Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci
maddəsinin VIII bəndinə əsasən, heç kəs törədildiyi zaman
hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.
Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür
hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya
yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu
maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət
sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya
hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə
müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə
heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.
Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və
həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud
cinayət törətmiş şəxşin vəziyyətini başqa cür ağırlaşdıran cinayət
qanununun geriyə qüvvəsi yoxdur.
50
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 8. Şəxsi və ailə həyatına hörmət hüququ.
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışına
sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah
maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün
sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər
şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla
nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna
olmaqla, dövlət hakimyyəti orqanları tərəfiındən bu hüququn həyata
keçirilməsinə mane olmağa yol verilmir.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə
əsasən, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin
həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə
qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə
əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ
vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi həyata
müdaxilə etmək qadağandır.
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın
toplanmasına, saxlanmasına, istifadəsinə və yayılmasına yol
verilmir.
Hər kəsin yazışına, telofon damşıqları, poçt, teleqraf və digər
rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna
dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada
cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı
həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
51
Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə
əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna
olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə
daxil ola bilməz.
Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan
Respublikasının Qanunu 17-ci maddəsinə əsasən, vəkilin peşə
vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar,
verdiyi məsləhətlər və arayışlar vekil sirrini təşkil edir.
Peşə vəzifələrini həyata keçirərkən məlum olan ibtidai istintaqın
sirrini təşkil edən məlumatların vəkil tərəfindən yayılması yalnız
prokurorun və ya müstəntiqin icazəsi ilə ola bilər.
İbtidai istintaqın sirrini təşkil edən məlumatların yayılmasında
təqsirli olan vəkillər Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Müraciət etmiş şəxsə hüquqi yardımın göstərilməsi ilə əlaqədar
olaraq vəkilə məlum olmuş hallar barədə o, şahid kimi çağrıla və
dindirilə bilməz. Vəkil göstərilən hallar barədə izahat verməməli və
ona etibar edən şəxsin bildirdiyi məlumatı yaymamalıdır.
Vəkil sirrini təşkil edən məlumatlar vəkilin hüquqi yardım
göstərdiyi cinayət, mülki və inzibati işlər üzrə, həmçinin həmin
vəkilin iştirakı ilə aparılan məhkəmə prosesində sübut kimi
qiymətləndirilə bilməz.
Notariat haqqında Azərbaycan Respublikasının Qanununun
32-ci maddəsinə əsasən, notariat hərəkətləri barədə arayışlar və
sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya
barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə
verilməlidir.
Notariat hərəkətləri barədə məlumat və sənədlər yalnız
məhkəmənin, istintaq və təhqiqat orqanlarının tələbi ilə onların
icraatlarında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar olaraq
verilir.
Notariat hərəkətləri barədə lazımi məlumatların istisna hallarda
verilməsinin qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunur.
52
Notariuslar, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər və
xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar notariat
hərəkətlərindən xəbərdar olan şəxslər bu hərəkətlərin sirrini
saxlamağa borcludurlar.
Vəsiyyətnamələr haqqında arayışlar yalnız vəsiyyətçinin
ölümündən sonra verilə bilər.
Notariat hərəkətləri sirrinin açılmasında təqsirli olan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada məsuliyyət daşımalıdırlar.
Notariat hərəkətlərinin aparılması ilə əlaqədar notariusa qarşı
cinayət işi qaldırıldıqda, məhkəmə onu sirri saxlamaq vəzifəsindən
azad edə bilər.
Əhalinin sağlamlığının qorunması haqqında Qanunun 53-cü
maddəsinə əsasən, vətəndaşın tibbi yardım üçün müraciət etməsi
faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə
və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya
həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli
saxlanılması haqqında ona zəmanət verilir.
Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim
sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin
mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda
nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün
başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər.
Həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun
qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakı hallarda verilə
bilər:
− vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik
olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə;
− yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi
zəhərlənmələr və zədələnmələr baş verdikdə;
− istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin
sorğusu ilə;
− yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni
nümayəndələrinə məlumat vermək məqsədilə;
53
− hüquqa zidd hərəkətlər və vətəndaşın sağlamlığına vurulan
zərər barədə şübhə olduqda.
Həkim sirrinə qanuni qaydada yiyələnən şəxslər onun
yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə
qanunvericiliyə uyğun olaraq tibb və əczaçılıq işçilərinə bərabər
məsuliyyət daşıyırlar.
Məlumat azadlığı haqqında Azərbaycan Respublikası
Qanununun 10-cu maddəsinə əsasən, alınması məhdudlaşdırılan
məlumatlara-dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank,
kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə
həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər.
Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya,
istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror
aksiyalarına aid olan məlumatlarla bağlı yaranan münasibətlər
müvafiq qanunvericiliklə tənzimlənir.
Məlumat azadlığı haqqında Azərbaycan Respublikası
Qanununun 13-cü maddəsinə əsasən, şəxsiyyət haqqında
sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər şəxsiyyət barədə
məlumata aiddir. Şəxsiyyət haqqında sənədləşdirilmiş məlumat
mənbəyi onun adma verilmiş, onun tərəfindən imzalanmış sənədlər
və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən şəxsiyyət
haqqında toplanmış məlumatlardır. Şəxsiyyətin dini mənsubiyyəti
və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim
edildikdə dövlət orqanları tərəfindən toplana bilər. Şəxsiyyətin
siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə məlumat
yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanlarına təqdim
edilməlidir.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 9. Fikir, vicdan və din azadlığı.
1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ var: bu hüquqa
öz dinini və əqidəsini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə
və ya əqidəsinə həm təkbaşına və başqaları ilə birlikdə
54
etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və
mərəsim ayinlərini yerinə yetirmək azadlıqları daxildir.
2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai
əsayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud
mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və
azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və
demokratik cəmiyyətə zəruri olan məhdudiyyətlərə məruz qala
bilər.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə
əsasən, hər kəsin fıkir və söz azadlığı vardır.
Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fıkir və
əqidəsindən dönməyə məcbur edilə bilməz.
İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və
təbliğata yol verilmir.
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə
əsasən, hər kəsin vicdan azadlığı vardır.
Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər
hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqat etmək, yaxud
heç bir dinə etiqat etməmək, dinə münasibəti ilə bağlı əqidəsini
ifadə etmək və yaymaq hüququ vardır.
Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydam pozmursa və
ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
Dini etiqat və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının
Qanunu dini azadlığın həyata keçirilməsi ilə bağlı yaranan
münasibətləri tənzimləyir.
Hər bir şəxsin dinə münasibətini müəyyənləşdirməsində, dinə
etiqadında, ibadətlərdə, dini ayin və mərasimlərin icrasında iştirak
etməsində, dini öyrənməsi yolunda hər hansı maneçiliyə yol
verilmir. Dini etiqadların, dini həyat tərzinin və ibadətlərin zor
işlədilməklə və ya insanlar arasında nifaq salmaq məqsədi ilə
təbliği, dini etiqada məcbur etmək qadağandır.
55
Dini etiqad azadlığının həyata keçirilməsində yalnız dövlət
təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə görə və
Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq
olan hüquq və azadlıqların mühafizəsi üçün zəruri hallarda
məhdudiyyətlər qoyula bilər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini
təbliğat aparılması qadağandır.
Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq
əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə
müvafiq olaraq tərbiyə edə bilərlər.
Azərbaycan Respublikasının vətəndaşları dinə münasibətindən
asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün
sahələrində qanun qarşısında bərabərdirlər. Vətəndaşın dinə
münasibətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız öz istəyi ilə
yol verilir.
Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş
vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz.
Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə
əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş hallarda yol verilir.
Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən
ayrıdır.
Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini
qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır.
Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Bir
din və dini qurum üçün digərinə nisbətən hər hansı üstünlük və ya
məhdudlaşdırmalar müəyyən edilməsinə yol verilmir.
Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai
birliklərlə yanaşı kütləvi məlumat vasitələrindən istifadə etmək
hüququna malikdirlər.
Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və
onlara maliyyə yardımı göstərmirlər.
Dövlət orqanlarının tərkibinə seçildikdə və ya vəzifəyə
keçdikdə din xadimlərinin din xadimi kimi fəaliyyəti həmin
müddətdə dayandırılır.
56
Dini qurumlar Azərbaycan Respublikasının mövcud qanunlarına
əməl edir və məsuliyyət daşıyırlar.
Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasında
dövlət təhsil sistemi dindən ayrıdır.
Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini
kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris
proqramına daxil edilə bilər.
Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə
birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər.
Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq
olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və
qmpları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan
ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan
istifadə etmək ixtiyarına malikdirlər.
Qanuna əsasən dini icmalar, idarələr və mərkəz, dini
qardaşlıqlar, dini tədris müəssisələri, onların birlikləri dini
qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil
olunurlar.
Dini qurumlar yetkinlik yaşına çatmış şəxslərin dini etiqad
azadlığı hüququnun birgə həyata keçirilməsi, həmçinin dini etiqadı
və dini yaymaq üçün yaradılmış könüllü təşkilatlardır.
Dini icma dinə birlikdə ibadət və digər dini tələbatı ödəmək
məqsədilə könüllülük əsasında birləşmiş dindar şəxslərin yerli dini
qurumudur.
Azərbaycan Respublikasında təşkilat məsələlərində islam dini
icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, qeyri-
müsəlman dini icmalarının Azərbaycan Respublikasında və xaricdə
fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və
tabeliyini dəyişdirmək hüququ vardır.
Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi islam
dini mərkəzində - Qafqaz Müsəlmanları İdarəsində birləşirlər.
Təşkilati mərkəzlərin xaricdə olan qeyri-islam dini qurumları öz
fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd
olmayan hallarda həmin mərkəzlərin nizamnamələrini rəhbər tuta
bilərlər.
57
Dövlətin dini mərkəzlə və idarələrlə, o cümlədən Azərbaycan
Respublikasının hüdudlarından kənarda olan dini mərkəzlərlə və
idarələrlə qanunla tənzimlənməyən münasibətləri onların öz
aralarında və dövlət orqanları ilə razılaşmalara müvafiq surətdə
nizamlanır.
Dini mərkəz və idarələr öz nizamnamələrində
(əsasnamələrində) nəzərdə tutulmuş qaydada ibadətgahlar,
ziyarətgahlar, dini tədris müəssisələri və dini qardaşlıqlar yarada
bilərlər.
Din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması
üçün dini tədris müəssisələri yalnız dini mərkəz və idarələr yarada
bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini tədris
müəssisəsi yarada bilməz. Dini tədris müəssisələri ilə dini mərkəz
və ya idarələr arasında münasibətlər təsis sənədləri ilə müəyyən
edilir.
Əyani alı və orta dini tədris müəssisələrində təhsil alanlar dövlət
tədris müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq
və güzəştlərdən istifadə edirlər.
Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı on
nəfər yetkin yaşlı şəxs icmanın təsis protokolu və nizamnaməsi
(əsasnaməsi) əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə
müraciət edir. Dini mərkəz və ya idarə 15 gün ərzində həmin
sənədləri öz təqdimatı ilə birlikdə dini işlər üzrə müvafiq icra
hakimiyyəti orqanına göndərir.
Dini mərkəzin, dini idarələrin, dini tədris müəssisələrinin, dini
qardaşlıqların dövlət qeydiyyatına alınması üçün dini işlər üzrə
müvafiq icra hakimiyyəti orqanına təsis sənədi və nizamnamə
(əsasnamə) təqdim edilir.
Dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanı 15 gün ərzində
həmin sənədləri öz rəyi ilə birlikdə hüquqi şəxslərin dövlət
qeydiyyatı orqanına göndərir.
Dini qurumların dövlət qeydiyyatına alınması, dövlət
qeydiyyatından imtina edilməsi, mübahisəli məsələlərin həlli və
məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.
58
Dini qurumlar ibadətlər və dini yığıncaqlar üçün onlara
münasib yerlərə, habelə bu və ya digər dində müqəddəs sayılan
ziyarətgahlara himayədarlıq edib, onları saxlamaq və onlardan
istifadə etmək hüququna malikdirlər.
İbadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara
məxsus ərazidə, ziyarətgahlarda, qəbristanlıqlarda, dini qurumların
idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz
keçirilir.
Qoşun hissələrinin komandanlığı (müstəsna hallardan başqa)
hərbi qulluqçuların boş vaxtlarında ibadət etmələrinə və dini
ayinləri yerinə yetirmələrinə mane ola bilməz. Əsgəri bölmələrdə
hərbi rəhbərliyin razılığı ilə ruhanilərin fəaliyyətinə yol verilir.
Xəstəxanalarda, qospitallarda, qocalar və əlillər evlərində,
yataqxanalarda, ibtidai həbs yerlərində ibadətlər və dini ayinlər
orada olan şəxslərin xahişi ilə keçirilir. Həmin idarələrin
müdiriyyəti ruhanilərin dəvət olunmasına yardım göstərir, ibadətin,
ayinin və ya mərasimin keçirilməsi vaxtının və başqa şərtlərinin
müəyyənləşdirilməsində iştirak edir. Digər hallarda açıq ibadətlər,
dini ayinlər və mərasimlər yığıncaq, mitinq, nümayiş və yürüşlərin
keçirilməsi üçün müəyyən edilmiş qaydada icra olunur.
Dini qurumlar xəstəxanalarda, qospitallarda, qocalar və əlillər
evlərində, yataqxanalarda, islah-əmək müəssisələrində olan
vətəndaşlara ibadətlər keçirilməsi üzrə təkliflərlə müraciət etmək
hüququna malikdirlər.
Vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat,
eləcə də dini təyinatlı başqa əşya və materiallar əldə edə və
bunlardan istifadə edə bilərlər.
Dini qurumlar dini işlər üzrə müvafiq icra hakimiyyəti
orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini
məzmunlu başqa məlumat materiallarını istehsal, idxal edə və
sərbəst yaya bilərlər.
Dini qurumlar həm müstəqil, həm də ictimai fondlar vasitəsi ilə
və ya digər formada mədəni-maarif fəaliyyəti göstərirlər.
59
Vətəndaşlar və dini qurumlar tək və ya qrup halında beynəlxalq
dini tədbirlərdə, xaricdə keçirilən dini mərasimlərdə iştirak edə,
ziyarətlərə gedə bilərlər.
Vətəndaşların dini tədris müəssisələrində təhsil almaq üçün
xaricə göndərilməsi, qəbulu və din xadimlərinin mübadiləsi dini
mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir.
Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasında
günahkar olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 10. İfadə etmək (ekspression) azadlığı.
1. Hər kəs ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz
rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər
hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq,
məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu
maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya
müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi
bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya
cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın
mühafızəsi üçün, digər şəxsin nüfuzu və hüquqlarının müdafiəsi
üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını
almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini
təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik
cəmiyyətdə
zəruri olan müəyyən formallıqlara,
şərtlərə,
məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
Azərbaycan Respublikasının qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin I
bəndinə əsasən, hər kəsin fıkir və söz azadlığı vardır.
60
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə
əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə
etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi in-
formasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası
qadağandır.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin
III bəndinə əsasən, müharibə, hərbi vəziyyət və fövqəladə
vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan
Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə
qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi
məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə
qabaqcadan məlumat verilir.
Dostları ilə paylaş: |