Aydin səFİxanli insan hüquqlarinin və Əsas


Cinayət Məcəlləsinin 150-ci maddəsi



Yüklə 0.92 Mb.
Pdf просмотр
səhifə3/11
tarix01.01.2017
ölçüsü0.92 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Cinayət Məcəlləsinin 150-ci maddəsi  seksual xapakterli 
zorakılıq hərəkətlərin törədilməsinə məsuliyyət müəyyən edir. Belə 
ki, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya 
belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz 
vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli 
digər zorakılıq hərəkətləri etmə - üç ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Eyni əməllər: 
−  bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya 
mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
−  zərərçəkmiş  şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb 
olduqda; 
−  təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs 
barəsində törədildikdə; 

 
26 
−  zərərçəkmiş  şəxsə  və ya başqa  şəxslərə qarşı xüsusi 
amansızlıqla törədildikdə; 
−  təkrar törədildikdə - beş ildən səkkiz ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Eyni əməllər: 
−  ehtiyatsızlıqdan zərərçəkmiş  şəxsin ölümünə  səbəb 
olduqda; 
−  ehtiyatsızlıqdan zərərçəkmiş 
şəxsin insan 
immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır 
nəticələrə səbəb olduqda; 
−  təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan 
şəxs barəsində törədildikdə-səkkiz ildən on beş ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Cinayət Məcəlləsinin 151-ci maddəsi  seksual xarakterli 
hərəkətlərə məcbur etmə cinayətinə görə məsuliyyət nəzərdə tutur. 
Belə ki, əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi 
hədəsi ilə  və yaxud zərərçəkmiş  şəxsin maddi və ya sair 
asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, 
uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə 
- minimum əmək haqqı  məbləğinin beş yüz mislindən min 
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Cinayət Məcəlləsinin 152-ci maddəsi  on altı yaşına çatmayan 
şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər 
etməyə görə  məsuliyyət müəyyən edir. Belə ki, yetkinlik yaşına 
çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi 
əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə - üç 
ilədək müddətə azadlığın məhdudlaşdırılması  və ya eyni müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Cinayət Məcəlləsinin 153~cü maddəsi  əxlaqsız hərəkətlərin 
törədilməsinə görə  məsuliyyət müəyyən edir. Belə ki, təqsirkar 
üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq 
etmədən əxlaqsız hərəkətlər törətmə - minimum əmək haqqı 

 
27 
məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və 
ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın 
məhdudlaşdırılması  və ya iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Cinayət Məcəlləsinin 290-cı maddəsi  təqsiri olmadığını bilə-
bilə  şəxsi cinayət məsuliyyətinə  cəlb etməyə görə  məsuliyyət 
nəzərdə turur. Belə ki, təqsiri olmadığını bilə-bilə  şəxsi cinayət 
məsuliyyətinə  cəlb etmə - üç ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə 
ittiham olunması ilə bağlı törədildikdə - üç ildən yeddi ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Cinayət Məcəlləsinin 292-ci maddəsi  qanunsuz olaraq tutma, 
həbsə alma və ya həbsdə saxlamaya görə məsuliyyəti nəzərdə tutur. 
Belə ki, bilə-bilə qanunsuz tutma - üç ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma 
və ya müəyyən fəaliyyətlə  məşğul olma hüququndan məhrum 
edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Bilə-bilə qanunsuz həbsə alma və ya həbsdə saxlama - iki ildən 
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Yuxarıda qeyd etdiyimiz əməllər ağır nəticələrə səbəb olduqda - 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Cinayət Məcəlləsinin 295-ci maddəsi  bilə-bilə  ədalətsiz hökm, 
qətnamə, qərardad və qərar çıxarmaya məsuliyyət nəzərdə tutur. 
Hakimlərin bilə-bilə  ədalətsiz hökm, qətnamə, qərardad və ya 
qərar çıxarması - minimum əmək haqqı  məbləğinin beş yüz 
mislindən min mislinədək miqdarda cərimə  və ya üç ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Eyni  əməllər azadlıqdan məhrum etmə barədə  məhkəmənin 
çıxardığı qanunsuz hökm ilə  əlaqədar olduqda və ya başqa ağır 
nəticələrə  səbəb olduqda - beş ildən səkkiz ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 
28 
Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 
23-cü maddəsi  inzibati xətalar törətməyə görə azadlıq hüququnun 
məhdudlaşdırılması ilə bağlı  aşağıdakı inzibati tənbeh növləri 
tətbiq edilə bilər: 
−  əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan 
Respublikasının hüdudlarından kənara inzibati qaydada 
çıxartma; 
−  inzibati həbs. 
Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 
307-1-ci maddəsinə  əsasən,  avaralıqla məşğul olmağa görə 
vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı 
törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət 
sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, 
əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edilir və ya 
şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək 
miqdarda cərimə edilməklə  və ya edilməməklə Azərbaycan 
Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının 
müdafidsi haqqında Konvensiya 
 
Maddə 5. Azadlıq və toxunulmazlıq hüququ 
2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının 
səbəbləri və ona qarşı irəli sürülən istənüən ittiham barədə  dərhal 
məlumat verilir. 
Azərbaycan Respublikasının 
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 67-ci maddəsinə 
əsasən,  tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham 
edilənlərin aşağıdakı hüquqlarını təsbit edir. 
Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət 
törədilməsində ittiham etdiyi hər bir şəxsə  dərhal onun hüquqları 
bildirilir və tutulmasının, həbsə alınmasının
 
və cinayət 
məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. 

 
29 
Polis haqqında Azərbaycan Respublikasının Qanununun 5-
ci maddəsinin 4-cü bəndinə  əsasən,  hər hansı  şəxsin hüquq və 
azadlıqları 
məhdudlaşdırıldıqda polis əməkdaşı 
məhdudlaşdırmanın  əsaslarını  və  səbəblərini, habelə bununla 
əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir. 
Həmin maddənin 5-ci bəndinə əsasən, polis tutulan və ya həbsə 
alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 
90.7-ci maddəsi  şübhəli  şəxsin hüquqlarını  təsbit edir. Belə ki, 
şübhəli şəxs: 
CPM-nin 90.7.1-ci maddəsinə  əsasən,  nədə  şübhələnildiyini 
bilmək (şübhənin məzmunu - ona istinad edilmiş cinayət qanunu ilə 
nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsifı); 
CPM-nin 90.7.2-ci maddəsinə  əsasən,  tutulduğu halda 
tutulmanın  əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən 
hüquqi yardım almaq, onu tutmuş  şəxsdən, təhqiqatçıdan, 
müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş 
almaq;  CPM-nin 90.7.3-cü maddəsinə  əsasən,  tutulma haqqında 
və ya qətimkan tədbiri seçilməsi haqqında qərarın surətini almaq; 
CPM-nin 90.7.4-cü maddəsinə  əsasən,  tutulma haqqında 
protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və ona 
protokolda əks olunmalı qeydlərini vermək hüququna malikdir. 
Cinayət Prosesual Məcəlləsinin 91.5-ci maddəsi 
təqsirləndirilən şəxsin hüquqlarını təsbit edir. 
Təqsirləndirilən şəxs; CPM-nin 91.5.1-ci maddəsinə  əsasən, 
nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın 
faktiki tərəfi və hüquqi tövsifı), ittiham elan edildikdə, habelə 
həbsə alındıqdan və ya barəsində  qətimkan tədbiri seçilməsi 
haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın 
surətini almaq. 
CPM-nin 91.5.2 - ci maddəsinə əsasən, onu tutmuş və ya həbs 
haqqında qərarı icra etmiş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və 
ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq; 
CPM-nin 91.5.3 - cü maddəsinə əsasən, dərhal tutulma və 

 
30 
həbsə alma protokolu tərtib olunduqdan sonra onunla tanış olmaq və 
ona protokolda əks olunmalı qeydlərini vermək hüquna malikdir. 
Cinayət prosesində  iştirak edən  şəxslərin dövlət müdafiəsi 
haqqında Azərbaycan Respublikasının Qanunu cinayət işi üzrə 
zərər çəkən  şəxslərin,  şahidlərin və cinayət prosesində  iştirak edən 
digər  şəxslərin təhlükəsizliyinin təmin edilməsini və sosial 
müdafiəsini nəzərdə tutan tədbirlər sistemini müəyyənləşdirir. 
Bu Qanunla müəyyənləşdirilmiş təhlükəsizlik tədbirləri o halda 
tətbiq edilir ki, yuxarıda göstərilən şəxslərin təhlükəsizliyinin başqa 
vasitələrlə təmin edilməsi mümkün deyildir. 
Səlahiyyətli dövlət orqanları  tərəfindən barəsində  təhlükəsizlik 
tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş  şəxs, 
müdafiə olunan şəxs adlanır. 
Müdafiə olunan şəxslər aşağıdakılardır: 
1)
 
hüquq-mühafızə orqanlarına cinayət haqqında məlumat vermiş 
və ya cinayətin aşkar edilməsində, qarşısının alınmasında və ya 
açılmasında iştirak etmiş şəxs; 
2)
 
cinayət işi üzrə zərər çəkən şəxs və onun nümayəndəsi; 
3)
 
şübhə edilən  şəxs, təqsirləndirilən, onların müdafiəçiləri və 
nümayəndələri; 
4)
 
cinayətin törədilməsi nəticəsində  dəymiş  zərərin ödənilməsi 
barədə iddiaya dair mülki iş üzrə mülki iddiaçı, mülki cavabdeh və 
onların nümayəndələri; 
5)
 
şahidlər; 
6) ekspert,  mütəxəssis, tərcüməçi və hal şahidləri. 
Müdafiə olunan şəxslərə təzyiq göstərmək məqsədilə onların yaxın 
qohumlarına təsir göstərildiyi hallarda təhlükəsizlik tədbirləri 
müdafiə olunan şəxslərin yaxın qohumları barəsində də tətbiq edilə 
bilər. 
Bu Qanunda nəzərdə tutulan şəxslərin təhlükəsizliyinin 
təmin edilməsi, bu şəxslərin həyatının və sağlamlığının, 
əmlakının qorunması  məqsədilə  səlahiyyətli dövlət orqanları 
tərəfindən hüquqi, təşkilati-texniki və digər tədbirlərin həyata 
keçirilməsindən ibarətdir. 

 
31 
Müdafiə olunan şəxslərin təhlükəsizliyinin təmini aşağıdakı 
prinsiplər rəhbər tutulmaqla həyata keçirilir. 
Müdafiə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi bu 
Qanunla müəyyənləşdirilmiş 
təhlükəsizlik tədbirlərinin 
qanunçuluq, insan və  vətəndaş hüquq və azadlıqlarına hörmət 
edilməsi, təhlükəsizlik tədbirlərini tətbiq edəı., orqanın və müdafiə 
olunan şəxslərin öhdəlikləri əsasında həyata keçirilir. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 5. Azadlıq və toxunulmazbq hüququ 
3. Bu maddənin 1-ci bəndinin «c» alt bəndinə müvajiq olaraq 
tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla 
məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli 
şəxsin yanına gətirilir və  ağlabatan müddət  ərzində  məhkəmə 
araşdırması  və ya məhkəməyə  qədər azad edilmə hüququna 
malikdir. Azad edilmək məhkəmədə  iştirak etmə  təminatlarının 
təqdim edilməsi ilə şərtləndirilə bilər. 
 
Azərbaycan Respublikasının 
qanunvericilik sistemi 
 
«Azərbaycan Respublikasında  İnsan hüquq və azadlıqlarının 
həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan 
Respublikasının Konstitusiya Qanununun 4.2-cü maddəsinə 
əsasən, bu qanunun 4.1 .-ci maddəsinə uyğun tutulmuş  və ya həbs 
olunmuş (yəni,  şəxsin səlahiyyətli məhkəmə  tərəfindən məhkum 
olunduqdan sonra azadlıqdan məhrum edilməsi;  şəxsin 
məhkəmənin qanuni qərarına  əməl etməməyə görə  və ya qanunla 
nəzərdə tutulan hər hansı öhdəliyin yerinə yetirilməsini təmin 
etmək məqsədilə qanuni tutulması  və ya həbs edilməsi;  şəxsin 
cinayət törətmiş olduğuna  əsaslı  şübhələr olduqda və ya onun 
hüquq pozuntusu törətməsinin və yaxud bu əməli törətdikdən sonra 
qaçıb gizlənməsinin qarşısını almağa əsaslı zərurət 

 
32 
olduqda, səlahiyyətli məhkəmə orqanına gətirilməsi məqsədi ilə 
onun qanuni tutulması  və ya həbs edilməsi; yetkinlik yaşına 
çatmamış  şəxsin tərbiyəvi nəzarət məqsədi ilə qanuni qərar 
əsasında   azadlıqdan  məhrum   edilməsi      və      ya    səlahiyyətli 
məhkəmə orqanına gətirilməsi üçün qanuni tutulması; yoluxucu 
xəstəlikləri yaymasının qarşısını almaq məqsədi ilə  şəxslərin, 
habelə ruhi xəstələrin, alkoqolizmə  və narkomanlığa düçar olmuş 
şəxslərin və ya avaralıqla məşğul olanların qanuni tutulması; şəxsin 
ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə qanuni 
tutulması və ya həbs edilməsi, yaxud barəsində məcburi çıxarılma 
və ya ekstradisiya tətbirləri görülən şəxsin qanuni tutulması və ya 
həbs edilməsi) hər bir şəxs dərhal, işə baxmaq və ya məhkəməyə  
qədər azad etmək səlahiyyətinə malik olan hakimin yanına gətirilir. 
Həmin  şəxs qanunla müəyyən edilmiş müddətdə  məhkəmə 
araşdırmasının aparılması  və ya məhkəməyə  qədər azad edilməsi 
hüququna malikdir. 
Tutulmuş və ya həbs edilmiş şəxs onun məhkəməyə gələcəyinə 
təminat verilməsi şərti ilə məhkəməyə qədər azad edilə bilər. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
Müdafiəsi haqqında Konvensiya: 
Maddə 5. Azadlıq və toxunulmazlıq hüququ 
4. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum 
edilmiş  hər kəs onun həbsə alınmasının qanunuliyinə  məhkəmə 
tərəfiındən təxirə salınmadan baxılma hüququna və  əgər onun 
həbsi məhkəmə  tərəfindən qanunsuz hesab edilibsə, azad edilmə 
hüququna malikdir. 
 
Azərbaycan Respublikasının 
qanunvericilik sistemi 
 
«Azərbaycan Respublikasında  İnsan hüquq və azadlıqlarının 
həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan 
Respublikasının Konstitusiya Qanununun 4.3-cü maddəsinə 
əsasən,  tutulma və  ya həbsəalma nəticəsində  azadlıqdan 

 
33 
məhrum olunan hər bir şəxs məhkəmə araşdırmasının aparılması 
hüququna malikdir və bu zaman məhkəmə, təxirə salmadan onun 
tutulmasının
 
qanuniliyi məsələsini həll edir və  əgər o, qanunsuz 
tutulubsa, onun azad olunması haqqında qərar çıxarır. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 
91.5.21-ci maddəsinə  əsasən,  təqsirləndirilən  şəxs həbsə alma və 
həbsdə saxlamanın qanuni və  əsaslı olduğunu təsdiq etmək üçün 
cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi 
materiallarla tanış olmaq hüququna malikdir. 
CPM-nin 91.5.24-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin 
əsassız gecikməyə yol verilmədən açıq məhkəmə baxışı  tələb 
etmək hüququ vardır. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
Maddə 5. Azadlıq və toxunulmazlıq hüququ 
5. Bu maddənin müddəalarının pozulması ilə tutulmadan və ya 
həbsə almadan zərər çəkmiş  hər kəsin iddia ilə  təmin olunan 
kompensasiya hüququ var. 
 
Azərbaycan Respublikasının 
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsi 
hər kəsə zərərin ödənilməsini tələb etmək hüququ verir. 
Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər 
çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin 
ədalət mühakiməsinin həyata keçirilməsində  iştirak etmək və 
ona vurulmuş zərərin ödənüməsini tələb etmək hüququ vardır. 
Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin 
qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş 
zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 

 
34 
«Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının 
həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan 
Respublikasının Konstitusiya Qanunu 4-cü maddəsinə  əsasən, 
şəxsin səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra 
azadlıqdan məhrum edilməsi: 
−  şəxsin məhkəmənin qanuni qərarına  əməl etməməyə görə 
və ya qanunla nəzərdə tutulan hər hansı öhdəliyin yerinə 
yetirilməsini təmin etmək məqsədilə qanuni tutulması  və ya 
həbs edilməsi; 
−  şəxsin cinayət törətmiş olduğuna  əsaslı  şübhələr olduqda və 
ya onun hüquq pozuntusu törətməsinin və yaxud bu əməli 
törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını almağa əsaslı 
zərurət olduqda, səlahiyyətli məhkəmə orqanına gətirilməsi 
məqsədi ilə onun qanuni tutulması və ya həbs edilməsi; 
−  yetkinlik yaşına çatmamış şəxsin tərbiyəvi nəzarət məqsədi ilə 
qanuni qərar  əsasında azadlıqdan məhrum edilməsi və ya 
səlahiyyətli məhkəmə orqanına gətirilməsi üçün qanuni 
tutulması; 
−  yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədi ilə 
şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə 
və 
narkomanlığa düçar olmuş  şəxslərin və ya avaralıqla məşğul 
olanların qanuni tutulması; 
−  şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi 
ilə qanuni tutulması  və ya həbs edilməsi, yaxud barəsində 
məcburi çıxarılma və ya ekstradisiya tətbirləri görülən şəxsin 
qanuni turulması  və ya həbs edilməsi hallarından başqa bu 
maddənin göstərişlərinə zidd olaraq tutulan və ya həbs 
olunan hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya 
hüququ vardır. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 36-
cı maddəsi,  bəraət qazanmış  şəxsin pozulmuş hüquqlarının 
bərpasının təmin edilməsi əsaslarını müəyyən edir. 

 
35 
Cinayət prosesinin gedişində CPM-nin 55, 56-cı maddələrində 
nəzərdə tutulmuş  şəxslərin pozulmuş hüquq və azadlıqlarının 
bərpasını  və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək 
hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin 
edilməlidir. 
Vəzifə      səlahiyyətlərindən   sui-istifadə      və   ya   cinayət 
nətəticəsində  zərər çəkmiş, habelə  təqsirsiz məhkum olunmuş, 
qanunsuz həbsdə saxlanılmış, yaxud cinayət prosesi gedişində 
hüquqları digər formada məhdudlaşdırılmış  şəxslərin hüquqları 
CPM-si ilə  və Azərbaycan Respublikasının digər qanunları ilə 
müəyyən edimiş qaydada bərpa olunur. 
Polis haqqında Azərbaycan Respublikasının Qanununun 5-
ci maddəsinin VI bəndinə əsasən, şəxsin hüquqları, azadlıqları və 
qanuni mənafeləri polis əməkdaşları  tərəfindən pozulduqda polis 
orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni 
mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, 
vurulan ziyanı ödəməyə borcludur. 
Həmin maddənin VII bəndinə  əsasən,  Polis  əməkdaşlarının 
qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada 
ödənilir. 
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə 
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə 
vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan 
Respublikasının Qanunu təhqiqat, ibtidai istintaq, prokurorluq və 
məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz 
hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət 
tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. 
Bu Qanunun və Azərbaycan Respublikasının digər 
qanunvericilik aktlarının müddəalarına  əsasən, Azərbaycan 
Respublikasının  ərazisində Azərbaycan Respublikasının təhqiqat, 
ibtidai istintaq, prokurorluq və  məhkəmə orqanları  tərəfindən hər 
hansı şəxsin qanunsuz olaraq: 

 
36 
1)  tutulması, müttəhim qismində cəlb edilməsi, həbsə alınması 
və saxlanılması, məhkum olunması,  əmlakının müsadirə 
edilməsi; 
2) barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar götürmə 
və axtarış aparılması, əmlakı üzərinə həbs qoyulması, işdən 
(vəzifədən) kənarlaşdırılması  və ya onun hüquqlarını 
məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata 
keçirilməsi; 
3) barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 
4) barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə 
inzibati tənbeh tətbiq edilməsi nəticəsində  həmin  şəxsə 
vurulmuş ziyan ödənilməlidir. 
Birinci hissədə  nəzərdə tutulmuş hallarda vurulmuş ziyan 
təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə orqanlarının 
vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 
Fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin, ictimai və 
dövlət mənafelərinin pozulması hallarının vaxtında aşkar edilməsi, 
qarşısının alınması  və aradan qaldırılması  məqsədilə  təhqiqat, 
ibtidai istintaq, prokurorluq və  məhkəmə orqanlarının qanunsuz 
hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi 
haqqında qanunvericiliyin eyni cür və dürüst icrası dövlət tərəfindən 
qanunla nəzərdə tutulmuş qaydada təmin edilir. 
Vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ 
aşağıdakı hallarda yaranır. 
−  bəraətverici hökm çıxarıldıqda; 
−  cinayət hadisəsinin,  əməldə cinayət tərkibinin olmaması  və 
ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə 
əlaqədar cinayət işinə xitam verildikdə  və ya cinayət işinin 
başlanması rədd edildikdə; 
−  inzibati hüquqpozma haqqında işə xitam verildikdə yaranır. 
Əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl 
keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə 
tədbirlər keçirildikdən dərhal sonra yaranır. 

 
37 
Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs vəfat 
etdikdə, qanunda nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın 
ödənilməsi hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
nəzərdə tutulmuş qaydada onun vərəsələrinə keçir. 
Azərbaycan Respublikasının 
ərazisində Azərbaycan 
Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə 
orqanları tərəfindən hərhansı şəxsin qanunsuz olaraq: 
−  tutulması, müttəhim qismində  cəlb edilməsi, həbsə alınması 
və saxlanılması,  məhkum olunması,  əmlakının müsadirə 
edilməsi; 
−  barəsində olan cinayət işinin istintaqı ilə  əlaqədar götürmə  və 
axtarış aparılması,  əmlakı üzərinə  həbs qoyulması, işdən 
(vəzifədən) kənarlaşdırılması  və ya onun hüquqlarını 
məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata 
keçirilməsi; 
−  barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 
−  barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə 
inzibati tənbeh tətbiq edilməsi nəticəsində  hər bir şəxsə: 
qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəət və digər 
gəlirlər; müsadirə olunmuş və ya məhkəmə tərəfindən dövlət 
nəfinə yönəldilmiş, yaxud təhqiqat və ya ibtidai istintaq 
orqanları,  əməliyyat-axtarış  fəaliyyətini həyata keçirən 
orqanlar tərəfindən  götürülmüş,  eləcə    də  üzərinə  həbs 
qoyulmuş  əmlak (o cümlədən, pul əmanətləri və onların faizi, 
qiymətli kağızlar və onların faizi, şəxsin iştirakçısı olduğu 
təsərrüfat birliyinin nizamnamə fondundakı payı  və bu paya 
müvafiq olan əldə edilməmiş  gəlir və digər dəyərlər); 
məhkəmə  məsrəfləri ilə bağlı ondan tutulmuş  məbləğlər; 
hüquqi yardımın göstərilməsi ilə  əlaqədar ödənilmiş 
məbləğlər; vurulmuş mənəvi ziyan ödənilməlidir. 

Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə