Xii əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur



Yüklə 22,33 Kb.
səhifə1/3
tarix28.12.2021
ölçüsü22,33 Kb.
#48158
  1   2   3
monqollar


Monqollar

XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207-1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219-1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu:Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.

1235-ci ildə nəvəsi Batı xan Avropanın cənub-şərqinə yürüş etdi. O, Xəzər və Azovdan başlayaraq Rusiyanı cənub-şərq çöllərinədək işğal etdi və 1237-ci ildə Ryazanı, 1238-ci ildə Vladimir şəhərlərini ələ keçirdi. 1240-ci ildə Kiyev və Volın şəhərlərini də tutdu. 1251-ci ildə Batı xanın köməyi ilə Münke xaqan oldu. Artıq orduda üsyanlar baş verməyə başladı.

XII əsrin axırlarında Xubilay xanın dövründə isə Çinin cənubu da işğal edildi. Paytaxt Qaraqorumdan Pekinə köçürüldü. XIV əsrdə üsyanlar və çəkişmələr nəticəsində imperiya dağıldı və yerində müstəqil dövlətlər yarandı.

Monqol dövləti 1220-ci ildə Azərbaycana I yürüşünü etdi və Zəncanı, Ərdəbili, Sərabı, Şamaxını tutdu. Onlar Təbrizdən üç dəfə xərac aldılar, sonra isə Marağanı talan etdilər. Volqaboyunda bulqarlara məğlub olduqdan sonra Monqolustana qayıtdılar.

1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana yürüş etdi və Eldənizlər dövləti süqut etdi. 1231-ci ildə monqollar Azərbaycana ikinci dəfə yürüş etdilər və Cəlaləddinin ağalığına son qoydular. Onlar Marağını, Gəncəni, Şəmkiri, Tovuzu və Bakını tutdular. Monqolların üçüncü yürüşü Hülaki xanın başçılığı ilə 1256-cı ildə baş verdi. Onlar Azərbaycanı və Bağdadı ələ keçirdilər. İşğal olunmuş ərazilərdə Hülakilər (Elxanilər) dövləti yarandı. Dövlətin mərkəzi Azərbaycan oldu. Dövlət Təbrizdən idarə olunurdu. Sonra digər Monqol dövləti — Qızıl Ordu Azərbaycan ərazisinə yürüş etdi.

Monqol dillərində xalxlar, baoanlar, dunsyanlar, tular, daurlar, buryatlar, kalmıklar və bir neçə azsaylı digər xalqlar daxildir.

Monqol İmperiyasının hökmdarlar



  1. Çingiz xan (1205-1227)

  2. Ugedey qaan (1229-1241)

  3. Güyük qaan (1246-1248)

  4. Möngkə qaan (1251-1259)

  5. Xubilay xan (1260-1294)

Çingiz xanın təşkilatlandırdığı monqollarda əhaliyə ivgen, boya obop, ailə və ən kiçik birliklərə isə aymuğ və ya yasun deyilirdi. Ordu da bu üsula görə təşkilatlanmışdı. Ulus adlanan monqol qəbilə birliklərinin hər biri əsgər sayılırdı. Qəbilələr səfərə öz qadınları, çadırları, heyvanları ilə bir ordu kimi hərəkət edərdi. Hər qəbilə özünü idarə edərdi. Sənət bölükləri, idari komanda təşkilatları yox idi. Silahlarını özləri hazırlayardılar. İşğal etdikləri ölkələr bir mərkəzdən idarə olunmayacaq qədər genişləndi. Siyasi və idaretmə baxımından təcrübəsiz olan monqollar buna görə çətin vəziyyətə düşdülər. Dövlətin idarəedici və vergi toplayacaq məmurları yox səviyyəsində idi.


Yüklə 22,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin