1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri



Yüklə 165,89 Kb.
səhifə1/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
  1   2   3   4   5   6   7   8   9   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1


1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri.

Təsviri sənət incəsənətin bir növüdür.Xalq arasında incəsənət sözünün mənası bacarıq, ustalıq deməkdir.Təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdı.Təsviri sənət deyəndə insanın bədii yaradıcılığı nəzərdə tutulur.Təsviri sənətə daxildir:

- rəsm;

- qrafika;

-boyakarlıq;

- heykəltaraşlıq;

- dekorativ tətbiqi sənət;

Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud olan şəxslərin təlim-tərbiyəsi, peşə hazırlığı, sağlamlığının mühafizəsi və bərpası üçün müvafiq şərait yaratmaq məqsədi ilətəşkil edilir.

Xüsusi təhsil müəssisələrinin açılması, tipinin dəyişdirilməsi, fəaliyyətinin dayandırılması və nümunəvi ştatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.

Xüsusi təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla, sağlamlıq imkanları məhdud olan şəxslərin sayı 100 nəfər və daha çox olduğu halda yaradılır.

Məktəb təlimindətədris fəaliyyəti elementlərinin formalaşmasının böyük əhəmiyyəti vardır. Məşğələ prosesində müəllimi dinləmək, verilmiş tapşırığı yerinə yetirmək, müəllimin tapşırığını başa düşmək və qarşıya qoyulmuş məsələləri həll etmək - uşaqların təlimə hazırlanmasında böyük rol oynayır. Uşağa hər hansı bir təsviri yaratmaq, tikintini qurmaq üçün müəyyən üsul və vasitələrin tapılması və tədbiqi vacibdir. Yalnız bu zaman düzgün təsvir yaranır. Məsələn, hər hansı bir təsviri çəkməzdən əvvəl müəllim oyuncağın baxılmasını təşkil etməli, bu vaxt əsas diqqəti əşyanın formasına, düzülüşünə, hissələrin böyüklüyünə və onların bir-birinə olan nisbətinə və oyııi zamanda təsvirin çəkilməsi metodikasına yönəltməlidir. Analizetmə və məşğələnin həlli iiçiin lazımi üsul və vasitənin seçilməsi təlim prosesinin əsas komponentlərindən biridir.

Hər şeydən əvvəl müəllim, uşaqlarda incəsənət əsərlərinə maraq və diqqəti artırmalı, tədricən o, estetik tərbiyənin xüsusiyyətini formalaşdırmalıdır. Rəsm əsərlərinə və heykəllərə baxarkən, uşaqlar təsvir olunanlarla maraqlanır, əvvəllər görmədikləri əşya və hadisələri mənimsəyirlər.

Uşaqlarda estetik qavrayışı inkişaf etdirmək onların diqqətini nəinki əsərlərin məzmununa, həmçinin obrazın ifadə formasına, obrazı ifadə edən təsvir üsullarına yönəltmək lazımdır. İncəsənət əsərləri vasitəsi ilə uşaq nəinki sadəcə həyat hadisələri ilə tanış olur, həmçinin həyatı estetik səviyyədə mənimsəməyə kömək edir. Estetik qiymət keyfiyyəti aşılanarkən, yaxşı və pisi düzgün qiymətləndirmək bacarığı inkişaf edir.

Estetik qavrayışın mənimsənilməsi, əks etdirilən həyat hadisələrinə marağın artması ilə xarakterizə olunur. İncəsənət əsərlərində təsvir olunan həyat hadisələrinin ifadəliliyinə, insan və heyvan təsvirlərindəki xarakterik detalların zənginliyinə, diqqətin yönəldilməsi zamanı, uşaqlarda elementar qiymətləndirmə bacarığı məniınsədilir.

Təsviri başa düşmək, qiymətləndirmək üçün uşaqlarda müəyyən bilik, bacanq və vərdişlərin, zövq və marağın forma­ laşdırılması tələb olunur. Bu bilik, bacarıq və vərdişlər uşaqların yaş səviyyəsindən asılı olaraq sadədən mürəkkəbə doğnı. ardıcıl, sistemli və şüurlu təlim yolu ilə mənimsədilir. Estetik əşyaların mənimsədilməsi və qiymətləndirilməsi, estetik zövq və hisslərin inkişafına təkan verir.

Təsviri səııat məşğələlərində tədricən estetik hisslər: formanın. rəngin, ritmin. hissi kompozisiyanın, hissə münasibəti­ nin. bədii zövqün hissi inkişaf edir.

Təsviri sənətin proqramı onun xüsusiyyətinə görə 4 yerə bölünür:

1. Əşyanin düzgün təsviri üçün lazım olan bilik, bacarıq və vərdişlər;

2. Təsvirin rabitoli məzmunda verilməsi üçün lazım olan bilik, bacarıq və vərdişlər;

3. Dekorativ fəaliyyətdə (şəklin və applikasiyaııın bəzodil- məsində, naxışların tərkibində) lazım olan bilik, baca­ rıq və vərdişlər;

4. Vəsaitlərdən istifadə texnologiyasının mənimsənilmə­ sində lazım olan bilik, bacarıq və vərdişlər.

Proqram aşağıdakı prinsiplərə əsaslanır:

İnıkanlılıq prinsipi —uşaqların yaş xüsusiyyətinə uyğun tədris materialına əsasən əks etdirilir.

Dərk edilınə prinsipi - uşaqlarda mexaniki deyil, maraqla düşünərək, uşaqlar tərəfindən dərk edilmiş bilik və bacarıqların mənimsənilməsini nəzərdə tutur.

Sistematiklik və ardıcıllıq prinsipi —didaktikanın əsas prinsipidir və təlim prosesini elə qurmağı öyrədir ki. tərbiyə işi­ nin bütün tərəfləri ilə əhatə olunmuş olsun və əvvəllər əldə edil­ miş bilik və bacarıqlara əsaslanaraq yeni bilik və bacarıqların əldə edilməsi imkanına malik olsun.

Əyanilik prinsipi —tərbiyəçi tərəfindən apanlan düzgün və aydın izahla birləşir.

Təsviri sənətin tədrisi, kollektiv məşğələlərdə keçirilir, yə­ ni bütün qrup yeganə proqram əsasında təlim prosesi keçir.

Məşğələ prosesində uşaqlara fərdi yanaşma da həyata keçirilir.

Təlim prosesində insan gözəlliyinə emosional münasibət, cə­ miyyət və təbiət hadisələri, gördüklərini dərindən və tez qavraması, təsvir xüsusiyyəti, prosesin sözlə və oyunla müşahidəsi, işin yerinə yetirilməsi tempi, təsəvvürlərin aktivliyi həyata keçirilir.

Öncə uşaqlar məşğələlərdə düzgün otunış və vəsaitlərdən istifadə qaydalarını (masanın üzərinə əyilməmək, sağ əldə qələmi tutaraq sol əllə kağızı saxlamaq və s.) mənimsəyirlər. Tədricən tərbiyəçi digər tərbiyəvi məsələləri həyata keçirir (tərbiyəçini dinləmək, yoldaşlarına mane olmamaq, və s.).

Şərait və vəziyyətindən asılı olaraq tərbiyəçi il ərzində uşaqların yerini bir neçə dəfə dəyişə bilər.


Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin