Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
  1   2   3   4   5   6   7   8   9   ...   168
geofiziki kesfiyyat usullari




Xələfli A.A. 
 
 
 
 
 
 
 
 
Geofiziki
kəşfiyyat 
üsulları 
 
downloaded from KitabYurdu.org



 
 
 
 
 
 
Giriş 
Yer qabığının dərin qatlarında tükənməz qiymətli sərvətlər 
mövcuddur. Bu sərvətlərin yerləşdiyi yerləri dəqiq təyin etmək 
məqsədi ilə alimlər axır bir neçə on ildir ki, dəqiq təbiət elimlərini
birləşdirərək böyük sıçrayışla inkişaf edən yeni elmi istiqamət 
“Geofiziki kəşfiyyat” üsullarını işləyib hazırlamışlar. 
Axır vaxtlar təyyarələrə, avtomaşınlara, vertolyotlara xususi 
geofiziki cihazlar, stansiyalar yerləşdirməklə az müddət ərzində 
böyük əraziləri tədqiq etməklə yeni xammal yataqları aşkar stməyə 
nail olmuşlar. Belə işlərin nəticəsi olaraq böyük filiz yataqları aşkar 
edilmişdir. Beləliklə, fiziki üsulların geniş miqyaslı işləri müvəffə-
qiyyətlə inkişaf edərək təçrübi olaraq, faydalı qazıntıların axtarışına 
tətbiq olunmağa başlamışdır. 
Yerin səthinə yaxın yerləşən, asanlıqla tapıla bilən yataqlar 
artıq istismara verilib, əsasən tükənibdir. Ona görə də faydalı 
qazıntıların ehtiyatını artırmaq üçün dərin qatlardakı yataqların 
kəşfiyyatına başlamaq zərurəti yaranmışdır. Bizim yüzilliyin 30-cu 
illərində neftin gələcəyi çoxlarını təşvişə salmışdır, çünki onun 
hesablanılan ehtiyatı çox deyildir. 
Yeni elmi-tədqiqat üsulları əsasında külli miqdarda sənaye 
əhəmiyyətli neft və təbii qaz yataqları, əlvan, qara metal faydalı 
qazıntı yataqları aşkar edilmişdir. 
Hal-hazırda bizim respublikada alimlərimiz çətin şəraitdə 
Yerin dərin qatlarını fəth edirlər və kəşf edilmiş təbii xammal eh-
tiyatını artırmağa başlamışlar. Quyu qazmaqla yanaşı, müxtəlif 
geofiziki-kəşfiyyat üsullarından istifadə olunmağa başlanmışdır. Bu, 
mineral xammal yerləşən ərazinin düzgün planını tutmağa, kəşfiyyat 
quyularının qazılması və dağ-mədən işləri aparmaq üçün daha 
downloaded from KitabYurdu.org



əlverişli olan sahələri seçməyə imkan verir, Bu da öz növbəsində 
dövlətin bu işləri görmək üçün qoyduğu sərmayənin azaldılmasına 
kömək edir. Qeyd etmək lazımdır. ki, 2-3 km dərinlikdə bir quyunun 
qazılması üçün sərf olunan xərclər bir neçə milyon manata başa gəlir. 
Geofiziki kəşfiyyat üsullarının nəticələri isə qazılan quyuların sayını 
minimumma endirməklə bərabər tədqiqatın sürətini artırır, bu da 
xalq təsərrufatında böyük əhəmiyyət kəsb edir. Misal üçün Xəzər 
dənizinin Azərbaycan hissəsi ərazisində geofiziki üsulları tətbiq 
etməklə hər bir neftli strukturların aşkar edilməsi üçün sərf olunan 
xərclər qazma üsulundan iki dəfə ucuz başa gəlmişdir. Bu 
iqtisadiyyatımıza on milyon manatlarla gəlir gətirir. Faydalı 
qazıntıların geofiziki üsullarla axtarışı və kəşfiyyatının mahiyyətini 
qısaca olaraq açıqlayaq. 
Ayrı-ayrı süxurlar müxtəlif maqnit xassəsinə, sıxlığa, 
elastikliyə, elektrik keçiriciliyinə, radioaktivliyə və fiziki kimyəvi 
aktivliyə malikdir. Bu xassələr yer qabığının qatlarında müxtəlif 
birləşmələrdə yatağın fiziki xassələrinin səciyyəvi xüsusiyyətlərini, 
bütövlükdə isə onun struktunu təyin etməyə imkan verir. Bu isə 
geoloji kəşfiyyat işlərində geniş istifadə olunur. 
Müxtəlif süxurlarla yer səthində yaranan fiziki sahələri və
təzahürləri öyrənməklə ərazinin struktur quruluşunun hissələri aşkar 
edilir. Hər təzahürün və fiziki sahənin xususiyyətləri az və ya çox 
dərəcədə yatağın struktur quruluşunun xususiyyətlərini təfsilatı ilə 
təyin edir. Bunların hamısı birlikdə Yerin alt qatlarından yatağın 
yerləşdiyi dərinlik haqda tam məlumat verir. 
Fiziki hadisələrin öyrənilməsinə əsaslanan üsullar, bir neçə 
kəşfiyyat növunə ayrılır: maqnit, qravimetrik, elektrik, seysmik, 
radioaktivlik. Öyrənilən prosesin və ya sahələrin anomaliyalarına və 
normal qiymətdən kənara çıxmalarına görə elektrik çərəyanının 
sahəsi yaxud maqnit sahəsinin köməyi ilə yerin qatlarında olan faydlı 
qazıntı yataqlarını aşkar etmək olur. Yataqların quyu qazma üsulu ilə 
üstunun açılmasına qədər nəzəri hesablamalara əsaslanaraq mədənin 
həcmini, filiz kütləsinin miqdarını və bizi maraqlandıran süxur 
downloaded from KitabYurdu.org



layının hansı dərinlikdə yerləşdiyini və onun əyimliyini, qırışıqlığını 
əvvəlcədən təyin edirlər. 
Tədqiqat aparılan ərazilərdə süxurların sıxlığından asılı olan 
qravimetrik üsuldan geniş istifadə olunur ki, bu da Yerin ağırlıq qü-
vvəsinin sahəsinin öyrənilməsinə əsaslanıb. Geniş yayılmış maqnit 
üsulu Yerin maqnit sahəsinin elementlərinin ölçülməsinə əsaslanıb. 
Bu üsul bir çox dəmir filizi yataqlarını aşkar etməyə və sərhədlərinin 
çəkilməsinə imkan verir. Bu üsul keçmiş SSRİ ərazisində bir neçə 
nəhəng dəmir filizi yataqlarının aşkar edilməsində və sərhədlərinin 
çəkilməsində geniş istifadə olunmuşdur. Hal-hazırda ən çox yayılmış 
və yeni texniki ləvazimatlarla təmin olunmuş üsul seysmik kəşfiyyat 
üsuludur. Bu üsul süxurlarda əlastik dalğaların yayılma 
xususiyyətlərinin öyrənilməsinə əsaslanıb. Seysmik kəşfiyyatda 
elastik dalğaları çox da böyük olmayan partlayışlarla, yaxud xususi 
yerə vurma qurğuları ilə yaradırlar. Müxtəlif elastikliyə və sıxlığa 
malik olan Yerin alt laylarından əks olunan dalğaları qəbul etməklə 
tədqiq olunan ərazinin struktur quruluşunun bəzi hissələrinin 
elementlərin bir neçə on metrdən 5-10 km dərinliklərə qədər təyin 
etməyə imkan verir. 
Elektrik kəşfiyyatı üsulu da çox geniş yayılmışdır, bu yerdə 
müxtəlif keçiriciliyə, yaxud müxtəlif elektrokimyəvi aktivliyə malik 
olan süxurların paylanmasının öyrənilməsinə əsaslanıb. Elektrik 
cərəynı, yaxud kiçik tezlikli dəyişən elektromaqnit dalğaları Yerin alt 
qatlarına daxil olaraq faydalı qazıntıların axtarılmasında, körpülərin 
qurulmasında, su anbarlarının, elektrik stansiyalarının və nəhəng 
istehsal yerlərinin tikilməsində əlverişli olan sahələrin axtarılıb 
seçilməsində müfəffəqiyyətlə istifadə olunur. 
Yerin dərin qatlarının kəşfiyyatı ilə məşğul olan tədqiqatçılar 
özlərinə kömək vasitəsi olaraq atomu və onun tərkib hissələrini cəlb 
ediblər. Nadir elementlərin axtarışı və geoloji xəritəalma məqsədilə 
Yer səthində radioaktiv planalmanı aparırlar. Süxurlardan 
düzəldilmiş nümunələrin tərkibinin öyrənilməsi nuvə-fiziki tədqiqatı, 
kimyəvi tədqiqata nisbətən bir neçə dəfə tez görülür. Bu üsul çöl 
downloaded from KitabYurdu.org



şəraitində bilavasitə süxurda misi, qalayı, nikeli və qiymətli 
elementləri təyin etməyə imkan verir.
Geofiziki müşahidələr üçün vertolyotlardan geniş istifadə ol-
unduğundan, üstü qalın çökmə süxurlarla örtülmüş ərazilərdə 
aeromaqnit planalma çox əlverişlidir. Bu geoloji planalma prosesini
tezləşdirir və keyfiyyətini yaxşılaşdırır. Quyularda aparılan geofiziki 
karotaj tədqiqatlar yüksək effektə malikdir. Quyulara ölçmə cihazları 
buraxmaqla dərin qatlarda quyu divarlarında süxurların kompleks 
fiziki xassələri öyrənilir. Bu üsul quyudan süxurları tədqiqat üçün 
Yerin səthinə qaldırmağa sərf olunan vaxtı nəzərə çarpacaq dərəcədə 
azaldır, kəşfiyyat quyusunun qazılmasını tezləşdirir və xeyli 
miqdarda sərf olunan xərcləri azaldır, ən əsası isə geoloji kəşfiyyat 
işlərinin nəticələrini dəqiqləşdirir. 
Qeyd etmək çox maraqlıdır ki, hal-hazırda böyük həcmdə 
geofiziki kəşfiyyat işləri su hövzələrinin, dəniz və okeanların dibində 
aparılır çünki orada geoloqların adət etdiyi üsullar qəti tətbiq oluna 
bilmir. Neft-qaz və faydalı qazıntı yataqlarını aşkar etmək üçün dəniz 
kənarı şelflərin öyrənilməsində geofiziki kəşfiyyat üsulları 
müvəfəqiyyətlə istifadə olunur. 
Geofiziki üsulların köməyi ilə yer qabığının quruluşunu 
öyrəndikdə bəzi hallarda böyük ərazilərin tam qalınlığı təyin edilir. 
Bu isə axtarış işlərinin istiqamətini geniş miqyasda inamla təyin et-
məyə imkan verir. 
Qeyd etmək lazımdır ki, geofiziki kəşfiyyat üsullarının praktik
əhəmiyyətinə baxmayaraq, qoyulan geoloji-kəşfiyyat məsələlərini 
həll etmək üçün bir qiymətli dəlil almaq olmur. Təsdiq edilib ki, hər 
hansı bir geofiziki tədqiqat üsulunun nəticələrinin köməyi ilə, 
məsələn, qravimetriya üsulu ilə çox hallarda həyəcanlanmış ilkin 
geoloji cisim haqda bir qiymətli düzgün məlumat almaq olmur. Yer 
qabığının üst qatlarının quruluşunun nisbi mürəkkəbliyindən asılı 
olaraq, tədqiq olunan hədəflər parametrlərinə görə müxtəlif olmasına 
baxmayaraq, geofiziki sahənin paylanmasına görə oxşar olurlar.
Bu hadisə geofizikanın tərs məsələsinin bir qiymətli həllini 
vermədiyindən bəzi müşahidələrin nəticələrini təhlil etdikdə ciddi 
downloaded from KitabYurdu.org



nöqsanlara yol verilir. Dərin neft və qaz yataqlarının kəşfiyyatından 
alınan nəticələrin etibarlı olmasını artırmaq üçün iş aparılan ərazidə 
əvvəcədən iqstisadi cəhətdən əlverişli olan üsullarla qravi, elektrik və 
maqnit kəşfiyyatı ilə yoxlama işləri aparılır, sonra isə əlverişli sahədə 
daha dəqiq seysmik tədqiqatlar aparılır. Geoloji məsələlərin həlli 
şübhəsiz ki, geofiziki kəşfiyyat üsullarının genişlənməsini teləb edir, 
bu birinci növbədə Yerin dərin qatlarında yerləşən faydalı qazıntı 
yataqlarının axtarışı və kəşfiyyatı zərurətindən irəli gəlir, digər
tərəfdən çöl işlərini aparmaq üçün geofiziki kəşfiyyat cihazlarının 
təkmilləşməsinə, alınan məlumatlarnın emalının avtomatlaşdırılma-
sına gətirib çıxarır. 
Bu deyilənlər öz növbəsində ərazinin geoloji öyrənilməsinə 
sərf olunan vaxta qənaət edir və geoloji kəşfiyyat işinə sərf olunan 
xərcləri azaldır. Bu bəzən əhəmiyyətli nəticələr verir. 
Hər bir geoloq- hidrogeoloq geofiziki üsulların əsasını bilməli, 
geoloji məsələlərin həllində geofiziki üsulların imkanlarından
istifadə etməyi baçarmalı və sadə geofiziki cihazlarda işləməyi 
baçarmalıdır. 
Fürsətdən istifadə edərək kitabın nəşrə hazırlanmasında mənə böyük 
kömək göstərən Q.Əliyevə sxem və diaqramların hazırlanmasında xu-
susi köməklik göstərən fiz.r.e.n. A.İ.Qurbanova gel.m.e.n. G.C. 
Babayevaya öz minnətdarlığımı bildirirəm. 
downloaded from KitabYurdu.org




Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin