Aydin səFİxanli insan hüquqlarinin və Əsas


«Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix01.01.2017
ölçüsü0,92 Mb.
#4267
1   2   3   4   5   6   7   8   9   10   11

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə 
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə 
vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan 
Respublikasının Qanununa müvafiq olaraq ödənilir. 

 
122
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyanın 7 saylı Protokolu 
Maddə 4. İki dəfə  məhkum edilməmək və ya 
cəzalandırılmamaq hüququ. 
1. Heç 
kəs və ya hər hansı dövlətin qanunlarına və ya 
cinayət-prosesual normalarına müvafiq olaraq, artıq bəraət aldığı 
və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin 
yurisdiksiyası  çərçivəsində cinayət qaydasında təkrar məhkum 
edilə və ya cəzalandırıla bilməz. 
2.  Əvvəlki maddə,  əgəryeni və ya təzədən ortaya çıxmış 
faktlar barəsində  məlumatlar varsa və ya əvvəlki araşdırma 
zamanı işin gedişinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə
müvafiq dövlətin qanunlarına və cinayət-prosessual normalarına 
uyğun olaraq, işə təkrar baxılmasına mane olmur. 
3. Konvensiyanın 15-ci maddəsinin müddəalarına müvafiq 
olaraq, bu maddədən geri çəkilməyə yol verilmir. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 64-cü 
maddəsinə  əsasən, heç kəs bir cinayətə görə  təkrarən məhkum 
edilə bilməz. 
«Azərbaycan Respublikasında 
İnsan hüquq və 
azadbqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» 
Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci 
maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 27-
ci maddəsində (müharibənin hüquqauyğun aparılması  nəticəsində 
baş verən ölüm halları istisna olmaqla), 28-ci maddəsinin I 
hissəsində, 46-cı maddəsinin III hissəsində, 63-cü, 64-cü 
maddələrində və 71-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan 
hüquqlar məhdudlaşdırıla bilməz və onlara dair qeyd-şərtlər 
müəyyən edilə bilməz. 

 
123
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci 
maddəsinə  əsasən, cinayət törətmiş  şəxs haqqında tətbiq edilən 
cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər  ədalətli 
olmalıdır, yəni cinayətin xarakterinə  və ictimai təhlükəlilik 
dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə 
təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 
Heç kəs eyni bir cinayətə göpə iki dəfə cinayət məsuliyyətinə 
cəlb oluna bilməz. 
Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 
9-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq 
edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, 
onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 
Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə 
cəlb oluna bilməz. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyanın 7saylı Protokolu 
 
Maddə 5. Ər və arvadın hüquq bərabərliyi 
Ərlə arvad bərabər hüquqlara malikdirlər və  uşaqları ilə 
münasibətlərdə, nikaha daxil olmaq, nikahda olmaq və boşanma 
ilə bağlı  bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə 
uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər 
görməkdə dövlətlərə mane olmur. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi-
nin II hissəsinə  əsasən, kişi ilə qadının eyni hüquqları  və 
azadlıqları vardır. 
Azərbaycan Respublikası Konstitusiyasının 34-cü 
maddəsinə  əsasən,  ər ilə arvadın hüquqları  bərabərdir. Uşaqlara 
qayğı göstərmək, onları  tərbiyə etmək valideyinlərin həm hüququ 
həm də borcudur. 

 
124
Azərbaycan Respublikasının Ailə  Məcəlləsinin 29-cu 
maddəsi  ər və arvadın ailə münasibətlərində hüquq 
bərəbərliyini təsbit edir. 
Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın 
və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə 
münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 
Analıq, atalıq, uşaqların tərbiyəsi və  təhsili, eləcə  də ailənin 
digər məsələləri  ər arvadın hüquq bərabərliyi prinsipinə uyğun 
olaraq birgə həll edilir. 

 
125
  
İSTİFADƏ EDİLMİŞ NORMATİV HÜQUQİ AKTLAR 
 
1.  İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiya - 4 noyabr 1950 - ci il. 
2.  İnsan hüquqlarının və esas azadlıqların müdafiəsi haqqında 
Konvensiyasının 1 saylı Protokolu - 20 mart 1952-ci il. 
3.  İnsan hüquqlarının və  əsas azadlıqların müdafiəsi haqqında 
Konvensiyasının 4 saylı Protokolu - 16 oktyabr 1963-cü il. 
4.  İnsan hüquqlarının və  əsas azadlıqların müdafiəsi haqqında 
Konvensiyasının Ölüm cəzasının ləğvinə dair 6 saylı 
Protokolu - 28 aprel 1983-cü il. 
5.  İnsan hüquqlarının və  əsas azadlıqların müdafiəsi haqqında 
Konvensiyasının 7 saylı Protokolu - 22 noyabr 1984-cü il. 
6. Azərbaycan Respublikası Konstitusiyası -12 noyabr 1995-ci 
il. 
7. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının 
həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan 
Respublikasının Konstitusiya Qanunu 24 dekabr 2002-ci il. 
8. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 30 dekabr 1999-
cu il. 
9. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi – 14 
iyul 2000-ci il. 
10. Azərbaycan Respublikasının  Əmək Məcəlləsi 01 fevral 
1999-cu il. 
11. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsi -14 
iyul 2000-ci il. 
12. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi - 28 
dekabr 1999-cu il. 
13. Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsi 11 
iyul 2000-ci il. 
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 28 dekabr 1999-
cu il. 

 
126
 
15. Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması 
ilə  əlaqədar «Azərbaycan Respublikası Cinayət, Cinayət 
Prosesual və  İslah-Əmək Məcəllələrinə  dəyişikliklər və 
əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 
Qanunu - 10 fevral 1998-ci il 
16. «Polis  haqqında Azərbaycan Respublikasının Qanunu 28 
oktyabr 1999-cu il. 
17. «Cinayət prosesində  iştirak edən  şəxslərin dövlət müdafiəsi 
haqqında Azərbaycan Respublikasının Qanunu -11 dekabr 
1998-ci il. 
18. «Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının 
Qanunu 20 avqust 1992-ci il. 
19. «Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının 
Qanunu-19 iyun 1998-ci il. 
20. «Siyasi  partiyalar  haqqında Azərbaycan Respublikasının 
Qanunu 03 iyun 1996-cı il. 
21. «Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının 
Qanunu- 24 fevral 1994-cü il. 
22. «Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan 
Respublikasının Qanunu-13noyabr 1998-ci il. 
23. «Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan 
Respublikasının Qanunu - 15 dekabr 1992-ci il. 
24. Azərbaycan Respublikasının Təhsil Qanunu - 07 oktyabr 
1992-ci il. 
25. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında 
Azərbaycan Respublikasının Qanunu - 30 sentyabr 1998-ci 
il. 
26. «Əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin hüquqi 
vəziyyəti haqqında Azərbaycan Respublikasının Qanunu -13 
mart 1996-cı il. 
27. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə 
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə 
vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan 
Respublikasının Qanunu - 29 dekabr 1998-ci i1N:610-1Q 

 
127
 
28. «Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan 
Respublikasının Qanunu - 26 iyun 1997-ci il. 
29. «Notariat haqqında Azərbaycan Respublikasının Qanunu -
26noyabr 1999-cu il. 
30. «Vəkillər və  vəkillik fəaliyyəti haqqında Azərbaycan 
Respublikasının Qanunu - 28 dekabr 1999 - cu il. 
31. «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 
haqqında Azərbaycan Respublikasının Qanunu - 5 iyul 2000-
ci il. 
32. «Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında 
Azərbaycan Respublikasının Qanunu - 9 iyun 1998-ciil. 
33. Referendum haqqında Azərbaycan Respublikası Qanunu -30 
dekabr 1997-ci il. 
34. «Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan 
Respublikası Qanunu - 2 iyun 1999-cu il. 

 
128
Aydın Məhəmməd oğlu Səfixanh 
 
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 
Avropa konvensiyasında insan hüquq və azadlıqları ilə bağlı 
müddəaların Azərbaycan Respublikasının qanunvericilik 
sistemində təsbiti 
 
Yığılmağa verilmişdir 10.01.2003. Çapa imzalanmışdır 07.03. 
2003. Ofset kağızı. Fiziki ç. v. 8. Format 60x90 1/16. Ofset çapı. 
Tiraj 500. Sifariş N»15. 
 
«Azərnəşr» nəşriyyatı. 
Bakı şəhəri, H. Hacıyev küçəsi 4. 
 
«Atra» mətbəəsində çap olunmuşdur.  
Bakı şəhəri, S.Vurğun küçəsi 110. 
 
 
 
 
 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin