Çiy kərpic, yonulmamış təbəqəli daşlar



Yüklə 65,38 Kb.
tarix08.06.2022
ölçüsü65,38 Kb.
#61004
Belge (4)


respublikasının bütün böyük regionlan tikinti materiallanmn bu və yaxud başqa növləri ilə zəngindir. Tikinti materiallannın ənənəvi, yəni çox qədim zamanlardan istifadə edilən növləri çiy kərpicyonulmamış təbəqəli daşlarqamışağacşirə (gil) olmuşdur. Çiy kərpic hazırlamaq üçün Azərbaycanın demək olar ki, bütün dağətəyi və düzənlik zonalannda, dağlıq sahələrdə isə çay terraslannda, erozion tektonik çökəklərdə əmələ gəlmiş delüvial, aeral mənşəli lössəbənzer gillicəler ən əlverişli xammal olmuşdur. XX əsrin 50-ci, 60-cı illərinə qədər düzənlik rayonlarda kənd tikintisində, əsasən bu xammaldan geniş istifadə edilirdi. Lössəbənzer gillicələrdən həmçinin bişmiş kərpic, damları örtmək üçün kirəmit hazırlanırdı. Son onilliklərdə çiy kərpicdən divar materialı kimi istifadə edilməsi heçə enmək həddinə çatmışdır.
Azərbaycanda divar materialı kimi ən çox işlədilən müxtəlif daşlardır. Bunlardan Abşeron yarımadasında orta Abşeron əsri, Bakı və Xəzər yaşlı əhəngdaşları xüsusi yer tutur. Bu müxtəlif yaşlı əhəngdaşlan arasında Abşeron əhəngdaşları tikinti materialı kimi bütün başqa divar materiallarına nisbətən daha yüksək keyfiyyətlərə malik olması ilə seçilir. Abşeron yanmadasında geniş yayılmış balıqqulağı əhəngdaşlanının iridənəli növləri əsasən divar materialı kimi, xırdadanəli, daha monolit növləri isə üzlük, dekorativ material kimi istifadə edilir. Bakının arxitektur baxımdan olduqca gözəl, nadir (şərq ve qotika stillərində tikilmiş) binalarının çox zərif omamentləri, detalları da Abşeron yaşlı əhəngdaşlardan hazırlanmışdır.
Abşeron əhəngdaşlannın ən müsbət cəhətlərindən daşkəsən maşınlarla onlardan müxtəlif ölçülü divar daşı kəsməyin, səthini cilalamağın asan başa gəlməsi və bir sıra başqa keyfiyyətlərini göstermək vacibdir.
Abşeron yarımadasında bu qiymətli tikinti materialının ən məşhur yataqları QaradağŞonqarGüzdəkDuvannıAlatavaDərnəgülŞüvəlanNardaran, Şıx və bir çox başqa yataqlardır. Bu yataqlardan Alatava, Dərnəgül, Nardaran və Duvannı yataqları artıq istismar edilmir. Çox qiymətli və qalın orta Abşeron əhəngdaşı layından ibarət olan Duvannı (Böyükdaş) karxanası bütün dünyada məşhur olan Qobustan qayaüstü rəsmlərilə əlaqədar bağlanmışdır.
Azərbaycanın paytaxtı Bakı şəhəri, Sumqayıt və Abşeronun bütün tikililəri bu qiymətli materialdan tikilmişdir. Son 20-30 ildə Abşeron əhəngdaşından Azərbaycanın ən uzaq rayonlarında belə şəhər və kənd tikintisində geniş istifadə edilir.

Azərbaycanın bütün dağlıq bölgələrində əsas tikinti materialı kimi mezokaynozoy yaşlı əhəngdaşlanndan, tufqumdaşından, mergellərdən hətta ağır daşlardan (məs. binaların özülündə müxtəlif lavalardan) istifadə edilir. Şimal-qərbdə Qazax rayonundan cənub-şərqdə Ağdam rayonuna qədər Kiçik Qafqazətəyi monoklinalm üst tabaşir yaşlı əhəngdaşı və mergellərinin böyük yataqlan istismar edilir.
Ağ əhəngdaşı laylan çox qiymətli divar materialı olmaqla yanaşı, yumşaq olduğuna görə daşkəsən maşınlarla asan kəsilir. Tovuz mergellərini isə sanki tikinti materialı kimi təbiət özü təbeqələşdirib, istifadə üçün hazır vəziyyətə salıb-
Kiçik Qafqazətəyi monoklinalm və Qaradağın əhəngdaşı və mergelləri həmçinin sement xammalı kimi istifadə edilir. 70 illik bir dövrdə Tovuz sement zavodu, son 40 ildə isə Qaradağ sement zavodu respublikanın sementə olan tələbatının bir hissəsini te’min edir.
Naxçıvan MR-də divar materialı kimi paleogenin tufqumdaşı yataqlarından, Süst əhəngli qumdaşından, Şahtaxtı, Qarabağlar travertinlərinden və başqa yerli materiallardan istifadə edilir. Şahtaxtı travertinləri qiymətli üzlük material kimi Bakı və başqa şəhərlərdə binaların daxilində işlədilir.
Azərbaycanda bahalı üzlük materialı kimi istifadə edilən mərmər və mərmərləşmiş əhəngdaşlannın bir sıra yataqlan mə Tumdur. Böyük Qafqaz dağlarının şimal-şərq yamacında (Quba rayonunda) çəhrayı, Daşkəsəndə iridanəli ağ, Şəril rayonunda qara mərmərin yataqları aşkar edilmişdir. Qara və ağ mərmərin ehtiyatlan böyükdür və onlardan müxtəlif sahələrdə istifadə edilir.
Şuşa yaylasım təşkil edən yura dövrünə aid mərmərləşmiş əhəngdaşlan da çox möhkəm və dözümlü tikinti və üzlük daş kimi istifadəyə yararlıdır.
Azərbaycanın düzənlik və dağətəyi rayonlannda tikinti materiallan kimi pliosenin, xüsusilə dördüncü dövrün gillərindən geniş istifadə edilir.
Son zamanlar bağlanmış Zığ kərpic zavodu uzun illər yuxan pliosen gil yatağı əsasında fəaliyyət göstərmiş, Quba, Şəki, Lənkəran kərpic və kirəmit zavodları isə dördüncü dövr gilliciləri yataqlan əsasında işləyirlər.
Azərbaycanda tikinti materiallarından dəniz mənşəli qumların böyük yataqları Xəzər sahillərində, allüvial qumlar isə Kür boyunda və Kürün qolları üzrə yerləşirlər. Azərbaycanın bütün allüvial-prolüvial maili düzənliklərində, Kür, Araz, Samur çayı yataqları boyu zonada böyük qum-çınqıl yataqları mövcuddur. Bu yataqlardan şəhər və kəndlərin, müxtəlif sənaye obyektlərinin, dəmir və şose yollarının tikintisində geniş miqyasda istifadə edilir.
Yuxarıda gösterilən tikinti materiallarından başqa Xanlar, ŞəmkirQazax və Abşeron rayonlarında bentonit gillərininXanlarFüzuliCəbrayıl rayonunda porfıritlərin və bir sıra başqa faydalı qazıntıların yataqları məlumdur.
Mənbə: M.A.MÜSEYİBOV

AZƏRBAYCANIN FİZİKİ COĞRAFİYASİ
Açar sözlər Azərbaycanın Faydalı Qazıntıları
Ana Sayfa Web sürümünü görüntüle

YORUM GÖNDER


Yüklə 65,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin