«Azərbaycan Respublikasında
İnsan hüquq və
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında»
Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü
maddəsi qanun əsasında insan hüquqlarının və azadlıqlarının
məhdudaşdırılmasına dair tələbləri müəyyən edir.
86
Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla
məhdudlaşdırıla bilər.
İnsan hüquqlarını və azadlıqlarını məhdudlaşdıran qanunda
məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan
Respublikasının Konstitusiyasının müvafiq madəsi göstərilməlidir.
İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər
həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir.
İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər
Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya
Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin
məqsədə mütanasib olmalıdır
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında
Konvensiyanın 1 saylı Protokolu
Maddə 1. Mülkiyyətin müdafiəsi
Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə
hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla
və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş
şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq
olaraq, mülkiyyətdən istifadə nəzarəti həyata keçirmək üçün,
yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini
təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu
məhdudlaşdırmır.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və
dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü
maddəsinə əsasən, mülkiyyət, dövlət mülkiyyəti, xüsusi mülkiyyət
və bələdiyyə mülkiyyəti növündə ola bilər.
87
Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları,
cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə
istifadə edilə büməz.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu
maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır.
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət
hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.
Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə
birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun
barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum
edilə büməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət
ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninki-
ləşdirilməsinə yalnız qabaqcadan onun deyərini ədalətli ödəmək
şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 59-cu
maddəsinə əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz
imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə
edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq
fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət
növü ilə məşğul ola bilər.
Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının
Qanunu Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini,
sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini,
onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və
üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı
münasibətlərini müəyyənləşdirir.
Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin
həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və
ıqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və
işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına
yönəldilmişdir.
88
Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların
birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə
edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti
ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından
qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün
növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər
göstərilməsi formasında həyata keçirdikləri müstəqil
təşəbbüskarlıq fəaliyyətidir.
Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından,
fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan
Respublikasının Konstitusiyası, «Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında» Konstitusiya aktı, «Azərbaycan
Respublikasının iqtisadi müstəqilliyi haqqında» Konstitusiya
Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
«Mülkiyyət haqqında« Azərbaycan Respublikasının Qanunu,
Sahibkarlıq fəaliyyəti haqqında Qanun və bunların əsasında qəbul
edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir.
Müəssisə yaratmaqla həyata keçirilən sahibkarlıq fəaliyyəti,
həmçinin Azərbaycan Respublikasının müəssisələr haqqında
qanunvericiliyi ilə də tənzimlənir.
Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik
aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar
məşğul ola bilərlər:
− fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir
vətəndaşı;
− mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
− hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;
− xarici hüquqi şəxslər.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu
fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli
şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq qadağandır.
Sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin
xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiy-
89
yətcinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində
təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə
edən subyekt məşğul ola bilər.
Müəssisəni idarə edən subyektin və əmlakın mülkiyyətçisinin
münasibətləri tərəflərin qarşılıqlı öhdəliklərini, hüquqlarını və
məsuliyyətlərini müəyyən edən müqavilə (bağlaşma) ilə
tənzimlənir. Müəssisənin mülkiyyətçisi müəssisəni idarə edən
şəxslə müqavilə bağlandıqdan sonra müqavilədə, müəssisənin
nizamnaməsində
və Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə
müəssisənin fəaliyyətinə qarışa bilməz.
Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində
həyata keçirilən bütün formalarına icaza verilir. Mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün
formaları bərabər hüquqludur.
Fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq
qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər.
Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin
səlahiyyətlərinə aid məsələlər-qanunçuluğun gözlənilməsi, ölkənin
və vətəndaşların təhlükəsizliyi və müdafiəsi, vergi, qiymət və
antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya,
sanitariya, yanğından qorunma və arxitektura normalarının
gözlənilməsi və tarixi abidələrin mühafızəsi məsələləri üzrə yol
verilir.
Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət
və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər
sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan
olunur.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan
hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar
təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır.
Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların və ictimai birliklərin
müdaxiləsinə yol verilmir.
90
Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan
Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı
hüquqlara malikdir:
− istənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında
vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;
− dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin
əmlakının, başqa əmlakı və əmlak hüquqlarını tamamilə və ya
qismən əldə etmək;
− başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan
əmlakla iştirak etmək;
− tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslərin
əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə
etmək;
− işçiləri işə qəbul etmək və işdən azad etmək;
− işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların
əmlakının məbləğini və
gəlirinin digər növlərini
müəyyənləşdirmək;
− təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək,
məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin,
xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün
müqavilə əsasında iş görmək və məhsul göndərmək;
− öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər)
müəyyənləşdirmək;
− pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa
əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün
banklarda hesablar açmaq;
− sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən vergilər və
digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst
istifadə etmək. Sahibkarlıq fəaliyyəti bağlaşma əsasında
həyata keçirilərkən mənfəətin bölüşdürülməsi qaydası
bağlaşmada müəyyən edilir;
− məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək;
− dövlət sosil təminatı sistemindən istifadə etmək;
− sığorta növünü sərbəst surətdə seçmək;
91
− hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət
orqanlarının və digər orqanların, təsərrüfat subyektlərinin və
fiziki şəxslərin hərəkətlərindən şikayət etmək;
− xarici iqtisadi münasibətlərdə iştirak etmək;
− valyuta əməliyyatları aparmaq;
− ictimai fondlara, səhiyyəyə, xeyriyyəçilik, maarifçilik
məqsədlərinə, elmi və mülki məqsədlərə, müharibə və başqa
fövqəfadə hadisələr zamanı isə dövlətə lazımi yardım
göstərilməsinə ianələr vermək;
− həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək.
İnsan hüquqlırının və əsas azadlıqlarının müdafiəsi haqqında
Konvensiyanın lsaylı Protokolu
Maddə 2. Təhsil hüququ.
Heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət
təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyanı yerinə
yetirərkən, valideynlərin öz dini və fəlsəfı baxışlarına müvafiq olan
təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə
əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
Dövlət pulsuz, icbari, ümumi, orta təhsil almaq hüquqnu təmin
edir.
Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili
davam etdirməsinə dövlət təminat verir.
Dövlət minimum təhsil standartlarını müəyyən edir.
Azərbaycan Respublikasının Təhsil Qanunu təhsillə bağlı
yaranan bütün münasibətləri tənzimləyir.
Təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla
strateji əhəmiyyətə malik olan və üstün inkişaf etdirilən fəaliyyət
sahəsidir. Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə,
ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır.
92
Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Təhsil
sistemi qarşısında duran vəzifələr Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında Konstitusiya aktına, Azərbaycan
Respublikasının Konstitusiyasına, Təhsil Qanununa və müvafiq
beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir. Təhsil
Qanunu təhsil sisteminin ümumi əsaslarını müəyyən edir.
Təhsil qanunvericiliyinə daxildir: həmin Təhsil Qanunu;
ona müvafiq olaraq Azərbaycan Respublikasında verilmiş
digər təhsil qanunvericiliyi aktları; Azərbaycan Respublikası
tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasında həmin
Təhsil Qanunu əsasında qəbul edilmiş qanunvericilik aktları.
Təhsil Qanunu Azərbaycan ərazisində olan bütün təhsil
müəssisələrinə, müvafiq orqan və təşkilatlara şamil edilir.
Azərbaycanın təhsil sistemi həmin Qanun əsasında fəaliyyət
göstərir.
Təhsil qanunvericiliyini pozanlar qanunla müəyyən olunmuş
qaydada məsuliyyət daşıyırlar.
Təhsil qanunvericiliyinin vəzifələri aşağıdakılardır:
− təhsil sahəsində dövlət siyasəti prinsiplərinin müəyyən
edilməsi;
− təhsil sisteminin sərbəst fəaliyyəti və təhsilin inkişafı üçün
hüquqi təminat yaradılması;
− hüquqi şəxslər və təhsil subyektlərinin hüquq və vəzifələrinin
səlahiyyət və məsuliyyətinin müəyyən olunması;
− vətəndaşların təhsil haqqında konstitusiya hüquqlarının təmin
olunması və müdafiəsi.
Maddə 2. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri.
Azərbaycan Respublikası fasiləsiz təhsil sistemi yaratmaq
siyasəti yeridir. Dövlətin təhsil siyasəti aşağıdakı prinsiplərə
əsaslanır:
− Hüquqi baxımdan hammm dövlət standartı çərçivəsində
təhsil almaq imkanına malik olması;
− bilik, bacarıq və istedadı reallaşdırmaq üçün hamıya bərabər
şərait yaradılması;
93
− təhsilin demokratikləşdirilməsi və dövlət-ictimai xarakter
daşıması;
− təhsil müəssisələrinin müstəqilliyinin artırılması;
− təhsilin humanistləşdirilməsi;
− ümumbəşəri dəyərlərin, insan həyatı və sağlamlığının,
şəxsiyyətin azad inkişafının üstün tutulması;
− təhsilin humanitarlaşdırılması;
− təhsildə milli zəminin və bölgə komponentinin gücləndirilməsi;
− təhsilin fərdiləşdirilməsi və differensiallaşdırılması;
− təhsilin məzmununun inteqrasiya edilməsi;
− təhsilin elmi-dünyəvi xarakter daşımasi;
− elm, istehsalat, xarici ölkələrin təhsil müəssisələri və orqanları
ilə sıx əlaqə;
− təhsil müəssisələrinin partiyalardan, ictimai-siyasi və dini
təşkilatlardan, hərəkatlardan asılı olmaması;
− təhsildə azadlıq və plüralizm;,
− yaradıcılıq; tamlıq; varislik; çeviklik;
− təhsilin dünya standartları səviyyəsində olması.
Azərbaycan Respublikasının Təhsil Qanununun 3-cü maddəsi
vətəndaşların təhsil hüquqlarını təsbit edir.
İrqindən, milli və dini mənsubiyyətindən, dilindən, cinsindən,
yaşından, səhhətindən, sosial-maddi vəziyyətindən, fəaliyyət
sahəsindən, ictimai mənşəyindən, yaşayış yerindən, dinə
münasibətindən, siyasi əqidəsindən, həmçinin üzərində məhkumluğun
olmasından asılı olmayaraq, vətəndaşların təhsil hüququna təminat
verilir.
Müəyyən peşələr və ixtisaslar üzrə hökumət tərəfındən yaş
həddinə, habelə cinsə, sağlamlığa, mühakimə olunmaya görə
məhdudiyyətlər qoyula bilər.
Dövlət təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq
hüququna malikdirlər. Həmin təhsil müəssisələrində əlavə pullu təhsil
qrupları da yaradıla bilər.
Vətəndaşların təhsil formasını, təhsil müəssisəsinin və təlim dılini
seçmək azadlığı təmin olunur.
94
Sosial müdafiəyə və yardıma ehtiyacı olan vətəndaşların təhsil
hüququnu təmin etmək məqsədilə dövlət onların təhsil xərcini qismən,
yaxud bütünlüklə öz üzərinə götürür.
Pullu təhsil müəssisələrində təhsil alan aztəminatlı vətəndaşlara
eyni növdən və tipdən olan dövlət təhsil müəssisələrinin normativləri
əsasında dövlət tərəfindən ödənc verilir.
Dövlət xüsusi istedada malik olan və sosial yardıma ehtiyacı olan
şəxslərin respublikada və ya xaricdə təhsil ala bilməsi üçün tam şərait
yaradır.
Dövlət ali məktəb tələbələrinə təhsilini başa vurduqdan sonra beş il
müddətində ödəmək şərtilə kredit verə bilər.
Vətəndaşlar təhsil müəssisələrinin proqramlarını sərbəst surətdə
öyrənib ekstern yolu ilə imtahanlar verərək müvafiq təhsil sənədi (ali
təhsilin birinci - bakalavr pilləsi də daxil olmaqla) almaq hüququna
malikdirlər.
Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin məzunları yuxarı
pillədən olan növbəti təhsil müəssisəsinə qəbul olunarkən bərabər
hüquqa malikdirlər.
Azərbaycan Respublikasının Təhsil Qanununun 4-cü maddəsi
təhsil prosesi və ictimai-siyasi fəaliyyəti tənzimləyir.
Təlim-tərbiyə prosesi pozulmazdır. Siyasi partiyalar, ictimai-siyası
cəmiyyətlər və təşkilatlar, dini və digər qurumlar təhsil
müəssisələrinin fəaliyyətinə və təlim-tərbiyə prosesinə müdaxilə edə
bilməzlər.
Təhsil işçisinin konstitusiya çərçivəsində fəaliyyət göstərən hər
hansı partiyanın, habelə digər ictimai-siyasi və ya dini təşkilatın üzvü
olması onun pedaqoji fəaliyyətinə mane ola bilməz.
Yetkinlik yaşına çatmayanların siyasi aksiyalara cəlb olunmasına
yol verilmir.
Təhsil müəssisələrində və təhsil orqanlarında siyasi partiyaların,
ictimai-siyasi hərəkatların təşküat strukturlarının yaradılmasına və
fəaliyyətinə yol verilmir.
Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır.
Dünyavi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa
çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər.
95
İ
nsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında
Konvensiyanın l saylı Protokolu
Maddə 3. Azad seçkilər hüququ
Yüksək Müqavilə Tərəfləri qanunverici hakimiyyət orqanını
seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, gizli
səsvermə yolu ilə, ağlabatan dövrilikdə azad seçkilər keçirməyi
öhdələrinə götürür.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə
əsasən, Azərbaycan Respublikası
vətəndaşlarının dövlət
orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak
etmək hüququ vardır.
Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq
olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək
hüququ yoxdur.
Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din
xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə
azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və
qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək
hüququ qanunla məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 83-cü maddəsi
Azərbaycan Respublikası Milli Məclisi deputatlarının
seçkilərinin əsaslarını təsbit edir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar
seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında
sərbəst, səxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 84-cü
maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin hər
çağırışının səlahiyyət müddəti 5 ildir.
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının
seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü
keçirilir.
96
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının
səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından
çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın
səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti
ilə məhdudlaşır.
Azərbaycan Respublikası Konstitusiyasının 85-ci nıaddəsi
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına
namizədlərə aid tələbləri təsbit edir.
Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir
vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan
Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan,
icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi,
pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli
fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət
qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə
görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən
şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə
bilməzlər.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə
əsasən, seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən
olunmuş. qaydada Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi yoxlayır və təsdiq edir.
Azərbaycan Respublikası Konstitusiyasının 87-ci maddəsinə
əsasən, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının
səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni
çağırışının ilk iclas günü bitir.
Azərbaycan Respublikası Milli Məclisi deputatlığından
çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli
Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət
qalarsa, keçirilmir.
97
Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının
səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.
Azərbaycan Respublikasında Milli Məclisə seçkilərlə bağlı
digər müddəalar Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər haqqında Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsi
Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları
müəyyən edir.
Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və
birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu
ilə 5 il müddətinə seçilir.
Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak
edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa,
səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci
dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən ox səs
toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz
namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki
namizəd iştirak edir.
Səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan namizəd
Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının
Prezidenti seçilə bilməz.
Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.
Dostları ilə paylaş: |