Xəstənin ev tozuna, qida və dərmanlara qarşı allergiyası yoxdur



Yüklə 23,96 Kb.
tarix02.01.2022
ölçüsü23,96 Kb.
#1688

Məsələ №1.

Xəstə B.V., 40 yaşında, sol gözünün nəzərə çarpan qızartısı ilə müraciət etmişdir. Xəstənin sözlərinə əsasən qızartı bu gün səhər yaranmışdır, bir ay öncə eynilə sağ gözdə qızartı olduğunu qeyd edir.Hər hansı bir müalicə almamışdır.

Xəstənin ev tozuna, qida və dərmanlara qarşı allergiyası yoxdur.

Müayinə zamanı: OD -görmə itiliyi = 1,0; göz daxili təzyiq = 16 mm c.süt.; OS görmə itiliyi = 1,0; göz daxili təzyiq =17 mm c.süt.

Obyektiv: OS – limbdən aşaqı –daxili kvadratında subkonyunktival qansızma, OS – buynuz qişa şəffafdır, ön kamera orta dərinlikdədir, büllur şəffafdır, göz dibi patologiyasızdır.
Suallar:


  1. Diaqnostika taktikası: Optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Джеймс Ф. Вэндер, Дженис А.Голт. Секреты офтальмологии. Москва» Медпресс-информ», 2008. Под редакцией Копаевой. Глазные болезни. Москва. Медицина 2002.


Məsələ №2.

Xəstə, 48 yaşlı qadın hər iki gözdə səhərlər daha kəskin olan yaş axma və qıcıqlanma duyğusu şikayəti ilə müraciət etmişdir. Xəstənin sözlərinə əsasən o bir müddət müalicə qəbul edib, amma təsiri olmayıb. Xəstənin dərmanlara qarşı allergiyası yoxdur.

Anamnezdə: altı ay əvvəl blefaroplastika aparılmışdır.

Müayinə zamanı: OD- görmə itiliyi = 1,0, göz daxili təzyiq = 16 mm Hg; OS- görmə itiliyi = 1,0, göz daxili təzyiq = 18 mm Hg. Gözlər qapalı olarkən 2 mm enində ikitərəfli lagoftalm nəzərə çarpır.

Obyektiv: OU – buynuz qişanın aşağı hissəsində kiçik həcmli nöqtəvari keratopatiya, bəbək dairavi, büllur şəffafdır, göz dibi patologiyasızdır.
Suallar:


  1. Diaqnostika taktikası: Optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Под редакцией Джастиса П.Элерса, Чирэга П. Шаха. Офтальмология. Руководство. Москва »Медпресс-информ», 2012. The Wills Eye Manual. Göz hastalıklarının Klinik ve acil polikliniğinde tanı ve tedavisi. Mark A.Friedberq, Christopher J.Rapuano. MN Medikal @Nobel



Məsələ №3.

Xəstə, 78 yaşında qadın, sağ gözdə olan ağrıdan şikayətlənərək poliklinikaya müraciət etmişdir, ağrı təxminən 2 gün əvvəl başlamışdır, ağrı göz ətrafında və qicqah nahiyədə daha çox olmuşdur,qörməyin kəskin azalmasını geyd edir. Xəstə son iki il ərzində sol gözün görmə itiliyin azalmasını qeyd edir. Pasiyentin sözlərinə əsasən sol gözdə 8 il öncə kataraktanın ekstraksiyası , və linz implantasiyası əməliyyatı edilmişdir. Əməliyyatdan sonra sağ gösun görməsi yaxşı idi.Xəstənin sözlərinə əsasən dərmanlara qarşı allergiyası yoxdur.

Müayinə zamanı: görmə itiliyi OD = 0,001 korreksiya etmir, göz daxili təzyiq - 45,0 mm Hg., görmə itiliyi OS = 0,3 korreksiya etmir, göz daxili təzyiq - 16,0 mm Hg.

Obyektiv: OD – durğunlu inyeksiya, buynuz qişa ödemlidir, aşağı təbəqələr görünmür. OS – buynuz qişa şəffafdır, ön kamera orta dərinlikdə, bəbək dairəvi, artifakiya, makulodistrofiya.


Suallar:

  1. Diaqnostika taktikası: Optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Джеймс Ф. Вэндер, Дженис А.Голт. Секреты офтальмологии. Москва» Медпресс-информ», 2008. Под редакцией Копаевой. Глазные болезни. Москва. Медицина 2002.


Ədəbiyyat: Qasımov E.M., Aslanova V.Ə. Göz xəstəliklərinin diaqnostikası. Bakı-2009. Qasımov E.M., Kərimov M.İ. Göz xəstəlikləri. Bakı-2014
Yüklə 23,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin