verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə
14
köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
− ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə;
− zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından
istifadə etmək məqsədilə törədildikdə qanunla altı ildən on bir
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 132-ci maddəsinə əsasən, döymə yəni,
bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb
olmayan qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı
yetirmə minimum əmək haqqı məbləğinin iki yüz mislinədək
miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər
və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 133-cü maddəsi işgəncə vermə əməlinə
görə cinayət məsuliyyət nəzərdə tutur.
C.M-nin 133.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126 və
127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi
olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və
ya psixi iztirablar vermə - üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Eyni əməllər:
− iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən, yaxud
oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə;
− aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində
törədildikdə;
− bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədıldikdə;
− təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan,
habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
− zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu
yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın
qohumlarına qarşı törədildikdə - üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
15
Bu Məcəllənin 133.1 və 133.2-ci maddələri ilə nəzərdə tutulan
əməllər şəxsdən məlumat almaq və ya onu etirafa məcbur etmək,
yaxud törətdiyi və ya törədilməsində şübhə doğurduğu əmələ görə
həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən
istifadə etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə
törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 293-cü maddəsi ifadə verməyə məcbur
etməyə görə məsuliyyət nəzərdə tutur.
Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən və ya onların
təhriki ilə dindirmə zamanı hədələməklə, şantajla, ləyaqəti
alçaltmaqla və ya sair qanunsuz hərəkətlər tətbiq etməklə şübhə
edilən şəxsi, təqsirləndiriləni, zərərçəkmiş şəxsi, şahidi ifadə
verməyə, habelə eksperti rəy verməyə məcbur etmə - üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər işgəncə verməklə törədildikdə - beş ildən on
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Polis haqqında Azərbaycan Respublikasının Qanununun 5-
ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi
sahəsində polisin fəaliyyətini tənzimləyir. Belə ki, qanuna əsasən,
polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar
etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə
şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini
törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə
onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara
hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır.
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin
10-cu maddəsi məhkumların əsas hüquqları sırasında aşağıdakı
hüquqları da müəyyən edir.
Cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək;
Cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti
məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar
16
qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz
qalmamalıdırlar. Məhkumlara məcburetmə tədbirləri yalnız qanuna
əsasən tətbiq edilə bilər.
Məhkumlar onların həyat və sağlamlıqlarını təhlükə altında
qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qala bilməzlər.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 4. Köləliyin və məcburi əməyin qadağan olunması
1.
Heç kəs köləlikdə və asılılıqda saxlanmamalıdır.
2.
Heç kəs məcburi və icbari əməyə cəlb olunmamalıdır.
3.
Bu maddənin məqsədləri üçün «məcburi və ya icbari əmək»
termini aşağıdakıları özünə daxil etmir:
a)
bu Konvensiyanın maddəsinin müddəalarına müvafiq olaraq
həbsdə olan və ya belə həbsdən şərti azad edilmiş şəxsin adətən
yerinə yetirməli olduğu hər hansı bir iş:
b)
hərbi xarakterli hər hansı xidmət və ya hərbi xidmətdən
əqidəyə görə imtina etmənin qanuni hesab edildiyi ölkələrdə
məcburi hərbi xidmətin əvəzinə müəyyən edilmiş xidmət:
c)
fövqəladə vəziyyət və ya əhalinin həyatı və rifahı üçün
təhlükə yaradan fəlakət hallarında hər hansı məcburi xidmət:
d)
adi vətəndaşlıq vəzifələrinin bir hissəsi olan iş və ya xidmət.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə
əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə
özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ
vardır.
Heç kəs zorla işlədilə bilməz.
Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi
bağlamağa məcbur edilə bilməz.
Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla
nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı
17
səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar
işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara
tələb olunan işləri gördürmək hallarına yol verilir.
Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir
ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi
minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ
yardır.
İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.
Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan
istifadə edir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsi
əmək müqaviləsi üzrə işçinin əsas aşağıdakı hüquqlarını təsbit edir:
− sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək
fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq;
− əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv
etmək üçün işəgötürənə müraciət etmək;
− iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək
məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək
müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən
fəaliyyətlə məşğul olmaq;
− həyatının, sağlamlığının və əməyinin mühafızəsini təmin edən
əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını
tələb etmək;
− qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı
olmayan əmək haqqı almaq;
− iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək
haqqını almaq və ya onun verilməsini tələb etmək;
− əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına
daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina
etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə
əmək haqqının verilməsini tələb etmək;
− mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin
− yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar
almaq;
18
qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;
− müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində
qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında
çalışmaq;
− qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət
günlərindən istifadə etmək;
− hər il Əmək Məcəlləsində nəzərdə tutulmuş minimum
müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və
müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil
məzuniyyətlərındən istifadə etmək;
− peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və
ixtisasını artırmaq;
− əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və
səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;
− işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş
qaydada məcburi sosial sığorta olunmaq, habelə hər hansı
başqa növ sığorta qaydalarından istifadə etmək;
− qanunvericiliklə müəyyən edilmiş qaydada həmkarlar
ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu
təşkılatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə,
mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan
olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;
− əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət
etmək və hüquqi müdafiə olunmaq;
− qanunvericiliklə müəyyən edilmiş hallarda və şərtlərlə
(güzəştlərlə) pensiya təminatından, sosial müdafiə üzrə
müavinətlərdən və güzəştlərdən istifadə etmək;
− işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət
təminatını almaq;
− iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək
münasibətləri ilə bağlı digər məlumatlar barədə
işəgötürəndən müvafiq arayışlar almaq.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 17-ci
maddəsi məcburi əməyin qadağan edilməsi ilə bağlı müddəaları
təsbit edir.
19
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 17-ci
maddəsinə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə,
həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə
işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə
yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb
edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada
məsuliyyətə cəlb edilirlər.
Hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq
qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə
hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti
altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 5. Azadlıq və toxunulmazuq hüququ
1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç
kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan
başqa azadlıqdan məhrum oluna bilməz:
a)
səlahiyyətli məhkəmə tərəfindən tərəfindən məhkum
olunduqdan sonra şəxsi qanuni həbsə almaq:
b)
məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və
ya qanunla nəzərdə tutlmuş hər hansı öhdəliyin icra olunmasını
təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə
alınması:
c)
hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı
şəxsin səlahiyyətli orqanı qarşısında durmasından irəli gələn və ya
onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən
sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri
əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni
tutulması və ya həbsə alınması:
d)
yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün
qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli
məhkəmə orqanı qarşısında durmasından irəli gələn qanuni həbsə
alınması:
20
e)
yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün
şəxslərin, ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla
olanların, səfillərin qanuni həbsə alınması:
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə
və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq
olunan şəxslərin qanuni tutulması və ya həbsə alınması
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə
əsasən, hər kəsin azadlıq hüququ vardır.
Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada
tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan
məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər
kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və
Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi hər
kəsin şəxsi toxunulmazlıq hüququnu təsbit edir. Həmin maddəyə
əsasən, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ
vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata
müdaxilə etmək qadağandır.
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın
toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol
verilmir.
Hər kəsin yazışına, telefon danışıqları, poçt, teleqraf və digər
rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna
dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada
cinayətin qarşısını almaqdan və ya cinayət işinin zamanı həqiqəti
üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
«Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının
həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan
Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsi, şəxsin
tutulmasına, həbsə alınmasına və ya azadlıqdan məhrum
21
edilməsinə qoyulan məhdudiyyətləri müəyyən edir. Belə ki,
Konstitusiya Qanununun 4.1-ci maddəsinə əsasən, aşağıdakı
hallardan başqa və aşağıdakılardan fərqli qaydada heç kəs tutula,
həbsə alına və ya başqa formada azadlıqdan məhrum edilə bilməz:
− şəxsin səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan
sonra azadlıqdan məhrum edilməsi;
− şəxsin məhkəmənin qanuni qərarına əməl etməməyə görə və
ya qanunla nəzərdə tutulan hər hansı öhdəliyin yerinə
yetirilməsini təmin etmək məqsədilə qanuni tutulması və ya
həbs edilməsi;
− şəxsin cinayət törətmiş olduğuna əsaslı şübhələr olduqda və ya
onun hüquq pozuntusu törətməsinin və yaxud bu əməli
törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını almağa
əsaslı zərurət olduqda, səlahiyyətli məhkəmə orqanına
gətirilməsi məqsədi ilə onun qanuni tutulması və ya həbs
edilməsi;
− yetkinlik yaşına çatmamış şəxsin tərbiyəvi nəzarət məqsədi ilə
qanuni qərar əsasında azadlıqdan məhrum edilməsi və ya
səlahiyyətli məhkəmə orqanına gətirilməsi üçün qanuni
tutulması;
− yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədi ilə
şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomanlığa
düçar olmuş şəxslərin və ya avaralıqla məşğul olanların qanuni
tutulması;
− şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə
qanuni tutulması və ya həbs edilməsi, yaxud barəsində məcburi
çıxarılma və ya ekstradisiya tətbirləri görülən şəxsin qanuni
tutulması və ya həbs edilməsi.
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin
147-ci maddəsi cinayət prosesində tutulmanın tətbiqi prinsiplərini
müəyyən edir.
CPM-nin 147-ci maddəsinə əsasən, cinayət prosesində tutulma
yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər:
− cinayəti törətməkdə şübhəli olan şəxsə;
− ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş
22
qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə;
− hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə
məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza
növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, yaxud
cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi
məsələsinin həlli məqsədi ilə məhkuma.
Tutulma aşağıdakı hallarda tətbiq edilir:
− şəxsin cinayət törətməsinə şübhə yarandıqda;
− ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş
qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxs
haqqında cinayət təqibi orqanının
müvafiq qərarı olduqda;
− hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə
məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza
növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya
cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi
məsələsinin həllinədək məhkumun tutulması barədə
məhkəmənin qərarı olduqda.
Şəxsin qanunsuz tutulması Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının Cinayət Məcələsinin 42-ci
maddəsi özündə azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı
aşağıdakı cəza növləri nəzərdə tutur:
− Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi
çıxarma;
− azadlığın məhdudlaşdırılması;
− intizam xarakterli hərbi hissədə saxlama;
− müəyyən müddətə azadlıqdan məhrum etmə;
− ömürlük azadlıqdan məhrum etmə.
Cinayət Məcəlləsinin XIX fəsli şəxsiyyətin azadlığı və
ləyaqəti əleyhinə olan cinayətləri və bu cinayətlərə görə
məsuliyyəti müəyyən edir.
Cinayət Məcəlləsinin 144-cü maddəsi adam oğurluğuna görə
məsuliyyət müəyyən edərək beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.
23
Eyni əməllər:
−
iki və ya daha çox şəxs barəsində törədildikdə;
−
təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində
olan qadına qarşı törədildikdə;
−
bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya
mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar
təşkilat) tərəfindən törədildikdə;
−
zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli
olan zor tətbiq etməklə törədildikdə;
−
silahdan, yaxud silah qismində istifadə edilən əşyalardan
istifadə etməklə törədildikdə;
−
tamah məqsədi ilə və ya sifarişlə törədildikdə - səkkiz
ildən on iki ilədək müddətə azadlıqdan məhpum etmə
ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 144.1 və 144.2-ci maddələrində göstərilən
əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və
ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda - on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Əməllərində başqa cinayətin tərkibi olmayan və
oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən
azad olunur.
Cinayət Məcəlləsinin 145-ci maddəsi qanunsuz azadlıqdan
məhrum etməyə görə məsuliyyət nəzərdə tutur. Belə ki, həmin
maddəyə əsasən, adam oğurluğu ilə bağlı olmayan qanunsuz
azadlıqdan məhrum etmə - iki ilədək müddətə islah işləri və ya bir
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər:
− iki və ya daha çox şəxsə qarşı törədildikdə;
− təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan
qadına qarşı törədildikdə;
− yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
− bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
24
dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə;
− zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan
zor tətbiq etməklə törədildikdə;
− silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə
etməklə törədildikdə
− üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Cinayət Məcəlləsinin 145.1 və ya 145.2-ci maddələrində
göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və
ya digər ağır nəticələrə səbəb olduqda - beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 146-cı maddəsi qanunsuz olaraq
psixiatriya xəstəxanasına yerləşdirmə əməlinə görə məsuliyyət
nəzərdə tutur. Həmin maddəyə əsasən, psixi cəhətdən sağlam olan
şəxsi bilə-bilə psixiatriya xəstəxanasına yerləşdirmə - iki ilədək
müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin XX fəsili
şəxsiyyətin cinsi
toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətləri və bu
cinayətlərə görə məsuliyyəti müəyyən edir.
Cinayət Məcəlləsinin 149-cu maddəsi Zorlama cinayətinə
görə məsuliyyəti nəzərdə tutur.
Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor
tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya
zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə
onunla cinsi əlaqədə olma - dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
25
Eyni əməllər:
− bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya
mütəşəkkil dəstə tərəfindən törədildikdə;
− zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb
olduqda;
− təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan
şəxsə qarşı törədildikdə;
− zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya
sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi
amansızlıqla törədildikdə;
− təkrar törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər:
− ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;
− ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı
virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb
olduqda;
− təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan
şəxs barəsində törədildikdə - səkkiz ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dostları ilə paylaş: |