Maddə 2. Hərəkət etmək azadlığı
1. Dövlətin ərazisində qanuni yerləşən hərkəsin həmin ərazidə
sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var.
109
Azərbaycan Respublikasının qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə
əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və
hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs
Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan
Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının
vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının
vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının
vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddə-
sinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı
heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından
məhrum edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddə-
sinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı
heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici
dövlətə verilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü
maddəsinin III hissəsinə əsasən, Azərbaycan Respublikası onun
ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və
onlara hamilik edir.
Vətəndaşlıq hüququnun təminatı üçün Azərbaycan dövləti öz
orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan
Respublikası vətəndaşları qarşısında məsuliyyət daşıyır.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında
Konvensiyaya dair 4 saylı Protokolu.
Maddə 3. Vətəndaşların məcburi çıxarılmasının qadağan
olunması.
2. Heç kəs vətəndaşı olduğu dövlətin ərazisinə daxil olmaq
hüququndan məhrum edilə bilməz.
110
Azərbaycan Respublikasının qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddə-
sinin IV bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının
hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında
Konvensiyaya dair 4 saylı Protokolu.
Maddə 4. Əcnəbilərin kollektiv çıxarılmasının qarşısının
alınması.
Əcnəbilərin kollektiv çıxarılması qadağandır.
Azərbaycan Respublikasının qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 69-cu
maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal
nəzərdə turulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə
bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri
yerinə yetirməlidirlər.
Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya
müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq
məhdudlaşdırıla bilər.
Əcnəbilərin və vətəndaşbğı olmayan şəxslərin hüquqi vəziyyəti
haqqında Azərbaycan Respublikasının Qanununun 27-ci
maddəsinə əsasən, milli təhlükəsizliyin təmin olunması, ictimai
əsayişin mühafizəsi, əhalinin səhhəti, hüquqları və mənafelərinin
qorunması zəruriliyi olduqda və həmçinin Azərbaycan
Respublikasının «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
hüquqi vəziyyəti haqqında» qanunvericiliyin tələbləri kobud
surətdə pozulduqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər
111
1 gündən 7 günədək müddətə müvafiq dövlət orqanının qərarına
əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla
bilər.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında
Konvensiyanın 7 saylı Protokolu
Maddə 1. Əcnəbilərin çıxarılmasına dair prosesual
təminatlar
1. Qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi,
qanuna müvafiq qəbul olunmuş qərarların icrası istisna olmaqla,
oradan çıxarıla bilməzlər və aşağıdaküara malik olmalıdırlar.
a) onun
çıxarılmasına qarşı arqumentlər təqdim etmək;
b) onun
işinə yenidən baxılması imkanına malik olmaq və
c) bu
məqsədlərə görə səlahiyyətli orqan qarşısında və ya
belə orqanların təyin etdiyi şəxs, yaxud şəxslər qarşısında təmsil
olunmaq.
2. Çıxarılma ictimai qaydanın maraqları üçün zəruri olduqda
və ya milli təhlükəsizlik əsasları ilə şərtləndirildikdə, əcnəbi bu
maddənin l.a, bvəc bəndindəki hüquqlarına əməl edilməmişdən
əvvəl çıxarıla bilər.
Azərbaycan Respublikasının qanunvericilik sistemi
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi
vəziyyəti haqqında Azərbaycan Respublikasının Qanununun
27-ci maddəsinə əsasən, milli təhlükəsizliyin təmin olunması,
ictimai əsayişin mühafizəsi, əhalinin səhhəti, hüquqları və
mənafelərinin qorunması zəruriliyi olduqda və həmçinin
Azərbaycan Respublikasının «Əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin hüquqi vəziyyəti haqqında» qanunvericiliyin tələbləri
kobud surətdə pozulduqda əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslər 1 gündən 7 günədək müddətə müvafiq dövlət orqanının
qərarına əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarıla bilər.
112
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında
Konvensiyanın 7 saylı Protokolu
Maddə 2. Cinayət işlərində şikayət vermə hüququ
1. Cinayət törətməyə cörə məhkəmə tərəfındən məhkum
edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya cəzaya daha
yuxarı məhkəmədə yenidən baxılması hüququ vardır.
2. Qanunla
az
əhəmiyyətli elan olunmuş cinayətlərlə bağlı və
ya müvafiq şəxs artıq birinci instansiyada ən yuxarı məhkəmə
tərəfindən məhkum edildikdə və ya onun bəraəti ilə bağlı məhkəmə
baxışında məhkum edilibsə, bu hüquqdan istisnaya yol verilir.
Azərbaycan Respublikasının qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə
əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində
çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı
məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və
cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ
vardır.
«Azərbaycan Respublikasında
İnsan hüquq və
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi
haqqında» Azərbaycan Respublikasının Konstitusiya
Qanununun 5-ci maddəsi, şəxsin insan hüquqlarını və
azadlıqlarını pozan qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının qərarlarından, bələdiyyə aktlarından
Konstitusiya Məhkə-məsinə şikayət vermək hüququnu təsbit
edir. Qanunun 5-ci maddəsinə əsasən, hər kəs onun hüquqlarını
və azadlıqlarını pozan və Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı və 8-ci
bəndlərində nəzərdə tutulan qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının normativ qərarlarından və bələdiyyələrin
normativ aktlarından qanunla müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş
hüquq və azadlıqlarına dair şikayət verə bilər.
113
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin
10.2.12-ci maddəsinə əsasən, Cəzaların icrası və çəkilməsi zamam
məhkumların cəzanın çəkilməsinin təxirə salınması və ya onun
ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi,
ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən
azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi,
cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz
edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi,
amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma
vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun
vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv
edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə
bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə
yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi
xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların
müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət
etmək hüquqları vardır.
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin
35-ci maddəsinə əsasən, Bu məcəllədə nəzərdə tutulmuş hallarda
və qaydada cinayət prossesi iştirakçısının cinayət işinin və ya
cinayət təqibi ilə bağlı digər materialm baxılmasında məhkəmənin
qəbul etdiyi prosesual qərar və hərəkətlərdən yuxarı məhkəməyə
şikayət etmək hüququ vardır.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi
haqqında Konvensiyanın 7 saylı Protokolu
Maddə 3. Məhkəmə səhvinə görə kompensasiya.
Şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum
edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləvğ
edildikdə, yaxud o yeni və ya təzədən ortaya çıxmış faktın qəti
olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əhv
edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış
şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun
tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və
ya müvafiq dövlətin təcrübəsinə uyğun olaraq kompensasiya
alır.
114
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə
əsasən, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində
zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş
şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək
və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
Hər kesin dövlət orqanlarının, yaxud onların vəzifəli
şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində
vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
«Azərbaycan Respublikasında
İnsan hüquq və
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında»
Azərbaycan Respublikasının Konstitusiya Qanunu 4-cü
maddəsinə əsasən,
− şəxsin səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan
sonra azadlıqdan məhrum edilməsi;
− şəxsin məhkəmənin qanuni qərarına əməl etməməyə görə və
ya qanunla nəzərdə tutulan hər hansı öhdəliyin yerinə
yetirilməsini təmin etmək məqsədilə qanuni tutulması və ya
həbs edilməsi;
− şəxsin cinayət törətmiş olduğuna əsaslı şübhələr olduqda və
ya onun hüquq pozuntusu törətməsinin və yaxud bu əməli
törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını almağa əsaslı
zərurət olduqda, səlahiyyətli məhkəmə orqanına gətirilməsi
məqsədi ilə onun qanuni tutulması və ya həbs edilməsi;
− yetkinlik yaşına çatmamış şəxsin tərbiyəvi nəzarət məqsədi ilə
qanuni qərar esasında azadlıqdan məhrum edilməsi və ya
səlahiyyətli məhkəmə orqanına gətirilməsi üçün qanuni
tutulması;
− yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədi ilə
şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomanlığa
düçar olmuş şəxslərin və ya avaralıqla məşğul olanların qanuni
tutulması;
−
115
şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi
ilə qanuni tutulması və ya həbs edilməsi, yaxud barəsində
məcburi çıxarılma və ya ekstradisiya tətbirləri görülən şəxsin
qanuni tutulması və ya həbs edilməsi hallarından başqa bu
maddənin göstərişlərinə zidd olaraq tutulan və ya həbs olunan
hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya hüququ
vardır.
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin
36-cı maddəsi, bəraət qazanmış şəxsin pozulmuş hüquq-larının
bərpasının təmin edilməsi əsaslarını müəyyən edir.
Cinayət prosesinin gedişində CPM-nin 55, 56-cı maddələrində
nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının
bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək
hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin
edilməlidir.
Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya cinayət nəticəsində
zərər çəkmiş, habelə təqsirsiz məhkum olunmuş, qanunsuz həbsdə
saxlanılmış, yaxud cinayət prosesi gedişində hüquqları digər
formada məhdudlaşdırılmış şəxslərin hüquqları CPM-si ilə və
Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş
qaydada bərpa olunur.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə
vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan
Respublikasının Qanunu təhqiqat, ibtidai istintaq, prokurorluq və
məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz
hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət
tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir.
Bu Qanunun və Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan
Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat,
ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər
hansı şəxsin qanunsuz olaraq:
1)
116
tutulması, müttəhim qismində cəlb edilməsi, həbsə
alınması və saxlanılması, məhkum olunması, əmlakının
müsadirə edilməsi;
2) barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar götürmə
və axtarış aparılması, əmlakı üzərinə həbs qoyulması,
işdən (vəzifədən) kənarlaşdırılması və ya onun hüquqlarını
məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata
keçirilməsi;
3) barəsində
əməliyyat-axtarış
tədbirlərinin həyata
keçirilməsi;
4) barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə
inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə
vurulmuş ziyan ödənilməlidir.
Birinci hissədə nəzərdə tutulmuş hallarda vurulmuş ziyan
təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının
vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə
ödənilir.
Fiziki şəxslərin hüquqlarmm və qanuni mənafelərinin, ictimai
və dövlət mənafelerinin pozulması hallarının vaxtında aşkar
edilməsi, qarşısının alınması və aradan qaldırılması məqsədilə
təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarmm
qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın
ödənilməsi haqqında qanunvericiliyin eyni cür və dürüst icrası
dövlət tərəfındən qanunla nəzərdə tutulmuş qaydada təmin edilir.
Vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ
aşağıdakı hallarda yaranır.
1) bəraətverici hökm çıxarıldıqda;
2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və
ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi
ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət
işinin başlanması rədd edildikdə;
3) inzibati hüquqpozma haqqında işə xitam verildikdə yaranır.
Əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl
keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə
tədbirlər keçirildikdən dərhal sonra yaranır.
117
Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs vəfat
etdikdə, qanunda nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın
ödənilməsi hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada onun vərəsələrinə keçir.
Azərbaycan Respublikasmm ərazisində Azərbaycan
Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə
orqanları tərəfındən hər hansı şəxsin qanunsuz olaraq:
− tutulması, müttəhim qismində cəlb edilməsi, həbsə alınması
və saxlanılması, məhkum olunması, əmlakının müsadirə
edilməsi;
− barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar götürmə və
axtarış aparılması, əmlakı üzərinə həbs qoyulması, işdən
(vəzifədən) kənarlaşdırılması və ya onun hüquqlarını
məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata
keçirilməsi;
− barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi;
− barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə
inzibati tənbeh tətbiq edilməsi nəticəsində hər bir şəxsə:
qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəət və digər
gəlirlər; müsadirə olunmuş və ya məhkəmə tərəfindən dövlət
nəfinə yönəldilmiş, yaxud təhqiqat və ya ibtidai istintaq
orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən
orqanlar tərəfındən götürülmüş, eləcə də üzərinə həbs
qoyulmuş əmlak (o cümlədən, pul əmanətləri və onların faizi,
qiymətli kağızlar və onlarm faizi, şəxsin iştirakçısı olduğu
təsərrüfat birliyinin nizamnamə fondundakı payı və bu paya
müvafiq olan əldə edilməmiş gəlir və digər dəyərlər);
məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər;
hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş
məbləğlər; vurulmuş mənəvi ziyan ödənilməlidir.
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının
qanunsuz hərəkətləri nəticəsində şəxsin əmlakına vurulmuş ziyanın
ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
118
Qanununda nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin
miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş
cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla
müəyyən edilir.
Müsadirə olunmuş və ya məhkəmə tərəfindən dövlət nəfinə
yönəldilmiş, yaxud təhqiqat və ya ibtidai istintaq orqanları,
əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar tərəfindən
götürülmüş, eləcə də üzərinə həbs qoyulmuş əmlak (o cümlədən,
pul əmanətləri və onların faizi, qiymətli kağızlar və onların faizi,
şəxsin iştirakçısı olduğu təsərrüfat birliyinin nizamnamə
fondundakı payı və bu paya müvafiq olan əldə edilməmiş gəlir və
digər dəyərlər) natura formasında, bu mümkün olmadıqda isə, onun
dəyəri dövlət və ya onu əvəzsiz olaraq eldə etmiş müəssisə, idarə
və təşkilatların hesabına ödənilir.
Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura
şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin
və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə
verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış
evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı
olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri
mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.
Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul
edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın
zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam
həcmdə ödənilməlidir.
Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin,
idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın
ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın
dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin
vəsaiti hesabına ödənilir.
Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən
istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra
hakimiyyəti orqanları tərəfındən həmin yaşayış sahəsi bir ay
müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda
119
isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində
həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair
qüvvədə olan normalar nəzərə ahnmaqla növbədənkənar eyni
dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.
Ödənilməli olan əmlakı əldə etmiş şəxs, bu əmlakın vurulmuş
ziyanın ödənilməsi qaydasında əvvəlki sahibinə qaytarılması ilə
əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün
digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb
etmək hüququna malikdir. Belə tələb, irəli sürüldükdən sonra bir
ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.
Bununla əlaqədar bürün mübahisələr məhkəmə qaydasında həll
olunur.
Şəxsin barəsində mənfı fıkrin formalaşmasına, onu əhatə edən
şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər
mənəvi xarakterli mənfı nəticələr mənəvi ziyan hesab edilir.
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının
qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş mənəvi ziyan
mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb
edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən
(vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa
edilməli, bu mümkün olmadıqda isə, (müəssisənin, idarənin,
təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması) dövlət
məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər
olan) işlə (vəzifə ilə) təmin edilməlidir.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən
(vəzifədən) çıxarılma haqqında əmək kitabçasında edilmiş qeyd
etibarsız hesab olunur. Şəxsin tələbi ilə onun işdən (vəzifədən)
çıxarılması haqqında əmək kitabçasında müvafiq qeyd aparmış
orqan və ya onun vəzifəli şəxsi beş gün müddətində etibarsız hesab
olunmuş qeydin olmadığı əmək kitabçasının dublikatını ona
verməlidir.
120
Şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi, yaxud
məhkum edilməsi haqqında məlumatlar dərc edildikdə onun tələbi
ilə, həmin şəxs vəfat etdikdə isə onun qohumlarının, yaxud
təhqiqat orqanının, müstəntiqin, prokurorun və məhkəmənin tələbi
ilə bu məlumatları dərc etmiş orqan on gün müddətində qeyd
olunan məlumatları təkzib etməlidir.
Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən
(vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət həm
ümumi əmək stajma, həm də ixtisas üzrə və fasiləsiz staja daxil
edilir.
Fəhlələrin və dövlət qulluqçularının, eləcədə üzvlük əsasında
(kooperativ və digər müəssisələrdə) işləmiş şəxslərin, bu maddənin
birinci hissəsində göstərilmiş müddətlərin əlavə edilməsi şərtilə
hesablanmış əmək stajı, həmin şəxslərə imtiyazların və
müavinətlərin, o cümlədən təqaüdlərin və dövlət sosial sığortası
üzrə ödənişlərin təyin edilməsi zamanı nəzərə alınır. Bu staj
fəhlələrə və qulluqçulara imtiyazlı təqaüdlərin və xidmət işlərinə
görə təqaüdlərin təyin edilməsi, ixtisas üzrə iş müddətinin
davamından asılı olaraq aylıq maaş dərəcəsinin (vəzifə maaşının)
müəyyən edilməsi və birdəfəlik mükafatlandırma və ya xidmət
illərinə görə faiz artırmalarının ödənilməsi zamanı nəzərə
alınmalıdır.
Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən
(vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddətlər,
yaşla əlaqədər imtiyazlı təqaüdlərin teyin edilməsi zamanı,
təqaüdün təyin edilməsi üçün müraciət etmiş şəxsin istəyi ilə, onun
qanunsuz məhkum edilməsindən və ya cinayət, yaxud inzibati
məsuliyyətə cəlb edilməsindən əvvəlki, yaxud cinayət və ya
inzibati məsuliyyətdən və ya cəza çəkməkdən azad edilməsindən
sonrakı işinə bərabər tutulur.
Qanunsuz məhkum edilməsi ilə əlaqədər hərbi və ya digər
rütbələrdən, dərəcələrdən və adlardan, dövlət mükafatlarından və
təltiflərdən məhrum edilmiş şəxsə həmin hərbi və ya digər rütbələr,
dərəcələr və adlar, dövlət mükafatları və təltiflər geri qaytarılır.
121
Şəxs barəsində bəraətverici hökm çıxarıldıqda, cinayət
hadisəsinin olmaması, əməlində cinayət tərkibinin olmaması və ya
şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə bağlı
cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd
edildikdə, habelə inzibati hüquqpozma haqqında işə xitam
verildikdə, təhqiqat orqanı, müstəntiq, prokuror, yaxud məhkəmə
həmin şəxsə onun pozulmuş hüquqlarının bərpa edilməsi və
vurulmuş ziyanın ödənilməsi qaydasını izah etməli və onun istəyi
ilə bir ay müddətində öz qəran haqqında əmək kollektivinə mə
lumat verməlidir.
Ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada
məhkəmə tərəfindən müəyyən edilir.
Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər.
Şəxsin müraciətinə əsasən vurulmuş mənəvi ziyanın ödənilməsi
məsələsi mövcud qanunvericiliyə müvafiq olaraq məhkəmə
tərəfindən bu maddənin birinci hissəsinə uyğun olaraq həll edilir.
İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi
dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada məhkəmə tərəfindən müəyyən edilir.
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının
qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın
ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə
məsrəflərinin ödənilməsindən azad olunur.
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının
qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan
Dostları ilə paylaş: |