Azərbaycan tarixi coğrafiyası



Yüklə 31,63 Kb.
tarix02.01.2022
ölçüsü31,63 Kb.
#42940
növüYazı
Azərbaycan tarixinin coğrafiyası
Azərbaycan tarixinin coğrafiyası

Azərbaycan tarixi coğrafiyası.

Azərbaycanın taixi siyasi coğrafiyasının e.ə III-II minilliklərdə yaranmış qədim dövlət qurumlarının və siyasi birliklərinin tarixi ilə başlamaq daha məqsədə uyğun sayıla bilər.Bu dövrdə Azərbaycanın cənubunda , Urmiya gölü ətrafında Aratta , Lullubi və Kuti dövləti-qurumlarının yaranması haqqında Mesopatamiyanın yazılı mixi qaynaqları məlumat verir. Məlumatda qeyd olunur ki , Urmiya gölünün cənub-şərqində Aratta dövləti yerləşir.Bu dövləti ensi rütbəsi daşıyan hökmdarlar idarə edir və Mesopatamiyanın şəhər dövləri olan Ur ,Uruk və digərləri ilə siyasi , iqtisadi və mədəni əlaqələr saxlamışlar.

Lullubi dövləti e.ə III minilliyin ikinci yarısında Cənubi Azərbaycanda – Urmiya gölünün cənubunda təşəkkül tapmışdı.Lullubi tayfaları hürrilərlə , hetlərlə , assuriyalılarla ,urartulularla siyasi konfliktləri baş versə də , eyni zamanda iqtisadi və mədəni münasibətləri də olmuşdu.

E.ə III minilliyin ikinci yarısında yaranmış Kuti dövlətinin tarixi coğrafi ərazisi Urmiya gölünün qərbini və cənub-qərbini əhatə edirdi.E.ə XXII əsrin əvvəlində Kutilər Akkad dövlətini süquta uğradaraq bu dövlətin ərazisi hesabına özünün tarixi coğrafi ərazilərini Urmiya gölünün qərbindən cənubda İran körfəzinə qədər genişləndirdi.Kutilərin idarə etdiyi bu geniş ərazidə siyasi sabitlik tam təmin olunmuşdu.E.ə III minilliyin sonunda Kuti dövləti III Ur Şumer sülaləsinin nümayəndəsi tərəfindən süquta uğradıldı. Bununla da Kuti dövlətinin tarixi – siyasi coğrafiyası parçalandı.



Urmiya gölünün cənubunda yaşayan turukki tayfaları vaxtiylə Kuti və Lullubi dövlətlərinin tərkibində olmuşdular. Bu dövlətlər süqut etdikdən sonra turukki tayfaları müstəqil hərəkət edərək Mesopatamiyada – Aşağı Zab çayının ( Dəclə çayının qolu ) yuxarı ərazilərində məskunlaşmışdılar. Onlar Assuriyanın nəzarətində olan Şuşarra vilayətinə də sahib oldular.E.ə II minillikdə Azərbaycan türk tayfaları olan Lullubi , Kuti , Turukki ,Şubarlar ( subirlər ) Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxaraq , öz tarixi – coğrafi ərazilərini qoruyub saxlaya bildilər. Azərbaycan ərazisində təşəkkül tapmış və haqqında danışdığımız bu dövlət qurumlarının dağılması heç də dövlətçilik ənənənin ləğvi demək deyildi. Məhz bu dövlətlərin vaxtilə təşəkkül tapmış Urmiya gölü ərazisində daha qüvvətli və mərkəzləşmiş olan Manna dövləti meydana gəldi.Mənbələrdə Manna dövlətinin yaranma tarixi e.ə 843 –cü il göstərilir.Dövlətin mövcud olduğu tarix e.ə 843-610 – cu illərdir.Manna dövləti vaxtilə Lullubi dövlətini ərazisi hesab olunan Daxili Zamuanın torpaqlarında yaranmışdı.Manna dövlətinin ərazisinin cənubdan Diyala və Zab çayları , şərqdə Xəzər dənizi , şimalda Araz çayı , qərbdə Urmiya gölü ilə əhatələnmişdir. Dövlətin paytaxt şəhəri İzirtu idi . Manna dövlətinin tarixi – coğrafiyasına Zikertu , Andia ,Girilbunda , Uişdiş ,Subi , Bari ,Buştu kimi tarixi vilayətlər daxildi. E.ə 714 –cü ildə Urartunun Assuriya tərəfindən məğlubiyyətindən sonra , Urartunun təsiri altında olan bir çox vilayətlər , o cümlədən Uişdiş , Mussi , Andiada yenidən Manna dövlətinə birləşdirildi. Bu dövrdə Manna dövlətinin tərkibində Urmiya gölünün cənub torpaqları , Urmiya ilə Araz arasından ərazilər Qızılüzən çay boyu ərazilərin çox hissəsi daxil edilmişdi.Assuriya dövlətinin apardığı işğalçılıq müharibələr nəticəsində Manna dövləti zəiflədi və bir çox vilayətlər – Zikertu , Uişdiş , Andia ondan ayrıldılar . Mannanın adı - Bibliyadakı məlumata görə əsaslansaq – sonuncu dəfə e.ə 593-cu ildəki tarixdə qeyd olunur. Manna dövləti siyasi səhnədən getsə də , lakin onun dövlətçilik varisliyi ondan sonra bu ərazidə qurulmuş Atropatena dövlətinə ötürüldü. Atropatena dövləti e.ə ıv – b.e.ə ııı əsrlərdə mövcud olmuşdur.Onun ərazisi İran yaylasının şimal – qərb torpaqlarını əhatə edirdi. Atropatena indiki cənubi Azərbaycan , İran Kürdistanı , müəyyən dövrlərdə şimali Azərbaycanın cənub bölgələrini , hətta cənubi Qafqazın bir sıra vilayətlərini əhatə edən bir Azərbaycan dövləti olmuşdur.Dövlətin paytaxtı Urmiya gölünün cənub – şərqində yerləşən Qazaka şəhəri olmuşdu.Antik müəlliflərin əsərlərində Atropatenanın Fraaspa , Fanaspa , Aqanzana şəhərlərinin adlarını çəkirlər.Bizim eranın əvvəllərində Atropatenada Marağa ,Təbriz , Şiz , Zənan , Ərdəbil , Vacarian , Dehxarqan , Salmas , Xoy , Urmiya , Cabravan , Neriz , Sərat , Meyməd , Bərzə kimi şəhərlər fəaliyyət göstərirdi. Fars mənbələrində Atropatena həm də Adarbadaqan adlanırdı. III əsrdə Atropatena Sasani hakimiyyətinə tabe edildi. Lakin Atropatena ( Adarbadaqan ) öz tarixi coğrafi ərazilərini özündə saxlamaqla Sasanilərin bir canişinliyinə çevrildi. Bu vaxtlar Atropatenanın ərazisinin sərhədləri Araz çayına ( şimalda ) , cənubda Zəncan və Dinavər ərazilərinə çatır , Xulvan və Şəhrəzurdan keçərək , Dəclə çayına birləşən torpaqlara qədər uzanırdı. Atropatena dövləti inzibati- idarə sisteminə görə Kust ( tərəf ) , şəhər ( vilayət ) , nahiyə və rustaqlara ( rayonlara ) bölünürdü. Rustaqlar kəndləri özündə birləşdirirdi. Atropatena rustaqlarından Perexravar və onun mərkəzi Siroşmaqova kəndinin adı mənbələrdə qeyd olunur.

Atropatenada atropatılarla yanaşı bir çox tayfalar – saqaritlər, mikilər , cetilər , parikanlar , kadusilər , dareyfilər , pantimatilər , pavsikilər , kaspilər , matienlər , mardlar , porsilər , aparikilər də yaşayırdılar.

Qafqaz Albaniyası indiki Şimali Azərbaycan ərazisində yaranmış ilkin türk dövlətlərindən biridir.Bu dövlət haqqında antik müəlliflərin ( yunan , latın , alban , gürcü , sıryani , ərəb ) əsərlərində müəyyən məlumatlar qeyd olunmuşdur. Ancaq Albaniya haqqında ən ətraflı məlumat Musa Kalankatlının “ Albanların tarixi “ əsərində verilmişdir . Albaniya dövləti III- VIII əsrlər arası tarixi dövrlərdə mövcud olaraq fəaliyyət göstərmişdir. Albaniya dövləti Arşakilər və Mehranilər sülalələri tərəfindən idarə olunmuşdu. Ərəblər 705-ci ildə Albaniya dövlətini süquta uğratmış və onun tarixi- coğrafi ərazilərini xilafətin tərkibinə qatmışdılar.Qafqaz Albaniyasına daxil olan torpaqlar əsasən Böyük Qafqaz dağlarının şimal-şərq ətəklərindən Kiçik Qafqaz və Araz çayına , Qabırlı çayından Xəzər dənizinə qədər olan əraziləri , Mil və Muğan düzlərini əhatə edirdi . Albaniyanın şimal əraziləri Böyük Qafqaz , Samur çayı hövzəsinə , şimali - qərbdə İori və Alaran çaylarının yuxarı axarına , şimal – qərbdə isə Dərbənd bölgəsinin şimalına qədər uzanırdı. Albaniyanın tarixi coğrafiyası müəyyən tarixi dönəmlərdə dəyişikliyə uğrasa da , lakin son nəticədə özünün tarixi ərazilərini dəyişikliyə uğramadan saxlaya bilmişdi. Albaniyanın paytaxt şəhərləri Qəbələ ( Kabalaka ) və Bərdə ( V əsrdə ) olmuşdu.

Albaniyada 30- dan çox şəhər olmuşdu.Bunlar Çuxur-Qəbələ , Çaqqallı , Seyidtala , Uzuntala , Mollaishaqlı , Şıxdırə Kəlləsi , Qalagah , Nüydü düzü , Torpaqqala , Sarıtəpə , Tərəkənd , Qaratəpə , Torpaqqala , Urseki , Tarki , Dərbənd kimi şəhər və şəhər tipli qəsəbələr idi . V əsr erməni müəllifi Favst Bazandlı və VII əsr erməni müəllifi Ananiy Şiraklının Kür-Araz çayları arasındakı torpaqların ermənilərə məxsus olması ideyasını erməni müəllifi Movses Xorenski və Alban tarixçisi Musa Kalankatlı təkzib edirlər . Erməni iddialarının qeyri-real olmasını Azərbaycan tarixçisi Fəridə Məmmədova “ Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası “ əsərində əsaslı faktlarla sübuta yetirmişdi.

Qafqaz Albaniyası inzibati cəhətdən əyalətlərə ( nahaqlara ) və vilayətlərə (havarlara )bölünürdü . Albaniya 12 əyalətə bölünmüşdü : Kabalaka , Şəki , Kabisena , Əcəri ( Heceri ) , Cola , Lpina , Kaspiana , Uti , Sakasena ( Şakesena ) , Girdiman , Arsax , Sunik ,Çola əyaləti Dərbənddə ( Çola ) Xəzər sahili boyunca Beşbarmaq dağına qədər olan ərazilərdə yerləşir .

Lpina Çola və Şəki arasında yerləşən şimal – qərb torpaqlarını əhatə edir . Kambisena Albaniyanın şimal – qərbində və İberiya sərhədlərində yerləşən ərazidi. Albaniya Alazan , İori və Kür çayları ilə əhatə olunmuşdur. Şirak yaylasının bir hissəsi də Albaniya ərazisinə düşürdü. Əcəri ( Eceri , Heceri ) vilayətinin torpaqları cənubda Kür çayına çatmaqla Qarasu və Girdman çayları arası ərazidə yerləşirdi . Kabalaka ( Qəbələ ) əyaləti Lpina vilayətinin cənubunda yerləşməklə , ərazisi Şəki və Çola vilayətləri arasındakı torpapları əhatə edir . Eyni zamanda Cənubi Qafqazın dağətəyi bölgələri və Qəbələnin şimal – qərb torpaqları da Şəki vilayətinə aid idi .

Paytakaran vilayəti Şimali Azərbaycanın cənub – şərq ərazilərini və şərqdə Xəzər dənizinə qədər gedib çatan torpaqları özündə birləşdirirdi . Mil və Muğan düzlərinin əksər çöllük hissələri də Paytakarana aid idi . Paytakaran müəyyən müddətdə müstəqil olsa da , bəzən də Atropatenanın idarəçiliyində olurdu . Lakin buna baxmayaraq Paytakaran öz tarixi – coğrafi ərazilərində qalır , onun pozulmasına imkan yaratmırdı .

Uti vilayəti Kürün sağ sahilində yerləşməklə Artsax , Paytakaran , Kür çayı və İberiya arasındakı böyük ərazidə formalaşmışdı . Uti vilayətində Ayniana , Xani , Anarika , Xalxal , Soqari və Bərdə şəhərləri mövcud idi .

Uti vilayətinin bir bölgəsi hesab edilən Girdiman Kür çayının sağ sahili torpaqlarında yerləşmişdi . Tarixçi F. Məmmədovanın qeydinə görə Girdiman vilayətinin torpaqları Kürün sağ sahilini əhatə etməklə gürcü torpaqlarına yaxın sərhəddə yerləşirdi . Mehranilər dövründə Girdimanın əraziləri Albaniyanın içərilərinə doğru daha da genişlənmişdi . Arsax vilayətinin ərazisi Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə edir . Sunik ( Sisakan ) Albaniyanın cənubunda – Göyçə gölü və Arsax vilayətindən cənubdakı torpaqlarda yerləşirdi .Sunik vilayətinin mərkəz şəhəri Naxçıvan olmuşdur . Ərəblərin işğalından sonra Albaniya adı Arran adı ilə əvəz olundu . Ərəb işğallarından sonra Qafqaz ərazisində vaxtilə təşəkkül tapmış dövlətlər öz tarixi – coğrafi ərazilərini saxlasalarda , lakin bu dövlətlər ərəblərin idarəçilik üçün yaratdıqları Erməniyyə adlanan inzibati idarəçilik sisteminə daxil edildi. Bu idarə sisteminə Ermənistan , Albaniya və İberiya torpaqları daxil edildi . Ərəblərin “Erməniyyə “ adı altında yaratdıqları idarə sistemi sonralar erməni ideoloqlarının “Böyük Ermənistan “ xülyalarının daha da artmasına rəvac verdi . Ərəb işğalları Azərbaycanın tarixi – siyasi coğrafiyasının dəyişməsinə qismən təsir göstərmişdi . Belə ki , ərəblər Albaniya ərazisini Arran torpaqları adlandırdılar . İlk əvvəllər ərəb yazarları ərəblərin Arran vilayətinə tabe etdikləri Sakasenanın , Kambisenanın , Utinin , Sisakan – Sunikin , Xaçının , Mete İrankin ( əl-Məsiran ) , Mete Kuenkin (əl-Miskuan ) , Şəkinin , Şirranın , Layzanın , Xursanın , Şabranın , Tabasaranın , Muğaniyənin və başqa yerlərin adlarını çəkirlər. Son orta əsrlərdə artıq Arran ərazisini Kür və Araz arasındakı torpaqlara aid edilirdi.

Ərəb işğalları nəticəsində Azərbaycanın hər iki tərəfi Albaniya və Atropatena hissələri bir –birilə tarixi – siyasi coğrafiya hallında yenidən birləşdilər . Bir qədər sonra isə Albaniya və Atropatena adlara arxa plana keçib Azərbaycan adı daha çox işlənməyə başladı . Ərəb dövründə Azərbaycanın bütöv ərazisi şimalda Dərbənddən başlayaraq cənubda Zəncana qədər uzanırdı . Şərqdə Azərbaycanın sərhədləri Xəzər dənizi və Deylən ərazisi , qərbdə isə Əl-Cəzirə , Gürcüstün ilə hüdudlanırdı .

Ərəb xilafəti dövründə vahid Azərbaycan ərazisi 5 hissəyə Azərbaycan , Aran , Muğan , Şirvan və Şəki mahallarına bölünmüşdü . IX əsrdən etibarən Ərəb xilafəti Zəifləyib dağılmağa başladı . Ərəb xilafətinin tərkibində olan vilayət və hakimliklərin rəhbərləri müstəqilləşdilər və özlərini müstəqil dövlətlərini yaratdılar . Azərbaycanın şimalında ( 861-1538 ) Şirvanşahlar dövləti yarandı . Dövlətin sərhədləri cənubda Kür çayı , Şimalda Dərbənd və Samur çayı , qərbdə Göyçay və Şəki , Şərqdə Xəzər dənizinə qədər uzandır. Paytaxt Şamaxı şəhəri idi . X əsrdə Şirvan ərazisində Şirvan , Xursan , Lahican nahiyələrinin olduğu qeyd olunur . Sacilər dövləti Azərbaycanın cənub torpaqlarında yaranmışdı ( 898-941 ) . Dövlətin sərhədləri qərbdə Ani və Dvin şəhərlərindən şərqdə Xəzər dənizinə qədər uzanırdı . Dərbənd və Zəncan əraziləri də Sacilərin tərkibində idilər . Salarilər feodal dövləti Azərbaycanın cənub torpaqlarında ( 942-981 ) yaranmışdı. Dövlətin paytaxtı Ərdəbil şəhəri idi . Dövlətin sərhədləri Qafqaz sıra dağlarından İraq və Mesopatamiya ərazisinə , Xəzərdən Dvinə qədər uzanırdı .Salari dövləti Azərbaycanın tarixi – siyasi coğrafi ərazilərini vahid bir şəkildə birləşdirə bilmişdi .

Salarilərdən sonra onun ərazisində Rəvvadilər dövləti yarandı . Rəvvadilərin hakimiyyət dövrü 2 hissəyə bölünür . Birinci dövr 983- 1065 , ikinci dövr isə Ağsunqurilər dövrüdü ki , o da 1107 – 1117 –ci ilə qədər ki dövrdür . Rəvvadilər dövlətinin ərazisi indiki Cənubi Azərbaycan torpaqlarını əhatə edirdi . Dövlətin paytaxtı əvvəl Ərdəbil olsa da , sonra paytaxt Təbriz şəhəri oldu .

Şəddadilər dövləti Azərbaycanın şimal torpaqlarında yaranmış türk dövləti idi . Şəddadilər dövlətinin tərkibində 3 əmirlik – Dvin əmirliyi ( 951-1130 ) , Gəncə əmirli (971 – 1065 ) və Ani əmirliyi ( 1072 -1199 ) var idi .

Azərbaycanda yaranmış feodal dövlətlər hər biri öz tarixi – coğrafi ərazilərini qorumaqla , ümumilikdə Azərbaycanın tarixi – siyasi coğrafiyasını qoruyub saxlamış olurdular .

XI əsrdə Səlcuq yürüşlərinin başlanması ilə əlaqədar olaraq feodal dövlətləri öz tarixi – coğrafi ərazilərində qalmaqla Səlcuq imperiyasının tərkibinə qatıldılar . Səlcuq türklərinin gəlişi ilə Azərbaycan ərazilərinə Bizans – erməni – gürcü işğalçı yürüşlərinə ara verildi və Azərbaycan türk xalqının formalaşması prosesi bu tarixi – coğrafi məkanda başa çatdı

Azərbaycanda yaranmış Atabəylər ( Eldənizlər ) dövlətinin də tarixi –coğrafi ərazilərimizin qorunmasında böyük xidmətləri olmuşdu . Eldənizlər dövləti əsasən Azərbaycanın cənub əraazilərini və şimal – qərbi İran vilayətlərinin torpaqlarını özündə birləşdirirdi . Eldənizlər dövlətinə birləşdirilən vilayətlər əsasən Azərbaycan , Arran , Naxçıvan , Fasr İraqı , Rey və Həmədan əraziləri idi .

XIII – XV əsrlərdə Azərbaycanın tarixi – coğrafi ərazilərində Hülakilər ( 1256 – 1357 ) , Cəlairilər ( 1359- 1410 ) , Qaraqoyunlular ( 1410 -1468 ) və Ağqoyunlular ( 1468 – 1501 ) dövlətləri fəaliyyət göstərmişlər . Hülakilər ( Elfanilər ) dövlətinin ərazisi Fars körfəzində Dərbəndə , Misir sərhədlərindən Amu Dərya çayına qədər olan torpaqları əhatə edirdi . Hülaki dövlətinə Azərbaycan , Ərəb İraqı , Əcəmi İraqı , Kerman , Gürcüstan , Kiçik Asiya ( Rum ) , Kürdüstan , Fars , Xuzistan , Xorasan və s .vilayətlər aid idi . Dövlətin paytaxtı müəyyən vaxtlarda Marağa , Təbriz , Sultaniyə şəhərləri və sonda yenə də Təbriz şəhəri olmuşdu. Ondan sonra mövcud olan Cəlairilər dövlətinin ərazisi Azərbaycan , Ərəb İraqı , Qərbi Azərbaycan və Kürdistanı əhatə edirdi .

Qaraqoyunlu dövləti Azərbaycan , Qərbi Azərbaycan , Əcəb İraqı , Əcəm İraqının bir hissəsini , Ağqoyunlu dövləti isə Cənubi Azərbaycan , Qarabağ ( Arran ) , Qərbi Azərbaycan , Kürdüstan , Diyarbəkr , Əcəb İraqı , Əcəm İraqı , Luristan , Fars , Kirman vilayətlərinin ərazilərini özlərində birləşdirirdilər . Bu dövlətin mərkəz şəhəri Təbriz olmuş və dövlət istər Azərbaycan , istər İran , istərsə də ərəb vilayətlərini məhz bu şəhərdən idarə etmişdi .

Orta əsr müəlliflərinin əsərlərində Azərbaycan vilayətinin ümumilikdə 370000 kv.km əraziyə malik olması qeyd olunur. XIII –XV əsrlərdə mənbələrin verdiyi məlumata əsaslansaq – Azətrbaycanın sərhədləri Xəzər dənizi – Gilan vilayəti - Zəncanın şərq və cənub hüdudları – Savucbulaq , Uşniya şəhərlərinin və Ruyendiz qalasının cənub istiqaməti – Urmiya , Salmas , Xoy , Maku şəhərlərinin qərbi – Dvin şəhəri –Göyçə gölü – Debet çayı – Hunan ( Xraraket ) qalası –Şəki mahalının qərbi və şimalı – Şirvanın şimalı – Dərbənd mahalının şimalı – Xəzər dənizinə qədər əhatələnirdi .

Azərbaycan vilayəti öz tarixi –coğrafi əraziləri baxımından monqol dövründə necə idisə , o cür coğrafi səviyyədə də Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində də olmuşdu . Bu dövrdə də ( XV əsrdə ) Azərbaycanın şimal sərhədləri Dərbənd və Şəki ərazilərinin şimalından , qərb sərhədləri Göyçə gölü , Dvin , Maku , Xoy , Salmas , Urmiya , Uşniya sərhədlərinin qərbindən keçirdi . Cənub və Cənub- Şərq sərhədləri də əvvəlki əsrlərdə olduğu kimi qalmışdı . Azərbaycan inzibati ərazi bölgüsü baxımından da Azərbaycan , Aran , Muğan , Şirvan , Şəki vilayətlərinə bölünürdü . XIII əsrdə monqol yürüşləri ilə əlaqədar olaraq Azərbaycana çox saylı türk tayfaları gələrək yerli türklərlə qarışaraq , türk faktorunu daha da gücləndirmişlər .Az zaman içərisində bura gələn monqol tayfaları da türkləşərək yerli əhali ilə qaynayıb qarışmışlar .

1501- сi ildə Ağqoyunlu dövləti süqut etdi və onun ərazisində Səfəvi dövləti yarandı . Səfəvi dövlətinin ərazisi Azərbaycanı , Qərbi Azərbaycanı , Şərqi Gürcüstanı , Kiçik Asiyanın şərq hissəsini , İranı əhatə edirdi . Səfəvi dövlətinin sərhədləri cənubda Fars körfəzində , şimalda Dərbənd , şərqdə Amur- Dərya çayına , qərbdə Kiçik Asiya və Gürcüstan ərazilərinə qədər uzanırdı .

Səfəvi dövründə Azərbaycan 4 bəylərbəyliyə bölünmüşdü : 1. Azərbaycan ( və ya Təbriz ) bəylərbəyliyi ; 2 . Şirvan bəylərbəyliyi ; 3 . Qarabağ ( və ya Gəncə ) bəylərbəyliyi ; 4 . Çuxur Səəd (və ya İrəvan ) bəylərbəyliyi . Azərbaycan bəylərbəyliyi öz tərkibində Talış , Astara , Qaradağ , Vərqaxan , Sarab , Miskin , Kananat , Xoşkrud , Muğan , Ucarrud , Zunuz , Cors , Marağa , Urmiya , Xoy , Salmas , Lahıcan , Saucbulaq , Mərənd , Maku və s . mahalları birləşdirirdi . Təbriz bəylərbəyliyinin sərhədləri cənuba qədər uzanaraq Zəncan , Sultaniyə , Bitlis , Van ərazilərinə qədər çatırdı .

Şirvan bəylərbəyliyinə daxil olan ərazilər Salyan , Bakı ,Quba , Kolxan , Dərbənd , Şəki , Ərəş , Alpaut , Ağdaş , Mahmudabad , Çəmişgirək torpaqları idi . Şirvan bəylərbəyliyinin cənub sərhədi Kür çayına , şimal sərhədi Samur çayı və Böyük Qafqaz dağlarına qədər çatırdı . Dərbənd Şirvan bəylərbəyliyinə aid olan ərazi idi .

Səfəvi dövründə təşkil olunmuş Qarabağ ( Gəncə ) və Çuxur – Səəd ( İrəvan ) bəylərbəyliklərinin ərazisinə daxil olan mahallar barədə Osmanlı Türkiyəsinin 1593 və 1727 – ci illərdə tərtib etdiyi müfəssəl dəftərlərdə ətraflı məlumatlar verilmişdir . Həmin dəftərlərdən məlum olur ki , Qarabağ bəylərbəyliyinin əyalətinin sərhədləri şimalda Kür çayı boyunca şimal – qərbə doğru , cənubda isə Kür – Araz qovşağından Araz çayı boyunca cənubi – qərbə doğru uzanmışdı . Qərbdə səhədlər Güləndər , Bərgüşad , Həkəri , Keştasf , Keştək , Gəncəbasar , Qaraqaya , Tükənlər , Tavus və Həsənli nahiyələrinin qərbindən , Göyçə gölünün şərqindən keçərək şimala doğru davam etmiş , Tiflis əyalətinə daxil olan Borçalı və Taşır nahiyələri ilə həmsərhəd olan Lori qəzasına gedib çatmışdır .

Çuxur – Səəd bəylərbəyliyinin mərkəzi İrəvan şəhəri idi . Bu bəylərbəyliyin tərkibinə Naxçıvan , Maku , Paşak əraziləri daxil idi . 1728 – ci ildə tərtib olunmuş müfəssəl dəftərdən ( Osmanlı Türkiyəsi tərəfindən hazırlanmış ) məlum olur ki , İrəvan əyaləti inzibati -ərazi cəhətdən aşağıdakı hissələrə bölünürdü : İrəvan şəhəri , Qırxbulaq , Karbi , Maku , Xınzirək , Karni , Vedi , Dərəçiçək , Abaran , Göyçə , Mərzə , Sürməli , İğdır , Aralıq , Şərur , Sədərək , Zərzəmin nahiyələri , Şuragöl livası və Naxçıvan sancağı .

1514 -1555 , 1578 – 1590 , 1603 – 1612 , 1616 -1618 , 1623 – 1639 , 1723 -1727 , 1730 – 1736 – cı illərdə baş vermiş Səfəvi - Osmanlı müharibələrində Azərbaycanın tarixi – siyasi coğrafiyasında müəyyən qədər dəyişiliklər baş versə də Nadir şahın hakimiyyəti dövründə Azərbaycanın tarixi əraziləri yenidən vahid dövlətin tərkibində yenidən birləşdirildi . Nadir şah Qarabağ , Şirvan , Çuxur – Səəd və Təbriz bəylərbəyliklərini ləğv edərək vahid Azərbaycan vilayəti yaratdı. Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhəri idi . Nadir şahın ən böyük səhvlərindən biri Qazax və Borçalı mahallarını Kaxetiya çarlığına verilməsi olmuşdu . Azərbaycanın tarixi – coğrafi ərazisi olan Borçalı eli hələ də Gürcüstanın tərkibində gedir . XVIII əsrin 2 – ci yarısında təxmini hesablamalara görə Azərbaycanın ərazisi 380000 km km ( Borçalını çıxmaqla ) qalmışdı .

1747 – ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalandı . Təbriz xanlığı ( XVIII əsrin ortaları – 1780 ) Təbriz , Güney və Mərənd mahallarından ibarət idi .Ərdəbil xanlığı ( 1747 -1820 ) inzibati - ərazi baxımından Ərdəbil , Aşağı Mişkin , Yuxarı Mişkin , Vilgic , Ərşə , Ucarrud , ( Ucarlu ) mahallarına bölünürdü . Marağa xanlığı ( 1747 – 1826 ) Marağa , Təkab , Sayınqala , Əcəbşir , Qaraağac , Binab mahallarından ibarət idi . Maku xanlığın ( 1747 ) 30 kəndi özündə birləşdirməklə 1922 – ci ilə qədər fəaliyyətdə olmuşdu . Maku xanlığı Xoy , Naxçıvan , İrəvan xanlıqları və Osmanlı dövləti ilə həmsərhəd olmuşdu . Qaradağ xanlığı ( 1748 – 1813 ) nın mərkəzi Əhər şəhəri idi . Xanlıq Talış , Ərdəbil , Təbriz , Xoy , Naxçıvan , Qarabağ və Cavad xanlıqları ilə həmsərhəd olmuşdu . Sərab xanlığı ( 1747 – 1828 ) Həştəri , Gərməli və Sərab mahallarından ibarət olmuşdu . Xanlıq Ərdəbil və Təbriz xanlıqları ilə həmsərhəd idi . Xoy xanlığı ( 1747 – 1828 ) Xoy , Salmas , Avacıq , Qotur , Əlvənd , Çaldıran , Çors , Qaraqoyunlu , Sökmanabad , Dərgah mahallarından ibarət olmuşdu . Xanlığın ərazisi Maku , Naxçıvan , Qaradağ , Təbriz , Urmiya xanlıqları və Osmanlı dövləti ilə hüdudlanırdı . Urmiya xanlığına (1747-1797) Mərgəvər, Tərkəvər, Bərdəsur, Bərdəsar, Bərdadost, Sumay, Ənzəl, Dəşt, Uşnu, Sulduz, Döl, Nazlı, Bəykişili, Rözə və Urmiya mahalları aiddir. Urmiya xanlığının sərhədləri şimalda Xoy xanlığı, şərqdə Urmiya gölü və Marağa xanlığı, cənubda və qərbdə Köndüstan və Osmanlı imperiyasının ərazilərinə qədər uzanırdı.

Qarabağ xanlığı (1748-1822) Kür və Araz çayları arası ərazidə qurulmuş və fəaliyyət göstərmişdir. Mərkəzi Şuşa şəhəri olan Qarabağ xanlığı Gəncə, Şəki, Naxçıvan, İrəvan, Cavad, Qaradağ və Şamaxı xanlıqları ilə həmsərhəd olmuşdu.

Şəki xanlığı (1743-1819) Şəki, Ərəş, Ağdaş, Alpaut, Padar, Qutqaşen, Xaçmaz və Bum mahallarını özündə birləşdirirdi. Xanlıq Quba, Qarabağ, Gəncə, Şamaxı, Dağıstan, İlisu və Gürcüstanla həmsərhəd olmuşdu. Quba xanlığı (1726-1806) 1724-cü ildə bir əyalət kimi Rusiyadan asılı olmuşdu.

Quba xanlığı öz müstəqilliyini XVIII əsrin ortalarında elan edə bilmiş və bütöv Azərbaycan uğrunda mübarizə aparmışdı. Xanlıq Xəzər dənizi, Dərbənd xanlığı, Tabasaran əraziləri, Şəki xanlığı, Şamaxı xanlığı və Bakı xanlığı ilə həmsərhəd olmuşdu. Xanlığın mərkəzi əvvəl Xudat sonra isə (1735) Quba şəhəri olmuşdu.

Bakı xanlığı (1747-1806) 39 kəndi özündə birləşdirməklə Abşeron yarımadasında fəaliyyət göstərmişdir. Xanlığın qonşuları Şamaxı və Quba xanlıqları olmuşdu. Mərkəzi Bakı şəhəri idi.

Dərbənd xanlığı (XVIII əsrin ortaları-1806) Qaraqaytaq usmiliyi, Tabasaran, Qarıqumuq və Quba xanlığı həmsərhəd idi. Mərkəzi şəhəri Dərbənd idi.

Gəncə xanlığı (XVIII əsrin ortaları-3.01.1804) Murovdağdan Kür çayına qədər olan torpaqlarda mövcud olmuşdu. Xanlıq Qarabağ, İrəvan, Şəki xanlıqları, Qazax-Şəmşədil sultanlıqları və Gürcüstanla həmsərhəd olmuşdur. Mərkəzi şəhəri olan Gəncə olan xanlığa həm də Samux, Kürəkbasan, Şəmkir və Ayrım mahalları da aid idi.

İrəvan xanlığının (XVIII əsrin ortaları-1828) ərazisi Ararat düzənliyini, Göycə gölü ətarfı torpaqları, Araz çayının qərbindəki torpaqları əhatə edirdi. Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Suran, Dərək, Saatlı, Tala, Seyidli-Alxaclı, Sərdarabad, Abaran, Dərəçiçək, və Göycə mahalları da xanlığa aid olan ərazilər idi. Xanlıq Gəncə, Naxçıvan, Qarabağ, Maku xanlıqları, Qazax sultanlığı, Osmanlı dövləti və Gürcüstanla həmsərhəd olmuşdur. Mərkəzi şəhəri İrəvan idi.

Lənkəran xanlığı (XVIII əsrin ortaları-1826) Ərdəbil, Qaradağ, Cavad, Salyan xanlıqları və Gilan əraziləri ilə həmsərhəd idi. Bir tərəfi isə Xəzər dənizi yerləşirdi. Məərkəz şəhəri əvvəl Astara, sonra isə Lənkəran olmuşdur.

Naxçıvan xanlığı (1747-1828) Qarabağ, Qaradağ, Xoy, Maku və İrəvan xanlıqları ilə qonşu olmuşdu. Xanlığın əraziləri Zəngəzur dağlarından Araza qədər olan torpaqları əhatə edirdi. Mərkəzi şəhəri Naxçıvan olmuşdur.

Salyan xanlığının ərazisi Kür çayının mənsəbindəki torpaqları əhatə etməklə Şamaxı, Cavad və Lənkəran xanlıqları ilə qonşu idi.

Cavad xanlığı (XVIII əsrin ortaları-1813) Kür ilə Araz çaylarının qovuşduğu ərazidə mövcud olmuşdur. Mərkəzi Cavad şəhəri olan xanlıq Şamaxı, Qaradağ, Qarabağ, Lənkəran və Salyan xanlıqları ilə həmsərhəd idi.

Şamaxı xanlığı (1748-1820) Bakı, Şəki, Quba, Qarabağ, Cavad və Salyan xanlıqları ilə qonşu olmuşdur. Mərkəzi Şamaxı şəhəri idi.

Qazax sultanlığı Azərbaycanın şimal-qərbində yaranmış kiçik bir siyasi qurum idi. Zülqədər tayfasının bir hissəsinə mənsub olan Şəmşədil tayfası isə Zəyəm mahalı və ondan qərbdəki torpaqlara malik olmaqla Şəmşədil sultanlığını yaratmışdı.

Qutqaşen sultanlığı Qutqaşen ərazisində yaranmış və Şəki xanlığına tabe olmuşdu.

Mingəçevir şəhəri daxil olmaqla Yevlax və Ağdaş bölgələrinin bir hissəsini əhatə edən Ərəş sultanlığı XVIII əsrin 50-ci illərində Şəki xanlığndan asılı olmuşdu. 1795-ci ildə isə Ərəş sultanlığı Şəki xanlığının tərkibində mahal kimi qalmışdı.

Qəbələ sultanlığı şimaldan Böyük Qafqazın cənub hissəsi, şərqdən Göyçay, qərbdən Əlican çayı ilə əhatə olunmaqla Şəki xanlığından asılı idi. XVIII əsrin sonlarında Qəbələ sultanlığı ləğv olundu və Şəki xanlığının tərkibində mahal statusunda qaldı.

İlisu sultanlığı XVI əsrin II yarısından - XIX əsrin ortalarına qədər (təx. 300 il) mövcud olmuşdur. İlisu mərkəz olmaqla sultanlığın ərazisi şimaldan və şərqdən Qafqaz dağları, qərbdən Qanıq çayı, cənub-şərqdən Şəki xanlığının torpaqları ilə sərhədlənirdi.

Dizaq, Vərəndə, Xaçın, Gülüstan, Crabert (Çilləbört) məliklikləri Qarabağın dağlıq hissəsində yaranmış xristian məliklikləri Qarabağ xanlığınnı tabeliyində olmuşlar.

Gülüstan (1813) və Türkmənçay (1828) müqvilələri nəticəsində ərazi 400.000 kv.km olan Azərbaycan İran və Rusiya arasında 2 hissəyə bölündü. İranın tərkibində qalan Azərbaycan ərazisinin 135000, 142.350, 220000 kv. km olması barədə məlumat verilir. İşğal nəticəsində Rusiyanın payına düşən Azərbaycan ərazisi və 114000 kv. km, lakin bəzi məlumatlara əsasən 140000 kv. km olmuşdur. Bununla da Cənubi və Şimali Azərbaycan terminləri yarandı.

1984-cü ildə qəbul olunmuş İran dövlətinin inzibati-ərazi bölgüsünə əsasən Cənubi Azərbaycan adlandırdığımız əraziyə 142.350 kv. km sahəni tutan Şərqi Azərbaycan (mərkəzi şəhəri Təbriz), Qərbi Azərbaycan (mərkəzi Urmiya şəhəri) və Zəncan (Zəncan şəhəri) ostanları daxildir. XX əsrin 90-cı illərinin əvvəllərinə olan siyahıya alınmada İranda azərbaycanlıların sayı 28315000 göstərilirdi.

Çar Rusiyasının tərkibində qalan Azərbaycan torpaqlarında isə keçmiş xanlıqlar və sultanlıqların yerində quberniyalar və qəzalar yaradıldı. 1840-cı ildə komendant idarə üsulu ilə əlaqədar olaraq quberniya və mahal idarə üsulu ləğv edildi və onların əvəzində qəzalar yaradıldı. Cənubi Qafqaz Gürcü İmeret quberniyasına və Kaspi vilayətinə bölündü.. Kaspi vilayətinə Şimali Azərbaycan torpaqları aid edildi və tərkibində 7 qəza ( Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Dərbənd, Tabasaran, Dərbənd, Qaraqaytaq əyalətləri) və Quba qəzaları yaradıldı. Qazax, Şəmşədil distansiyalar, Yelizavetpol qəzası, Car-Balakən vilayəti, Balakən qəzası, Ordubad dairəsi, Naxçıvan qəzası Gürcü-İmeretiya quberniyasının idarəçiliyinə verildi. Qəzalar nahiyələrə bölünürdü.



XIX-XX əsrin əvvəllərindən Şimali Azərbaycanda çar höküməti 4 dəfə inzibati-idarə islahatı keçirmişdi. 1808-1840, 1840, 1846-1860, 1868-1917 .

1918 1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti şimali azərbaycanın tarixi coğrafi ərazilərini  ümumilikdə qoruyub saxlasalar da, lakin ərazi məsələsində müəyyən razılaşma baş vermişdir belə ki, 1918-ci ilin may 29-da aparılan danışıqlarda İrəvanın və Eçməzin qəzasının ermənistana verilməsinə razılıq vermişdi bunun müqabilində isə  Ermənistan  Dağlıq qarabağa olan ideallarından bir dəfəlik əl çəkməlidirlər. Lakin tarix göstərir ki ermənilər bu iddialarından əl  çəkməmişlər. Azərbaycan milli şurasının etdiyi bu səhv nəticəsində göyçə mahalının qərb hissəsi ermənistanın  əlinə keçdi Gölün  şərq hissəsi "Göycə darəsi "statusu ilə Azərbaycan cumhuriyyətinin tərkibində saxlanıldı. Göyçə gölü sərhəd zolağı kimi qaldı. Ermənilərin təcavüzündən qorunmaq üçün 1918-ci ilin noyabrında Naxçıvanda mərkəzi əvvəl Qəmərli olan sonra isə Naxçıvan olan Araz-Türk respublikası yaradıldı. Araz-türk respublikasının tərkibində naxçıvan ,şərur,dərələyəz, ordubad qəzaları bundan əlavə sərdarabad vedibasar qəmərli Mehri tarixi-coğrafi ərazileri daxil edilmişdir. Qarabağ ərazisində 400 mindən çox azərbaycanlı əhali yaşayırdı.Erməniləri Müstəqil Qarabağ respublikası vahid rusiya,  sovet rusiyasının qarabağ hisəsi və s kimi təxribat xarakterli  şürlarla pərdələrin hərəkətlərin qarşısı alındı. Ermənilərin qarabağdakı  pozucu hərəkətlərin qarşısını almaq məqsədi ilə Qarabağ general-qubernatorluğu yaradıldı. Qarabağ general-qubernatorluğuna zəngəzur, şuşa, cavanşir və cəbrayıl qəzaları aid edilmişdir. 1918 ci il iyunun 26 Gürcüstanla aparılan  danışıqlar əsasən  zaqatala mahnı azərbaycan ərazisi kimi tanındı.03.09.1919  Lənkəran qəzası rus qiyamçıların dan təmizlənib Azərbaycana  qaytarıldı .Azərbaycan cümhuriyyətinin ərazisi 113.895,97 kv km olmuşdur.  Mübahisəsiz ərazisi 97,3 min kv km,  mübahisəli əraziləri isə 16,6kv km göstərilirdi.  Mübahisəsi ərazilərə bakı-gəncə Zaqatala quberniyaları və naxçıvan şərur-dərələyəz qəzaları aid idi.Ermənistanla mübahisəli ərazilərdə irəvan quberniyasının qərb hissəsi  xüsusilə göyçə gölünün cənubunda naxçıvan-şərur  dərələyəzin qərbindən tutmuş  kasak çayına kimi, araz çayının hər iki tərəfində  yerləşən böyük Vedi, Eçməzzin, İqdır və s. torpaqları idi . qarayazı sıqnaq qəzaları da gürcüstanla mübahisəli ərazilər olaraq qalırdı. Gürcülər 1918-ci ilin siyasi vəziyyətini ifadə edərək bu əraziləri tutmuşdular 1920-ci ilin aprelin 28-də Azərbaycan xalq cümhuriyyəti süqut etdi. Onun yerində azərbaycan sovet sosialist respublikası yaradıldı. Azərbaycan sovet hakimiyyəti yarandıqdan bir qədər sonra ərazisinin   bir hissəsini itirmiş və onun 86,6 min kvkm ərazi qalmışdı. Azərbaycanın tərkibində Naxçıvan Mssr. Dqmv yaradıldı 1978 ci ilin məlumatlara görə şimali azərbaycan ərazisində 61 inzibati rayon , 60  şəhər, 125  qəsəbə var idi. Azərbaycan ssr  1922 ilin martın 12-sində təşkil olunmuş. Zsfsr -in  tərkibinə 13 dekabır 1922ci ildə  daxil edildi. Bundan sonra da Azərbaycan ZSFSR-in  daxilində 1922 ilin dekabrın 30 da  təşkil olunmuş SSRİ-nin  təqibinə qatıldı.  Bununla da azərbaycan öz müstəqilliyini itirdi.1936 ilin dekabrın 5 Azərbaycan formal olaraq müstəqilliyini qaytarsa da , lakin bu formal azadlıq Ssr inin  dağılmasına qədər davam etdi. Azərbaycanda sovet hakimiyyəti yaranandan sonra da ermənilər azərbaycana qarşı ərazi iddialarından əl çəkmədilər. 1920-ci ilin yayında  erməni qoşunları zəngəzuru tutub naxçıvana hücum etdilər. Lakin Veysəl bəyin  başçılığı ilə köməyə görə türk qoşunları naxçıvana girib onun müdafiə etdilər. Qırmızı ordu hissələri isə zəngəzuru tutmuş Erməni generalları Dro və Nijdenin  qoşunlarını  oradan qovdular. 1920-ci ilin avqustun 10 da sovet rusiyası ilə ermənistan  arasında bağlanmış  sazişə əsasən şərur-dərələyəz bölgəsi ermənistana verildi.Qarabağ, Zəngəzur  və naxçıvan mübahisəli ərazilər elan olundu. 29 noyabr 1920  ermənistanda sorğu olduqdan sonra da ermənilərin torpaq iddialarının  arası kəsilmədi. Onlar zəngəzurun qərb hissəsini ələ keçirdilər. Naxçıvan məsələsi rusiya ilə türkiyə arasında 1921-ci ilin mart və oktyabr aylarında keçirilən moskva və qars müqavilələri ilə tənzimləndi.  Naxçıvan Üçüncü ölkəyə  verilmədən azərbaycanın himayəsində qaldı.  Naxçıvan 1924-cü ilin fevralın 9-da azərbaycanın tərkibində naxçıvan sovet sosialist respublikası kimi təsis olundu. Onun tərkibində babək, ordubad ,culfa və şərur rayonları yaradıldı. Azərbaycan MİK  1923-cü ilin   iyulun 7-sində Azərbaycan Ssr  tərkibində DQMV yaradıldığı elan olundu. Vilayətin tərkibinə şuşada cavanşir və cəbrayıl qəzalarının  dağlıq hissələri daxil edildi. 1924-cü ilin 26  noyabr əsasnaməsinə görə şuşa qəzasından şuşa və xankəndi (1923 cü ildən stapanakert ) cavanşir qəzasından 62 kənd  qubadlı qəzasının isə  qalandərəsi kəndi DQMV tərkibinə daxil edilmişdir.DQMV-nin  ərazisi 4372 kvkm olmaqla əsgəran mardakert,martuni ,hadrut  və şuşa rayonlarına bölünürdü. Vilayətinin tərkibində 220 kənd,2 şəhər ,6 qəsəbə var idi. 1923-cü ildə 11-ci qızıl ordu hissələri zəngəzurun yuxarı hissəsini ələ keçirib ermənistana birləşdirdi. Sonra isə iran, misir, türkiyə, rusiyadan bu ərazilərə ermənilər köçürüldü. 1929-cu ilde zengilan rayonunun 3 kəndi ermənistana verildi . Və burada Mehri rayonu yaradıldı. Bu illərdə qaragin, dilcan  dərəsi də  ermənistana verildi .Beləliklə həmin illərdə Azərbaycan 27599kvkm  ərazisində məhrum edildi . 1929 ci il inzibati bölgüsünə əsasən azərbaycanda mövcud olan 15 qəza əvəzinə 8 mahal, 1930-cu il  bölgüsünə əsasən dairələr ləğv olundu bundan sonra respublikada 63 rayon yaradılsada, 1932-cü ildə rayonların sayı 47 endirildi. 1933-cü ildə qubadlı ,1934-cü ildə mirbəşir ,1935-ci ildə yevlax, zərdab, 1939 ilində Jdanov, 1943-cü il isə saatlı və sairə rayonları təşkil olundu.1978-ci il inzibati bölgüsünə əsasən azərbaycanda 61 rayon 10 şəhər fəaliyyət göstərmişdir. Bundan əlavə 1980 nizami 1990-cı ildə Ağstafa,hacıqabul ,xızı ,qobustan. 1991ci ildə xocalı, xocavənd 1992-ci ildə samux siyəzən rayonları yaradıldı . Bu ildə DQMV ləğv olundu.  Bir sıra rayonların adları dəyişdirildi.SSRİ  süqutu ərəfəsində və ondan sonrakı dövrlərdə(1988- 1993) ilərdə ermənilər rus əsgərlərinin köməyi ilə torpaqlarımızı işğal etməyə başladılar. Ermənilər kərkican, malıbəyli quşçular və xocalı kəndlərini tutduqdan  sonra 1992-ci ilin mayın 8 şuşanı da ələ keçirdilər. 1992- 93-cü illərdə laçın kəlbəcər ağdam cəbrayıl füzuli qubadlı zəngilan rayonları ermənilər tərəfindən  işğal olundu. Dağlıq qarabağla (4372kvkm) birlikdə ətraf rayonlar da daxil olmaqla 13082kvkm ərazi ermənilər tərəfindən işğal olunmuşdu.  Ümumiyyətlə XX əsrin 20 -90-cı illərində azərbaycanın 40681kvkm ərazisi ermənilər tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 27 sentyabrından 10  noyabra qədər davam edən 44 günlük müharibədə Azərbaycan ermənilər tərəfindən işğal olunmuş torpaqlarını geri qaytardı.
Yüklə 31,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə