət Tarix Arxivi (MDTA), 2-ci fond, 1801, 8-ci
sənəd, vər. 104-105; AKAK, Ic., 838-ci sənəd, səh. 617-618.
2
Yenə orada.


129
sonra demişdir ki, “...İrəvan xanı naxçıvanlı Kəlbəli xana bel
bağlayaraq çalışır ki, Pəmbək mahalını Rusiyanın təbəəliyindən
çaxartsın”
1
.
Məhəmməd xanın Pəmbək feodalları ilə əlaqəsini eşidən rus
ordusunun Gürcüstanda olan zabitlərindən biri, mənşəcə erməni olan
İ.P.Lazerev öz qoşunları ilə Pəmbəkə tələsmiş və burada hazırlanan
“qiyamın” qarşısını almışdır. Bu hadisədən sonra Pəmbək
feodallarının bir qismi İrəvana qaçmışdır.
İrəvanlı Məhəmməd xanın hərəkətlərinə mənfi münasibət
bəsləyən Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı
K.F.Knorinq qan tökmədən İrəvan qalasını ələ keçirmək məqsədi ilə
18 aprel 1802-ci ildə Məhəmməd xana əlavə olaraq məktubla
müraciət edib, ona Rusiyanın təbəəliyini qəbul etməyi təklif etdi
2
.
Bu zaman artıq İran hökümətində müəyyən dirçəliş
yaranmışdı. Həmin dövrdə İran İngiltərə və xüsusilə, Rusiyanın
rəqabət apardığı Fransa tərəfindən dəstəklənirdi. Bu isə İran dövlətini
Rusiyaya qarşı çaxması üçün ürəkləndirirdi. Onu da qeyd edək ki,
Rusiya işğalçı qoşunlarının Qafqazda görünmələri adı çəkilən Qərb
ölkələrini təşvişə salmışdı.
Vəziyyətin belə şəkil alması imperator I Aleksandr
hökümətini narahat etməyə bilməzdi. Cənubi Qafqazı büsbütün ələ
keçirmək fikrində olan I Aleksandr 24 aprel 1802-ci ildə
Gürcüstanda yerləşən rus qoşunlarının baş komandanı K. F.
Knorinqə yeni təlimat göndərdi. Həmin təlimatın məzmunundan
istər-istəməz Rusiyanın İrəvan xanlığına verdiyi əhəmiyyəti
müəyyən etmək çətin deyil. Təlimatda K. F. Knorinqə tapşırıq verilir
ki, o, Gürcüstanda olan rus qoşunlarının sıralarını möhkəmləndirsin
1
Yenə orada.
2
Gürcüstan Respublikası MDTA, 2-ci fond, 22-ci sənəd, vər. 29; AKAK, Ic.,sənəd 840, səh.
618-619.


130
və hazır vəziyyətdə saxlasın. İran sərbazlarının İrəvan xanlığına edilə
biləcək basqınlarının qarşısını alsın və çalışsın ki, İrəvan xanının
Rusiyanın təbəəliyini qəbul etməsinə nail olsun. K. F. Knorinq eyni
zamanda heç də strateji əhəmiyyətə malik olmayan Gəncə xanlığını
da işğal etməli idi. Bu əməliyyat Gürcüstanın əmin-amanlığını
büsbütün təmin edə biləcəkdi
1
.
Tiflisə I Aleksandrın təlimatını gətirən qasid yolda olarkən
irəvanlı Məhəmməd xan da öz növbəsində sərhəddə yerləşən rus
qoşunlarının üzərinə hərəkət edirdi. Bundan xəbər tutan K.F.Knorinq
17 may 1802-ci ildə yazılı surətdə Məhəmməd xandan belə hərəkət
etməsinin səbəbini izah etməyi tələb etdi
2
. Məhəmməd xan
K.F.Knorinqi sakit etmək üçün qeyri-səmimi olsa da bildirdi ki, o
müharibə aparmaq fikrində deyil, hətta ruslarla dostluq əlaqəsi
yaratmaq arzusundadır. Naxçıvanlı Kəlbəli xan da eyni məzmunda
məktubu rus ordusunun qərargahına göndə
rdi
Əslində isə hər iki xan bir neçə dəfə Rusiyanın təbəəlik
barədə təklifini rədd etmiş, hətta “Üç kilsə” monastırında Rusiya
tərəfindən namizədliyi irəli sürülən Danili qəbul etməyib, özlərinə
xidmət edən Davidə toxunmamışdılar
3
.
Cənubi Qafqazda rus ordusunun baş komandanı K.F.Knorinq
P.D. Sisianovla əvəz olunduqdan sonra Rus dövlətinin Cənubi
Qafqaz bölgəsində siyasətinin istiqaməti də dəyişdi. Rusiyanın hakim
dairələri dövlətin cənub sərhədlərini Kür və Araz çaylarına, qərb
sərhədini isə Qara dənizə qədər uzatmaq qərarına gəldi. Bu işdə
lazım gələrsə, İran və Türkiyə ilə müharibə etmək əzmində olduğunu
da bildirdi. Bununla əlaqədar olaraq, Sisianov kansler Vorontsovdan
1
Gürcüstan Respublikası MDTA, 2-ci fond, 39-cü sənəd, vər. 11.
2
Yenə orada, 22-ci sənəd, vər 57; AKAK, Ic., 841-ci sənəd, səh. 841.
3
AKAK, Ic., 28-ci sənəd, vər. 109-111.


131
Cənubi Qafqazda fəaliyyətini genişləndirmək üçün icazə istədi.
P.D.Sisianov Qafqazdakı rus qoşunlarının ali baş komandanı
təyin edildikdən sonra Fətəli şah Pirqulu xanı geri çağırdı. Yerli
əhalinin rəğbətini qazanmaq məqsədilə Fətəli şah, Kəlbəli xanı
Naxçıvanın hakimi kimi tanıdı və ildə İran xəzinəsinə müəyyən
məbləğdə xərac göndərmək şərti ilə onun Naxçıvana getməsinə icazə
verdi.
Lakin bu tədbirlə Fətəli şah nə yerli əhalinin və nə də Kəlbəli
xanın hörmətini qazana bilmədi. Dövrün müasirlərindən P.Zubov bu
barədə belə yazır: “Hakimiyyət başında olan Qacar sülaləsinə nifrət
bəsləyən Naxçıvan xanı, nəinki xərac verməkdən imtina etdi. O
həmçinin Fətəli şahı İranın hökmdarı kimi də tanımadı
1
.
Kəlbəli xanın Naxçıvana gəlməsi ilə Sisianovun 1803-cü il
fevralın əvvəllərində Tiflisə gəlməsi eyni vaxta təsadüf edir. Sisianov
Naxçıvanda və İrəvanda Kəlbəli xanın çox böyük hörmətə malik
olduğunu bilirdi. O, həm də bilirdi ki, şah Kəlbəli xana zahiri də olsa
pis münasibət bəsləmir. Sisianov ilk növbədə bundan istifadə etməyə
çalışdı: uzun müddət idi ki, ermənilərin katolikosu Danil Tehranda
həbsdə saxlanılırdı. Cənubi Qafqaz ermənilərinin etimadını
qazanmaq məqsədilə Sisianov naxçıvanlı Kəlbəli xanın vasitəsilə
Danili İrəvana qaytarmağı qərara aldı. Bu istəklə də o, 6 fevral 1803-
cü ildə məktubla Kəlbəli xana müraciət etdi.
Çox güman ki, bu məktubdan sonra Kəlbəli xan İrəvana
getmiş və katolikos-xəlifə Danilin geri qayıtmasına nail olmuşdur.
Lakin irəvanlı Məhəmməd xan Danili İrəvana buraxmamışdır. Çünki
bu həmən “Üç kilsə”ni özü tərəfindən təyin edilmiş David adlı başqa
bir erməni ruhanisi idarə edirdi. İrəvanlı Məhəmməd xanın belə
hərəkəti Sisianovun ciddi narazılığına səbəb oldu. Rus
1
П.Зубов. Подвиги русских воинов в Кавказских странах. СПб., 1835, стр. 72.


132
komandanlığının qəzəbləndiyindən xəbər tutan Məhəmməd xan
danışıqlar aparmaq məqsədi ilə Tiflisə öz nümayəndəsi Məhəmməd
Əli bəyi göndərdi. Sisianov da öz növbəsində 1804-cü il may ayının
5-də Kəlbəli xanın adına yazdığı məktubu göndərdi. Məktubda
deyilirdi: “Sizin Rusiya ilə münasibətinizin yaxın olmasından
razılığımı bildirirəm”
1
. Sonra isə məktubda Məhəmməd xanın
ünvanına yazılmış hədələyici sözlərlə əlaqədar o, Kəlbəli xana yazır
ki, onun narazılığını Məhəmməd xanın nəzərinə çatdırsın: “1-ci, hər
şeydən əvvəl Davidlə gedən hər cür danışıqlar kəsilməli və patriarx
Danil öz yerinə bərpa olunsun; 2-ci, qala, rus orduları tərəfindən
tutulduqdan sonra xana qalada və ya qaladan kənarda yaşamağa
sərbəstlik veriləcəkdir; 3-cü, xan rus imperatorunu özünün dövləti
kimi qəbul etməli və sədaqətli olacağına and içməlidir; 4-cü, xan 80
min manat həcmində xərac verməli və hər il bu xəracı iki müddətdə -
birinci yarısını Novruzdan bir gün keçdikdən sonra, ikinci yarısını isə
iyul ayından sonra ödəməlidir.Bunun müqabilində xan əgər sadiq
olarsa, əvvələn öz hüququnda qalacaq və rəisliyini davam
etdirəcəkdir; 2-ci, imperator xanlıq hüququ barədə şəhadətnamə
verəcək ki, bu da onun təhlükəsizliyini təmin edəcəkdir; 3-cü, bütün
imkanlardan istifadə ediləcək ki, xanın ailəsi İrandan gətirilsin”
2
.
Göründüyü kimi, rus komandanlığı Kəlbəli xandan istifadə
edərək onun vasitəsilə irəvanlı Məhəmməd xana təsir göstərməklə
İrəvan xanlığını ələ keçirib “Üç kilsə” monastırına daha etibarlı
Danili xəlifə vəzifəsinə bərpa etmək istəyirdi. Bununla rus
komandanlığı çalışırdı ki, Cənubi Qafqazda xristianların, xüsusilə
hələ o vaxt dünyanın bir çox ölkələrinə yayılmış ermənilərin hüsn-
rəğbətini qazansın. Lakin bunu o zaman həyata keçirmək mümkün
1
AKAK, 1271-ci sənəd, səh. 639.
2
AKAK, II c., 57-ci sənəd (1803), vər. 1- 4.


133
olmadı.
Məhəmməd Əli bəy Sisianovun təkliflərini qəbul etmədi,
beləliklə də danışıqlar heç bir nəticə vermədi
1
. İrəvan xanının
nümayəndəsi geri qayıtdıqdan sonra Aisianov İrəvana öz
nümayəndəsini -Tomas Orbelianini göndərdi ki, bəlkə o, Məhəmməd
xanla şəxsən görüşdükdə onun bir qədər bundan əvvəl Məhəmməd
Əli bəyə edilən təklifləriylə razılaşmasına nail olsun. Lakin
T.Orbelianinin danışıqları da nəticəsiz qaldı. Məhəmməd xan
T.Orbelianinin Rusiyanın təbəəliyini qəbul etmək haqqındakı
təklifini də rə
dd etdi.
T.Orbeliani İrəvandan əliboş qayıtdıqdan sonra rus
qoşunlarının qərargahında elə qənaətə gəlinirdi ki, Rusiya öz
məqsədinə ancaq silaha əl atmaq yolu ilə nail ola bilər.
Maraqlıdır ki, hadisənin belə cövlan etməsi İrəvanda
məskunlaşmış və alver sayəsində varlanmış erməniləri heç də təmin
etmirdi.Onlar müharibə baş verərsə, var- yoxdan çıxmaqlarından
ehtiyat edirdilər. Odur ki, İrəvandakı ermənilər Abram Məlik
Ağamoğlan və yüzbaşı Qabriel Qeqematsk Qarabağdan Tiflisə
qaçmış Vərəndənin sabiq məliyi Cəmşid Məlik Şahnəzəryana
məktubla müraciət edərək ondan xahiş etdilər ki, o Sisianovu İrəvan
xanı ilə müharibə etməkdən yayındırıb Məhəmməd xanla sülh
bağlamağa sövq etsin
2
.
Bu zaman İrəvan xanlığı ağır günlər keçirirdi. İrəvanlı
Məhəmməd xanın İran və Rusiya arasında apardığı ikitərəfli siyasət
ifşa olunmuşdu. Xan iki od arasında qalmışdı. Onun aldığı məlumata
görə İran sərbazları İrəvan istiqamətində hərəkət edirdilər, digər
tərəfdən Cənubi Qafqazdan da həyəcanlı xəbərlər gəlirdi. 1803-cü
1
Yenə orada, 1216-cı sənəd.
2
AKAK, 2-ci fond, 1-ci siyahı, 49-cu sənəd, vər. 36.


134
ilin martında rus qoşunları Car-Balakən icmasını zəbt etdikdən sonra,
1804-cü ilin yanvarında qəddarlıqla Gəncə xanlığını işğal edərək,
İrəvan üzərinə hücum etməyə hazırlaşırdılar.
1804-cü ilin martında irəvanlı Məhəmməd xan İran
qoşunlarının İrəvan xanlığı istiqamətində hərəkət etdiklərini
bildikdən sonra təcili surətdə Rusiya ilə münasibətlərini nizama
salmağa səy göstərdi. Onun Tiflisə göndərdiyi qasid Sisianova
bildirdi ki. Məhəmməd xan ruslara xidmət etmək arzusundadır.
Bunun əvəzində Məhəmməd xan Sisianovdan xahiş edirdi ki, öz
qoşunları ilə İrəvan xanlığına yaxınlaşan sərbazların qarşısını alsın.
Sisianov İrəvan xanının xahişinə əməl edəcəyinə o şərtlə razılıq verdi
ki, Məhəmməd xan “Üç kilsə” monastırının xəlifə taxtında rusların
istədikləri kimi Danili oturtsun. Məsələ burasındadır ki, bundan
əvvəl “Üç kilsə” monastırında xəlifə vəzifəsini daşıyan ruspərəst
İosif Arqutinski qəflətən öldükdən sonra Məhəmməd xan həmin
vəzifəyə ona sadiq olan Davidi xəlifə təyin etmişdi. Bu isə rusları
təmin etmirdi. Onlar Davidi Danillə əvəz etməyə çalışırdılar.
Sisianovun şərtlərindən biri də o idi ki, Məhəmməd xan İrəvan
xanlığında 500 nəfər rus soldatının yerləşməsinə razılıq versin.
Sisianovdan İrəvana məktub gəlməzdən əvvəl Məhəmməd xan
həbsdə saxladığı və ölümlə cəzalandırmağı qərara aldığı mənşəcə
erməni olan yüzbaçı Qabriel Qeqematsini həbsdən azad edərək
rusların Cənubi Qafqazdakı qərargahına göndərdi ki, o ruslardan
İrəvan xanlığı üçün hərbi kömək diləsin.
Məhəmməd xanla Sisianovun arasında gedən məktublaşma
heç cür rus ordusunun komandanını təmin etmədi. Çünki Məhəmməd
xan nə “Üç kilsə” xəlifəsini dəyişməklə, nə də rus qoşunlarının
İrəvan qalasına daxil olmaları ilə razılaşmadı. Eyni zamanda İrəvan
xanı cənubdan təhlükənin yaxınlaşması ərəfəsində ruslarla əlaqəni də
kəsmək istəmirdi. Odur ki, 1804-cü ilin aprelində yenidən naxçıvanlı


135
Kəlbəli xan, yüzbaşı Qabriel və İoannes vasitəsilə Sisianova müraciət
etdi. Məhəmməd xanın yeni təklifinə görə rus qoşunları İrəvan
xanlığına daxil ola bilərlər, yalnız o şərtlə ki, onlar “Üç kilsə”
monastırının ətrafında və yaxud, Şərur mahalında yerləşsinlər.İrəvan
qalasına yalnız Sisianovun nümayəndəsi daxil ola bilər ki,
Məhəmməd xanın I Aleksandrın hökümətinə sadiq olması haqqında,
onun andiçmə mərasimində iştirak edə bilsin. Bununla belə,
Məhəmməd xan bildirdi ki, o, İrəvan xanlığını Rusiyaya tabe etmək
fikrində deyildir. Bu baxımdan o, xanlığı eyni dinə xidmət etdiyi
İranın sərəncamına verməyi daha üstün tutur; şah onu xan kimi
tanımağa söz verdiyi halda, xristianlar onu hakimiyyətdən məhrum
edə bilərlər
Danışıqlar zamanı, Qabriel və İoannes Sisianovdan xahiş
etdilər ki, hələlik Məhəmməd xanın təklifi ilə razılaşsın; xanlığın
ərazisinə rus qoşunlarının daxil olmalarına xan razılıq verib, sonrası
asan olar. Hadisələrin sonrakı gedişi göstərir ki, Məhəmməd xan belə
hərəkətləri ilə vaxt udmaq və hərbi toqquşmanın qarşısı
nı almağa
çalışırdı.
İran qoşunlarının İrəvan xanlığına yaxınlaşmaları və
Məhəmməd xanın diplomatik manevri bir daha göstərdi ki, xanlığı
silah gücü ilə almaq vaxtı gəlib çatmışdır. Bu məsələnin həllini
uzatmaq Gürcüstanın sərhədləri üçün də təhlükə
yaradırdı.
Beləliklə, 1804-cü il may ayının sonlarında başda Sisianov
olmaqla rus qoşunları İrəvan xanlığının sərhədlərinə yaxınlaşdılar.
Rus komandanlığının bu yürüşdə əsas məqsədi İranı Cənubi Qafqaza
buraxmamaq, böyük strateji əhəmiyyətə malik olan İrəvanı almaqla
özünün Cənubi Qafqazda gələcək ağalığı üçün zəmin yaratmaqdan
ibarət idi. İrəvanı almaqla Rusiya həm bu bölgədə öz mövqeyini
möhkəmlədər, həm də Türkiyə və İran sərhədlərində özü üçün
möhkəm sədd yarada bilərdi.


136
Məhz bu məqsədlərə nail olmaq əzmində olan çarizm
Gürcüstanı ələ keçirdikdən sonra bütün Cənubi Qafqaza sahib olmaq
üçün hərbi hazırlıq görürdü.
İrəvan xanlığı barədə eyni hərbi hazırlıq İranda da aparılırdı.
İranın hakim dairələri elə düşünürdülər ki, İrəvan xanlığına sahib
olduqdan sonra, onlar asanlıqla Gürcüstana qoşun çəkərək rusları
oradan qovub, Cənubi Qafqazı ələ keçirmək üçün özlərinə əlverişli
zəmin yarada bilərlər. Bu məqsədlə İranda təcili surətdə 20000-lik
qoşun hazırlandı. İran sərbazlarına başçılığı şah öz oğlu və vəliəhdi
Abbas Mirzəyə həvalə
etdi
.
Rus qoşunlarının həmləsini dəf etmək üçün irəvanlı
Məhəmməd xan da ciddi hazırlıq görürdü. İrəvan qalasının
müdafiəçilərinin sayını o, 7000-ə çatdırdı. Qala divarlarında 22 top
bərkidildi. Xan həmçinin qalanı uzun müddətə ərzaq və döyüş sursatı
ilə tə
min etdi.
Erməni tarixçisi Z.T.Qriqoryanın yazdığına görə Məhəmməd
xan ruslara meyil göstərən erməniləri zorla İrəvan xanlığından İranın
və Türkiyənin ərazilərinə köçməyə məcbur etdi. Bircə bu fikir
uydurmadan başqa bir şey deyil. Çünki, İrəvanda yaşayan azsaylı
ermənilər tədqiq olunan dövrdə heç bir qüvvəyə malik deyildilər.
Təkcə onu qeyd etmək kifayətdir ki, “Üç kilsə” monastırının taleyini
də o zaman xan müəyyə
n edirdi.
Beləliklə, göründüyü kimi İrəvan qalasını zəbt etmək üçün
həm Rusiyada, həm də İranda ciddi hərbi hazırlıq işləri görülürdü.
Lakin bu sahədə ruslar daha cəld hərəkət edərək İranı qabaqlamaq
istəyirdilər.
1804-cü il mayın əvvəllərində Sisianov Qafqaz qrenader,
muşketyor, 9-cu yeger və Narva draqun alaylarına Tiflisdə
cəmləşmələrini əmr etdi. Tiflis muşketyor polkuna isə Pəmbəkə
gedib orada yuxarıda adları çəkilən alayları gözləmə
k tapşırıldı.


137
İrəvan qalasının üzərində qara buludlar göründüyü zaman
Məhəmməd xanın qasidi Sisianovun düşərgəsinə gedərək bildirdi ki,
o heç zaman ruslara pis münasibət bəsləməmiş və Rusiyanın sadiq
do
stu olmaq arzusudadır.
Məhəmməd xanın adamları Sisianovun yanına gəldikləri
zaman Tiflisdə İrəvana ciddi hazırlıq gedirdi. Odur ki, Sisianov
Məhəmməd xanın nümayəndəsini çox soyuq qarşıladı. O belə güman
etdi ki, Məhəmməd xan belə hərəkətləri ilə vaxt udmaq istəyir ki,
İrandan sərbazlar onun köməyinə gəlib çata bilsinlər. Odur ki, 1804-
cü il mayın 29-da Sisianovun əmrinə əsasən, rus soldatları general-
mayor Tuçkovun başçılığı altında İrəvan qalası istiqamətində hərəkət
etdilər. Onların ardınca Sisianovun komandası altında yerdə qalan
polklar həmin istiqamətdə yola düşdülə
r.
İrəvana hərəkət edən rus qoşunları Qafqaz qrenader
alayından, iki batalyon Tiflis muşketyor alayından, iki batalyon
Saratov muşketyor alayından ibarət idi. Yürüşdə həmçinin süvarilər-
üç eskadron Narva draqun alayı, 350 kazak və 1020 yerlilər, cəmi
4370 döyüşçü iştirak edirdi..
Rusiyanın
Cənubi Qafqazda fəallaşmasına biganə qala
bilməyən İran dövlət rus qoşunlarının həmin bölgəni tərk etmələrini
tələb etdi.Təbiidir ki, Rusiya İranın belə tələbinə əməl edə bilməzdi.
Beləliklə, 1804-cü il iyun ayının 10-da İranla Rusiya arasındakı
diplomatik münasibətlər pozuldu və tarixdə məşhur olan birinci
Rusiya – İran müharibəsi başlandı.Əvvəlcə Fransa və sonradan
İngiltərə tərəfindən müharibə etməyə təhrik olunan Fətəli şah
qoşunlarını Cənubi Qafqaza, ilk növbədə İrəvan xanlığı
istiqamətində hərəkət etdirdi. Sisianov İran sərbazlarının hərəkətinin
qarşısını almaq məqsədilə öz qoşunlarını sərhəd boyu dörd
istiqamətdə yerləşdirdi. Daha sonra onun əmrinə əsasən İrəvan qalası
ətrafındakı evlərin gildən tikilmiş hasarları söküldü. Orada yerləşən


138
məscidi Sisianov özü üçün iqamətgah seçdi. Məscidin yaxınlığında
yerləşən iki karvansaranı ələ keçirən soldatlar buradaakı İrəvan
döyüşçülərini məhv etdilər. Sisianov ixtiyarında olan topları qala
divarlarına atəş məsafəsində yaxınlaşdıraraq, özü də məscid və
hamam yerləşən sahədə rəhbərlik edəcək topunu
quraşdırdı.
Toplar əlverişli mövqe tutduqdan sonra əmri ilə İrəvan
qalasına atəş açıldı. Bütün günü hər topdan bir saatdan bir on ədə
d
qumbara atıldı.
Rus qoşunlarının sərəncamında yarım pudluq
1
4 ədəd, ¼
pudluq 4 ədəd, 3funtluq 4 ədəd, 12 ədəd müxtəlif toplar və funtluq
mortira var idi.
İrəvan qalası Zəngi çayının kənarındakı ən yüksək təpədə
salınmışdı. Çay tərəfindəki qala divarı yerdə qalan divarlardan zəif
idi. Qalanın digər divarları, ikiqat hasarlardan ibarət idi. Kərpic və
daşdan hörülmüş qala divarları, həm hündür, həm də qalın idi.
Birinci qala divarı ilə ikinci divarın arasındakı məsafə 15 və yaxud
20 sajenə
2
bərabər idi. Divarlar arasındakı xəndək su ilə
doldurulurdu. Qalanın 17 bürcü var idi. İrəvan qalasının divarları
üstündə qurulmuş 60 topdan yalnız 20 –si saz şəkildə idi. İrəvan
qalasında iki və üç mortira da qurulmuşdu.Qalanı müdafiə edən
qarnizon 7000 nəfərdən ibarət idi. Buraya İrandan dəxi 800 sərbaz
gəlmişdi.
Bombardmanın üçüncü günü İrəvan qalasından Məhəmməd
xanın göndərdiyi nümayəndə Sisianovun qərargahına gələrək ona
xanın adından bildirmişdir:
1. Xan təəssüf edir ki, özü Sisianovun hüzuruna bir dost kimi
gələ bilmə
mişdir.
2. Xanın Rusiyanın himayəsini qəbul etməkdən başqa
heç bir
1
P u d – 40 girvəngəyə və ya 16 kiloqrama bərabərdir.
2
S a j e n – 3 arşına və ya 2,134 metrə bərabərdir.


139
arzusu yoxdur.
3. Xan, 6 il ərzində Gürcüstana verməli olduğu 40000 gümüş
manatı Tiflisə göndərməyə söz verir.
4. Xan, qala divarlarından rus qoşunlarına toplardan açılan
atəşə görə üzr istəyir və bu işdə şəhərdəki “müsəlmanları”
təqsirləndirir.
İrəvan qalasından gələn nümayəndə, həmçinin rus
qoşunlarına rus sərkərdələri arasında yaşca böyük olan general –
mayor Tuçkova da xanın adından mə
ktub verdi.
Arxiv sənədlərindən belə qənaətə gəlmək olar ki, Sisianov
Məhəmməd xanın nümayəndəsi ilə kobud rəftar etmiş, onu, eləcə də
İrəvan xanını əməlli – başlı söymüş və bildirmişdir ki, bir saat
ərzində xan “Üç kilsə” monastırından apardığı xəzinəni və əsir etdiyi
“Üç kilsə” xəlifələri David və Danili qaytarmasa, o, xanla İrəvan
qalası və şəxsən onun taleyi haqqında heç bir danışıq
aparmayacaqdır
.
Xanın nümayəndəsi qalaya qayıtdıqdan sonra oradan
Sisianova heç bir cavab gəlmədi.
Bunun əksinə olaraq, İrəvan ətrafına ehtiyatda olan rus
qoşunları gəldilər. Onların gəlişi qala divarlarından açılan yeni top
atəşlərinə səbəb oldu. Beş gündən sonra İran tərəfindən gələn
sərbazlar rus qoşunları üçün ərzaq və sursat daşıyan arabalara
qəflətən hücum edərək 20 soldatı qətlə yetirdilər, dördünü isə əsir
etdilə
r.
Artıq vaxt itirmək məğlubiyyətə bərabər idi. Sisianovun
əmrinə əsasən hər rota özü üçün üç ədəd hücum pilləkəni hazırlamalı
idi.Pilləkənin uzunluğu 13 və ya 14 arşın olmalı idi. Pilləkənlər elə
quraşdırılmalıydı ki, onunla eyni zamanda bir-biri ilə yanaşı üç
soldat qalxa bilsin. Rus soldatları Sisianovun əmrini ağir şəraitdə
həyata keçirirdilər; həm hava xeyli isti keçirdi, həm də onların yemək


140
azuqələri gündən-günə azalırdı. Knyaz Sisianov elə qərarlaşdırmışdı
ki, İrəvan qalasını aldıqdan sonra şəhərdə və “Üç kilsə” monastırında
bir polk soldat qoyub, Naxçıvan istiqamətində hərəkət etsin, buranı
aldıqdan sonra qalada bir polk soldat qoyub Tiflisə yollansın. Ərzaq
çatışmazlığına gəldikdə isə o elə fikir edirdi ki, gürcü knyazı
Çavçavadze bu sahədəki əyər-əskikliyi düzəldəcə
k.
Rus qoşunları İrəvan ətrafında olarkən gözlənilmədən İran
şahına tabe olmaqdan imtina edən Xoy xanlığının hakimi Cəfərqulu
xan 200 atlısı ilə onlara qoşuldu
1
.
Qalaya qəti hücum etməzdən əvvəl rus qoşunları oraya hər
gün arabir 5-dən 10-a qədər toplardan atəş açırdılar. Bu topların
güllələrinin məhdudluğuna dəlalət edirdi. Sisianov əvvəlcə əlavə top
güllələri gətirmək üçün 100 nəfər piyada ilə kapitan Spıtkovu
Pəmbəkə göndərdi. Düşmən düşərgəsində də mürgüləmirdi. Ətrafda
İrandan gələn süvarilərin sayı gündən-günə çoxalırdı.
İrəvan qalasından gələn xəbərlərdən müəyyən etmək olurdu
ki, tezliklə oraya 50000 döyüşçü ilə şəxsən şahın özü gələcəkdir.
Həbsdə olan və rusların hakimiyyəti ilə barışmayan gürcü
knyazlarının qaçması xəbəri də rus ordusunun komandanını narahat
edirdi. Bununla əlaqədar olaraq, Sisianov qaçmağa macal tapmayan
gürcü knyazlarından Rusiya ordenlərinin kavaleri knyaz Tomas
Orbeliani və İmereti çariçası Annanın qardaşının qarovulunu
gücləndirdi. Rus qoşunlarının ərzaq çatışmazlığı “Üç kilsə”
monastırının buğda ehtiyatı hesabına müəyyən qədər ödənilirdi.
Atları ətrafda ot olmadığından bağ-bağçalardan yığılan yarpaq ilə
yemləyirdilər. Lakin bu süvari və qoşqu atlarını təmin edə
bilmirdi
.
İyulun 14-də Cəfərqulu xan Sisianova çatdırdı ki, aldığı
məlumata görə İrəvan xanlığına yaxınlaşan Fətəli şahın sərbazları rus
1
Bu barədə daha ətraflı bax: N.Ç.Mustafayeva. Cənubi Azərbaycan xanlıqları. Bakı, 1995.


141
qoşunlarına iki tərəfdən zərbə endirəcəkdir. Bunu eşidən Sisianov
qoşunların sağ cinahını müdafiə etməyi general-mayor
Portnyaginə,sol cinahın müdafiəsini isə general-mayor Leontyevə
tapşıraraq hərəsinin öhdəsinə 400 soldat verdi. Elə bu zaman
Pəmbəkə hərbi sursat gətirmək üçün gedən Spitkov da gəlib çıxdı. O
özü ilə 800 ədəd top gülləsi gətirmişdi.
İyul ayının 15-də səhər tezdən Fətəli şahın başçılıq etdiyi
sərbazlar rus qoşunlarının sol cinahına hücum etdilər. Bu döyüş
sərbazların rus qoşunları ilə səkkizinci toqquşması idi. Əvvəlki
döyüşlər az əhəmiyyətli olduğu üçün sənədlərdə bu barədə demək
olar ki, mə
lumat yoxdur.
Döyüşə girişən İran sərbazları üç dəstəyə bölünmüşdülər.
Dəstələrdən biri general-mayor Leontyevin soldatlarına sol tərəfdən
hücum edib düşməni geri çəkilməyə məcbur etdilər. Daha sonra
sərbazlar sağ tərəfdə mövqe tutan poruçik Niqdanovun başçılıq etdiyi
40 nəfər seçmə soldatın-qrenaderin üzərinə hücum etdilər.
Sərbazların həmləsini rus döyüşçüləri güllələri qurtarana kimi dəf
edə bildilər. Beləliklə, sərbazlar rus qoşunlarının istehkamını ələ
keçirə bildilər. Lakin tezliklə mayor Tokerev 60 soldatla sərbazları
geri çəkilməyə məcbur etdi. Eyni zamanda general-mayor Tuçkov
bundan əvvəl məğlub olmuş general-mayor Leontiyevə üç dəfə
kömək etdi, nəticədə rus soldatları sərbazları məğlubiyyətə
uğratdılar.
Rus qoşunları müəyyən uğurlar əldə etdikləri vaxt düşmən
böyük qüvvə ilə mayor Noldenin başçılıq etdiyi rus soldatlarının
üzərinə həmlə etdi. General Tuçkovun toplardan açdırdığı atəş
düşmənin irəliləməsinə mane törədə bilmədi. 6 saat davam edən
döyüşdə Nolden geri çəkilmədi. Düşmənin başqa dəstəsi Zəngi çayı
tərəfdən rus qoşunlarına basqın etdi. Polkovnik Sekanskinin başçılıq
etdiyi rus soldatları ciddi müqavimət göstərərək öz mövqelərini
saxlaya bildilər. Düşmən bir bayraq və bir neçə sərbaz itirərək geri


142
çəkilməyə məcbur oldu.
Sərbazların dəstələrindən biri general-mayor Portnyağinin
mövqeyinə və onu müdafiə edən general-mayor Tuçkovun və
general-mayor Simenoviçin döyüşçülərinin üzərinə uğursuz həmlə
etdi
.
Sərbazların etdikləri zahiri fəallıqdan ruhlanan İrəvan xanı
Məhəmməd xan öz qoşunları ilə qaladan çıxaraq ruslara sağ cinahdan
hücum etməyə səy göstərdi. Lakin onun döyüşçüləri rus soldatlarının
süngüsü ilə qarşılaşaraq müqavimət göstərə bilməyib böyük itki
verə-verə qala divarlarının arxasında gizlənməyə məcbur oldu.
Bütün bu hadisələr baş verdiyi zaman rus ordusunun
komandanlığı İrəvan qalasını aramsız bombardman etməkdə
n
qalmırdı.
İrəvan qalasının müqaviməti iyul ayının 15-də səkkiz saat
davam etdi. Bu döyüşdə rus döyüşçüləri 3 zabit, 120 kiçik zabit
itirdi, həmçinin 6 nəfər zabit və 200 nəfə
r kiçik zabit yaralandı.
Rus qoşunları İrəvan qalasına hücum etdikləri müddət ərzində
Sisianov məsciddəki iqamətgahda oturub bir dəfə də olsun küçəyə
çıxıb uzaqdan-uzağa da olsun döyüşü izlə
mirdi.
Həmin savaşdan sonra İran və İrəvan xanlığının döyüşçüləri
rus soldatlarının mövqelərini mühasirəyə almağa müvəffəq oldular.
Hadisənin belə şəkil alması rus qoşunlarının vəziyyətini xeyli
ağırlaşdırdı.
Knyaz Sisianov rus qoşunlarına kömək etmək məqsədilə
ətraflarda qalaların tikilməsini əmr etdi. Lakin həmin yerlərdə suyun
olması bu əmrin həyata keçməsinə mane oldu.
Rus komandanlığının düşmənlə fəal mübarizə aparmasının bir
neçə səbəbləri vardı. İran sərbazlarının hücumundan iki gün əvvəl
Sisianovun qərargahına Tiflisdən başda İvan Orbeliani olmaqla 200
döyüşçü ilə 30 gürcü knyazı da gəldi. Tiflisdən gələnlər Gürcüstan


143
torpağında rusların əleyhinə üsyan baş verdiyini bildirdilər. Həmin
üsyana gürcü şahzadələrindən Yupon və Parnoy başçılıq edirdilər.
Onlar bir ovuc gürcü zadəganlarının və iranpərəst feodalların
mənafeyini müdafiə edirdilər. Onların müvəffəqiyyət əldə etmələri
Gürcüstanın İran və Türkiyə arasında bölünməsinə gətirib çıxara
bilə
rdi.
1804-cü ilin iyulunda Qafqaz dağlıları üsyan qaldırdılar.
Nəticədə müvəqqəti də olsa Rusiya ilə Gürcüstanın əlaqəsi kəsildi.
Bütün bu xoşagəlməz hadisələr Sisianovun İrəvan qalası ətrafındakı
fəaliyyətini xeyli məhdudlaşdırdı. Sisianov bilmirdi İrəvan qalasının
mühasirəsindən əl çəksin və yaxud düşmənə təzyiqini artırsın. Elə bu
zaman onun cənubdan aldığı məlumat rus qoşunlarında qələbəyə
inamı çoxaltdı. Onun eşitdiyinə görə düşmən düşərgəsində yaranmış
çaxnaşma nəticəsində sərbazlar nizamsız halda İrana qaçmağa
başlamışlar. Yaranmış belə əlverişli şəraitdən istifadə etməyə çalışan
Sisianov general-mayor Portnyaginə 700 soldat ilə düşmən
düşərgəsinə hücum etməyi əmr etdi. Eyni zamanda Cəfərqulu xan
200 nəfər öz döyüşçüsü, 100 nəfər gürcü döyüşçüsü və 100 nəfər
kazakla sərbazlara qarşı həmlə
etdi.
Portnyagin və Cəfərqulu xanın başçılıq etdikləri qoşunlarla
sərbazların toqquşması rus soldatları üçün uğursuz oldu. Buna görə
də onlar İrəvan tərəfə dönməli oldular. Məhəmməd xan İrəvan
ətrafında rus qoşunlarının azalmasından istifadə edərək qaladan
çıxmış və mayor Noldenin rəhbərlik etdiyi topxananı darmadağın
etmişdir... Eyni zamanda İrəvan qalasına 800 nəfər İran döyüşçüsü
daxil oldu. Qaladakılar onlara köməyə gələn sərbazlar
ı şadlıqla
qarşıladılar.
Gecə İrəvana daha 15000 sərbaz daxil oldu. Gecəyarısı isə
qala ətrafında general-mayor Portnyagin öz qoşunlarını cəmlədi.
Bundan əvvəlki toqquşma zamanı o, 50 nəfər soldat itirmişdi, 100


144
nəfər rus soldatı isə xəsarət almı
şdı.
İki gündən sonra İrəvan ətrafında yerləşən rus soldatları üçün
Pəmbəkdən ərzaqlarla dolu gələn nəqliyyata sərbazlar basqın
etdilər.Bundan tutan Sisianov ərzaq gətirənlərə kömək məqsədi ilə
400 soldatla general- mayor Leontyevi sərbazların üzərinə göndərdi.
Beləliklə, Pəmbəkdən gətirilən ərzaq mənzil başına çatdırıldı. Lakin
gətirilən ərzaq rus qoçunlarına yalnız altı gün çata bilərdi. Odur ki,
Sisianov soldatların yerləşdikləri bölgədə buğda axtarmağı əmr etdi.
Onun eşitdiyinə görə yerli əhali buğdalarını iri həcmli küplərdə yerə
bastırırdılar. Bu həqiqətən belə idi. Sisianov belə buğda tapanları 50
qəpik gümüş pulla mükafatlandıracağına boyun olmuşdu. Lakin bu
tədbir də heç bir nəticə vermədi. Bundan sonra o, ərzaq ardınca
Pəmbəkə yenə soldat göndərməyə məcbur oldu. Soldatlara bu dəfə
kapitan Spıtkov başçılıq edirdi. Eyni zamanda podpolkovnik Durkov
Tiflisə göndərildi ki, oradan İrəvan ətrafındakı rus soldatları üçün 50
günlük ərzaq gətirsin. Spıtkov və Durkov 1804-cü ilin iyulunda yola
düşdülər.
Sisianovun qoşunlarına qoşulan İrəvan erməniləri baş
komandana çatdırdılar ki, “Üç kilsə” monastırının ətrafında əkilmiş,
lakin yığılmamış buğda zəmiləri vardır. Bu xəbəri eşidən Sisianovun
əmri ilə həmin yerə buğda yığılıb üyütmək üçün də bir dəstə soldat
göndərildi. Lakin rus ordusu komandanlığının bu tədbiri də kömək
edə bilmədi. Çünki rus qoşunlarından əvvəl “Üç kilsə” ətrafındakı
zəmilərə sərbazlar gəlmiş, olan-qalan buğdanı özləri üçün, samanı isə
süvari atlar üçün toplamışdılar.
İran komandanlığı rus soldatlarının yerdə qalan buğda və
samanı topladığını bilib ora sərbazları göndərdi ki, zəmiləri
yandırsınlar. Belə bir ağır şəraitdə rus soldatları 30 girvənkədən çox
buğda yığa bilməyib geri dönməyə məcbur oldular. Əlacsız qalan
soldatlar nəqliyyat heyvanları üçün yeməyə yarpaq toplamaq üçün


145
bağlara səpələndilər. Bundan xəbər tutan sərbazlar gözlənilmədən
soldatların üzərinə hücum edərək onlardan 4 nəfərini qətlə yetirdilər,
2 nəfərini isə əsir aldılar. Bundan əlavə, İran qoşunları Saratov
polkuna məxsus olan atları da zəbt etdilə
r.
Dəhşətli aclıq zabit və soldatlara da öz təsirini göstərirdi.
Arxiv sənədlərində hər gün rus qoşunları arasında 10 və yaxud 20
nəfərin acından ölməsi barədə məlumat vardır. Soldatların ölümünü
havaların həddən artıq isti keçməsi, onların istirahət etməkdən
məhrum olmaları da sürətləndirirdi. Soldatlar üçün nəzərdə tutulmuş
6 günlük bir tikə çörəyi onlara 8, çox vaxt isə 9 günə verirdilər.
Zabitlərin vəziyyəti soldatlara nisbətən daha ağır idi. Əgər
soldatlara az da olsa bir dişləm çörək verirdilərsə, zabitlər ondan da
məhrum olurdular.Hərbi əməliyyatların üzündən bu bölgəyə nə
tacirlər gəlirdilər, nə də yerli əhali alver edirdi. Zabitlər bu yerlərdə
ticarətin canlanması üçün çalışdıqları halda, heç bir nəticə əldə edə
bilmədilər. Əgər “Üç kilsə” monastırı ətrafında yaşayan ermənilər
əldə etdikləri buğdanı gizlincə zabitlərə satırdılarsa, bu da bəs
etmirdi. Ermənilər bir funt unu rus zabitlərinə bir abbası, ya da 34
qəpiyə satırdılar. Bu rəqəm o dövrdə böyük məblə
ğ idi.
Avqustun 7-də sərbazların etdikləri həmlə nəticəsində
soldatların üçü qətlə yetirildi, beşi yaralandı. Bu əməliyyat
nəticəsində sərbazlar 70-ə yaxın süvari atı ələ keçirmişdilər.
Yeri gəlmişkən onu da qeyd edək ki, rus qoşunları Gəncə
qalasını zorla zəbt etdikləri zaman, oraya Tiflisdən xeyli tacir də
gəlmişdi ki, şəhər alınarkən rus soldatlarının qarət etdikləri əşyanı
onlardan ucuz qiymətə alsınlar. Çox güman ki, gürcü tacirləri o vaxt
öz arzularına çatmışdılar. Çünki rus qoşunları İrəvanı mühasirəyə
aldıqları zaman Tiflisdən oraya yenə də qarət olunmuş ucuz mal
ardınca xeyli tacir gəlmişdi. Lakin bu dəfə onların arzuları
ürəklərində qaldı. Rus qoşunlarının uğursuz əməliyyatından sonra


146
Tiflisdən gələn tacirlər geri dönməli oldular. Lakin evlərinə
qayıdarkən İran sərbazları onları haqlayaraq bir qismini əsir alıb,
yerdə qalanını qətlə yetirdilə
r.
Tiflisdən Sisianovun düşərgəsinə gürcü knyazları ilə gələn
general-mayor knyaz Orbeliani də geri qayıtmağa məcbur oldu.
Sisianov onlar üçün heç bir ərzaq ayırmır və onlarla kobud rəftar
edirdi.Avqustun 9-da o, Tiflisə qayıdarkən özü ilə birlikdə oradan
gəlmiş 200 nəfəri aparmalı oldu.
Bundan xəbər tutan və Rusiya ağalığı ilə barışmayan Pəmbək
hakimi Naçibəy sərbazlarla birlikdə onların üzərinə hücum edərək,
çoxunu qətlə yetirdi, knyazlardan Orbelianini, Baqrationu və
başqalarını əsir edib özü ilə apardı.
Pəmbək mahalının Qarakilsə kəndinə ərzaq toplamaq üçün
göndərilən kapitan Spıtkov vəziyyətin belə şəkil almasını görüb, az
miqdarda topladığı ərzaqla kifayətlənərək geri dönmə
di.
Avqustun 22-də Sisianov ərzaq ardınca yenidən “Üç kilsə”
monastırına mayor Levitskinin komandanı altında 100 nəfər soldat
göndərdi.
“Üç kilsə” monastırına sağ – salamat çatan Levitski lazım
olan ərzağı toplayıb geri dönərkən qəflətən çoxsaylı sərbazların
hücumuna məruz qaldı. Levitski ərzaqla dolu arabalarla qala şəklində
tikilmiş “Üç kilsə” monastırına qayıtmalı oldu. Lakin nəyin bahasına
olursa olsun Levitski ərzağı İrəvan ətrafında yeməkdən məhrum
olmuş rus soldatlarına çatdırmaq üçün avqustun 25-də gecə xəlvəti
monastırından çıxıb İrəvan istiqamətində hərəkət etdi. Yarı yolda
sərbazlar yenidən Levitskinin karvanına hücum etdilər. Yalnız
İrəvandan onun köməyinə polkovnik Maykovun rəhbərliyi altında
gələn 250 nəfər yegerin köməyi sayəsində Levitski avqustun 26-da
80 kirvəngə unla öz korpusuna gələ bildi. O bildirdi ki, “Üç kilsə”
monastırında cəmi 40 kirvəngə düyü və az miqdarda buğdadan başqa


147
heç bir ərzaq qalmamışdır.
Ərzaq və hərbi sursat barədə hər şeydən ümidi kəsilən
Sisianov avqustun 30 –da hərbi şura çağıraraq zabitlərə etiraf etdi ki,
qoşunun üç günlük ərzağı qalmış, Gürcüstanla əlaqə kəsilmiş,
sərbazlar çoxlu rus soldatını qətlə yetirmişlər. Belə bir şəraitdə
İrəvan qalasını almaq mümkün deyil.
Hərbi şura üzvləri Sisianovla yekdil olduqlarını bildirdilər.
Sentyabrın 1-də Sisianov axırıncı dəfə Məhəmməd xana İrəvan
qalasını təhvil vermək barədə müraciət etdi. Lakin ertəsi gün o yenə
də İrəvan xanından rədd cavabı aldı. Yalnız bundan sonra sentyabrın
3-də rus qoşunlarının geri çəkilməsi barədə əmr verildi.Onu da qeyd
edək ki, rus qoşunları sakit və itkisiz geri qayıtmadılar. Məhəmməd
xanın qoşunları rus soldatlarının mühasirədən əl çəkdiklərini görən
kimi qaladan çıxıb onları təqib etməyə başladılar. Geri dönən
soldatların vəziyyəti o qədər də yaxşı deyildi. Əvvala, onların kifayət
qədər ərzağı yox idi. Digər tərəfdən soldatların arasında xəstəlik baş
götürüb gedirdi. Hər polkda 200-dən 300-ə qədər xəstə vardı ki,
onlarıda yarıac atlar qoşulmuş arabalarda yerləşdirmişdilər. Lakin
xəstələrin sayı o qədər çox idi ki, onları daşımağa arabalar kifayət
etmirdi. Ona görə də draqun və kazaklar məcbur olub, atlarını xəstə
knyazlara güzəştə gedirdilər. Sisianovun əmri ilə general – mayor
Leontyevin komandası altında 1-ci və 2-ci Tiflis batalyonları, general
Portnyaginin komandası altında 2-ci Saratov batalyonu, general-
mayor Tuçkovun başçılığı altında Qafqaz qrenader batalyonu geri
çəkilən rus qoşunlarını düşmən həmləsindən qoruyurdular. Onlar bir
neçə dəfə irəvanlı Məhəmməd xanın və Fətəli şahın göndərdiyi
dəstələri həmləsini dəf edə bildilər
Böyük çətinliklə “Üç kilsə” monastırına çatan rus qoşunları
istirahət etməklə yanaşı, burada ələ keçirdikləri buğda, düyü və s.
ərzaq ehtiyatlarını mənimsəməklə kifayətlənməyib, monastırın


148
xəzinəsinə də əl gəzdirib burada olan daş-qaş, mirvari, qızıl, gümüş
və bir çox qiymətli əşyaları da müsadirə etdilər. Ümumiyyyətlə,
Sisianovun təşəbbüsü ilə rus qoşunları “Üç kilsə” monastırından 30
tay qarət olunmuş mal aparmışdılar. Sentyabrın 15-də rus qoşunları
Qarakilsə kəndinə çataraq İrəvan qoşunlarının və sərbazların
təqibindən yaxa qurtardılar. Buradan Tiflisə yola düşərkən rus
qoşunları qarşılarında olan maneəni dəf etdilər.İrəvan xanlığının
tərkibində Şuragəl mahalının hakimi Budaq- sultan Məhəmməd
xanın təhriki ilə tez-tez Gürcüstana basqın edirdi. O, rus qoşunları
Tiflis istiqamətində geri çəkilərkən onların da üzərinə hücum etməyə
hazırlaşırdı. Bundan xəbər tutan Sisianov Budaq-sultanı
“sakitləşdirmək” məqsədi ilə Şuragələ general göndərdi. Budaq-
sultan savaşdan vaz keçib İrəvana pənah gətirdi. Rus qoşunları
Tiflisə oktyabrın 3-də
çatdılar.
Bir qədər xronologiyanı pozub qeyd edək ki, 1805-ci il martın
30-da Budaq –sultanın oğlu Şuragəli general Nesvetyayevə tabe
etməklə faktiki olaraq Azərbaycanın bu torpağının Rusiya tərəfindən
işğal olunmasını təsdiq etdi. Yeri gəlmişkən onu da qeyd edək ki, I
Rusiya – İran müharibəsi dövründə Qarabağ xanlığı Rusiya
tərəfindən işğal olunduğu zaman (1805, 14 may) bu xanlığın
tərkibində olan İrəvan xanlığının torpaqlarından- Gorus, Qafan,
Sisian mahalları da çar Rusiyasının işğal dairəsinə
daxil edildi.
Rus qoşunları İrəvan qalasının mühasirəsindən əl çəksələr də,
strateji əhəmiyyətə malik olan bu şəhəri işğal etmək, Rusiya hərbi
dairələrinin gündəliyindən silinmədi. Rusiyanın belə niyyətindən
xəbərdar olan İran höküməti xarici siyasətində ardıcıl olmayan
Məhəmməd xanı dəyişərək, onu Mehdiqulu xanla əvəz etdi. Bu
hadisədən sonra Məhəmməd xan özünün yaxın adamlarını Tiflisə
göndərərək rus hərbi komandanlığına İrəvan qalasını almağı təklif
etdi. O yazırdı ki, İrəvana hakim təyin olunmuş Mehdiqulu xanın


149
hərbi qüvvəsi çox zəifdir. Məhəmməd xan eyni zamanda ruslara
müqavimət göstərdiyi üçün üzr istəyərək, sədaqət rəmzi olaraq girov
verməyə hazır olduğunu bildirdi
1
. Lakin cavab gözləyərkən
Məhəmməd xan həbs edilib, İrana göndərildi.
1806-cı ilin əvvəllərində Sisianov İrəvan istiqamətində
hərəkət etməyi qərara aldı. Lakin Bakı qalası yaxınlığında qətlə
yetirilməsi bu tədbirin həyata keçirilməsinə mane oldu.
1806-cı ilin iyun ayında Bakıda öldürülmüş Sisianovun yerinə
İ.V.Qudoviç təyin edildi. Qafqazdakı rus qoşunlarının yeni
komandanlığına tapşırıldı ki, o təkcə rus qoşunlarının Cənubi
Qafqazdakı mövqeyini möhkəmlətməklə kifayətlənməyib,
Azərbaycan xanlıqlarının hamısını zəbt edərək ərazilərini rus
torpaqlarının tərkibinə əlavə etsin.
Lakin çar Rusiyasının Cənubi Qafqaza təcavüz etməsi təkcə
İran və Türkiyənin deyil, Fransa və İngiltərənin də qəti etirazına
səbəb oldu. Həmin dövlətlərin hakim dairələri həm Türkiyə və həm
də İranı öz xarici siyasətlərinin alətinə çevirməklə, onlardan Rusiya
əleyhinə istifadə etməyə çalışırdılar. Napoleon Bonapart ilk növbədə
İngiltərəyə də zərbə endirmək üçün planlar hazırlayırdı. O səy
göstərirdi ki, İngiltərənin Hindistanda mövqeyini zəiflətsin,
Hindistana ən rahat yol Türkiyənin ərazisindən keçdiyi üçün
Napoleon çalışırdı ki, Aralıq dənizinin sərhədlərində və eyni
zamanda Suriya və Misirdə öz nüfuzunu genişləndirsin. Fransa
dövlətinin başçısı həmçinin, istəyirdi ki, İngiltərə və Rusiyanın
İranda və Türkiyədə mövqeyini zəiflətsin.
Napoleonun təzyiqi nəticəsində Türkiyə sultanı Səlim
Rusiyaya düşmən münasibət bəslədi. Türkiyənin Rusiyaya mənfi
münasibəti 1806-cı ilin yayında İstanbulda Napoleonun ən yaxın
1
История XIX века. Под. ред. Лависса и Рамбо, т. II.М., 1937, стр 123-127.


150
adamlarından general Sebastianın gəlməsi ilə daha da gücləndi.
Sebastiana Parisdə tapşırmışdılar ki, İstanbulda olarkən o,
Rusiyanın əleyhinə “Üçlük” ittifaqının (Fransa, Türkiyə, İran)
yaradılmasına nail olsun. Napoleon eyni zamanda çalışırdı ki, türklər
Rusiya gəmilərinin Bosfordan keçməsinin qarşısını alsın Sebastianın
qarşısında duran ən mühüm vəzifə - Türkiyəni Rusiya əleyhinə
müharibəyə qaldırmaq idi.
Tezliklə Fransadan Türkiyəyə əsgərlərə təlim vermək üçün
çoxlu zabit gəldi. Fransız mühəndislərinin rəhbərliyi ilə Türkiyənin
sərhəd bölgələrində hərbi istehkamlar və qalalar inşa olundu. 1806-cı
ilin dekabrında Türkiyənin Rusiyaya müharibə elan etməsi də məhz
fransızların fəaliyyəti ilə bağlıdır.
Sisianovun Bakı qalası ətrafında öldürülməsi və Fransanın
təhriki ilə Osmanlı Türkiyəsinin Rusiya ilə müharibəyə başlaması
Abbas Mirzəni yeni hücumlara ruhlandırdı. O, Rusiyanın iki cəbhədə
- həm İran və həm də Türkiyə ilə - çətinliklə müharibə apara
biləcəyinə ümid bəsləyərək, mayın sonlarında on minlik sərbazla
Qarabağ xanlığının ərazisinə soxularaq Şuşa qalası istiqamətində
hərəkət etdi. Eyni zamanda rusların hakimiyyəti ilə razılaşmayan II
İraklinin oölanlarından biri – şahzadə Aleksandr yeddi minlik
qoşunla Qazağa basqın etdi.
Türkiyə ilə müharibə Rusiyanın Cənubi Qafqazda vəziyyətini
xeyli ağırlaşdırdı. Rusiya iki cəbhədə müharibə aparmaqdan çətinlik
çəkirdi. Vəziyyəti yüngülləşdirmək məqsədilə Qudoviç İranla
danışıqlar aparmaq təşəbbüsündə oldu. O, danışıqlar aparmaq üçün
İrana kapitan Stepanovu göndərdi. Qudoviçin təklifinə görə Rusiya
ilə İran arasında sərhəd İrəvan xanlığı da daxil olmaqla, Kür və Araz
çaylarından keçməli idi.
Lakin İranda olan Fransa diplomatları danışıqları pozdu.
Rusların səyinin əksinə olaraq Fransa İranla danışıqlar aparıb, 1807-


151
ci il mayın 4-də hər iki dövlət arasında müqavilə bağlanılmasına nail
oldu.
Həmin müqavilənin şərtlərinə əsasən Fransa İranın ərazisini
qorumağı, Gürcüstanın İrana tabe olmasına nail olmağı, habelə
Gürcüstanı ruslardan “təmizləməyi” öhdəsinə götürdü. Fransa
həmçinin İranı silahla təmin etməyə və qoşunu yenidə
n qurmağa söz
verdi.
İran İngiltərə ilə hər hansı münasibəti pozmağa və Fars
körfəzi vasitəsilə fransız qoşunlarının Hindistana getmələri üçün
şərait yaradacağına boyun oldu
1
Fransa – İran müqaviləsi bağlandıqdan sonra, 1807-ci ildə
İrana Fransadan general Qardanın başçılığı altında bir dəstə
mühəndis gəldi. Onlardan bir qismi şahın xahişi ilə İrəvana gələrək
qalanın müdafiə qabiliyyətini möhkəmlətməyə başladı. Bu barədə
general Qudoviç yazırdı: “İrəvan qalası Avropa hərbi qaydaları üzrə
möhkəmlənmiş, iki divarı, xəndəyi və torpaqdan düzəldilmiş səddi
var. Təpənin üstünə əvvəllər burada yerli hərbiçilər tərəfindən tətbiq
edilməyən Kirteçlə işləyən toplar qoyulmuşdur. İrəvanlılar fuqas
bombalardan istifadə edidilər ki, bu da fransız mühəndislərinin
fəaliyyətinin bəhrəsidir”
2
.
Maraqlıdır ki, Tilzit müqaviləsi imzalandıqdan sonra da
Fransa İrana rusların əleyhinə kömək etməkdən əl çəkmədi. Rus
tarixçisi M.S.İvanovun fikrincə, 1807-ci ilin iyul ayında Fransa ilə
Rusiya arasında bağlanan müqavilədən sonra Fransa bir daha İrana
hərbi kömək etmədi
3
. Lakin hadisələrin gedişi göstərdi ki, Fransa
Rusiya ilə müqavilə bağlamaqla, riyakarlıqla Rusiyanın hakim
dairələrini yalnız arxayınlaşdırmağa çalışırdı.
1
Дипломатический словарь, т. I, М., 1948, стр. 696-697.
2
AKAK, III c., səh. 254.
3
М.С.Иванов. Очерк истории Ирана. М., 1952, стр. 132.


152
Tezliklə Qardanın Rusiya əleyhinə apardığı təbliğat və onun
bu sahədəki fəaliyyəti heç kəsə sirr olmadı. Qudoviçin mərkəzə
göndərdiyi məktublarının birində deyilirdi: “Fransanın İrandakı
nümayəndələri bizimlə dostluq müqaviləsinin bağlanılmasına
baxmayaraq, hazırda mənim İranla münasibətlərimə maneçilik
törədir... Onlar Babı xanı (Fətəli şah) inandırmağa çalışırlar ki, nə
istəsələr ona nail ola bilərlər. Mən qoşunlarımla Pəmbək
istiqamətində hərəkət edərkən və İrəvan sərhədlərinə yaxınlaşmazdan
əvvəl onlar fransız mühəndis zabitlərindən Verds və başqalarını
İrəvan qalası və “Üç kilsə” monastırını möhkəmləndirmək üçün
göndərmişdilər”
1
.
Digər məktubunda Qudoviç bildirir ki, fransızlar məndən
İrəvan vilayətini tərk etməyi tələb edirlər, halbuki bu yerlərə mən
silah gücü ilə sahib olmuşam
2
. Rus qoşunlarının İrəvan bölgəsini tərk
etməsi tələbi ilə Qudoviçin düşərgəsinə hətta Latar adlı diplomat da
göndərilmişdi. Lakin Qudoviç Rusiya ilə Fransa arasında “dostluq”
müqaviləsinə əsaslanaraq, heç bir vəd vermədən Latarı geri
göndərmişdir.
Fransa və İran dövlətlərinin yaxınlaşdığı bir dövrdə Qudoviçə
mərkəzdən göstəriş verildi ki, Cənubi Qafqazdan Türkiyənin
əleyhinə hərbi əməliyyətə başlasın. Bu ona görə idi ki, Türkiyə
qoşunlarının Dunay cəbhəsinə
çıxmağa imkanı olmasın.
Rus dövləti Cənubi Qafqazda Türkiyənin əleyhinə hərbi
əməliyyatını Gümrü və Arpa bölgələrində genişlə
ndirirdi.
General Qudoviç əsas qüvvələri ilə Axalkalaki istiqamətində
hərəkət etdiyi halda, general Nesvetayev 1807-ci il aprelin 7-də öz
döyüşçüləri ilə Arpa çayı keçərək Qars şəhərini zəbt etmək üçün
1
MDHTA, f. VUA, 4265-ci sənəd, vər. 17-18.
2
Gürcüstan Respublikası MDTA, 8-ci fond, 168-ci sənəd, vər. 60-72.


153
Fəaliyyətə başladı
1
.Az sonra Qudoviçin qoşunları ilə Nesvetayevin
döyüşçüləri birləşdi. Türk əsgərləri də həmin istiqamətdə hərəkət
etdilər. Tezliklə, Abbas Mirzə də İran sərbazları ilə onun köməyinə
gəldi. 1807-ci ilin iyunun 18-də Arpa çayının sahilindəki Kiçik
Qarkilsə kəndində rəqiblər toqquşdular. Döyüş rus soldatlarının
qələbəsi ilə bitdi
2
. Abbas Mirzə vaxt itirmədən sərbazları ilə
Naxçıvana çəkildi.
Bu hadisədən sonra Türkiyə Rusiya ilə müvəqqəti sülh
bağlamağa məcbur oldu. Lakin nə Fransa və nə də İngiltərə
Türkiyədə Rusiya əleyhinə təbliğat aparmaqdan əl çəkmədilər.
Fransa və İngiltərə diplomatlarının canfəşanlıqlarına baxmayaraq,
Rusiyanın hakim dairələri İran və Türkiyə ilə sülh bağlamağa
çalışırdı. Bu məqsədlə Qudoviç rus ordusunun zabitlərindən Baron
Vredeni İrana göndərdi. Qudoviçin İran şahına təklifi əsasən,
aşağıdakılardan ibarət idi: Rusiya Baba xanı (Fətəli şahı) rəsmi
olaraq İranın şahı kimi tanıyacaq, İran öz növbəsində İrəvan və
Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğal olunacağına etiraz
etməyəcəkdir
3
.
Cənubi Qafqazdan əl çəkmək istəməyən İran Rusiyanın
təklifini qəbul etmədi. Bu isə öz növbəsində rus qoşunlarının İrəvan
üzərinə 1808-ci ilin baharında yeni hücumunun bərpa olunması ilə
nəticələndi. Əslində İran dövlətinin rədd cavabı rus komandanlığının
hərbi əməliyyata əl atmalarına bir bəhanə oldu. Ruslar uzun müddət
idi ki, ciddi döyüş aparmaq üçün hazırlıq görürdü. İrəvan xanlığı
sərhədində yerləşən rusqoşunları Pəmbəkdəki Qarakilsə, habelə
Dərbas, Hamamlı, Xəzərabad, Gümrü kimi yerlərdə istehkamlar inşa
1
MDHTA, f. VUA, 4259-ci sənəd, III hissə, vər. 108-109.
2
AKAK, III c., 810-cu sənəd.
3
MDHTA, f. VUA, 4258-ci sənəd, (V) hissə, vər 279.


154
etmişdilər. Bu istehkamların vəzifəsi İrəvan, Qars və Axalsix
tərəfdən İran və Türkiyə qoşunlarının gözlənilməz basqınlarının
qarşısını almaqdan ibarət idi.
1808-ci il sentyabrın əvvəllərində Qudoviç Pəmbəkdən
çıxaraq altı minlik qoşun və 12 top ilə İrəvan istiqamətində hərəkət
etdi
1
. Bu yürüşdə rus qoşunlarının tərkibində 500 nəfərdən ibarət
erməni süvarilə
ri iştrak edirdi.
Beləliklə, rus komandanlığı İrəvan üzərinə ikinci dəfə yürüş
etməli oldu.
İrəvan istiqamətində hərəkət edən Qudoviç, Qarabağda xüsusi
dəstə ilə yerləşən general – mayor Nebolsinə göstəriş verdi ki, o da
öz qoşunlarını Naxçıvana yeritsin. Nebolsin Naxçıvanı işğal etməli
və beləliklə də, İran tərəfdən İrəvanı müdafiə etməyə gələn hərbi
qüvvələrin qarşısını almalı idi
2
.
Rus qoşunlarının hərəkəti İrəvanın yeni sərdarı Hüseynqulu
xanı xeyli narahat etdi. O, təcili surətdə dəstələri ilə Aparana gedib
rus qoşunlarının qarşısını almağı qərara aldı. 1808-ci il sentyabrın
26-da baş verən toqquşma zamanı İrəvandan gələn döyüşçülər
məğlub olub geri çəkildilər
3
. Ertəsi günü şəxsən Qudoviçin başçılıq
etdiyi rus qoşunlarının bir dəstəsi asanlıqla “Üç kilsə” monastırını
işğal edərək, İrəvan yaxınlığındakı Qarabağ kəndində düşərgə
salmağa müvəffəq oldu. Belə olduqda, sərdar Hüseynqulu xan
qardaşı Həsən xanın komandası altında qalada iki minlik qarnizon
qoyaraq, özü beş min döyüşçü ilə qaladan çıxaraq, Heydər çay
sahilində düşərgə
saldı.
Qudoviçin əmrinə əsasən general – mayor Portnyagin İrəvan
1
В.Потто. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях, т.
I, в. I, стр. 412
2
MDHTA, f. VUA, 4265-ci sənəd, vər. 4-16.
3
Yenə orada.


155
xanı Hüseynqulu xanı təqib etməklə onun başını qatışdırdı, özü isə
rəhbərlik etdiyi korpusla İrəvan qalasına yaxınlaşaraq şəhəri
mühasirəyə
aldı.
Həmin vaxtdan etibarən Hüseynqulu xan bir neçə dəfə öz
düşərgəsindən İrəvan istiqamətinə qoşun göndərərək düşmənin
fikrini dağıtmağa və bundan istifadə edərək, qalaya daxil olmağa səy
göstərdi. Lakin bundan xəbər tutan Qudoviç Hüseynqulu xanın
planlarını alt – üst etdi
1
. Onun podpolkovnik Podlustskinin başçılığı
altında göndərdiyi döyüşçülərlə savaşda irəvanlılar məğlubiyyətə
uğradılar.
Bu qələbədən sonra Qudoviç bir neçə dəfə İrəvan sərdarının
qardaşı Həsən xana təklif etdi ki, qalanı ruslara təhvil versin, lakin
hər dəfə Qudoviç rədd cavabı aldı. Qudoviçin təkliflərinə cavab
olaraq Həsən xan qalanın müdafiə qabiliyyətini daha da
möhkəmləndirdi.
Qudoviç İrəvan qalasını mühasirədə saxladığı müddətdə
general Nebolsin döyüşçüləri ilə Qarabağdan Naxçıvana hərəkət
edərək, 1808-ci il oktyabrın 28-də Qaradibi adlanan kəndin
yaxınlığında Abbas Mirzənin qoşunlarını darmadağın etdi. Bu
qələbədən sonra Naxçıvana hərəkət etmək büsbütün asanlaşdı
2
. Üç
gündən sonra Nebolsinin qoşunları heç bir müqavimətə rast
gəlmədən Naxçıvan qalasına daxil oldular.
İrəvan qalasının yenidən rus qoşunları tərəfindən mühasirəyə
alınması və Naxçıvanın rusların əlinə keçməsi İranın hakim
dairələrinin təşvişinə səbəb oldu. İran höküməti kömək almaq üçün
Yenidən Fransanın səfiri Qardana müraciət etdi. Lakin İranın
xahişinə əməl edilmə
di.
1
Yenə orada, 4265-ci sənəd, vər. 4-16.
2
Yenə orada, 4266- cı sənəd, vər. 1-2.


156
İran və İrəvan xanlığında rus qoşunlarının qələbəsindən sonra
yaranan çaxnaşma və təşvişə baxmayaraq, Qudoviç hücuma
keçməkdənsə hələ də Həsən xanla məktublaşır və ona İrəvan qalasını
təhvil verməsini təklif edirdi. Bundan istifadə edən Həsən xan rədd
cavabı verməklə qalanın müdafiəsini daha da möhkəmləndirdi
1
.
Qudoviç qışın yaxınlaşmasını, qoşunların ərzağının və hərbi sursatın
qurtarmasını nəzərə almamışdı. Qışın vaxtından əvvəl gəlməsi rus
qoşunlarının Tiflislə əlaqəsini kəsdi. Bu isə İrəvanı mühasirədə
saxlayan döyüşçülərin vəziyyətini daha da pislə
şdirdi.
Yalnız 1808-ci il noyabrın 17-də Qudoviç İrəvanı hücumla
almaq barədə əmr verdi. Lakin rus qoşunları irəvanlıların ciddi
müqavimətinə rast gəldilər. Şəhərə daxil ola bilməyəcəyinə əmin
olan Qudoviç mühasirə və hücumdan əl çəkib Tiflisə qayıtmaq
haqqında əmr verdi. Dekabrın 1-də general Nebolsində Naxçıvanı
tərk edərək Q
arabağa qayıtmalı oldu.
Beləliklə, rus qoşunlarının İrəvan üzərinə ikinci yürüşünün
uğursuzluğu Rus hökümətini məcbur etdi ki, Qafqazdakı ali baş
komandanı – Qudoviçi vəzifədən azad etsin. Tezliklə onun yerinə
vəzifəyə general Tormosov tə
yin olundu.
Həmin dövrdən etibarən İranın xarici siyasətində
fəaliyyətlərini genişləndirən ingilislər, demək olar ki, fransızları bu
bölgədən sıxışdırmağa nail oldular. 1809-cu il fevralın 13-də general
Qardan Tehranı tərk etməli oldu. Ertəsi gün Tehrana ingilis səfiri
Cons varid oldu. Həmin vaxtdan başlayaraq ingilislər İran
qoşunlarının yenidən təşkil olunmasında fəal iştirak etməyə
başladılar
2
.
İngilis hərbi mütəxəssislərinin bir dəstəsi də Türkiyə
1
MDHTA, f. VUA, 4266- cı sənəd, vər. 1-2.
2
AKAK, IV c., səh. 756.


157
ərazisindən İrəvana gəldi. Onların əsas məqsədi Rusiyanın əleyhinə
təxribat aparmaqdan ibarət idi.
İngilislərin təhriki ilə İrəvan sərdarı Hüseynqulu xan 20
minlik qoşunla Türkiyənin ərazisindən Gürcüstana hücum etmək
təşəbbüsündə oldu. Lakin onun səyi uğursuzluqla nəticələ
ndi.
İranla müharibə vəziyyətində olan Rusiya üçün eyni
zamanda, Osmanlı Türkiyəsi ilə savaşmaq çox ağır idi. Odur ki,
Rusiya höküməti ilk növbədə İranla saziş bağlamağı qərara aldı.
Danışıqların Əsgəran qalasında aparılması müəyyən edildi.
Danışıqlarda Rusiya tərəfindən general Tormosov, İran tərəfindən isə
şahzadə Abbas Mirzənin vəziri Mirzə Bozorq iştirak etdilər. Bir neçə
gün davam edən danışıqlar heç bir nəticə vermədi.
Lakin 1810 –cu ildə bərpa olunan hərbi əməliyyatlar
nəticəsində rus qoşunların qələbəsi İran dövlətini yenidən
danışıqlara
qaytardı.
Rusiya əvvəlcə 1812-ci il mayın 16-da Buxarestdə Türkiyə
1
ilə, 1813- cü ildə Gülüstanda İran ilə sülh bağlamağa məcbur oldu.
Həmin dövrdə Napoleon qoşunları üzərində qələbə çaldıqdan sonra
beynəlxalq aləmdə Rusiyanın nüfuzu xeyli artmışdı. Ona görə də
Gülüstanda bağlanılan sülhün əsas şərtlərini də məhz Rusiya
diplomatları diktə etdilər
2
.
Həmin müqavilənin şərtlərinə əsasən, Naxçıvan və İrəvan
xanlıqları istisna olunmaqla, Azərbaycanın şimalında yerləşən və rus
qoşunları tərəfindən işğal edilən bütün xanlıqlar və sultanlıqlar rəsmi
olaraq Rusiyanın, ölkənin cənubundakı xanlıqlar, habelə XVIII əsrin
20-ci illərində zəbt olunmuş Naxçıvan və İrəvan xanlıqları İranın
1
Bu barədə daha ətraflı b a x: H.Sadıqov. Rusiya –Türkiyə münasibətlərində Cənubi Qafqaz
problemi (1787-1829-cu illər). Bakı, 1991, səh. 94- 108.
2
Т.Юзефович. Договоры России с Востоком, политические и торговые. СПб., стр.
208-214.


158
torpaqları hesab e
dildi.
Beləliklə, 1813-cü ilin oktyabrında tarixin ədalətsiz
hökmlərindən biri də verildi: Azərbaycan xalqa iki, nisbətən qüvvətli
dövlətlər arasında bölündü.
Yeri gəlmişkən qeyd etməliyik ki, I Rusiya – İran müharibəsi
zamanı, xüsusilə qanlı döyüşlər İrəvan bölgəsində gedərkən rus
qoşunlarına səfərbər edilmiş və həmçinin könüllü erməni döyüşçüləri
də kömək edirdilər. Onlar xüsusi ilə 1804-cü və 1808-ci illərdə
İrəvan üzərinə rus qoşunlarının etdikləri birinci və ikinci yürüş
zamanı daha artıq fəallıq göstərmiş, rus ordusuna təkcə qoşun, silahla
deyil, həmçinin sursat və ərzaqla da təmin edirdilər. Lakin
ermənilərin səyinə baxmayaraq, hər dəfə rus ordusunun hücumu
uğursuzluqla nəticələnmişdir.
Vəziyyətin belə şəkil alması bir fikri irəli sürməyə əsas verir:
həmin dövrdə İrəvan şəhərində ya ermənilər yaşamamış və yaxud o
qədər az olmuşlar ki, onlar heç bir ictimai qüvvə təşkil edə
bilməmişlər. Odur ki, ermənilər rusların köməyilə İrəvana soxulub
buranı özləri üçün istinadgaha çevirməyə çalışmışlar.
Təəssüflə qeyd etməliyik ki, nəhayət, ermənilər tarixən
Azərbaycan şəhəri olan – Rəvanı – İrəvanı Rusiyanın köməyi ilə
erməniləşdirməyə
nail oldular.
I Rusiya – İran müharibəsində məğlub olan İranı, onun
müttəfiqi İngiltərə tək qoymadı. Çox keçmədi ki, 1814-cü il noyabrın
25-də İngiltərə İranda saziş imzaladı. Həmin müqaviləyə əsasən, İran
İngiltərə ilə rəqabət aparan və düşmənçılık edən hər hansı bir
dövlətlə əlaqəsini kəsməli, Hindistana basqın etmək istəyən
dövlətlərə müharibə elan etməli, Xarəzm, Buxara, Səmərqənd
hakimlərinə öz ərazilərindən Hindistana qoşun çıxartmaq istəyən
dövlətlərə icazə verməmələrinə nail olmalı, İrana yalnız İngiltərədən
hərbi mütəxəssislər dəvət olunmalı idilər. Bunun əvəzində İngiltərə


159
İrana istənilən qədər pul və silah verəcəyinə boyun oldu.
1814-cü il İngiltərə - İran müqaviləsi, eyni zamanda Gülüstan
müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb edirdi. Bu
münasibətlə İran dövləti ingilis hərbi mütəxəssislərinin köməyi ilə
ordusunu təzələdi. Gülüstan müqaviləsindən təqribən dörd il
keçdikdən sonra ordusunun yenidən müharibə aparmağa tam qadir
olduğunu güman edən İran şahı öz nümayəndəsini Peterburqa
göndərərək, Rusiyadan Talış xanlığını və Muğanı tələb edib, rəsmi
şəkildə bildirdi ki, Gülüstan müqaviləsinin şərtlərini yenidən
nəzərdən keçirməyin vaxtı gə
lib çatmışdır.
İranın ingilislərin fitnəsi ilə hərəkət etməsindən xəbər tutan
Rusiya hökuməti nəyin bahasına olursa olsun, İrandakı rəqiblərinin
mövqeyini zəiflətməyə və ingilislərin İrandakı həm siyasi və həm də
iqtisadi nüfuzunu heçə endirməyə çalışırdı. Lakin Fransa ilə apardığı
qanlı müharibədən (1812) sonra İngiltərənin müdafiə etdiyi İran və
eləcə də Türkiyə ilə yenidən müharibə aparmağı arzulamayan Rusiya
dövləti, mövcud ixtilafları sülh yolu ilə tənzimləməyi daha üstün
tuturdu. Bu məqsədlə də 1817 –ci ilin aprelində I Aleksandr general
Yermolovun başçılığı altında İrana öz nümayəndəliyini göndərdi.
Təqribən bir il əvvəl imperatorun Yermolova verdiyi təlimatda (16
iyul1816-cı il) deyilirdi ki, İngiltərə hamıdan artıq İranı öz təsiri
altına almağa çalışır. İmperator I Aleksandr daha sonra yazırdı ki,
ingilislərin İranda nüfuzunun artması Rusiya üçün ağır zərbədir.
Yermolov Gülüstan müqaviləsinin şərtlərindən istifadə edərək
Rusiyanın İranda mövqeyini möhkəmlətməyə çalışmalıdır
1
.
Lakin İranda özlərinə isti yurd salmış ingilis diplomatları,
İranın hakim dairələri Yermolov İrana gələrkən onu çox soyuq
qarşıladılar. Şahın sarayında aparılan danışıqlar ingilis
1
AKAK,VII c., səh. 667.


160
diplomatlarının təxribatçılığı üzündən heç bir nəticə vermədi.
İngilislər həmçinin çalışırdılar ki, rusların İranda fəaliyyətinə
son qoyaraq hər iki dövləti – İran və Rusiyanı yenidən
savaşdırsınlar
1
.Rusiyanın əleyhinə təbliğat aparan ingilis diplomatları
İrəvan xanlığında da bəd əməllərindən əl çəkmirdilər. Bu barədə
Rusiyanın məşhur yazarı, XIX əsrin əvvəllərində diplomatik
fəaliyyətlə də məşğul olan A.S.Qriboyedov yazırdı ki, İrəvan
şəhərindəki ingilislər xanlığın bütün işlərinə müdaxilə edir, hər şeylə
maraqlanır, özlərini ağa kimi aparırlar
2
.
İngilislərin iştirakı ilə Tehranda tərtib olunan plana görə
Rusiya ilə yenidən aparılan müharibədə İran qoşunları tədricən
Qarabağ xanlığına doğru irəliləməli, Şuşa qalasını, sonra isə Tiflis
istiqamətində hərəkət etmək üçün Gəncəni tutmalı idilər.
İrəvan sərdarı Hüseynqulu xan isə Şuragəl və Pəmbəkə
hərəkət edib, orada şərqdən Abbas Mirzənin ümumi hücumunu
gözləməli idi. Abbas Mirzə Şuşanı tutduqdan sonra onlar
birləşməliydilər. Gürcü şahzadəsi Aleksandr isə Qacar ordusu ilə
Kaxetiyaya hücum edib şimali – şərqdən Tiflisə yaxınlaşaraq
birləşib, ümumi qüvvə ilə hücuma keçməli idilər. Sol cinah
istiqamətində vəziyyət daha ciddi və mürəkkəb idi. Bu istiqamətdə
başlıca olaraq İrana qaçmış Şimali Azərbaycan xanları hərəkət etməli
idilər. Mir Həsən xan və Surxay xan Talış xanlığını və Salyanı,
Hüseynqulu xan Bakını, Böyük xan və Hüseyn xan isə Quba,
Dərbənd istiqamətində hərəkət edib bu yerləri ələ keçirməli idi.
Bu plan əsasında Qacar qoşunları iyulun 16-da hərbi
əməliyyata başladılar. Onların əsas qüvvələri Cənubi Qafqaz
sərhədinə yaxın yerlərdə Xoy - Ərdəbil – Təbriz xətti üzrə 600 km
1
Yenə orada, VI c., II hissə, səh. 125.
2
Г.Ахундов. Русско- Иранская война 1826-1828 гг. // AMEA Tarix İnstitutunun Elmi
Arxivi, sənəd 1771, səh. 104.


161
uzunluqda geniş cəbhədə hücuma keçdilər
1
. I Rusiya – İran
müharibəsində olduğu kimi, bu dəfə də Azərbaycanın ərazisi
işğalçıların döyüş meydanına çevrilərək dağıntıya mə
ruz qaldı.
1826-cı il iyulun 16-da sərdar Hüseyn xanın atlıları,
sərbazlardan ibarət möhkəmlənmiş batalyonlar İrəvan tərəfdən rus
sərhədlərinə hərəkət etdilər. İyulun 18-də isə Abbas Mirzənin
komandanlığı altında 60 minlik ordu (bəzi mənbələrdə 80 min)
Şimali Azərbaycana soxuldu.
Müharibənin ilk günlərində İran ordusu Şimali Azərbaycanın
içərilərinə, hətta Şamxora qədər gəlib çıxsa da rus döyüşçülərinin
güclü təzyiqi altında tezliklə geri çəkilməyə məcbur oldu. 1827-ci
ilin əvvəli üçün, demək olar ki, Şimali Azərbaycanın bütün əyalətləri
İran ordusundan təmizləndi
2
.
Rus ordusunun müharibənin ilk çağlarında qazandığı qələbə
İrəvan və eləcə də Naxçıvan xanlıqlarının müqəddəratında
əhəmiyyətli rol oynadı. Məlum olduğu kimi, Gülüstan müqaviləsinin
şərtlərinə görə bu xanlıqlar İranın hakimiyyəti altına düşmüşdülər.
Onu da qeyd etməliyik ki, müharibə başlar – başlamaz imperator I
Nikolay Cənubi Qafqazda rus qoşunlarının baş komandanı
Yermolovu İvan Fyodoroviç Paskeviçlə əvəz etdi. General –
adyutant İ.F.Paskeviç komandanlığı, 1827-ci il mart ayının 29-da
xüsusi Qafqaz korpusunun komandan heyətini qəbul etdi
3
.
Naxçıvan və İrəvan xanlıqları uğrunda gedən döyüşlərin ilk
mərhələsi rus ordusu üçün müvəffəqiyyətsizliklə nəticələndi. Abbas
Mirzə tərəfindən İrəvan qalasında saxlanılmış qarnizon daha güclü
1
Г.Ахундов. Русско- Иранская война 1826-1828 гг. // AMEA Tarix İnstitutunun Elmi
Arxivi, sənəd 1771, səh. 106.
2
Hacı Murad İbrahimbəyli. Göstərilən əsəri, səh 198.
3
Подробное описание Персии и государств Кабула, Сеистана, Синда, Бальха,
Белуджистана земли Хорасана, также Грузии и персидских провинций,
присоединениях к России, ч. III, М., 1829, стр. 26.


162
müqavimət göstərirdi. Döyüşlərin ilk mərhələsində Paskeviç heç bir
müvəffəqiyyət qazana bilmədi. Ona görə ki, bir tərəfdən şah İrəvanda
ingilis silahı ilə silahlanmış qarnizon saxlamışdı, digər tərəfdən isə
rus ordusunun arxasında soyğunçuluqla məşğul olan kürd tayfaları,
komandanlığın diqqətini yayındırırdı. Həmçinin iqlimin sərtliyi də
rus əsgərlərinə mənfi tə
sir edirdi.
Yuxarıda deyilən vəziyyəti nəzərə alaraq, general-adyutant
Paskeviç İrəvan qalasının mühasirəsindən müvəqqəti olaraq əl çəkdi
və əsas gücünü səfərbər edərək Naxçıvan istiqamətində hücuma
keçdi. İrəvan xanlığı ilə Türkiyə arasında əlaqəni kəsmək və buna
imkan verməmək üçün Paskeviç general-leytenant Krassovskinin
hissəsini burada saxladı. Krassovski həm İran ordusunun İrəvan
qalasında, Sərdarabadda və “Üç kilsə” monastırı ətrafinda hərəkətini
izləməli, həm də Araz çayı sahillərinə, nəzarət etməli idi
1
. Onun
sərəncamında yenicə Rusiyadan gətirilmiş 3000 soldat saxlanılmışdı.
Xüsusi Qafqaz korpusunun 20-ci diviziyasına məxsus olan
soldatların lazımi döyüş təcrübələri də yox idi. Məhz buna görə də
onlar qarşıda duran vəzifənin öhdəsindən gələ bilmədilər. General –
adyutant Paskeviç əsas qüvvələrlə Naxçıvan istiqamətində getdikdən
sonra İrəvan qalasında olan İran qarnizonu hücuma keçərək
Krassovskinin qüvvələrinə güclü zərbə endirdi. Bu hadisədən xəbər
tutan Paskeviç, öz qüvvələrinin bir hissəsini Krassovskiyə köməyə
göndərməyə məcbur oldu. Naxçıvan istiqamətində əməliyyat aparan
general – leytenant knyaz Eristovun komandanlığı altında olan rus
döyüşçüləri Araz çayı üzərində olan keçidi tutmalı, Abbas Mirzənin
qüvvələrini Naxçıvana və ya Abbasabad qalasına buraxmamalı idilə
r.
İrəvan istiqamətində hərəkət edən orduya isə general-
1
П.Зубов. Картина последней войны России с Персией, стр. 50.


163
adyutant Benkendorf komandanlıq edirdi. Rus ordusunun keçdiyi
yerlərin əhalisi, hətta feodallar, sərbazların əlindən cana gəldikləri
üçün Rus dövlətinin təbəəliyini qəbul etməyə hazır olduqlarını
bildirirdilər. Həmin məsələ ilə əlaqədar mənbədə oxuyuruq: “Aprel
ayının 30-da Kəlbalı Sultan general- adyutant Benkendorfun yanına
gələrək 300 ailədən ibarət Vedi kəndinin əlahəzrət imperatorunun
himayəsinə qəbul edilməsini xahiş etdi. Çünki Vedi kənd əhalisinin
Arazın o tayına köçürülməsi təhlükəsi yaranmışdı”
1
.Tezliklə rus
komandanlığı məlumat aldı ki, Aslan Sultan bu təhlükəni nəzərə
alaraq öz adamları ilə birlikdə Göyçə gölü yaxınlığında Həsən qalada
möhkəmlənmişdir
2
.Yeri gəlmişkən qeyd etməliyik ki, İran
hökmdarları həmişə əhalini İranın daxili yerlərinə köçürməyə
çalışırdılar. Lakin İran işğalçılarının belə təşəbbüsü çox zaman baş
tutmurdu. Müasirlərdən biri yazırdı: “Nağı xan və vəkil İsmayıl ağa
Ararat dağları yaxınlığında olan qarağlılara (qarapapaqçılara)
naxçıvanlılarla birlikdə İrana köçürülməkdən ehtiyat etdikləri üçün
müqavimət göstərməyə hazırdırlar”
3
. Onların əksəriyyətinin yeməyə
çörəyi yox idi, yalnız süd və pendirlə qidalanırdılar. Buna
baxmayaraq, onlar müqavimət göstərir və doğma yurdlarından
uzaqlaşmaq istəmirdilər. Göründüyü kimi, II Rusiya-İran müharibəsi
dövründə yerli əhali nizami orduya qoşulmaqla istər-istəməz rus
o
rdusunun gücünü artırırdı
.
Rus ordusunun yeni qüvvələrinin
yaxınlaşması ilə əlaqədar İrəvan qarnizonu qalaya çəkilməyə məcbur
oldu. İrəvan qalası yenidən mühasirəyə alındı. Paskeviçin
komandanlığı altında olan hissələr isə, qısa fasilədən sonra Naxçıvan
istiqamətində hərəkət etməyə başladı.
1
İranın ətraflı təsviri, səh. 32.
2
Yenə orada.
3
İranın ətraflı təsviri, səh. 32.


164
Rus ordusunun hərəkəti çox çətin bir şəraitdə davam edirdi.
Belə ki, bir tərəfdən dəhşətli istilər, digər tərəfdən isə ordunun
keçdiyi yolların çətinliyi rus ordusunun normal hərəkətinə maneçilik
törədirdi.
Rus ordusunun keçdiyi ərazidə yaşayan əhalinin bir qismi
əvvəlcədən zorla Arazın o tayına köçürülmüşdür
1
. Ona görə də bu
yerlərdə ərzaq çatışmırdı. Yayın isti keçməsinə, ərzağın və yemin
çatışmamasına baxmayaraq general-adyutant Paskeviçin
komandanlığı altında yorğun, taqətdən düşmüş, lakin qarət və yeni
torpaqlar əldə etmək hərisliyi rus soldatlarını altı günə Naxçıvana
çatdırdı. Rus qoşunları hərəkət etdikləri zaman yolda düşmənlə
qarşılaşmadılar. Yalnız Naxçıvan qalası yaxınlığında Həsən xanın və
Nağı xanın komandanlığı altında olan İran süvariləri ilə rastlaşdılar.
Knyaz Eristovun komandanlığı altında rus döyüşçüləri hücuma
keçərək İran süvarilərini geri oturmağa məcbur etdilər.
Darmadağın olmuş İran süvariləri qalada gizlənməyə macal
tapmayıb Naxçıvan xanlığının sərhədini tərk etdilər. Nəticədə 1827-
ci il iyun ayının 26-da rus qoşunları Naxçıvana daxil oldular
2
.
Rus qoşunlarının bir güllə belə atmadan şəhərə daxil
olduqlarından, yaxın kəndlərin 2000 ailədən artıq əhalisi Rusiyanın
tabeliyində olmaq istədiyini bildirdi. İran sərbazlarından fərqli olaraq
rus komandanlığı ilk vaxtlarda yerlərdə soyğunçuluğa və dağıntıya
yol vermədilər. Təkcə bu faktı göstərmək kifayətdir ki, qələbə zəfəri
ilə Naxçıvana daxil olmuş rus ordusunun komandanlığı 1000 başa
qədər iribuynuzlu heyvanı əhalidən pul ilə aldı. Bundan sonra əhali
də qalaya gələrək ehtiyat etmədən soldatlara pul ilə ərzaq məhsulları
satdılar. Halbuki, İran sərbazları yalnız yerli əhalini qarət etmə
k
1
AKAK, VII c., 512-ci sənəd.
2
Azərbaycan tarixi, 3 cilddə, II c., səh. 40.


165
hesabına dolanırdılar
.
Rus qoşunları qalanı tutduqdan sonra, Abbas Mirzə danışıqlar
aparmaq məqsədi ilə Nəcəf Əli Soltan Əşrəfi general-adyutant
Paskeviçin yanına göndərdi. Danışıq zamanı Nəcəf Əli Soltan Əşrəfə
bildirdi ki, Gülüstan müqaviləsinə görə Rusiya dövlətinin tərkibinə
keçmiş Lənkəranı Rusiyaya “güzəşt” etməyə razıdır. Lakin
danışıqların gedişindən məlum olur ki, Əşrəfin əsas məqsədi daha
çox casuslarla əlaqədar məsələlərlə bağlı olmuşdur. O, əsasən rus
ordusunun sayı və vəziyyəti ilə maraqlanır, bu kimi məlumatlar
toplamağa çalışırdı. Odur ki, barışmaq haqqında danışıqlar baş
tutmadı və müharibə davam etdi
1
.
Paskeviç qoşunlarının müəyyən hissəsini Naxçıvanda
saxlayaraq əsas qüvvələrini Abbasabad qalası üzərinə yeritdi. Bu
qala Naxçıvanın cənub-qərbindən 10 kilometr məsafədə yerləşirdi.
Abbasabad qalası Araz çayı üzərində olan keçidin qorunmasını təmin
etməklə yanaşı, həm də Cənubi Azərbaycana gedən yolun üstündə
idi. İran tarixçisi Mirzə Məhəmməd Tağı xan yazırdı ki, general
Paskeviçi Abbasabad qalasına Kəlbəli xanın oğlu Ehsan xan dəvət
etmişdir
2
.
Tədqiq olunan dövrdə rusların xidmətində olan Azərbaycan
tarixçisi Mirzə Adıgözəl bəy yazırdı: “Həmin dövrdə Abbasabad
qalasını qoruyan və müdafiə edən naxçıvanlı Ehsan xan... mənim
yanıma aşağıdakı xahişlə adam göndərdi: ”Knyaza xəbər verir ki,
bizə doğru hərəkət etsin. O gələn kimi qalanı ona təslim edəcəyəm”
3
.
Sözsüz ki, Abbasabad qalasının verilməsində Ehsan xanın rolu
olmuşdur. Məlumdur ki, rus komandanlığı qalanı tutmaq üçün xüsusi
plan hazırlamışdı. 1827-ci il iyul ayının 1-dən 2-nə keçən gecə rus
1
B.P.Balayan. Göstərilən əsəri, səh. 157.
2
Mirzə Məhəmməd Tağı xan . Nasih üt – təvarix. Tehran, 1359 h., I c., səh. 201-202.
3
Mirzə Adıgözəl bəy. Göstərilən əsəri, səh. 124; Azərbaycan tarixi, II c., səh. 40.


166
ordusu Abbasabad qalasını işğal etdi.
İran sərbazları üzərində bir neçə qələbə qazandıqdan sonra
İ.F.Paskeviç İran ordusunun cəbbəxanasını – Təbriz şəhərini işğal
etməyi qərara aldı. Lakin çoxsaylı düşmən qüvvəsi cəmləşmiş İrəvan
qalasını arxada qoymaq böyük risk tələb edirdi. Buna görə də
İ.F.Paskeviç əvvəlcə İrəvanı zəbt etməyi qərara aldı.
Bir çox maneələri dəf etdikdən sonra rus qoşunları Paskeviçin
komandası altında İrəvan qalasını mühasirəyə aldı. Tezliklə rus
komandanlığı İrəvan qalasını toplardan atəşə tutdu və oktyabrın 1-də
rus sərbazları qalaya şiddətli basqın etdilər. Belə olduqda İrəvan
qarnizonunun komandanı xahiş etdi ki, rus ordusu atəşi saxlasın və
imkan versin ki, şahzadə Abbas Mirzədən ruslara tabe olmaq üçün
razılığını alsın. Lakin Paskeviç İrəvan qarnizonunun xahişinə məhəl
qoymayıb atəşi davam etdirdi. Rus qoşunlarının top atəşlərinə
dözməyən İrəvan qarnizonu şəhərin darmadağın olmasının və
əhalinin qırılmasının qarşısını almaq üçün təslim olmağı üstün tutdu.
İrəvan şəhərinə daxil olan rus qoşunları azərbaycanlılara
divan tutduqları halda ermənilərə toxunmadılar. I Rusiya-İran
müharibəsi zamanı olduğu kimi, II Rusiya-İran müharibəsi dövründə
də ermənilər böyük həvəslə və ümidlə rus ordusuna kömək edirdilər.
Onlar İrəvan xanlığı və İran qoşunlarının cəmləşdiyi yeri və sayı,
döyüş qurğuları, ərzaq ehtiyatı və s. haqqında rus komandanlığına
xəbər verirdilər. Məhz buna görə də düşmənin hərbi hazırlığından,
ölkə daxilindəki şəraitdən, yolların vəziyyətindən rus komandanlığı
xəbərdar idi.
Ermənilər eyni zamanda rus qoşunlarına böyük maddi yardım
da edirdilər ki, bunun da rus yürüşlərinin uğurlu başa çatmasından
mühüm əhəmiyyəti var idi.
II Rusiya-İran müharibəsi tarixində İrəvan əməliyyatı xüsusi
yer tuturdu. Təsadüfi deyildir ki, İrəvan qalasının alınması zamanı


167
göstərdiyi hərbi taktikaya görə general-adyutant knyaz İ.F.Paskeviçə
müharibə hələ bitməmiş “qraf Paskeviç yerevankasi” adı verildi.
İrəvan qalasını aldıqdan sonra rus qoşunları Cənubi
Azərbaycanın ərazisinə daxil olaraq, burada yerləşən İran
sərbazlarına zərbələr endirməyə başladılar.
Məğlubiyyətin labüdlüyünü duyan İran şahı rus qoşunlarının
hücum dairəsinin genişlənməsindən dəhşətə gələrək, sülh barədə
danışıqlar aparmaq üçün öz nümayəndəsi Davud xanı Rusiyaya
göndərdi. İngiltərə bu danışıqlarda vasitəçilik edərək, Davud xana
bacarıqlı diplomat olan Makdonaldı da qoşdu.
Rusiya ilə İran arasında danışıqların birinci mərhələsi Tiflisdə
aparıldı. Çarizm üçün müharibəni tez qurtarmaq daha əlverişli idi.
Maliyyə vəziyyətinin ağırlığı, həmçinin ehtiyatları Türkiyə ilə
müharibə aparmaq üçün səfərbərliyə almaq istəyi də bu meyli
doğururdu. Lakin Rusiya-İran müharibəsinin tezliklə qurtarması heç
də İngiltərəni qane etmirdi. Odur ki, sülh imzalamaq haqqında
Rusiya-İran arasında ilkin danışıqlar heç bir nəticə vermədi.
Beləliklə, biri-birinin ardınca qələbələr qazanan rus ordusu Araz
çayını keçib Cənubi Azərbaycana daxil oldu. Burada da sərbazlar rus
soldatlarına müqavimət göstərə bilmədilər. Tezliklə Təbriz şəhəri rus
qoşunları tərəfindən alındı. Bu isə İran üçün I Rusiya-İran
müharibəsi zamanı əldə etdiyi ehtiyat və ticarət mənbəyi olan Cənubi
Azərbaycanın itirilməsi demək idi. Rus ordusunun qələbəsi həmçinin
Tehranı da təhlükə altına qoyurdu. Belə bir şəraitdə İran dövləti
Rusiya ilə sülh bağlamaq razılığına gəldi.
İngilis və türk diplomatlarının səyinə baxmayaraq, 1828-ci il
fevralın 10-da Təbriz şəhərinin yaxınlığındakı Türkmənçay adlanan
yerdə İranla Rusiya arasında sülh müqaviləsi imzalandı. Müqavilənin
başqa şərtləri ilə yanaşı, İrəvan və Naxçıvan xanlıqları bütünlükdə
Rusiya imperiyasının tərkibinə daxil edildi. Yeri gəlmişkən qeyd


168
etməliyik ki, hələ 1827-ci ilin axırlarında yuxarıda adı çəkilən
mənşəcə erməni olan X.Y.Lazarev I Nikolaya Azərbaycanın
ərazisində Rusiya imperiyasının tərkibində “Erməni dövləti”
yaradılması haqqında layihə təklif etmişdi.
1
 Həmin təklifi imperatora
Lazarevin xahişi ilə general-adyutant Benkendorf təqdim etdi.
X.Y.Lazarevin bu təklifi Rusiya dövləti üçün bir növ bəhanə oldu.
Çox keçmədi ki, Novruz bayramı günü imperator I Nikolay əsrlərdən
bəri Naxçıvan diyarında yaşayan azərbaycanlılara bir növ sürpriz
etdi-1828-ci il martın 21-də verdiyi fərmana görə İrəvan və Naxçıvan
xanlıqları ləğv edilib, əvəzində Azərbaycanın bu qədim torpağında
yeni inzibati bölgə- “Erməni vilayəti” “Армянская область)
yaradıldı. Beləliklə, Rusiya imperiyasının cənub-qərbində, Türkiyə
və İranla sərhəddə süni surətdə “xristianlardan” sədd yarandı. Çox
keçmədi ki, ermənilərin xahişi və çar Rusiyası hakim dairələrinin
arzusu ilə yeni yaranmış ”erməni vilayətini” erməniləşdirmək
məqsədi ilə buraya İran ərazisindən 40000-dən çox erməni
köçürüldü
2
.
İmperator I Nikolayın qılığına girmək məqsədi ilə X.Lazarev
yeni bir hiyləyə əl atdı. O, yaltaqlıqla I Nikolaya müraciət etdi ki,
imperator özünün tituluna, həmçinin “Ermənistan çarı” adını da əlavə
etsin
3
. Lakin Rusiyanın hakim dairələri bu “təşəbbüsü” qulaqardına
vurdular.
Rusiya imperiyasının tərkibində “Erməni vilayəti” 1850-ci ilə
1
MDHTA, f. VUA, 4338- ci sənəd, vər. 74-77. “Mətndaran”, Lazarevlər fondu, qovluq
126, iş 45, vər. 219; В.Тунян. Материалы к новой истории Восточной Армении.//
Вестник общественныч наук, Ереван, 1986, № 8, стр. 8.
2
İ.İ.Şopen. Göstərilən əsəri;С.Глинка. Описание переселения Азербайджанских армян
в пределах России. М., 1931; Н.Шавров. Русская колонизация на Кавказе // Вопросы
колонизации. СПб., 1911.
3
Пояснительная записка Х.Е.Лазарева о необходимости самодержавию Российской
империи Николаю I принять титул царя Армении (конец февраля – начала марта 1818
г).; Bax: V. Tunyan. Göstərilən əsəri, səh. 82.


169
kimi mövcud olmuşdur. Həmin ildə bu vilayət quberniyasına
çevrilərək, həmin quberniyanın tərkibinə Naxçıvan və Ordubad
uyezdləri də daxil edilmişdir.


170

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin