Xəzər dənizinin qafqaz üçün əhəmiyyəti və mənfi xüsusiyətləri



Yüklə 1,07 Mb.
tarix02.01.2022
ölçüsü1,07 Mb.
#35407
xezer

Bakı dövlət univeristeti.

Fakültə: Tarix

İxtisas: Qafqazşünaslıq

Müəlim: Bağırova Güllər

Tələbə: Məhərrəmov Elməddin

Fənn: Qafqaz İqtisadiyyatı


Mövzü: Xəzər dənizinin Qafqaz üçün əhəmiyyəti və mənfi xüsusiyətləri.

Xəzər dənizinin qafqaz üçün əhəmiyyəti və mənfi xüsusiyətləri.


Xəzər dənizi- Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Axmaz olduğundan tərkibində duzun faizi 0,05% Volqa çayının deltasında 1—3%-dir. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən 28 metr aşağıdır.

Onu dünyanın başqa iri su hövzələrindən əsas fərqi dünya okeanı ilə heç bir birbaşa əlaqəsinin olmamasıdır.Qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də adlandırılırdı.

Xəzərin sahəsi 380 000 km²-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6 380 km-dir.Ən uzun sahəsinin uzunluğu 1 205 km, eni 554 km,ən dərin yeri 1 025 m-dir.

Dənizin sahəsinin dəyişmə diapazonu 10%-lə 20% arasındadır. Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Bu çaylar arasında əsas yeri Volqa çayı tutur. Xəzərə çaylardan tökülən su kütləsinin 90%-i üç çayın payına düşür. Volqa (80%), Kür (6%) və Ural çayı (5%). Terek, Sulak, Samur çayları ümumilikdə Xəzərə tökülən suyun 5%-ni, yerdə qalan suyu isə İranın xırda çayları gətirir. Xəzər dənizinin şərq sahilindən heç bir çay dənizə tökülmür.

SSRİ dağılandan bəri 5 sahil dövləti Xəzərin zəngin ehtiyatlarının necə bölünməsi üstə mübahisəni həll olunmayıb. 2015-ci ilin sentyabrın 29-da Həştərxanda görüşən 5 sahil ölkəsinin prezidenti Xəzərlə bağlı yekun razılaşmanın yenə də bir sonrakı dəfəyə qaldığını elan etdilər.



Azərbaycan (955,08km)

İran (900 km)

Rusiya (695 km)

Türkmənistan (1200 km)

Qazaxıstan (2320 km)

Xəzərdə təqribən 200-dək ada var. Onların Azərbaycana məxsus (Pirallahı, Tava, Səngi Muğan, Kür daşı, Qarasu, Xərə Zirə, Gil adası,Sualtı adalar qövsü, Çilov, Daş adalar qövsü, Qutan, Kicik Tava, Böyük Tava, Qu, Sarı, Urunus, Dardanel, Baburi, Tava altı, Koltiş, Yal, Böyük Zirə, Qum, Xanlar, Karvansaray adaları daxildir ümumilikdə 50-yə yaxındır.


Xəzərin müasir dövrdə dünyaya çıxışı olan bir dənizdir amma bu yol daha uzun və dolayı yol ilə baş tutur. Avropaya çixiş isə yenədə Rusya yolu ilə yəni Volqa –Don, Volqa Baltik yolu ilə baş tutur. Amma bu yolun istifadəsi ancaq mövsumu hallarda baş tutur.

Xəzər dənizinin geosiyasi əhəmiyyəti tarix boyu böyük olmuş buranı müəyyən qüvvələr dənizin sahilyanı ərazilərini ələ keçirməyə çalışmışdır, və bu siyasət indi də özünu göstərməkdədir bu siyasət abş və avopa dövlətlərinə keçmişdır.

İndiki dövrdə xəzər dənizi asiya və avropanini əlaqələndirilməyində və qərb və şərq nəqiliyat dəhlizində əhəmiyətli rol oynayır, bundan əlavə qafqazın geopolitik əhəmiyyətinin artmasinda rolu böyükdur. İndi isə demək olar ki qərb və şərq nəqliyyat dəhlizinin yenidən canlanması və bu yol uzərində yerləşən azərbaycanın əhəmiyyətini də artırır


Ekoloji problem-

Hazırda Xəzərin ekoloji vəziyyəti olduqca gərgindir.Dənizin şelf zonasında ekoloji şərait daha kəskindir və artıq burada ölü zonalar yaranmışdır.Bəzi yerlərdə çirkləndiricilərin miqdarı normadan 10-20 dəfə artıqdır.Xəzərin çirklənmə mənbələri müxtəlifdir.Onları aşağıdakı kimi qruplaşdırmaq olar:

Xəzərə axan çaylar vasitəsilə gələn çirkləndiricilər.

Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən gələn çirkləndiricilər.

Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə.

Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə.

Səviyyənin dəyişməsi problem Müşahidələr dövründə qeydə alınmış ən yüksək səviyyə (-25.2 metr) 1882-ci ildə,ən aşağı (-29.0 metr) səviyyə isə 1977-ci ildə qeydə alınmışdır.1978-1995-ci illərdə səviyyə 2.5 metr qalxmışdır. Səviyyənin dəyişməsi iqlim,geoloji və antropogen amillərlə əlaqələndirilir.İqlim amili öz təsirini Xəzərin su balansının gəlir(dənizə axan çayların suları və dənizə düşən yağıntılar)və çıxar (səthdən buxarlanma) fərqində göstərir.Balansın pozulması səviyyənin dəyişməsi ilə nəticələnir,yəni çay suları və yağıntının miqdarı səthdən buxarlanmadan çox olduğu halda səviyyə qalxır və əksinə. Bu zonanın hidrometeoroloji rejimində mənfi dəyişikliklər baş verir.Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi vəziyyətinə külli miqdarda ziyan dəyir,ekoloji şərait pisləşir,bataqlıqlar yaranır,evlər və torpaqlar su altında qalır.1978-1995-ci illərdə səviyyənin qalxmasından Azərbaycana dəyən ziyanın miqdarı təqribən 2 milyard dollar təşkil etmişdir.

Diqqətiniz üçün təşəkkür


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin