Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


(şaxələnən)  təmin  etsin.  Bu  nöqteyi-nəzərdən  dövlətin  “dövlət”



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   2   3   4   5   6   7   8   9   ...   29

(şaxələnən)  təmin  etsin.  Bu  nöqteyi-nəzərdən  dövlətin 
“dövlət”  məzmununa  (əvvəlcə  qeyd  olunduğu  kimi,  burada 
həm də dövlət hakimiyyətini dövləti təmsil etməsi zamanı) həm 
də daxildə və xaricdə münasibətləri təşkil etmək, tənzimləmək 
və  maraqları  təmin  etmək  aiddir.  Eyni  və  oxşar  məzmunlu 
əsaslarla  (ərazi,  əhali,  hakimiyyət,  dövlət  mülkiyyəti-burada 
həm  də  şəxslərin  şəxsi  mülkiyyətləri;  dövlət  rəmzləri-gerb, 
bayraq,  himn;  atributları  -  milli  pul  vahidi,  hakimiyyəti-
idarəetmə  aparatı)  mövcud  olan  siyasi  birləşmələri-vəhdətdən 
meydana  gələn  kompleksi  ümumi  anlayış,  ümumi  məfhum 
olaraq “dövlət” adlandırırıq. (Qeyd: dövlət və özəl mülkiyyət 
dedikdə,  bu  bölgüyə  mütləq  ölçülərlə  yanaşı,  həm  də  şərti 
aspektlərdən  yanaşmaq  lazımdır.  Rəsmi-hüquqi  anlamda 
dövlət  mülkiyyəti  tərəflərə  mənsub  olmaq  baxımından 
dövlətə  aid  edilən  mülkiyyət  kimi  başa  düşülür  və  onun 
üzərində  dövlətin,  yəni  dövlət  hakimiyyətinin,  sərəncam 
vermək  hüququ  qəbul  olunur.  Dövlətin  mülkiyyətinə  həm 
də vətəndaşların (fiziki və hüquqi şəxslərin) malik olduqları 
özəl  mülkiyyəti  aid  etmək  olar.  Çünki  vətəndaş  dövlətin 
daxilindədir. Geniş anlamda düşündükdə, dərk edə bilmək 
olur  ki,  dövlət  mülkiyyəti  və  vətəndaş  mülkiyyətindən 
ibarət  olan  dövlətin  mülkiyyəti  əslində  elə  vətəndaşların 
fərdi  və  ümumi  qaydada  istifadə  etdikləri  mülkiyyətdir  və 
onlara  məxsusdur).  Bu  baxımdan  da  bu  birliklər,  yəni 
dövlətlər  beynəlxalq  sferada  (regional  və  regiondan  kənar 
məkanlar  üzrə)  öz  aralarında  münasibətləri  tənzim  etmək  və 

 
13 
 
ayrı-ayrı  sahələr  üzrə  əlaqələri  qurmaq  üçün,  hərəkətləri 
qaydalara  salmaq  və  istiqamətləndirmək  naminə  vahid 
normalar  yaradırlar,  onlara  əməl  edirlər,  normaların  icrasını 
təmin  edirlər.  Dövlət  nizamlı  və  sistemli  bir  quruluş 
olduğundan  onun  fəaliyyəti  və  digər  dövlətlərlə  əlaqələri  də 
nizamlı  olaraq  həyata  keçirilir.  Nizam  dövlət  fəaliyyətinin 
mahiyyətindədir  və  onu  gerçəkdə  aşkarlayan  vəziyyət  və 
vasitədir.    Bu  baxımdan  da  hüquq  normaları  nizamasalma 
vasitələri  olaraq  xüsusi əhəmiyyət kəsb  edir. Hüquq normaları 
insanların  təbii  hüquqlarını  (insanların  yaşlarından,  əmək  və 
fiziki, eləcə də əqli qabiliyyətlərindən, həmçinin fəaliyyətindən 
asılı  olaraq  bütün  sahələrdə)  təsbit  etmək  üsulu  ilə  tanıyır, 
qoruyur  və  təbii  hüquqları  yerinə  yetirmək  üçün  onlara 
hərəkətlər etmək hüququ və səlahiyyəti verir. (Qeyd:  dövlətlər 
vahid  qurumlar  olduğundan  və  vahid  məzmunlu  siyasəti 
həyata  keçirdiklərindən,  öz  aralarında  siyasət  sahəsində 
biliklər  əldə  etmək  naminə  təcrübə  mübadilələri  həyata 
keçirirlər.  Siyasətin  istiqamətlərini  öyrənmək  üçün  beynəl-
xalq  təcrübələrdən  istifadə  olunur.  Bir  dövlətin  hüquq 
normaları sistemi digər dövlətin hüquq normaları sistemində 
bu  və  ya  digər  səviyyədə  qəbul  edilir  və  bu  normalardan 
faydalanma  həyata  keçirilir.  Buradan  da  dövlətlərin 
fəaliyyətləri arasında oxşarlıqlar, uyğunluqlar meydana gəlir. 
Beynəlxalq  aləmdə  siyasət  məhz  “dövlət”  məfhumunun 
mərkəzində həyata keçirilir)Dövlətlər, xalqlarının kimliyindən, 
etnik mənşəyindən, insanlarının irqi, dini və milli mənşəyindən 
asılı olmayaraq, gender bərabərliyi əsasında, təbəqələr arasında 
tarazlı  münasibətlər  prinsipləri  ilə  insanlara  xidmət  üçün 
təşkil  edilir.  Dövlət  öz  resurslarını  zamanla  birləşdirərək 
vətəndaşlarının  hüquqlarını  təmin  etməyi  qarşısına  məqsəd 
qoyur.  
Dövlətlərin  öz  aralarında  olan  münasibətlərini  və  əlaqələrini 
təmin  edən  və  əlaqələri  sahələr  üzrə  istiqamətləndirən  normalar 
beynəlxalq  hüquq  normaları  adlanır.  Ona  görə  beynəlxalq 

 
14 
 
hüquq  normaları  adlanır  ki,  bu  normalar  dövlətin  beynəlxalq 
sferada  hərəkətini  tənzimləyir  və  dövlətə  müəyyən  hüquqlar 
verir  (dövlət  fəaliyyətinə  hüquqi  səlahiyyət  verir),  həmçinin 
dövlətin  sərbəst  fəaliyyət  hüququnu  təsdiqləyir.  (Qeyd: 
dövlətlərin  beynəlxalq  hüquqları  təbii  bir  amildir.  Belə  ki, 
dövlətlər varsa və onlar arasında əlaqələr zəruridirsə, onların 
hüquqları  da  təbii  olaraq  meydana  gələndir.  Dövlətlər 
beynəlxalq  hüquq  normaları  ilə  özlərinə  məxsus  olan 
hüquqları  təsbit  edirlər.  Burada  hüquq  məsələsinə  də  iki 
aspektdən  yanaşmaq  olar:  birincisi,  dövlətlərin  özlərinin  bir 
qurum kimi hüquqlarının mövcudluğu; ikincisi, münasibətlər 
və  əlaqələr  fonunda  onların  hərəkətlərinin  əsaslarını 
şə
rtləndirən  hüquq.  Bu  halda  artıq  dövlətin  vəzifə  və 
səalhiyyətlərinin mövcudluğu şərtləri ortaya çıxır. Dövlət özü 
bir  hüquq  subyektidir  və  hüquqi  hərəkətlər  edən  tərəfdir). 
Eləcə  də  fəaliyyət  sferaları  aralarında  olan  əlaqələri 
tənzimləyir.  Beynəlxalq  hüquq  normaları  bir  tərəfdən  dövlət-
lərin  azadlıqlarını  əks  etdirir,  digər  tərəfdən  də  sərbəst 
hərəkətlərinin  üfiqi  (ətraflara)  və  şaquli  (aşağıya)  sərhədlərini 
müəyyən  edir.  Beynəlxalq  hüquq  normaları  beynəlxalq 
fəaliyyətə  və  hərəkətlərə  hüquqlar  verir  və  onları  nizamlayır. 
Eyni zamanda tərəflərin səlahiyyətlərini və öhdəliklərini qəbul 
edir.  Dövlətin  beynəlxalq  səviyyədə  vəzifə  və  funksiyaları 
beynəlxalq  hüquq  normaları  ilə  tənzim  olunur.  Beynəlxalq 
hüquq  dövlətlərin  fəaliyyət  sferalarından  da  meydana  gəlir. 
(Qeyd: beynəlxalq hüquq norma və qaydalarda əks olunan 
məcmuə  olaraq,  münasibətləri  tənzim  edən  normalar 
məcmuəsi  kimi  obyekt  və  predmet  rolunu oynadığına görə 
tənzimlənən  sahədir.  Həm  də  münasibətləri  tənzim  edən 
vasitədir). Fəaliyyətlərin genişlənməsi, subyektlərin çoxalması 
hüquq  normalarının  sahələr  üzrə  genişlənməsinin  əsaslarını 
təşkil  edir.  Dövlətlər  bütün  sahələr  üzrə  öz  hüquqlarını 
qarşılıqlı  olaraq  qəbul  edir  və  tanıyırlar.  Onlar  bir-birilərinə 
hüquq  və  səlahiyyətlər  verirlər  (burada  qarşılıqlı  qaydada 

 
15 
 
razılaşdırılma  əsasında)  və  bu  səlahiyyətlərdən  irəli  gələn 
vəzifə  və  öhdəlikləri  müəyyənləşdirirlər.  Dövlətlərin  universal 
hüquqları  və  konkret  sahələr  üzrə  hüquqları  beynəlxalq 
sənədlərdə  normalar  şəklində  təsbit  olnur.  Beynəlxalq  hüquq 
normalarının kompleksliliyi beynəlxalq siyasətin kompleksliliyini 
meydana gətirir və beynəlxalq sistemin mexanizm qaydalarını və 
istiqamətlərini  formalaşdırır.  Beynəlxalq  siyasətin  çoxtərkibliyi 
beynəlxalq  hüquq  normalarının  da  çoxtərkibliliyini  ortaya 
çıxarır.  Beynəlxalq  hüquq  beynəlxalq  münasibətlərin  vəhdətini 
və tərkib ünsürlərini formalaşdırır. Beynəlxalq hüquq beynəlxalq 
münasibətləri xarici siyasətdən bir qədər “üstə qaldırır” (sanki, 
xarici  siyasətin  nəticələri  olaraq)  və  beynəlxalq  münasibətləri 
həm  konkret,  həm  də  mücərrəd  bir  sferaya  çevirir.  Bu  anda 
dövlətlərin  beynəlxalq  münasibətlər  və  əlaqələr  təşkil  etmək 
hüququ  yaranır.  Beynəlxalq  hüququ  dövlətlər  özləri  ilə 
“daşıyırlar”.  Bu  hüquqlar  fəaliyyət  əsnasında  (təbii  hüquqdan, 
təbii  məzmundan  doğmaqla)  formalaşır.  Beynəlxalq  hüquq 
normaları 
beynəlxalq 
münasibətlərin 
kompleksliliyi 
və 
dövlətlərin  xarici  siyasətlərinin  istiqamətləri  arasında  oxşar 
məzmunları  meydana  gətirir.  Yəni  bütün  dövlətlər  xarici 
siyasətlərini eyni və oxşar prinsiplərlə həyata keçirirlər. Burada 
da  məqsəd  xarici  siyasətin  reallaşdırılması  zamanı  kəskin 
qarşıdurmalara  yol  verməməkdən  ibarətdir.  Buradan  belə  bir 
məntiqi fikir ortaya çxır ki, beynəlxalq münasibətlərdə dövlətlərin 
xarici  siyasətlərinin  məqsədi  məhz  sabit  şəraitdə  beynəlxalq 
resurslardan  istifadəni  təmin  etməkdən  ibarətdir.  Oxşar 
prinsiplərin  həyata  keçirilməsində  universal  prinsiplər  və 
onların  əks  olunduğu  sənədlər  mühüm  əhəmiyyət  kəsb  edir. 
Belə  qənaətə  gəlmək  olar  ki,  beynəlxalq  sənədlər  dövlətlərin 
vahid  qaydalar  əsasında  fəaliyyət  göstərmələrinin  əsaslarını 
təşkil edir və onları maraq və mənafe uğrunda vahid məzmunlu 
hərəkətlər  etməyə  sövq  edir.  Dövlətlər  öz  qoyduqları 
qaydaların  məcburi  icraçılarına  çevrilirlər.  Bu  baxımdan  da 
dövlətlər  vahid  siyasət  prinsipləri  ilə  özlərinin  siyasətlərini 

 
16 
 
müəyyən  edir  və  icarsını  təmin  edirlər.  Bu  kimi  amillər 
beynəlxalq  münasibətlərin  vahidliyini  (təbii  ki,  məkanlar  və 
resurslar,  eləcə  də  sahələr  baxımından  tərkib  strukturlarına 
bölünməklə)  formalaşdırır,  eləcə  də  onun  rəngarəngliyini 
yaradır. 
Beynəlxalq  hüquq  beynəlxalq  münasibətləri  yaradan  və 
tənzim  edən  vasitə  olaraq  ədalətə  söykənir.  Ədalət  əsasında 
beynəlxalq  hüquq  yaranır,  ədalət  bazasında  beynəlxalq  hüquq 
genişlənir  və  bütün  sahələri  üzrə  tənzimedici  vasitəyə  və 
istiqamətə  çevrilir.  Ədalət  məzmunu  ilə  beynəlxalq  hüquq 
münasibətlərin  bütün  tərəflərini  xırdalıqlara  qədər  ortaya 
qoyur. Yəni, bütün incəlikləri əhatə edir.  
Xarici siyasət dövlətlər arasındakı münasibətlərin “üst qat” 
qalxmasını  təmin  edir.  Bu  anda  beynəlxalq  münasibətlər  də 
elmin  əsas  obyektinə  və  predmetinə  çevrilir.  Xarici  siyasət 
beynəlxalq  münasibətləri  şaxələndirir  və  hər  bir  addım 
beynəlxalq münasibətlərin tərkib baxımından zənginləşməsinin 
əsaslarını  yaradır.  Xarici  siyasətin  gücü  elə  dövlətlər  arasında 
münasibətlərdə və əlaqələrdə güc amilini ortaya çıxarır. Xarici 
siyasətin  gücü  beynəlxalq  münasibətlərin  potensialını  ortaya 
qoyur.  
Beynəlxalq 
münasibətlər 
özündə 
çoxlu 
sayda 
şərtləndiriciliyi  yaradan  bir  bütöv  istiqamətdir.  Bu  bütövün 
tərkibində  dövlətlərin  fəaliyyətləri  ilə  əlaqədar  olaraq,  inkişaf 
tələbləri  və  resurslardan  çıxış  edərək  çoxlu  sayda  istiqamətlər 
mövcuddur.  İstiqamətlərin  mövcudluğu  təbii  ki,  beynəlxalq 
münasibətlərin obyektlərinin və subyektlərinin çoxluğu amilini 
ortaya  çıxarır.  Beynəlxalq  münasibətlərin  özü  də  tədqiq 
olunmaq  və elm  sahəsi kimi  öryənilmək baxımından bir vahid 
predmetdir,  obyektdir.  Beynəlxalq  münasibətlər  struktur, 
mexanizm və sistem xassələrinə malikdir. Beynəlxalq münasi-
bətləri  formalaşdıran  xarici  siyasət  fəaliyyəti  də  istiqamətlərə 
ayrılır  və  elmi  predmetin  mövzusu  olur.  Beynəlxalq  müna-
sibətlərin  predmetinə  onun  obyekti  və  obyektinin  xassələri, 

 
17 
 
subyektləri  və  subyektlərinin  xassələri  prizmasından  yanaşmaq 
olar.  Bu  baxımdan  beynəlxalq  münasibətlər  iki  mühüm 
istiqamətdə  tədqiq  oluna  bilər:  birincisi,  onun  subyektlərinin 
fəaliyyətinin xassələri, ikincisi, subyektlərin maraqlarının əks 
olunduğu  obyektlərin  xassələri.  Beynəlxalq  münasibətlərdə 
tədqiqat  predmeti  olaraq,  diqqəti  çəkən  məqamlardan  biri  də 
ondan  ibarətdir  ki,  burada  həm  subyektin  xassələri  öyrənilir, 
yəni, nun fəaliyyətinin əsasları tədqiq olunur, həm də subyektin 
təmin olunması üçün istifadə olunan resurslar, vasitələr, alətlər 
və  s.  tədqiqat  predmetinə  cəlb  olunur.  Tərkib  elementlərlə 
bütöv arasındakı əlaqələrin xassələri müəyyən olunur. Beynəl-
xalq münasibətləri tədqiq edərkən,  əsasən, beynəlxalq münasi-
bətləri  formalaşdıran  xarici  siyasətin  əsasları  da  müəyyən 
olunur.  Xarici  siyasətin  istiqamətləri  təbii  ki,  beynəlxalq 
münasibətlərin  istiqamətlərini  meydana  gətirdiyindən,  tədqiqat 
obyekti  kimi  bu  istiqamətlər  predmetə  çevrilir.  Beynəlxalq 
münasibətləri  tədqiq  edərkən  ilkin  istiqamət  kimi  onun 
tərkibinə  daxil  olan  istiqamətlərin  birləşmiş  vahid  anlayışını 
tədqiq  etmək  vacib  amilə  çevrilir.  Beynəlxalq  münasibətlər 
universal  istiqamət  və  anlayışdır.  Lakin  bu  universallığın 
içərisində çoxlu sayda tərkiblər vardır ki, bu tərkiblərin də ayrı-
ayrılıqda  tədqiq  olunması  mühüm  əhəmiyyət  kəsb  edir. 
Tərkibdən  bütöv  yarandığından  tərkibin  analizi  elə  bütövün 
xassəsini aşkarlayır.  
Beynəlxalq  münasibətlər  anlayışı  həm  də  fəlsəfi  bir 
anlayışdır.  Burada  da  fəlsəfi  prinsiplərə  müvafiq  olaraq  tezis, 
antitezis  və  sintez  metodlarından  geniş  istifadə  olunur. 
Beynəlxalq  münasibətlər  anlayışına  ilk  növbədə  dövlətlərin 
xarici  siyasətlərinin  əsalarını  yaradan  anlayışlar  aid  edilir. 
Beynəlxalq  münasibətlərin  tədiqiq  olunmasında  istiqamətlər 
olaraq  aşağıdakı  tərkib  istiqamətlər  tədqiqat  obyektinə  və 
predmetinə çevrilə bilər. Beynəlxalq münasibətlərin tədqiqat 
predmetinə də iki baza aspektdən yanaşmaq olar: birincisi, 
subyektlərin  və  istifadə  olunan  vasitələrin  xassələri; 

 
18 
 
ikincisi,  münasibətləri  yaradan  proseslər  və  onların 
xassələri.  Hər  iki  istiqamətdə  özünəxas  hallar  mövcuddur  və 
bu istiqamətlər bir-birini şərtləndirmə məzmununa malikdir.  
Bu 
baxımdan 
beynəlxalq 
münasibətlərin 
tədqiqat 
istiqamətlərinə aid edilə bilər:  
-dövlətlər arasında münasibətlərin və əlaqələrin ümumi 
və xüsusi əsasları, universal və konkret, məxsusi hallar; 
-beynəlxalq münasibətlərin subyektləri (əsas və törəmə) 
və onların fəaliyyətlərinin ümumi və xüsusi əsasları; 
-beynəlxalq  arenada  əlaqələrin  qurulmasının  normativ 
və  imperativ  əsasları-zəruriliyin  meydana  gəlməsinin 
əsasları;  
-beynəlxalq  münasibətlərin  obyektləri  və  onların 
xassələri; 
-beynəlxalq  münasibətlərdə  istifadə olunan vasitələr və 
onların əsasları; 
-beynəlxalq  münasibətlərdə  istifadə  olunan  alətlər 
(burada  normaların  əks  olunduğu  sənədlər,  beynəlxalq 
münasibətləri  təşkil  edən  yığncaqlar,  qurumlar-diplomatik 
vasitələr) və onların xassələri; 
-beynəlxalq  münasibətləri  nizama  salan  hüquq  norma-
ları və onların əsasları; 
-beynəlxalq 
münasibətlərin 
tərkib 
ünsürləri 
və 
fəaliyyətin tərkibini yaradan əsaslar; 
-beynəlxalq münasibətlərin qruplaşmasının əsasları; 
-beynəlxalq  münasibətlərdə  gərginliklərin  (burada 
münaqişə,  böhran,  ərazi  mübahisələri,  müharibələr  və  s.) 
yaradılmasının və meydana gəlməsinin əsasları; 
-beynəlxalq münasibətlərin inkişaf xüsusiyyətləri; 
-beynəlxalq  münasibətlərin  ideal  və  real  məzmununun 
əsasları-siyasətin  vəziyyətlə  əlaqələndirilməsi  və  mühit 
məsələsi; 

 
19 
 
-beynəlxalq  münasibətlərdə  ərazi  məsələsi  və  sərhəd-
lərin  müəyyən  olunmasının  əsasları-sərhəd  rejimlərinin 
əsasları; 
-beynəlxalq 
münasibətlərdə 
sərhədlərin 
keçilməsi 
qaydaları, ölkələr arasında gediş-gəliş məsələləri
-beynəlxalq  münasibətlərdə  “beynəlxalq  ərazilər” 
məsələsi;  
 -beynəlxalq münasibətləri və xarici siyasəti zəruri edən 
şərtlər,  bu  nöqteyi-nəzərdən  zərurətin  əsasları-ehtiyaclar, 
tələbatlar; 
-beynəlxalq 
münasibətlərdə 
dövlətlərin 
tanınnası 
məsələləri; 
-beynəlxalq mübahisələr və onların həlli yolları; 
-dövlətlərin  xarici  siyasətini  formalaşdıran  istiqamət-
lərin nəzəri əsasları; 
-beynəlxalq  münasibətlərdə  dövlətlərin  vəzifə  və 
funksiyaları, hüquq və səlahiyyətləri, öhdəlikləri
-beynəlxalq  münasibətlərin  dövlətdaxili  münasibətlərlə 
əlaqələndirilməsi; 
-beynəlxalq  vəziyyətlərin  əsasları,  o  cümlədən  sülh 
məsələləri; 
-beynəlxalq  münasibətlərin  və  əlaqələrin  qurulmasının 
məzmunu-ədalətli münasibətlər; 
-beynəlxalq  münasibətlərdə  demokratik  qaydalar  və 
prinsiplər-tarazlaşdırılmış münasibətlər; 
-beynəlxalq  münasibətlərdə  insan  hüquqlarının  təmin 
olunmasının əsasları;  
-beynəlxalq 
münasibətlərdə 
dövlətlər 
arasında 
əlaqələrin təşkil olunmasının əsasları; 
-beynəlxalq münasibətlərdə silahsızlaşdırma məsələləri; 
-beynəlxalq təhlükəsizliyin təmin olunması məsələləri; 
-beynəlxalq  münasibətlərin  qruplaşdırılması  və  təşki-
latların yaranmasının əsasları;  

 
20 
 
-beynəlxalq  münasibətlərdə  dövlətlərin  güclərinin 
əsasları  və  sülhün  təmin  edilməsində  dövlət  gücünün 
əhəmiyyəti; 
-beynəlxalq 
münasibətlərin 
regionlar 
üzrə 
formalaşdırılması: regional və qlobal münasibətlər; 
-beynəlxalq münasibətlərin gücləndirilməsinin əsasları-
istifadə olunan çoxsahəli resurs amili; 
-beynəlxalq münasibətlərdə hüquqi varisliyin əsasları; 
-beynəlxalq 
münasibətlərdə 
əxlaq  qaydaları  və 
dövlətlərin davranmalarının əsasları; 
-beynəlxalq münasibətlərdə xalqların psixologiyası; 
-xarici  siyasətin  həyata  keçirilməsində  dövlət  və 
hökumət rəhbərlərinin rolu və s.  
Ümumiyyətlə,  istiqamətlər  çoxdur,  hər  bir  istiqamət 
özündə  ümumi  və  xüsusiliyi,  eləcə  də  başlanğıcı  və  nisbi 
sonluğu  əks  etdirir  və  belə  hesab  etmək  olar  ki,  beynəlxalq 
münasibətlərin tədqiq olunmasını aşağıdakı mühüm ümumiləş-
dirici istiqamətlərlə həyata keçirmək olar: 
-dövlətin münasibət yaratmaq qabiliyyəti və səlahiyyəti 
baxımından; 
-dövlətlərin təşkilatçılıq funksiyasını yerinə yetirmək və 
resursları istifadə etmək qabiliyyəti baxımından; 
-dövlətlərin qaydalara və normalara əməl etmək, riayət 
etmək və icra etmək funksiyaları baxımından; 
-dövlətlərin  ümumilikdə  sistemləşdiricilik  funksiyaları 
baxımından.  
Bütün bu istiqamətlər təbii ki, sistemləşdirici əhəmiyyət 
kəsb  etməklə,  dövlətlərin  tənzimləmə  funksiyasına  aiddir 
ki, bu da özlüyündə idarəetmənin tərkibidir. Bu baxımdan 
da  belə  hesab  etmək  olar  ki,  beynəlxalq  münasibətlər, 
beynəlxalq  siyasət  elə  dövlətlərin  daxili  siyasətlə  əlaqəli 
olaraq,  beynəlxalq  sferada  idarəetmə  qabiliyyətidir, 
funksiya  və  səlahiyyətidir.  Onu  da  nəzərə  almaq  lazımdır 
ki,  bu  sistemləşdirmə  özündə  mütləqliyi  əks  etdirməklə 

 
21 
 
nisbi  xarakterə  malikdir.  Belə  ki,  hər  bir  ümumidən 
xüsusini yaratmaq mümkündür. Eləcə də ümumi xüsusinin
xüsusi  də  ümuminin  içərisindədir.  Ümumi  və  xüsusi  (fərdi 
və  konkret)  məsələsi  də  idrak  təfəkkürünə  bağlıdır  və 
yanaşma tərzindən asılıdır. Ümumi və xüsusi parçalanaraq 
tərkib hissələrə ayrılandır.  
Son  zamanlarda,  qloballaşma  dövrünü  xarakterizə  edən 
postmodernizmdə, hadisələrin gedişatı onu göstərir ki, istənilən 
dövlət  və  xalq  qloballaşma  proseslərinin  sürətlə  inkişaf  etdiyi 
mövcud  mərhələdə  bir-birilərindən  təcrid  olunmuş  vəziyyətdə 
yaşaya  bilməz.  Beynəlxalq  səviyyədə  dövlətlər  və  xalqlar 
arasında  əlaqələrin  qurulması,  münasibətlərin  formalaş-
dırılması  məhz  dövlətlərin  və  xalqların  özlərinə  xidmət  edir. 
Xalqlar və insanlar birlik əsasında qloballaşan dünyanın tərkib 
elementlərinə  çevrilməyi  qarşılarına  məqsəd  kimi  qoyurlar. 
Xalqlar,  ümumilikdə  insanlar  bəşəri  dəyərləri  qoruyub 
saxlamaq  və  bu  dəyərləri  daha  da  inkişaf  etdirmək  məqsədilə 
birləşmək,  bu  baxımdan  regional  və  qlobal  miqyasda  əlaqələr 
yaratmaq 
niyyətində 
və 
məcburiyyətindədirlər. 
Burada 
məcburiyyətdən,  yaşamaq istəklərindən xoşməramlı  niyyətlər 
(tələbatların  mülayim  yollarla,  sülh  yolu  ilə  ödənilməsinin 
əsaslar) formalaşır. Dünyanın bütün dövlətləri və xalqları birgə 
yaşamaq  istəklərindən  öz  maraqlarını  da  təmin  etməyə 
çalışırlar.  Maraqların  təminatı  üçün  subyektlərin  (əsas 
subyektlər qismində dövlətlər iştirak edirlər. Son zamanlarda 
Avropa  İttifaqını  da  əsas  subyekt  kimi  qəbul  etmək  olar) 
gücləri amili mühüm əhəmiyyət kəsb edir. Subyektlər çalışırlar 
ki,  öz  güclərindən  istifadə  edərək  potensiallarını  zəngin-
ləşdirsinlər  və  beynəlxalq  sferalarda  resursların  mübadiləsi 
hesabına (ötürücülük həyata keçirməklə) çatışmazlıqları aradan 
qaldırsınlar.  Maraq  təminatı  məsələsi  də  məhz  subyektlərin 
güclənməsi  zərurətini  ortaya  çıxarır.  Onu  da  nəzərə  almaq 
lazımdır  ki,  dünyanın  ümumi  siyasi  sistemi,  münasibətlər 
sferaları və konkret sahələr üzrə strukturlar ayrı-ayrı dövlətlərin 

 
22 
 
regional  güclərini  və  qlobal  potensiallarını  formalaşdırmaqda-
dır.  Ayrı-ayrı  regionlarda  və  müxtəlif  sahələrdə  dövlətlərin 
geniş  iştrak  etmək  istəkləri  və  geniş  iştirakları  təbii  ki, 
ümumdünya  sferasının  ayrı-ayrı  tərkib  hissələrə  ayrılmasına 
gətirib  çıxarmışdır.  Dövlətlərin  fərqli  gücləri  ayrı-ayrı 
regionlarda  fərqli  gücü  və  potensialı  meydana  gətirmişdir. 
Dövlətlərin fərqli gücləri elə sistemin (dünya siyasət sistemi və 
onun  tərkibi  olan  beynəlxalq  münasibətlər  sistemi)  tərkib 
strukturları ilə əlaqəlidir. Regionlarda dövlətlərin formalaşması 
proseslərinin  siyasi  və  tarixi  xüsusiyyətləri  və  güclərin 
ümumdünya  müstəvisi  üzrə  fərqli  yayılmaları  dünyanın  siyasi 
rəngarəngliyini  ortaya  çıxarmışdır.  Ümummünasibətlər  siste-
mində  və  dünya  siyasəti  sistemində  fərqli  güclər  sistemin  hər 
bir  məkanında  eyni  çəkini  yaratmamışdır.  Buna  görə  də 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə