Aydin səFİxanli insan hüquqlarinin və Əsas


Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix01.01.2017
ölçüsü0,92 Mb.
#4267
1   2   3   4   5   6   7   8   9   10   11

Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə 
orqanlarının qanunsuz hərəkətləri nəticəsində  şəxsin  əmlakına 
vurulmuş ziyanın ödənilməsi  dövlət büdcəsinin vəsaiti hesabına 
həyata keçirilir. 

 
38 
Qanununda nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin 
miqdan  şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş 
cəzanı  çəkdiyi dövrdə  əldə edilməmiş  gəliri nəzərə almaqla 
müəyyən edilir. 
Müsadirə olunmuş  və ya məhkəmə  tərəfindən dövlət nəfinə 
yönəldilmiş, yaxud təhqiqat və ya ibtidai istintaq orqanları, 
əməliyyat-axtarış  fəaliyyətini həyata keçirən orqanlar tərəfindən 
götürülmüş, eləcə  də üzərinə  həbs qoyulmuş  əmlak (o cümlədən, 
pul  əmanətləri və onların faizi, qiymətli kağızlar və onların faizi, 
şəxsin iştirakçısı olduğu təsərrüfat birliyinin nizamnamə 
fondundakı payı  və bu paya müvafiq olan əldə edilməmiş  gəlir və 
digər dəyərlər) natura formasında, bu mümkün olmadıqda isə, onun 
dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və 
təşkilatların hesabına ödənilir. 
Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura 
şəklində qalmadığı,  şəxsin dəyərcə  bərabər olan yaşayış sahəsinin 
və ya digər tikililərin  əvəzsiz olaraq onun mülkiyyətinə 
verilməsindən imtina etdiyi hallarda və ya həmin  şəxsin yaşayış 
evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı 
olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri 
mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir. 
Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul 
edildiyi vaxtda mövcud olan qiymət  əsasında ödənilir.  Əmlakın 
zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam 
həcmdə ödənilməlidir. 
Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, 
idarənin və  təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın 
ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın 
dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin 
vəsaiti hesabına ödənilir. 
Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən 
istifadə etmə hüququndan məhrum edilmiş  şəxsə müvafiq icra 
hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay  

 
39 
müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda 
isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində 
həmin yaşayış  məntəqəsində ailə  tərkibi və yaşayış sahəsinə dair 
qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni 
dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir. 
Ödənilməli olan əmlakı  əldə etmiş  şəxs, bu əmlakın vurulmuş 
ziyanın ödənilməsi qaydasında  əvvəlki sahibinə qaytarılması ilə 
əlaqədar  əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə  və bütün 
digər  əlamətlərlə  bərabər olan əmlakı  və ya onun dəyərini tələb 
etmək hüququna malikdir. Belə tələb, irəli sürüldükdən sonra bir ay 
müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir. 
Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll 
olunur. 
Şəxsin barəsində  mənfı  fıkrin formalaşmasına, onu əhatə edən 
şəxslərlə münasibətlərin pisləşməsinə  gətirib çıxaran və digər 
mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 
Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə orqanlarının 
qanunsuz hərəkətləri nəticəsində  şəxsə vurulmuş  mənəvi ziyan 
mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 
Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə  cəlb 
edilməsi ilə  əlaqədar işdən (vəzifədən) çıxarılmış  və ya işdən 
(vəzifədən) kənarlaşdırılmış  şəxs,  əvvəlki işə (vəzifəyə) bərpa 
edilməli, bu mümkün olmadıqda isə, (müəssisənin, idarənin, 
təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması) dövlət məşğulluq 
xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə 
(vəzifə ilə) təmin edilməlidir. 
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən 
(vəzifədən) çıxarılma haqqında  əmək kitabçasında edilmiş qeyd 
etibarsız hesab olunur. Şəxsin tələbi ilə onun işdən (vəzifədən) 
çrxarılması haqqında  əmək kitabçasında müvafiq qeyd aparmış 
orqan və ya onun vəzifəli  şəxsi beş gün müddətində etibarsız hesab 
olunmuş qeydin olmadığı  əmək kitabçasının dublikatını ona 
verməlidir. 

 
40 
Şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi, yaxud 
məhkum edilməsi haqqında məlumatlar dərc edildikdə onun tələbi 
ilə, həmin şəxs vəfat etdikdə isə onun qohumlarının, yaxud təhqiqat 
orqanının, müstəntiqin, prokurorun və  məhkəmənin tələbi ilə bu 
məlumatları  dərc etmiş orqan on gün müddətində qeyd olunan 
məlumatları təkzib etməlidir. 
Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və  işdən 
(vəzifədən) kənarlaşdırılması ilə  əlaqədar işləmədiyi müddət həm 
ümumi  əmək stajına, həm də ixtisas üzrə  və fasiləsiz staja daxil 
edilir. 
Fəhlələrin və dövlət qulluqçularının, eləcə  də üzvlük əsasında 
(kooperativ və digər müəssisələrdə) işləmiş  şəxslərin, bu maddənin 
birinci hissəsində göstərilmiş müddətlərin  əlavə edilməsi  şərtilə 
hesablanmış  əmək stajı, həmin  şəxslərə imtiyazların və 
müavinətlərin, o cümlədən təqaüdlərin və dövlət sosial sığortası 
üzrə ödənişlərin təyin edilməsi zamanı  nəzərə alınır. Bu staj 
fəhlələrə  və qulluqçulara  imtiyazlı    təqaüdlərin  və  xidmət  
işlərinə  görə təqaüdlərin təyin edilməsi, ixtisas üzrə iş müddətinin 
davamından asılı olaraq aylıq maaş  dərəcəsinin (vəzifə maaşının) 
müəyyən edilməsi və birdəfəlik mükafaflandırma və ya xidmət 
illərinə görə faiz artırmalarının
 
ödənilməsi zamanı  nəzərə 
alınmalıdır. 
Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və  işdən 
(vəzifədən) kənarlaşdırılması ilə  əlaqədar işləmədiyi müddətlər, 
yaşla  əlaqədər imtiyazlı  təqaüdlərin təyin edilməsi zamanı, 
təqaüdün təyin edilməsi üçün müraciət etmiş şəxsin istəyi ilə, onun 
qanunsuz məhkum edilməsindən və ya cinayət, yaxud inzibati 
məsuliyyətə  cəlb edilməsindən  əvvəlki, yaxud cinayət və ya 
inzibati məsuliyyətdən və ya cəza çəkməkdən azad edilməsindən 
sonrakı işinə bərabər tutulur. 
Qanunsuz məhkum edilməsi ilə  əlaqədər hərbi və ya digər 
rütbələrdən, dərəcələrdən və adlardan, dövlət mükafatlarından və 
təltiflərdən məhrum edilmiş şəxsə həmin hərbi və ya digər rütbələr, 
dərəcələr və adlar, dövlət mükafatları və təltiflər geri qaytarılır. 

 
41 
Şəxs  barəsində    bəraətverici  hökm  çıxarıldıqda, cinayət 
hadisəsinin olmaması, əməlində cinayət tərkibinin olmaması və ya 
şəxsin cinayət törətməkdə  iştirakının sübut edilməməsi ilə bağlı  
cinayət  işinə  xitam  verildikdə  və  ya  cinayət  işinin başlanması 
rədd edildikdə, habelə inzibati hüquqpozma haqqında isə xitam 
verildikdə, təhqiqat orqanı, müstəntiq, prokuror, yaxud məhkəmə  
həmin  şəxsə  onun pozulmuş  hüquqlarının bərpa edilməsi və 
vurulmuş ziyanın ödənilməsi qaydasını izah etməli və onun istəyi 
ilə bir ay müddətində öz qərarı haqqında  əmək kollektivinə 
məlumat verməlidir. 
Ziyanın məbləği qanunvericiliklə  nəzərdə tutulmuş qaydada 
məhkəmə tərəfindən müəyyən edilir. 
Şəxsin çıxarılmış  qərarla razılaşmadığı hallarda, o Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 
həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. 
Şəxsin müraciətinə əsasən vurulmuş mənəvi ziyanın idənilməsi 
məsələsi mövcud qanunvericiliyə müvafiq olaraq nəhkəmə 
tərəfindən bu maddənin birinci hissəsinə uyğun olaraq həll
 
edilir. 
İstintaq və ya inzibati icraat müddətində  və ya cəza çəkdiyi 
dövrdə  şəxsə vurulmuş  mənəvi ziyanın ümumi məbləği 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə  nəzərdə tutulmuş 
qaydada məhkəmə tərəfindən müəyyən edilir. 
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının 
qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın 
ödənilməsi barədə  işlər üzrə ziyan çəkmiş  tərəf məhkəmə 
məsrəfiərinin ödənilməsindən azad olunur. 
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının 
qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan 
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə 
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə 
vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan 
Respublikasının Qanununa müvafiq olaraq ödənilir. 

 
42 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 6. Ədalətli məhkəmə hüququ. 
Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya 
ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında 
yaradılmış müstəqil və  qərzsiz məhkəmə vasitəsib, ağlahatan 
müddətdə  işinin  ədalətli və açıq araşdırılması hüququna malikdir. 
Məhkəmə. qərarı açıq elan edir, lakin demokratik cəmiyyətdə  əxlaq, 
ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin 
yetkinlik yaşına çatmayanların maraqları  və ya tərəflərin  şəxsi 
həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fıkrincə, 
aşkarlığın  ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi 
hallar zamanı ciddi zərurət oldııqda mətbuat və ictimaiyyət bütün 
prosses boyu və ya onun bir hissəsində  məhkəmə iclasına 
buraxılmaya bilər. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə 
əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə 
təminat verilir. 
Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmlarlar 
ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli həxslərin qərar və 
hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə 
bilər. 
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə 
əsasən,  hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ 
vardır. 
Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, 
dövlət hesabına göstərilir. 
Hər bir şəxsin səlahiyyətli dövlət orqanları  tərəfindən, həbsə 
alındığı, cinayət törədilməsində ittiham olunduğu andan 
müdafiəçinin köməyindən istifadə etmək hüquq vardır. 

 
43 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 
22-ci maddəsi,  məhkəmə baxışını  tələb etmək hüququnun təmin 
olunması ilə bağlı müddəaları nizama salır. Qanuna əsasən, cinayət 
prosesini həyata keçirən orqanlar bu Məcəllə ilə müəyyən 
edilmiş qaydada hər kəsin ona qarşı irəli sürülmüş ittiham, 
yaxud barəsində  tətbiq olunmuş prosessual məcburiyyət 
tədbirləri ilə  əlaqədar  ədalətli və açıq məhkəmə baxışının 
aparılmasını  tələb etmək hüququnu təmin etməlidirlər. Hər 
hansı  səbəbdən məhkəmə baxışını  tələb etmək hüququnun 
rədd edilməsi yolverilməzdir. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 27-
ci maddəsi, cinayət mühakimə icraatının aşkar keçirilməsi ilə 
bağlı münasibətləri nizama salır. Belə ki, Azərbaycan 
Respublikası Cinayət Prosesual Məcəlləsində  nəzərdə tutulmuş 
dövlət, peşə, kommersiya sirlərinin habelə  vətəndaşların  şəxsi və 
ailə sirlərinin qorunması halları istisna olmaqla, Azərbaycan 
Respublikasında cinayət işləri və cinayət təqibi ilə bağlı digər 
materiallar üzrə  ədalət mühakiməsi bütün məhkəmələrdə açıq 
aparılır. 
Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü 
maddəsinə  əsasən,  bütün fiziki və hüquqi şəxslər özlərinin 
qanunla qorunan hüquq və azadlıqlarını, eləcə  də maraqlarını 
qorumaq və  təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş 
qaydada  məhkəmə    müdafiəsindən  istifadə  etmək hüququna 
malikdirlər. 
Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi 
etibarsızdır. 
Əgər qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün 
məhkəməyə  qədər nizamlama (pretenziya) qaydası müəyyən 
olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə  nəzərdə 
rutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad 
məhkəməsinin həllinə verilə bilər. 

 
44 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 6. Ədalətli məhkəmə hüququ. 
. . 
2.  Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsırı 
qanun əsasında sübut edilmədək təqsirsiz hesab edilır. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 63-cu 
maddəsinə    əsasən,  hər kəsin  təqsirsizlik prezumpsiyası hüququ 
vardır. Cinayət törədilməsində  təqsirləndirilən hər bır  şəxs, onun 
təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirməyibsə  və  
bu barədə  məhkəmənin qanuni qüvvəyə minmiş hökmu yoxdursa, 
təqsirsiz sayılır. 
Şəxsin təqsirli olmasına  əsaslı  şübhələr varsa, onun təqsirli 
bilinməsinə yol verilmir. 
Cinayətin törədilməsində  təqsirləndirilən  şəxs ozunun 
təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. 
Ədalət mühakiməsı  həyata keçirılərkən qanunu pozmaqla əldə 
edilmiş sübutlardan istifadə oluna bilməz. 
Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə  təqsirli sayıla 
bilməz. 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-cı maddəsi 
təqsirə görə məsuliyyət prinsipini təsbit edır. 
Yalnız törətdiyi ictimai təhlükəli  əmələ (hərəkət və 
hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş 
şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 
Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsulliyyətinə 
cəlb oluna bilməz. 
Azərbaycan   Respublikası      Cinayət Məcəlləsını maddəsi 
təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsulliyyətinə cəlb etməyə 
görə məsuliyyət müəyyən edir. Belə  ki,  təqsiri  
 

 
45 
olmadığını bilə-bilə  şəxsi cinayət məsuliyyətinə  cəlb etmə üç -
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə 
ittiham olunması ilə bağlı törədildikdə - üç ildən yeddi ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-
ci maddəsi təqsirsizlik prezumpsiyası prinsipi ilə bağlı müddəaları 
təsbit edir. 
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan  şəxsin 
təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə 
nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə  və bu, inzibati xəta 
haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli 
şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri 
olmayan hesab edilir. 
İnzibati məsuliyyətə  cəlb olunmuş  şəxs öz təqsirsizliyini sübut 
etməyə borclu deyildir. 
İnzibati məsuliyyətə  cəlb olunan şəxsin təqsirli olması 
barəsində olan şübhələr onun xeyrinə həll olunur. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 
21-ci maddəsi  təqsirsizlik prezumpsiyası ilə bağlı müddəaları 
təsbit edir. 
CPM-nin 21-ci maddəsinə  əsasən, cinayətin törədilməsində 
təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə  nəzərdə 
tutulmuş qaydada sübuta yetirilməyibsə  və bu barədə qanuni 
qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 
Şəxsin təqsirli olduğuna  əsaslı  şübhələr varsa da onun təqsirli 
bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət 
Prosesual Məcəlləsinin  müddəalarına uyğun surətdə müvafiq 
hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan 
qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən  şəxsin 
(şübhəli  şəxsin) xeyrinə  həll edilir. Eyni ilə cinayət və cinayət-
prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də 
onun xeyrinə həll olunmalıdır. 

 
46 
Cinayət törədilməsində  təqsirləndirilən  şəxs özünün təqsirsiz 
olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta 
yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli 
sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə 
düşür. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 6. Ədalətli məhkəmə hüququ. 
3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı  aşağıdakı 
hüquqlara malikdir. 
a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında 
onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 26-
ci maddəsinə  əsasən,  Azərbaycan Respublikası  məhkəmələrində 
cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində 
və ya müvafiq ərazinin  əhalisinin çoxluq təşkil edən hissəsinin 
dilində aparılır. 
Cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə 
icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının 
aşağıdakı hüquqlarını təmin etməlidir: 
−  cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək 
hüququnu izah etmək: 
−  ibtidai araşdırma və  məhkəmə baxışı zamanı  tərcüməçinin 
köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma 
qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı 
digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində 
çıxış etmək; 
−  cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət 
prosesi iştirakçılarının - ibtidai araşdırma və məhkəmə baxışı 

 
47 
zamanı  tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai 
araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə 
bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində 
çıxış etmək hüquqlarının təmin olunması Azərbaycan 
Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. 
−  cinayət prosesini həyata keçirən orqan təqdim edilməli 
sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının 
aparıldığı dildə təqdim edir. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 
91.5.1-ci maddəsinə  əsasən,  təqsirləndirilən  şəxs nədə 
təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın 
faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə 
həbsə alındıqdan və ya barəsində  qətimkan tədbiri seçilməsi 
haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın 
surətini almaq hüququna malikdir. 
Məcəllənin 91.5.2-ci maddəsinə  əsasən,  təqsirləndirilən  şəxs 
onu tutmuş  və  yə  həbs haqqında qərarı icra etmiş  şəxsdən, 
təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında 
yazılı bildiriş almaq hüququna malikdir. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 6. Ədalətli məhkəmə hüququ. 
3. b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxda və 
imkana malik olmaq. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin III 
bəndinə  əsasən,  hər bir şəxsin səlahiyyətli dövlət orqanları 
tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham 
olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ 
vardır. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 

 
48 
91.5.4-cü maddəsinə  əsasən,  təqsirləndirilən  şəxs həbsə alındığı 
və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq 
hüququna malikdir. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya 
Maddə 6. Ədalətli məhkəmə hüququ. 
3. c) Şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü 
müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsait 
kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları  tələb 
etdikdə, belə müdafiəçidən pulsuz istifadə etmək. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci 
maddəsinin II bəndinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda 
hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 
91.5-ci maddəsinə  əsasən,  təqsirləndirilən  şəxs müdafiəçinin 
yardımından pulsuz istifadə etmək və müstəqil olaraq müdafiəçini 
seçmək hüququna malikdir. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
Maddə 6. Ədalətli məhkəmə hüququ. 
3. e) məhkəmədə istifadə olunan dili başa düşmürsə  və ya bu 
dildə danışa bilmirsə  tərcüməçinin pulsuz köməyindən istifadə 
etmək. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 
91.5.12-ci maddəsinə  əsasən,  təqsirləndirilən  şəxs tərcüməçinin 
köməyindən pulsuz istifadə etmək hüququna malikdir. 
İnsan hüquqlarının və əsas azadlıqlarının  

 
49 
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 7. Qanunsuz cəzalandırılmamaq. 
1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə 
cinayət sayümayan hər hansı  hərəkət və ya hərəkətsizliyə görə 
cinayət törətməkdə təqsirli sayüa bilməz. Habelə cinayət əməlinin 
törədildiyi zaman tətbiq olunandan daha ağır cəza verilə bilməz 
2. Bu maddə törədildiyi zaman sivil ölkələrin tamdığı  əsas 
hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı 
hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən  şəxsin 
mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur. 
Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin