Azərbaycan Respublikasının Məlumat azadlığı haqqında
Qanunu məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar
yaranan münasibətləri tənzimləyir.
Qanuna əsasən hər kəsin məlumat əldə etmək üçün müraciət
etmək hüququ vardır.
Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi
şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.
Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan
Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol
verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan
Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan
Respublikasının Qanunları ilə müəyyən edilir.
Məlumat münasibətlərinin subyektləri fiziki və hüquqi
şəxslərdir.
Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri
aşağıdakılardır:
− məlumat azadlığının təmin edilməsi;
− məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı;
− məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi;
− məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə
olunmasının, yayılmasının və qorunmasının qanuniliyi;
61
− hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması;
− şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin
qorunması.
Qanun məlumatın əldə edilməsi üçün aşağıdakı təminatları
nəzərdə tutur:
− dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliy-
yətləri və qəbul olunmuş qərarları barədə məlumatlar ver-
mələri yolu ilə;
− dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün
informasiya xidmətlərinin yaradılması ilə;
− statistik məlumatlardan, kitabxanaların, arxivlərin və
muzeylərin fondlarından, habelə informasiya sistemlərindən
maneəsiz istifadə edilməsi ilə;
− vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan föv-
qəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dər-hal
məlumat verilməsi ilə;
− dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə
əhaliyə dərhal məlumat verilməsi ilə;
− kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda
dövlət senzurasına yol verilməməsi ilə;
− normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş
qaydada əhalinin nəzərinə çatdırılması ilə.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 11. Yığıncaqlar və birləşmək azadlığı.
1.
Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə
etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq
hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ
vardır.
2.
Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və
ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını
almaq üçün, sağlamlığın və mənəviyyatın mühafızəsi üçün və ya
digər şəxşlərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla
62
nəzərdə tutulmuş və demokratik cəmiyyətə zəruri olanlardan başqa
heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr,
polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının
həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane
olmur.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə
əsasən, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı
vardır.
Konstitusiyaya əsasən hər kəsin başqaları ilə birlikdə müvafiq
dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız
yığışmaq, yığıncaqlar, mitinqlər, küçə yürüşləri keçirmək, piketlər
düzəltmək hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə
əsasən, hər kəsin başqaları ilə birləşmək hüququ vardır.
Konstitusiyaya əsasən hər kəs istənilən birlik, o cümlədən siyasi
partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya
mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin
sərbəst fəaliyyətinə təminat verilir.
Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə
qalmağa məcbur edilə bilməz.
Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı
hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi
güdən birliklər qadağandır.
Konstitusiyam və qanunları pozan birliklərin fəaliyyətinə yalnız
məhkəmə qaydasında xitam verilə bilər.
Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının
Qanununa əsasən, siyasi partiyalar assosiasiyalar azadlığı,
könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq
və aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər.
63
Siyasi partiyalar ərazi əlaməti üzrə qurulur. Siyasi partiyaların
ilk təşkilatlarının, komitələrinin və digər təşkilat strukturlarının
Azərbaycan Respublikasının dövlət orqanlarında fəaliyyətinə yol
verilmir.
Siyasi partiya yaradılmasının təşəbbüsçüləri təsis qurultayı
(konfransı) və ya ümumi yığıncaq çağırır, orada nizamnamə qəbul
olunur və rəhbər orqanlar təşkil edilir.
Siyasi partiyanın qeydə alınması üçün Azərbaycan
Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır.
Məqsədi və ya fəaliyyət metodu Azərbaycan Respublikasının
Konstitusiya quruluşunu devirməkdən, zorakılıqla dəyişdirməkdən
və ya ərazi bütövlüyünü pozmaqdan, müharibəni, zorakılığı və
qəddarlığı təbliğ etməkdən, habelə irqi, milli və dini ədavəti
qızışdırmaqdan, Azərbaycan Respublikasının Konstitusiya
quruluşuna zidd olan və beynəlxalq-hüquqi öhdəlikləri ilə bir araya
sığmayan digər əməllər törətməkdən ibarət olan siyasi partiyaların
yaradılmasına və fəaliyyətinə yol verilmir.
Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi
partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının
yaradılmasına və fəaliyyətinə yol verilmir.
Partiyalar aşağıdakı yolla siyasi fəaliyyət göstərirlər:
− nizamnamələrinə uyğun olaraq ictimai rəyin formalaşmasına
təsir göstərmək;
− öz üzvlərinin siyasi fəallığına rəvac vermək;
− vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli
sürmək;
− nizamnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının
qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə
təsir göstərmək;
− siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan
Respublikasının daxili və xarici siyasətinin formalaşmasına
təsir göstərmək.
Siyasi partiyaların üzvləri Azərbaycan Respublikasının 18
yaşına çatmış, partiyaya könüllü daxil olmuş, onun nizamnaməsini və
proqramını qəbul etmiş fəaliyyət qabiliyyətli vətəndaşlarıdır.
64
Siyasi partiyanın üzvlərinin hüquqları onun nizamnaməsi ilə
müəyyən edilir və Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına, şəxsiyyətin hüquq və azadlıqlarına dair Azərbaycan
Respublikasının təsdiq etdiyi beynəlxalq hüquqi aktlara zidd ola
bilməz.
Partiyanın hər bir üzvü və ya üzvləri qrupu öz iradəsini sərbəst
ifadə etmək hüququna malikdir.
Siyasi partiyalar beynəlxalq ictimai (qeyri-hökumət) birliklərə
daxil ola bilər, birbaşa beynəlxalq əlaqələr saxlaya, müvafiq
sazişlər bağlaya bilərlər.
Öz nizamnamələrində, proqram sənədlərində, başqa aktlarda
müəyyən edilmiş məqsədləri və vəzifələri həyata keçirmək üçün
siyasi partiyalar:
− məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır;
− könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar,
federasiyalar, birliklər yaradır;
− Azərbaycan Respublikası Prezidenti, parlamenti və digər
seçkili dövlət orqanları seçkilərində, Azərbaycan Respublikası
icra hakimiyyəti orqanlarının formalaşdınhnasında demokratik
yolla (müstəqil surətdə, başqa partiyalar və təşkilatlar ilə blok
və ya ittifaqda) iştirak edir;
− dövlət orqanları qərarlarının hazırlanmasına demokratik yolla
təsir göstərir;
− dövlət orqanlarında və ictimai orqanlarda öz üzvlərinin
mənafelərini təmsil edir və qoruyur;
Siyasi partiyalar haqqında Qanunda və Azərbaycan
Respublikasının başqa qanunvericilik aktlarında nəzərdə
tutulmuş digər funksiyaları həyata keçirirlər.
Siyasi partiyalar dövlət orqanlarının və vəzifəli şəxslərin
fəaliyyətinə qarışa bilməzlər.
Partiyaların özlərinin fəaliyyəti haqqında məlumat yaymaq,
ideyalarını, məqsədlərini və proqramlarını təblığ etmək, kütləvi
informasiya vasitələri təsis etmək, qanunla müəyyən edilən
qaydada mitinqlər, nümayişlər, yığıncaqlar və başqa kütləvi
tədbirlər keçirmək hüququ vardır.
65
Partiyaların rəhbər orqanları hökmən Azərbaycan
Respublikasının ərazisində olmalıdırlar.
Dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə
əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə
yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları
vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına,
partiyaların rəhbər orqanlarının mühafızəsinə və təhlükəsizliyinə,
bu məqsədlə dövlət mühafızə xidmətinin yaradılmasına və onun
təchizatının təşkil edilməsinə təminat verir.
Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət
orqanlarının və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə
qarışmasına yol verilmir.
Siyasi partiyanın dövlət qeydiyyatına alınması qaydası
«Siyasi partiyalar haqqında Qanunun» 14-cü maddəsinə əsasən
aşağıdakı qaydada müəyyən edilir.
Siyasi partiya müvafiq icra hakimiyyəti orqanında dövlət
qeydiyyatına alınır.
Siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün
nizamnamənin qəbul olunduğu gündən bir ay keçənədək partiyanın
rəhbər orqanı üzvlərinin imzaları ilə, onların hər birinin yaşayış
yeri göstərilməklə ərizə verilir. Ərizəyə nizamnamə, nizamnaməni
qəbul etmiş təsis qurultaymın (konfransının) protokolu, partiya
üzvlərinin sayını təsdiqləyən sənəd əlavə olunur.
Siyasi partiyanın nizamnaməsinə edilən dəyişikliklər və
əlavələr siyasi partiyanın dövlət qeydiyyatına alındığı qaydada və
müddətlərdə qeydə alınmalıdır.
Siyasi partiya dövlət qeydiyyatına alındığı gündən Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs
sayılır.
Partiyalar rəmz kimi emblemlərə, bayraqlara, vimpellərə və
nişanlara malik ola bilərlər.
66
Müvafiq icra hakimiyyəti orqanının dövlət qeydiyyatına alınmış
siyasi partiyanın rəhbər orqanlarından onların qəbul etdiyi qərarların
təqdim olunmasım tələb etmək, partiyanın nizamnaməsinə əməl
olunması ilə bağlı məsələlər barəsində izahat almaq hüququ vardır.
Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə cinayət
məsuliyyətinə, inzibati, maddi və ya başqa məsuliyyətə səbəb olur.
Siyasi partiyalar haqqında qanunvericiliym pozulmasına görə
məsuliyyəti bunda müqəssir olan dövlət orqanlarının və ictimai
orqanların vəzifəli şəxsləri, habelə vətəndaşlar daşıyırlar.
Siyasi partiyalar siyasi partiyalar haqqında qanunvericiliyi
pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
surətdə məsuliyyət daşıyırlar.
Siyasi partiya onun nizamnaməsi ilə müəyyən edilən məqsəd və
vəzifələrdən kənara çıxan və ya qüvvədə olan qanunvericiliyə
uyğun gəlməyən hərəkətlər etdikdə həmin partiyanın rəhbər
orqanına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən
yazılı xəbərdarlıq edilə bilər.
Siyasi partiyanın ləğv edilməsi haqqında təqdimat Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilir.
Siyasi partiyaların ləğvi haqqında qərarı məhkəmələr verə
bilər.
Azərbaycan Respublikası qanunvericiliyi həmkarlar ittifaqlarının
hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və
Beynəlxalq Əmək Təşkilatının konvensiyalarında nəzərdə tutulan
hüquqlarını məhdudlaşdırmamalıdır.
Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının
Qanununun 3-cü maddəsinə əsasən işçilər, pensiyaçılar, təhsil alan
şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə
almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz
qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə
etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı
fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
67
İşləməyən pensiyaçıların və işsizlərin həmkarlar ittifaqında üzvlük
qaydası həmkarlar ittifaqlarının nizamnamələri ilə tənzim edilir.
Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxslərə
həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir.
Müdiriyyətə daxil olan şəxslər həmin müəssisədə fəaliyyət
göstərən həmkarlar ittifaqının üzvü ola bilməz.
Həmkarlar ittifaqları könüllü və müstəqil olaraq özlərinin ilk
təşkilatlarım, peşə, sahə, respublika və digər ərazi birliklərini
yarada bilərlər.
Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən,
siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara
hesabat vermirlər. Bu Qanunda nəzərdə rutulmuş hallar istisna
olmaqla, həmkarlar ittifaqlarının hüquqlarının həyata keçirilməsinə
mane ola bilən hər hansı müdaxilə qadağandır.
Həmkarlar ittifaqları müstəqil surətdə öz nizamnamələrini,
fəaliyyət proqramlarını hazırlayır və təsdiq edir, strukturlarını
müəyyənləşdirir, rəhbər orqanlarını seçir və geri çağırır,
yığıncaqlar, konfranslar, plenumlar, məclislər, qurultaylar keçirir və
Konstitusiya hüquqları əsasında fəaliyyət göstərirlər.
Adından və təşkilati quruluşundan asılı olmayaraq bütün
həmkarlar ittifaqları bərabər hüquqlara malikdirlər.
Həmkarlar ittifaqlarına siyasi fəaliyyətlə məşğul olmaq, siyasi
partiyalarla birləşmək, yaxud onlarla birgə fəaliyyət göstərmək,
siyasi partiyalara yardım, ianə vermək və onlardan yardım, ianə
almaq qadağandır.
Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların
müavinləri eyni zamanda siyasi partiyaların rəhbər orqanlarında
ola bilməzlər. Siyasi partiyaların rəhbər orqanlarına seçilən, yaxud
təyin edilən həmkarlar ittifaqları təşkilatmın sədrləri və ya onların
müavinləri öz istəyi ilə bu iki fəaliyyətdən birini davam etdirə
bilərlər.
68
Həmkarlar ittifaqlarında üzvlük, bu Qanunda göstərilən hallar
istisna olmaqla, vətəndaşların qanunvericiliklə təmin edilən əmək,
sosial, iqtisadi, siyasi, şəxsi hüquqları və azadlıqlarının
məhdudlaşdırılmasına səbəb ola bilməz.
İşçilərin işə qəbulunu, irəli çəkilməsini, habelə işdən azad
edilməsini onların müəyyən həmkarlar ittifaqma mənsubiyyəti,
oraya daxil olması və ya oradan çıxması ilə şərtləndirmək
qadağandır.
Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə onların
nizamnamələrində nəzərdə turulan qaydada xitam verilir.
Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirmək,
zorakılıqla dəyişdirmək və ya ərazi bütövlüyünü pozmaq,
müharibəni, zorakılığı və qəddarlığı təbliğ etmək, habelə irqi, milli
və dini ədavəti qızışdırmaq, Azərbaycan Respublikasının
Konstitusiya quruluşuna zidd olan və beynəlxalq hüquqi öhdəlikləri
ilə bir araya sığmayan digər əməllər törətmək məqsədi və ya
fəaliyyət metodu olan həmkarlar ittifaqları təşkilatlarının
yaradılmasına və fəaliyyətinə yol verilmir. Belə həmkarlar ittifaqı
təşkilatının fəaliyyətinə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin təqdimatına əsasən Azərbaycan Respublikası Ali
Məhkəməsi tərəfindən xitam verilir.
Həmkarlar ittifaqlarının peşə, sahə və respublika birliklərinin
Azərbaycan xalqmın milli-etnik xüsusiyyətlərinə, Azərbaycan
Respublikasının Konstitusiya quruluşuna, ərazi bütövlüyünə zidd
əlamətləri olmayan rəmzi nişanları, bayraqları, üzvlük vəsiqələri
ola bilər. Bu rəmzlər müvafiq həmkarlar ittifaqı birliklərinin
orqanları tərəfindən qəbul edilir və müəyyən olunmuş qaydada
dövlət qeydiyyatı orqanı tərəfindən təsdiq edilir.
Həmkarlar ittifaqları siyasi partiyaların rəmzi nişanlarından
istifadə edə bilməzlər.
Həmkarlar ittifaqları əmək, sosial, iqtisadi məsələlər barəsində
qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilər.
İşçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun
layihələrinə həmkarlar ittifaqları respublika birliyinin rəyi müzakirə
edilməklə baxılır.
69
Həmkarlar ittifaqlarının respublika birlikləri işçilərin
mənafelərini və həmkarlar ittifaqlarının hüquqlarını pozan
qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları
barədə müvafiq qanunvericilik, icra və məhkəmə orqanlarına
müraciət edə və şikayət verə bilərlər.
Dövlət və təsərrüfat orqanları işçilərin əmək, sosial, iqtisadi
hüquqlarına və mənafelərinə aid olan normativ aktları müvafiq
həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə qəbul
edirlər.
Qanunvericiliklə nəzərdə tutulan hallarda həmkarlar ittifaqları
respublika birliyi əmək və sosial-iqtisadi məsələlər üzrə
qanunvericiliyin tətbiq edilməsi qaydalarını nizama salan normativ
aktların hazırlanmasında iştirak edə bilər.
Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə
edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər.
Müdiriyyətin təşəbbüsü ilə müəssisənin və ya onun struktur
bölmələrinin ləğv edilməsi istehsalm tamamilə və ya qismən
dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin
pisləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilikdə
nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar
ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin
hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla
danışıqlar aparmaqla həyata keçirilir.
Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericilikdə
nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq
sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına
nəzarət edirlər.
Həmkarlar ittifaqlarının müdiriyyət tərəfindən əmək və
həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər
barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış
pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var.
Müdiriyyət bu tələblərə baxmağa və nəticələri barədə müəy-yən
edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar
ittifaqma məlumat verməyə borcludur.
70
Müəssisənin (fılialm, nümayəndəliyin, şöbənin və digər
əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək
qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin
(sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar
ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna
səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər.
Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək
üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə
nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər.
Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini
müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları
vəkilliyi, hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, hüquq
məsləhətxanaları, fırmaları və başqa orqanlar yarada bilərlər.
Həmkarlar ittifaqları nizamnamə məqsəd və vəzifələrinə
müvafiq olaraq beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına daxil
ola, qanunvericiliklə müəyyən olunmuş qaydada xarici iqtisadi
fəaliyyətlə məşğul ola bilərlər.
Dövlət və təsərrüfat orqanları, siyasi partiyalar və ictimai
birliklər, müdiriyyət və vəzifəli şəxslər həmkarlar ittifaqlarının
hüquqlarını pozmamalı, onların fəaliyyətinə yardım
göstərməlidirlər.
Həmkarlar ittifaqlarının hüquqlarının pozulması və ya onların
qanuni fəaliyyətinə mane olma qanunvericiliklə müəyyən edilmiş
qaydada intizam, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
Müdiriyyət tərəfindən əmək və həmkarlar ittifaqları haqqında
qanunvericiliyə, kollektiv müqavilənin şərtlərinə, əmək və sosial
məsələlər üzrə sazişlərə əməl edilməsini yoxlamaq və nizamnamə
vəzifələri ilə bağlı məsələlərlə əlaqədar həmkarlar ittifaqı
nümayəndələrinin həmkarlar ittifaqı üzvlərinin iş yerlərinə
getməsinə mane olmaq qadağan edilir.
Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan
Respublikasının Qanunu ilə Sərbəst toplaşmaq azadlığın
həyata keçirilməsi və məhdudlaşdırılması ilə münasibətlər
tənzimlənir.
71
Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin
edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız
keçməsi üçün müvafiq tədbirlər görür.
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində
təsbit edilmiş sərbəst toplaşmaq azadlığı beynəlxalq hüquq
prinsiplərinə uyğun olaraq Sərbəst toplaşmaq azadlığı haqqında
Azərbaycan Respublikasının Qanunu əsasında tətbiq edilir.
Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı
şəxslərin bərabərlik hüququna təminat verir.
Aşağıdakı yerlərdə keçirilən dinc toplantılar bu Qanunla
tənzimlənmir:
− şəxslərin xüsusi mülkiyyətində, icarəsində və ya başqa növ
qanuni; - istifadəsində olan yerlərdə;
− ictimai tədbirlərin keçirilməsi üçün xüsusi olaraq ayrılmış
qapalı yerlərdə.
Toplantıların aşağıdakı formaları bu Qanunla tənzimlənmir:
− toy və dəfn mərasimləri;
− bayram və matəm tədbirləri;
− dini mərasimlər.
Toy və dəfn mərasimlərindən, bayram və matəm tədbirlərindən,
dini mərasimlərdən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və
piket keçirilməsi üçün istifadə etmək qadağandır.
Sərbəst toplaşmaq azadlığına hər hansı məhdudiyyət yalnız
qanunla və demokratik cəmiyyətdə zəruri olan aşağıdakı
mənafelərin qorunması məqsədilə qoyula bilər:
− ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün;
− ictimai asayişin pozulmasının qarşısını almaq üçün;
− iğtişaş və ja cinayətlərin baş verməməsi üçün;
− əhalinin sağlamlığının mühafizəsi üçün;
− əxlaq normalarının və mənəviyyatın mühafızəsi üçün;
− başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.
Ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşaiyət
olunan, milli, irqi və ya dini ədavəti həmçinin müharibəni təbliğ
edən toplantılar qadağan edilir.
72
Siyasi məqsədlə dinc toplantı keçirmək aşağıdakı hallarda
qadağan edilir:
− Azərbaycan Respublikası Prezidentinin seçkiləri (ölkə
ərazisində), Azərbaycan Respublikası Milli Məclisi
deputatlarının seçkiləri (ölkə ərazisində), Naxçıvan Muxtar
Respublikası Ali Məclisi deputatlarının seçkiləri (Naxçıvan
Muxtar Respublikasının ərazisində), bələdiyyə seçkiləri
(müvafiq şəhər və rayonun ərazisində) gününə 24 saat
qalmışdan seçki günü səsvermə məntəqələri bağlananadək;
− referendumun keçirildiyi günə 24 saat qalmışdan səsvermə
məntəqələri bağlananadək;
− müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş
mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərə hazırlıq
dövründə və onların keçirildiyi günlərdə həmin tədbirin
keçirildiyi şəhər və rayonların ərazilərində.
Aşağıdakı yerlərdə yığıncaqların, mitinqlərin, nümayişlərin
keçirilməsi qadağandır:
− Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının yerləşdiyi binaların ətrafında 300
metr radius çərçivəsində;
− dəmir yolu, neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli
elektrik xətlərin keçdiyi ərazilərdə;
− xüsusi dövlət tədbirlərinin keçirilməsi üçün müvafiq icra
hakimiyyəti orqanı tərəfindən ayrılmış yerlərdə;
− hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu
ərazilərin sərhədlərinə 300 metrdən yaxın olan yerlərdə;
− azadlıqdan məhrum etmə yerlərinin, psixiatriya müalicə
müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 300
metrdən yaxın olan yerlərdə. Siyasi məzmunlu toplantılar
ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlarda keçirilə
bilməz.
Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən
obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli,
73
piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və
10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə
etməməlidirlər.
Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər
bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı xüsusi yerlər
ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi
üçün ayrılmış yerlərin siyahısı yerli mətbuatda dərc edilir və başqa
üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və ya
nümayiş üçün ayrılmış yerlərin birini seçə bilərlər.
Küçə yürüşünün təşkilatçıları onun marşrutunu müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar.
Toplantı yay vaxtının tətbiqi dövründə saat 8-00-dan 19-00-dək,
ilin digər dövründə isə saat 9-00-dan 17-00-dək keçirilə bilər.
Keçirilən hər bir toplantının vaxtı müvafiq icra hakimiyyəti orqanı
ilə razılaşdırılmalıdır.
Şəxslər toplantıda könüllü iştirak edirlər. Heç kəs toplantıda
iştirak etməyə məcbur edilə bilməz. Kimi isə toplantıda iştirak
etməyə məcbur edən şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Konstitusiyasına uyğün olaraq
toplantı zamanı iştirakçıların şifahi və yazılı fıkir və söz azadlığı
vardır. Bu azadlığın həjata keçirilməsi Azərbaycan Respublika-
sının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq hüquq normalarına uyğun məhdudlaşdırıla bilər.
Toplantı zamanı iştirakçılar ictimai qaydanın qorunmasına
köməklik göstərməli və təşkilatçıların, habelə müvafiq icra
hakimiyyəti orqanı nümayəndələrinin qanuni tələblərinə əməl
etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.
Qanuni toplantının iştirakçısı həmin toplantıda iştirak etməsinə
görə sonradan hüquqi məsuliyyətə cəlb edilə bilməz. Yalnız hüquq
pozuntusuna yol vermiş qanuni toplantının iştirakçıları hüquqi
məsuliyyətə cəlb edilə bilərlər.
Toplantı iştirakçılarının odlu və ja soyuq silah, habelə insanların
həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ja əmlaka zərər
74
vura bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən
xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı
maddələr və ya pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez
alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi
qadağandır.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Dostları ilə paylaş: |