FİZİKİ ŞƏXSLƏR TƏRƏFİNDƏN BƏLƏDIYYƏYƏ (YERLİ) ÖDƏNİLMƏLİ
OLAN ƏMLAK VƏ TORPAQ
VERGİLƏRİ
I.
FİZİKİ ŞƏXSLƏRİN ƏMLAK VERGİSİ
Son dəyişikliklər yalnız fərdi xüsusi mülkiyyətdə olan evlərə, sahibkarlara, fərdi vergi
ödəyicilərinə aiddir. Hüquqi şəxsin balansında olan əmlakla əlaqədar ödənilməli olan
ə
mlak və torpaq vergiləri AR Vergi Məcəlləsi və digər qanunvericilik aktları ilə
tənzimlənir.
1.
Fiziki şəxslərin əmlak vergisi dedikdə nə başa düşülür?
Fiziki şəxslər tərəfindən onların xüsusi mülkiyyətində olan və ölkə (Azərbaycan
Respublikası) ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin fiziki şəxslərə
məxsus su və hava nəqliyyat vasitələri üçün ödənilən vergi əmlak vergisidir. Bu sənəddə
hava və su nəqliyyat vasitələri üçün ödənilməli olan əmlak vergiləri nəzərdə
tutulmamışdır.
2.
Ə
mlak vergilərinin tətbiqinə dair qanunvericiliyə edilmiş son dəyişikliklər
nədən ibarətdir?
Ə
mlak vergisinə son dəyişikliklər: 2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər
ə
mlak vergisini onların xüsusi mülkiyyətində olan evlərin sahəsindən asılı olaraq
ödəyəcəklər.
1
3.
Son dəyişikliyə əsasən Əmlak vergisi necə hesablanır?
AR Vergi Məcəlləsinə edilən 20 iyun 2014-cü il tarixində son dəyişikliklərə (Əlavə 1, Bax
VM, Maddə 198.1) əsasən, 2015-ci il yanvarın 1-dən əmlak vergisi ümumi sahənin hər
kvadratmetrinə görə hesablanır və evin yerləşdiyi ərazidən asılı olaraq aşağıdakı vergi
dərəcələri tətbiq edilir:
Yaşayış məntəqələri
Fiziki şəxsin xüsusi mülkiyyətində olan
yaşayış və qeyri-yaşayış sahələri
(manatla)
Bakı
0,4
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu
0,3
Digər şəhərlər (rayon tabeliyində olan
şəhərlər istisna olmaqla), rayon mərkəzləri
0,2
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə
və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin,
habelə Abşeron rayonunun qəsəbə və kəndləri
istisna olmaqla)
0,1
Qeyd 1. Ev Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq olaraq 0,7-dən aşağı və
1,5-dən yuxarı olmayan əmsallar tətbiq olunacaq. Bakı şəhəri üzrə yerləşən zonalara
1
Belə ki, indiyə qədər vergi evlərin inventarlaşdırılmış dəyərindən tutulurdu. Əvvəlki qanunvericiliyə
görə, əmlakın dəyəri 5 min manatdan az idisə, vergi tutulmurdu. Dəyər bu məbləği keçərdisə, vergi
binanın dəyərinin 0,1 faizini təşkil edirdi.
uyğun olaraq hansı əmsalların tətbiq edilməsi 6 aprel 2015-ci il tarixindən
2
etibarən
müəyyən olunmuşdur (Əlavə 2).
Qeyd 2. Həmçinin dəyişikliklərdən biri də odur ki, 30 kvadratmetrədək yaşayış sahəsinə
ə
mlak vergisi tətbiq olunmur. Bu o deməkdir ki, fiziki şəxsə məxsus olan evin ümumi
sahəsindən 30 kv.metr çıxarılır.
Qeyd 3. Qeyd edilən dəyişiklik yalnız yaşayış sahələri üçün nəzərdə tutulmuşdur. Bu
imtiyaz yaşayış sahəsi olmayan əmlaka, o cümlədən anbar və kommersiya obyektlərinə,
və s. aid edilmir.
Qeyd 4. Əmlak vergisi qaraj sahələrinə şamil olunmur.
1.
Fərdi ev (ya mənzil) üzrə vergilərin hesablanması nümunəsi
Ümumi sahəsi 60 kvadratmetr, 30 kv.metri vergi hesablanmasına daxil edilmir.
Ünvan – Bakı ş. S.Vurğun küç. ev 100 (zona 6, əmsal 1,0)
Bakıda 1 kv.metr üçün vergi – 0.40 AZN
(60 -30) х 0,40 х1 = 12 AZN
2.
Fərdi ev (ya mənzil) üzrə vergilərin hesablanması nümunəsi
Ümumi sahəsi 60 kvadratmetr, 30 kv.metri vergi hesablanmasına daxil edilmir.
Ünvan: Quba r., Salaxlı k.
1 kv.metr üçün vergi – 0.1 AZN
(80 -30) х 0,1 =5
3.
Qeyri-yaşayış sahəsi üzrə vergilərin hesablanması nümunəsi
Obyektin ümumi sahəsi 70 kv.metr
Ünvan – Bakı ş. S.Vurğun küç. ev 100 (zona 1, əmsal 1,5)
Bakıda 1 kv.metr üçün vergi – 0.40 AZN
70 х 0,40 х1,5 =42 AZN
4.
Müxtəlif əhali qruplarına əmlak vergisinin ödənilməsinə dair güzəştlər
mövcuddurmu?
Bəli, əgər bina yaşayış məqsədilə istifadə olunursa aşağıdakı əhali qrupları ödəməli
olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır: (əlavə 3, bax VM, maddə 199.3)
1.
müharibə əlilləri;
2.
Pensiyaçılar;
3.
Müddətli hərbi xidmət dövründə müddətli hərbi xidmət hərbi qulluqçuların və
onların ailə üzvləri;
4.
Azərbaycan Respublikasının Milli Qəhrəmanları;
5.
Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
6.
Həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);
7.
1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif
edilmiş şəxslər;
8.
Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;
2
AR Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli qərarı ilə AR Vergi Məcəlləsinin 198.1-ci
maddəsində nəzərdə tutulmuş əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq
edilən əmsallar təsdiq olunmuşdur.
9.
Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər
radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o
cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa
işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya
bu xəstəlikləri keçirmiş şəxslər.
II. FİZİKİ ŞƏXSLƏRİN TORPAQ VERGİSİ:
1.
Kimlər torpaq vergisini ödəməlidir?
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq
sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir (bax VМ,
maddə 204).
2.
Uçota durmaq lazımdırmı?
Rezident və qeyri-rezident fiziki şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və
istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra bələdiyyə müəssisələrində 1
ay ərzində uçota durmalıdırlar (bax VM, maddə 203).
3.
Torpaq vergisi necə hesablanır?
Torpaq vergisi torpağın təyinatından, sahəsindən və yerləşdiyi ərazidən asılı olaraq
hesablanır. Məsələn, Bakı şəhəri üzrə 1 sot yaşayış fondlarının, həyətyanı sahələrin
torpaqları və vətəndaşların bağ sahələrinin torpağı üçün 0,60 AZN dəyərində torpaq
vergisi tutulur. Bu qiymət 10.000 (ya 100 sot) kvadratmetrə qədər olan sahələr üçün
tətbiq edilir. 10.000 kvadratmetrdən böyük olan torpaq sahələri üçün bu qiymət 1,2
AZN-yə qədər yüksəlir.
Torpaq sahələrinə dair torpaq vergi dərəcələri aşağıdakılardır (bax VM, maddə 206.3).
Yaşayış
məntəqələri
Sənaye, tikinti, nəqliyyat, rabitə,
ticarət-məişət xidməti və digər
xüsusi
təyinatlı
torpaqlar
(manatla)
Yaşayış fondlarının, həyətyanı
sahələrin
torpaqları
və
vətəndaşların bağ sahələrinin
tutduğu torpaqlar (manatla)
10000
m²-dək
olduqda
10000
m²-dən
yuxarı olan hissə
üçün
10000
m²-dək
olduqda
10000
m²-dən
yuxarı olan hissə
üçün
Bakı
şəhəri,
habelə onun
qəsəbə
və
kəndləri
10
20
0,6
1,2
Gəncə,
Sumqayıt,
Xırdalan
şəhərləri
və
Abşeron
rayonunun
qəsəbə
və
kəndləri
8
16
0,5
1,0
Digər şəhərlər
və
rayon
4
8
0,3
0,6
mərkəzləri
Rayon
tabeliyində
olan şəhərlər,
qəsəbələr və
kəndlər
2
4
0,1
0,2
Yaşayış torpaq sahəsi üzrə vergilərin hesablanması nümunəsi:
Torpağın ümumi sahəsi 12.000 kvadratmetr (1,2 ha və ya 120 sot)
Ünvan – Buzovna qəsəbəsi, Əzizbəyov rayonu, Bakı
10.000 kvadratmetr-ə qədər hər 100 kvadratmetr üçün vergi 0,6 AZN
10.000 kvadratmetrdən yuxarı hər 100 kvadratmetr üçün vergi 1,2 AZN
(100 х0,6) + (20х1,2)=60+24=84 AZN
Kommersiya obyektləri üzrə torpaq vergisi hesablanması nümunəsi
Torpağın ümumi sahəsi – 15,5 min. kv.metr (1,55 hektar və ya 155 hektar)
Ünvan – Quba şəhəri
100 kvadratmetrdən 10,000 kv.metrə qədər vergi – 4 AZN
100 kvadratmetrdən 10,000 kv.metrdən çox vergi – 8 AZN
(100 x 4) + (55x8) = 400 + 440 = 840 AZN
4.
Kənd Təsərrüfatı təyinatlı torpaqlar üçün ödənilməli torpaq vergisi fərqli
hesablanırmı?
Kənd təsərrüfatının yerləşdiyi torpaq sahələri üzrə (şəhərkənarı evlər istisna olmaqla)
vergilər fərqli hesablanır (bax Əlavə 4, VM, maddə 206.1 və 206.2).
Belə ki, son qiymət hər 1 sot üçün 0,06 AZN olmaqla torpaq sahəsinin keyfiyyəti və
yerləşdiyi əraziyə əsasən şərti bal tətbiq olunmaqla hesablanır (bax Əlavə 5, Nazirlər
Kabinetinin 230 nömrəli, 29 dekabr 2000-ci il tarixli Qərarı).
Kənd təsərrüfatı sahəsi üçün vergilərin hesablanması nümunəsi:
Torpağın ümumi sahəsi 20 min kv.metr (2 ha)
Ünvan – Xaçmaz rayonu
Vergi miqdarı – 1 ha üçün 0,06 AZN
Torpağın keyfiyyəti – 1-ci qrup, bonitet şkalası üzrə 100-81, bu torpaq üçün şərti bal 121
0,06 AZN х121 х 2 ha=14.52 AZN
Kənd təsərrüfatı sahəsi üçün vergilərin hesablanması nümunəsi:
Torpağın ümumi sahəsi 33 min kv.metr (3,3 ha)
Ünvan – Abşeron rayonu
Vergi miqdarı – 1 ha üçün 0,06 AZN
Torpağın keyfiyyəti – 2-ci qrup, bonitet şkalası üzrə 80-61, bu torpaq üçün şərti bal 70
0,06 AZN х 70 х 3,3 ha=13,86 AZN
5.
Müxtəlif əhali qruplarına əsasən güzəştlər mövcuddurmu?
Aşağıdakı əhali qrupundan olan şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq
vergisinin məbləği 10 manat azaldılır (bax əlavə 6, VM, maddə 207.3).
1. Azərbaycan Respublikasının Milli Qəhrəmanları;
2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
3. Müharibə əlilləri;
4. Həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);
5.1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif
edilmiş şəxslər;
6. Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;
7. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya
qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı
və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa
xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş
şəxslər.
6.
Tədiyyə bildirişlərini kim və nə vaxt göndərir?
Hər iki (əmlak və torpaq vergiləri) vergi növləri bələdiyyələr tərəfindən iyulun 1-dək
hesablanır və avqustun 1-dək fiziki şəxslərə tədiyyə bildirişləri göndərilir.
7.
Ödənişlər necə edilməlidir?
Ödənişləri Siz yalnız bank, poçt və digər nağdsız ödəniş yolları ilə edə bilərsiniz;
bələdiyyələr tərəfindən ödənişlərin nağd alınması qadağandır (Əlavə 7).
8.
Ə
mlak və torpaq vergisi hansı tarixlərə kimi ödənilməlidir?
Tədiyyə bildirişlərində göstərilən illik vergi məbləğləri fiziki şəxslər tərəfindən bərabər
hissələrlə 15 avqust və 15 noyabr tarixindən gec olmayaraq ödənilməlidir (bax əlavə 8,
VM, maddə 200.4, 200.5, 200.6).
9.
Vergilər hansı büdcəyə ödənilir?
Fiziki şəxslər tərəfindən ödənilən əmlak və torpaq vergiləri yerli (bələdiyyə) büdcəyə
ödənilir.
10.
Vaxtında ödənilmədiyi hallarda cərimələr mövcuddurmu?
Vergilərin qanunda göstərilən vaxta qədər ödənməməsi halında hər bir gecikmiş gün
üçün ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində
cərimə tutulur.
3
Belə ki, Vergilər Nazirliyinin fiziki şəxslərin vergilərin hesablanması və
yerli büdcəyə ödəməsi qaydalarına olan metodiki göstərişlərinə əsasən, həm vətəndaş
həm də vətəndaş olmayan tikinti və binaların (mənzil, şəhərkənarı evlər, qaraj və s.)
sahibləri əmlak vergisi ödəməlidirlər ( Əlavə 9, İnzibati Prosessual Məcəllə, maddə 246).
Ə
LAVƏLƏR:
Ə
LAVƏ 1. AR Vergi Məcəlləsi
Maddə 198. Vergi dərəcələri
198.1. Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:
198.1.1.
onların
xüsusi
mülkiyyətində
olan binaların
sahəsinin
(yaşayış
sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər
kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı
şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):
3
AR Vergi Məcəlləsinin 59.1 maddəsi
Yaşayış məntəqələri
Fiziki şəxsin xüsusi mülkiyyətində
olan yaşayış və qeyri-yaşayış sahələri
(manatla)
Bakı
0,4
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu
0,3
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər
istisna olmaqla), rayon mərkəzləri
0,2
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə
və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin,
habelə Abşeron rayonunun qəsəbə və kəndləri
istisna olmaqla)
0,1
198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:
198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;
198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.
198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün - onların bazar
qiymətinin 1 faizi.
198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq
müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
198.3. Çıxarılmışdır.
198.4. Çıxarılmışdır.
Ə
LAVƏ 2. AR NK–nın 101 nömrəli, 06 aprel 2015-ci il tarixli qərarı
http://www.taxes.gov.az/uploads/qanun/2015/nk/06042015elave.pdf
Ə
LAVƏ 3. AR Vergi Məcəlləsi
http://e-qanun.az/code/12
Maddə 199. Vergi güzəştləri və azadolmalar
199.1. Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə
orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət
fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak
vergisini ödəməkdən azaddır.
199.2. Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat
müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların,
suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika
məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin
hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar
yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.
199.3. Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya
fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, bu Məcəllənin
102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət
hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə
binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.
199.4. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların
dəyərində azaldılır:
199.4.1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən
obyektlərin;
199.4.2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji
ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;
199.4.3. mexaniki nəqliyyat vasitələrinin
199.4.4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı
üzrə istifadə etdiyi obyektlərinin;
199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar
ə
mlak vergisindən azaddır.
199.7. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud
texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs
yaratmadan
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun
olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən
başlayaraq, 7 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak
vergisini ödəməkdən azaddırlar.
199.8. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud
texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud
texnologiyalar parklarının ərazisində yerləşən əmlaklarına görə əmlak vergisini
ödəməkdən azaddır.
Ə
LAVƏ 4. AR Vergi Məcəlləsi
http://e-qanun.az/code/12
Maddə 206. Vergi dərəcələri
206.1. Torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0,06
manat müəyyən edilir.
206.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil
olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və
keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir.
206.3. Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq
sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:
Yaşayış
məntəqələri
Sənaye, tikinti, nəqliyyat, rabitə,
ticarət-məişət xidməti və digər
xüsusi
təyinatlı
torpaqlar
(manatla)
Yaşayış fondlarının, həyətyanı
sahələrin
torpaqları
və
vətəndaşların bağ sahələrinin
tutduğu torpaqlar (manatla)
10000 m²- dək
olduqda
10000 m²- dən
yuxarı olan hissə
üçün
10000 m²- dək
olduqda
10000
m²-dən
yuxarı olan hissə
üçün
Bakı
şəhəri,
habelə
onun
qəsəbə
və
kəndləri
10
20
0,6
1,2
Gəncə,
Sumqayıt,
Xırdalan
şəhərləri
və
Abşeron
rayonunun
8
16
0,5
1,0
qəsəbə
və
kəndləri
Digər şəhərlər
və
rayon
mərkəzləri
4
8
0,3
0,6
Rayon
tabeliyində
olan şəhərlər,
qəsəbələr
və
kəndlər
2
4
0,1
0,2
Ə
LAVƏ 5. NK-nın 230 nömrəli qərarı Kənd təsərrüfatı təyinatlı torpaqlar
http://www.taxes.gov.az/modul.php?name=qanun&news=506
Ə
LAVƏ 6.
Maddə 207. Vergi güzəştləri
207.1. Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:
207.1.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
207.1.2. Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə
orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, habelə
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində
olan torpaqlar;
207.1.3. istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında
yerləşən torpaqlar;
207.1.4. dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
207.2. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan
torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.
207.3. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud
texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq,
sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq,
sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə
torpaq vergisini ödəməkdən azaddırlar.
207.4. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud
texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud
texnologiyalar parklarının ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini
ödəməkdən azaddır.
Ə
LAVƏ 7: "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan
Respublikasının
Qanununda
dəyişiklik
edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini
rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002,
№– 4, I kitab, maddə 155; 2008, №– 6, maddə 462) aşağıdakı məzmunda 11.4-cü maddə
ə
lavə edilsin:
“11.4. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru,
habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli
vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.”.
Maddə 2. Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
http://www.taxes.gov.az/modul.php?name=qanun&news=103
Ə
LAVƏ 8. AR Vergi Məcəlləsi
Maddə 200. Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası
200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi
ə
razinin bələdiyyəsi tərəfindən hesablanır.
200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun
binanın sahəsindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən
edilmiş qaydaya uyğun olaraq hesablanır.
200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən
təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə
hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində
olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti
və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq
orqana təqdim edir.
Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin
nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.
200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə
avqustun 1-dən gec olmayaraq verməlidirlər.
200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və
noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi
hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi
tərəfindən ödənilir.
200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Vergi vaxtında
ödənilmədikdə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada faiz hesablanır.
200.7. Çıxarılmışdır.
Ə
LAVƏ 9. İnzibati Xətalar Məcəlləsi
M a d d ə 2 4 6 . Vergilərin və digər icbari ödənişlərin vaxtında ödənilməməsi
Az miqdarda vergilərin və məcburi dövlət sosial sığorta haqlarının qanunvericiliklə
müəyyən edilmiş müddətdə ödənilməməsinə görə - inzibati xətanın bilavasitə obyekti
olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda
cərimə edilir.
Qeyd: bu maddədə "az miqdar" dedikdə, iki min manatadək olan məbləğ başa düşülür.
Dostları ilə paylaş: |