AYDIN SƏFİXANLI
İNSAN HÜQUQLARININ VƏ ƏSAS
AZADLIQLARININ MÜDAFİƏSİ HAQQINDA
AVROPA KONVENSİYASINDA
İNSAN HÜQUQ VƏ AZADLIQLARI İLƏ
BAĞLI MÜDDƏALARIN
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNVERİCİLİK SİSTEMİNDƏ TƏSBİTİ
AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI
ÜZRƏ MÜVƏKKİLİ (OMBUDSMAN), PROFESSOR ELMİRA
SÜLEYMANOVANIN ÜMUMİ REDAKTƏSİ İLƏ
BAKI-2003
2
BBK 12.3
S-49
Rəyçi:
Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati
və hərbi qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri namizədi
Səfərov Nizami.
S-49 Aydın Səfixanlı. İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında Avropa konvensiyasında insan hüquq
və azadlıqları ilə bağlı müddəaların Azərbaycan
Respublikasının qanunvericilik sistemində təsbiti. Bakı,
Azərnəşr, 2003, 128 səh.
ATƏT-in maliyyə dəstəyi ilə dərc edilən bu kitabda insan
hüquq və azadlıqları sahəsində özündə mühüm normaları təsbit
edən «İnsan hüquq və əsas azadlıqları haqqında» Avropa
Konvensiyasında və Konvensiyaya edilən əlavə Protokollarda
müəyyən edilmiş müddəaların Azərbaycan Respublikasının
Qanunvericilik sistemində təsbiti ilə bağlı araşdırmalar
aparılmışdır.
Aparılan araşdırmalarda «İnsan hüquqları və əsas azadlıqları
haqqında» Avropa Konvensiyası və Konvensiyaya əlavə
Protokolları və Azərbaycan Respublikasının Qanunvericilik
sisteminə daxil olan normativ hüquqi aktlar daxil olmaqla 35-ə
qədər normativ hüquqi aktlardan istifadə edilmişdir.
Kitab hüquqşünasların, insan hüquq və azadlıqlarının qorunması
sahəsində çalışan dövlət orqanlarının əməkdaşlarının, insan hüquq
və azadlıqları problemləri ilə məşğul olan qeyri-hökumət
təşkilatlarının, habelə təhsil müəssisələrinin istifadəsi üçün nəzərdə
tutulub.
S-49
2003
)
07
(
6519
1203000000
−
M
qrifli nəşr
© Aydın Səfixanlı 2003
3
ÖN SÖZ
Avropada mövcud olan insan hüquqlarının müdafiəsi
mexanizminin əsasını «İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında» 1950-ci il tarixli Konvensiya təşkil edir. Bu
sənədin insan hüquqlarının qorunmasına dair beynəlxalq
standartların bərqərar olunması istiqamətində müstəsna rolu
olmuşdur. Konvensiyanı hüquqi sənəd kimi bir neçə aspektdən
qiymətləndirmək olar.
Birincisi, Konvensiyanın əsasında səmərəli nəzarət mexanizmi
fəaliyyət göstərir. Bu mexanizmlərə əsaslanan iştirakçı-dövlətlər,
Konvensiyaya və onun əsasında formalaşan presedent hüququna
söykənərək bir tərəfdən, milli qanunvericiliyi, digər tərəfdən isə
dövlət hüquq təsisatlarının fəaliyyətini təkmilləşdirmək imkanı
əldə edir. Qeyd olunan tendensiya Avropa Şurasına daxil olan
bütün dövlətlərdə özünü biruzə verir.
İkincisi, nəzərə almaq lazımdır ki, Konvensiyanın milli hüquq
instirutlarına təsiri daimi xarakter daşıyır və ümumavropa
inteqrasiya prosesində özünü biruzə verir. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə Avropa Konvensiyasının
qarşılıqlı əlaqələri və qarşılıqlı təsiri buna əyani sübutdur.
Məlum olduğu kimi dövlətimiz 2001-ci il dekabr ayının 25-də
Avropa İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi
haqqında Konvensiyasını təsdiq etmişdir. Avropa Şurasının bu
mühüm sənədinə münasibət bildirməklə Azərbaycan mötəbər
beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və insan
hüquqldarının qorunması sahəsində öz üzərinə götürdüyü
öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, dövlətimiz Avropa
Şurasına üzv olmaqdan çox əvvəl insan hüquqlarının qorunması
üzrə yeni sistem formalaşdırmağa başlamışdır. Bu proses ölkədə
Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin rəhbərliyi
altında aparılan hüquq islahatlarının əsas istiqamətlərindən birini
təşkil etmişdir.
4
Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasında insan və
vətəndaş hüquqlarının və azadlıqlarının qorunması ölkə
Konstitusiyasının 12-ci maddəsinə əsasən dövlətin ali məqsədi
kimi bəyan edilmişdir. Bu müddəaya uyğun olaraq, Azərbaycanda
insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daima böyük
diqqət yetirilir. Digər tərəfdən nəzərə almaq lazımdır ki,
Konstitusiyada sadalanan insan və vətəndaş hüquqlarının və
azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bu sənədlər sırasında
həmçinin «Avropa İnsan hüqüqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında» Konvesiya da daxildir.
Konvensiyanın milli qanunvericiliklə qarşılıqlı əlaqələri hazırda
inkişaf dövrünü yaşayır. Konvesiyada təsbit olunmuş normalar bir
çox hüquq sahələrində əks etdirilir. Bu prosesi əyani surətdə
müşahidə etmək üçün Konvensiya ilə milli qanunvericilik aktlarını
müqayisəli şəkildə nəzərdən keçirmək kifayətdir. Həmin məqsədlə
oxucuların nəzərinə çatdırılan hazırki kitab bu sahədə bilgilərin
artmasına yardımçı olacaqdır.
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
E.Süleymanova
5
GİRİŞ
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyası 1950-ci il noyabrın 4-də Romada Avropa
Şurası üzv dövlətləri tərəfindən qəbul olunmuş və 1953-cü il
sentyabrın 3-də qüvvəyə minmişdir.
Konvensiya 3 bölmə, 59 maddə və əlavə protokollardan
ibarətdir. Konvensiyanın I bölməsi Hüquqlar və azadlıqlar haqqında
müddəaları, II bölməsi Avropa İnsan Hüquqları Məhkəməsi
haqqında müddəaları, III bölməsi isə ümumi müddəaları təsbit edir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının 1 saylı Protokolu 1952-ci il martın 20-də
qəbul olunmuşdur. Protokolun mətni 1 noyabr 1998-ci ildə
qüvvəyə minmiş 11 saylı Protokolun müddəalarına müvafiq olaraq
dəyişdirilib.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının Avropa insan hüquqları məhkəməsinə
tövsiyə xarakterli qərarlar çıxarmaq səlahiyyətinin verilməsi
haqqında 2 saylı Protokolu 1963-cü il 6 may tarixində qəbul
edilmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının 3 saylı Protokolu 1970-ci il 21 sentyabr
tarixində qüvvəyə minmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının Konvensiyaya və onun birinci
protokoluna artıq daxil edilənlərdən başqa bəzi hüquq və
azadlıqların təmin olunmasına dair 4 saylı Protokolu 1963-cü il 16
oktyabr tarixində qəbul edilmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının 5 saylı Protokolu 1971-ci il 20 dekabr
tarixində qüvvəyə minmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının Ölüm cəzasının ləğvinə dair 6 saylı
Protokolu 1983-cü il 28 aprel tarixində qəbul edilmişdir.
6
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının 7 saylı Protokolu 1984-cü il 22 noyabr
tarixində qəbul edilmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının 8 saylı Protokolu 1 yanvar 1990-cı ildə
qüvvəyə minmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının 9 saylı Protokolu 6 noyabr 1990-cı ildə
qəbul edilmişdir. 11 saylı Protokol qüvvəyə mindikdən sonra 9
saylı Protokol qüvvədən düşdü.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının 10 saylı Protokolu 25 mart 1992-ci ildə
qəbul edilmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının Konvensiyaya uyğun olaraq yaradılmış
nəzarət mexanizminin yenidən təşkil olunması ilə əlaqədar 11 saylı
Protokolu 11 may 1994-cü ildə qəbul edilmiş və 1 noyabr 1998-ci
ildə qüvvəyə minmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının 12 saylı Protokolu 4 noyabr 2000-ci ildə
qəbul edilmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının 2, 3, 5, 8, 9, 10, 11 saylı protokolları
Konvensiyanın mətninə inkorporasiya olunmuşdur.
Azərbaycan Respublikası 2001-ci il dekabr ayının 25-də
«Avropa İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi
haqqında Konvensiyanı və onun 1, 4, 6, 7 saylı Protokollarını
ratifikasiya etmişdir.
7
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 2. Yaşamaq hüququ
1.
Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla
ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə
tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından
məhrum edilə bilməz
2.
Həyatdan məhrum etmə, güc tətbiqində mütləq zərurətin
nəticəsi olduqda bu maddənin pozulması kimi nəzərdən keçirilmir.
a)
İstənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;
b)
qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə
olan şəxşin qaçmasının qarşısını almaq üçün;
c)
qanuna müvafiq olaraq çevriliş və ya qiyamın yatırılması üçün.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiyanın
Ölüm cəzasının ləvğinə dair 6 saylı Protokolu
Maddə 1. Ölüm cəzasının ləvği
Ölüm hökmü ləvğ olunur. Heç kim belə cəzaya məhkum edilə və ya
belə cəzalandınla bilməz.
Maddə 2. Müharibə zamanı ölüm cəzası
Dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi
zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını
nəzərdə tuta bilər: bu cür cəza yalnız qanunla müəyyən olunmuş
tələblərə və onun müddəalarına müvafiq olaraq tətbiq edilə bilər.
Dövlət həmin qanunun müvafiq müddəaları haqqında Avropa
Şurasının Baş Katibinə məlumat verir.
Maddə 3. Geri çəkilmənin qadağan olunması
Konvensiyanın 15-ci maddəsinə əsasən, bu protokolun
müddəalarından geri çəkilmək olmaz.
Maddə 4. Qeyd-şərtlərin qadağan olunması
Konvensiyanın 57-ci maddəsinə əsasən, bu protokolun müddəaları
ilə bağlı qeyd-şərt edilə bilməz.
8
Azərbaycan Respublikasının qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə
əsasən, hər kəsin yaşamaq hüququ vardır.
Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi,
məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm
cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna
olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək,
yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır
cinayətlərə görə qanunla müəyyən edilə bilər.
Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət,
cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs
yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın
yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə
silahlı basqın edilmə halları istisna olmaqla insana qarşı silah
işlədilməsinə yol verilmir.
Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması
ilə əlaqədar «Azərbaycan Respublikası Cinayət, Cinayət
Prosesual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr
edilməsi haqqında» Azərbaycan Respublikasının 1998-ci il 10
fevral tarixli Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölüm
cəzası cəza sistemindən çıxarılmış və ömürlük azadlıqdan
məhrum etmə cəza növü ilə əvəz olunmuşdur.
Ömürlük azadlıqdan məhrumetmə əsas cəza növü kimi
Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli
Qanunu ilə təstiq edilərək 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə
minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci
maddəsində nəzərdə tutulan cəzanın sisteminə daxil edilmişdir.
24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş «Azərbaycan
Respublikasında
İnsan hüquq və azadlıqlarının həyata
keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan
Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsində
məhdudlaşdırılması qadağan olunan insan hüquqlarının siyahısı
təsbit olunmuşdur.
9
Kontitusiya Qanununun 2-ci maddəsində məhdudlaşdırılması
qadağan olunan insan hüququları siyahısına digər hüquqlarla bəra-
bər Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində
təsbit olunmuş yaşamaq hüququ da (müharibənin hüquqauyğun
aparılması nəticəsində baş verən ölüm halları istisna olmaqla) daxil
edilmiş və bu hüquqların məhdudlaşdırılması və onlara dair qeyd-
şərtlərin edilməsi düzünə göstərişlə qadağan edilmişdir.
Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan
Respublikasının Qanunun 38-ci maddəsinə əsasən, evtanaziya,
yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud
hərəkətlərlə tezləşdirmək, həyatın davam etməsinə kömək edən
süni tədbirlərin dayandırılması qadağandır.
Xəstənin bilərəkdən evtanaziyaya meyl etdirən və ya evtanaziya
edən şəxs qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsi
soyqırım cinayətinə görə məsuliyyət müəyyən edir. CM-nin 103-cü
maddəsinə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir
qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup
üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma
və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun
bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəpaiti
yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş
tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla
başqa qrupa keçirmə - on ildən on beş ilədək müddətə azadlıqdan
məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 105-ci
maddəsi əhalini məhv etmə cinayətinə görə məsuliyyət müəyyən
edir. Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən
məhv etmə - on ildən on beş ilədək müddətə azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci
maddəsi qəsdən adam öldürmə cinayətinə görə məsuliyyət
müəyyən edir.
10
Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan
məhrum etmə - yeddi ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qəsdən:
− bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;
− xuliqanlıq niyyəti ilə adam öldürmə;
− zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu
yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın
qohumlarını öldürmə;
− xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam
öldürmə;
− tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin
orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi
ilə adam öldürmə;
− başqa cinayəti gizlətmə və ya onun törədilməsini
yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual
xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;
− iki və ya daha çox şəxsi öldürmə;
− təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan
qadını öldürmə;
− təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan
adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi
ilə bağlı adam öldürmə;
− təkrar adam öldürmə;
− quldurluq, hədə-qorxu ilə tələb etmə və ya banditizmlə
əlaqədar adam öldürmə;
− milli, irqi, dini ədavət və ya düşrnənçilik niyyəti ilə adam
öldürmə
− on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə
və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələri ilə
qəsdən adam öldürməyə görə məsuliyyət müəyyən olunmuş
cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs
11
tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş
cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci
maddəsi ananın yeni doğduğu uşağı qəsdən öldürməsi cinayətinə
görə məsuliyyət nəzərdə turur.
CM-nin 121-ci maddəsinə əsasən, ananın yeni doğduğu uşağı
doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi - üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122-ci
maddəsi qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində
qəsdən adam öldürmə cinayətinə görə məsuliyyət müəyyən edir.
CM-nin 122-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs tərəfindən
edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız
hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin
mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış
uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş
güclü puhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə - üç
ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi
qəsdən öldürmə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123-cü maddəsi
zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması
üçün zəruri həddi aşmaqla adam öldürmə cinayətinə görə
məsuliyyət müəyyən edir.
Qanuna əsasən, zəruri müdafiə həddini aşmaqla qəsdən adam
öldürmə - iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla
qəsdən adam öldürmə - üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
12
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü
maddəsi ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə
məsuliyyət nəzərdə tutur.
CM-nin 124-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan adam
öldürmə - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə - iki ildən
altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci
maddəsinə əsasən, təqsirkardan maddi, xidməti və ya sair
cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə,
onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qopxu gəlmə
yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə
çatdırma - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç
ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 3. İşgəncələrin qadağan olunması
Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və
ya cəzaya məruz qalmamalıdır.
Azərbaycan Respublikasının qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə
əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ
vardır.
Şəxsiyyətin ləyaqətı dövlət tərəfindən qorunur. Heç bir hal
şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan
ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün
könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa
təcrübələr aparıla bilməz.
13
24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş «Azərbayan
Respublikasında
İnsan hüquq və azadlıqlarının həyata
keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan
Respublikasının Kontitusiya Qanununun 2-ci maddəsində
məhdudlaşdırılması qadağan olunan insan hüququları siyahısına
digər hüquqlarla bərabər Azərbaycan Respublikasının
Konstitusiyasının 46-cı maddəsinin III hissəsində təsbit olunmuş
heç kəsə işgəncə və əzab verilə bilməməsi, heç kəsin insan
ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməməsi,
özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və
başqa təcrübələr aparıla bilməməsi hüququ daxil edilmiş və bu
hüquqların məhdudlaşdırılması və onlara dair qeyd-şərtlərin edilməsi
düzünə göstərişlə qadağan edilmişdir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı
maddəsinə əsasən, Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan
həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və
ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə,
psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək
qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə
itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin
peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya
hamiləliyin pozulmasına,
şəxsin narkomanlıqla və ya
toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz
dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən
səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər:
− iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup
− şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və
ya cinayətkar birlik (təşkilat) təpəfindən törədildikdə;
− zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu
yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları
barəsində törədildikdə;
− xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar
Dostları ilə paylaş: |