Xəbər bülleteni №23


Bosniya və Herseqovina Avropa İttifaqına ərizə verdi



Yüklə 464,64 Kb.
səhifə10/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

Bosniya və Herseqovina Avropa İttifaqına ərizə verdi


15.02.2016

avropa komissiyasina girish 1
Bosniya və Herseqovina Avropa İttifaqına daxil olmaq üçün quruma rəsmi müraciət ünvanlayıb. Novator.az-ın məlumatına görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogerini belə açıqlama verib.

Avropa İttifaqına 28 ölkə daxildir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.


Ekspert uçot dərəcəsinin yenə artacağını düşünür


15.02.2016

ekrem hesenov“Uçot dərəcəsinin yaxında yenə artması gözlənəndir”. Mərkəzi Bankın yeni qərarını şərh edən iqtisadçı ekspert Əkrəm Həsənov belə deyib. Transparency.az-ın məlumatına görə, ekspert qurumun uçot dərəcəsini artırmasını manat qıtlığı ilə izah edib: “Manatın məzənnəsinin bir qədər artması da məhz buna görədir. Hamı əlində olan manatı dollara çevirib. İqtisadiyyatımız iflic vəziyyətə doğru gedir. Bu qıtlığı banklara manat kreditləri verməklə aradan qaldırmaq olar. Lakin Mərkəzi Bank vermir. Çəkinir ki, verdiyi manat da dollara çevriləcək və olan-qalan valyuta ehtiyatları əlindən çıxacaq.

Manatın məzənnəsinin cüzi möhkəmlənməsi isə heç nə demək deyil, ölkənin valyuta gəlirləri azalan xətlə gedirsə, milli valyutanın möhkəmlənməsi mümkünsüzdür. Buna görə də manat kreditləri bahalaşsın, manatı dollara dəyişmək istəyi azalsın deyə uçot dərəcəsi qaldırılır. Əgər banklar Mərkəzi Bankdan krediti həqiqətən 5 faizlə götürəcəksə, yəni “şapka” söhbəti olmayacaqsa, təbii, bu məqsəd üçün 5 faiz çox aşağı dərəcədir. Buna görə də uçot dərəcəsinin yaxında yenə də artması gözlənəndir”.

Mərkəzi Bankın İdarə Heyəti fevralın 15-dən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək qərarı verib. Qərarın milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq məqsədi ilə qəbul edildiyi bildirilir.

Uçot dərəcəsi – Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. Azərbaycanda Mərkəzi Bank kredit təşkilatlarına kreditləri məhz bu faiz dərəcəsi ilə verir. Bu günədək həmin rəqəm 3% idi.


10 banka 32,1 milyon ABŞ dolları satıldı


15.02.2016

dollarFevralın 15-də Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Transparency.az-a qurumdan verilən məlumata görə, bu gün 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Hərracda iştirak edən 10 bankın məcmu tələbi 32,1 milyon ABŞ dolları təşkil edib və sifarişlər 100 faiz təmin olunub.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron xidmətlərdən istifadə statistikası yayıb


15.02.2016

emek nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, “Elektron hökumət” portalında təqdim edilən e-xidmətlərdən istifadə sayı yanvarda əvvəlki ayla müqayisədə 3,6 faiz artıb. Onlardan 146 min 701-i nazirliyin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə, o cümlədən 123 min 691-i “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, 230 min 10-u “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aiddir.

“İş yerinə dair arayış” e-xidmətindən 13 min 261 dəfə istifadə edilib. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə 5818 müraciət olub.

Hesabata əsasən, nazirliyin “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətlərinə ümumilikdə 8928 dəfə müraciət edilib.

Ötən il “E-hökumət” portalında 45 qurum üzrə təqdim edilən bütün e-xidmətlərdən ümumi istifadənin 20 faizə yaxını (2,2 milyon dəfədən çox istifadə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub.


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydalar təsdiqləyib


15.02.2016

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bir neçə qayda təsdiqləyib. Transparency.az-a fevralın 15-də verilən rəsmi məlumata görə, “İnvestisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi qaydası” (1) ölkə emitentlərinin investisiya qiymətli kağızlarının və ya digər şəxs tərəfindən onların aktivləri ilə təmin olunmuş investisiya qiymətli kağızlarının Azərbaycan ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi qaydalarını tənzimləyir.

“İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi qaydası” (2) investisiya şirkəti tərəfindən investisiya xidmətlərinə (əməliyyatlarına), müştəri sifarişlərinə, onların icrası və ya dayandırılmasına, müştərilərə hesabatların təqdim edilməsinə və investisiya şirkəti tərəfindən öz fəaliyyəti ilə bağlı həyata keçirilən əməliyyatların uçotunun aparılmasına dair tələbləri müəyyən edir.

Digər iki qayda “Qiymətli kağızların dövlət reyestrinin aparılması qaydası” (3) və “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında qaydalar”dır (4).

“Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi” qaydası isə 11 fevral 2016-cı ildən qüvvəyə minib. Yeni qaydaya əsasən, qiymətli kağızların girovunun QKDK-da dövlət qeydiyyatının aparılması ləğv olunub və qiymətli kağızların girovunun qeydiyyatı Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (MDM) həvalə edilib.



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə