1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri


Sağlamlıq imkanları məhdud olan uşakların təsviri fəaliyyətinin xüsusiyyətləri



Yüklə 165,89 Kb.
səhifə8/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   ...   4   5   6   7   8   9   10   11   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

9. Sağlamlıq imkanları məhdud olan uşakların təsviri fəaliyyətinin xüsusiyyətləri.

Fiziki imkanları məhdud insanların, xüsusilə uşaqların müxtəlif sahələrdə intellektual, estetik, mənəvi, sosial inkişafını təmin etmək cəmiyyət qarşısında duran ən aktual məsələlərdəndir. Bu isə öz növbəsində fiziki imkanları məhdud insanlara cəmiyyətə rahat adaptasiya etməyə imkanlar yaradır. Bu baxımdan qarşımıza qoyulan problem çağdaş Azərbaycan pedaqoji fikri üçün aktual və həllini gözləyən məsələlərdəndir.

Mühazirədə qarşıya qoyulan əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların təsviri fəaliyyətinin özünəməxsus xüsusiyyətlərini öyrənməkdir. Bu problemin pedaqoji tədqiqat müstəvisinə gətirilməsi elmi yeniliyi ilə seçilir. Digər elmi yenilik isə sağlamlıq imkanları məhdud uşaqların təsviri fəaliyyətinin qurulması, pedaqoji diaqnostika aparılması və s. məsələlərə yeni baxış müstəvisindən yanaşılmasıdır.

Fiziki imkanları məhdud insanların cəmiyyətə adaptasiya olunmasının fərqli üsul və vasitələri mövcuddur ki. Onlaradan biri də, haqqında danışdığımız təsviri fəaliyyətinin təmin edilməsidir. Çünki, bildiyimiz kimi, şəxsiyyətin formalaşması prosesində mədəniyyət və incəsənət çox böyük qüvvəyə malikdir. Çünki məhz incəsənət insanlarda mənəvi dünyanın formalaşmasına şərait yaradır, onun mənəvi və estetik dəyərlər sistemini yaratmağa yardımçı olur. Bilirik ki, fiziki imkanları məhdud uşaqlar bu cəhətdən daha çox qayğıya və diqqətə möhtacdırlar, çünki onların mədəniyyət dünyasına adaptasiya olmaları daha bir müşkül problemdir.

Uşaqların təsviri fəaliyyəti onların bir şəxsiyyət kimi formalaşması ilə birbaşa əlaqəlidir. Çünki rəsm prosesində insanın ayrıca bir fiziki funksiyası və ya ayrıca bir psixi proses, məsələn, qavrama, yaddaş, diqqət, təfəkkür və s. deyil, insan şəxsiyyəti bütövlükdə iştirak edir. Uşaq rəsmi problemi hər zaman yalnız pedaqoqları deyil, həm də sənətşünasları, həkimləri, psixoloqları maraqlandırmışdır və bu sahədə fundamental tədqiqatlar meydana gəlmişdir. Amma bu tədqiqatların gəldiyi yekdil rəy ondan ibarət olmuşdur ki, sağlamlıq imkanları məhdud uşaqların təsviri fəaliyyətinin inkişaf mərhələləri heç də əlahiddə bir şey olmayıb, sağlam uşaqlardan heç nə ilə fərqlənmir. Başqa sözlə, sağlamlıq imkanları məhdud uşaqlar da təsviri fəaliyyətin inkişafında sağlam uşaqların keçdiyi mərhələlərdən keçirlər.

Bu halda onların tədris prosesi də sağlam uşaqların tədris posesindən heç nə ilə fərqlənməməlidir. Amma təbii ki, hər bir halda sağlamlıq imkanları məhdud uşaqların təsviri fəaliyyəti və rəsm bacarıqlarının formalaşması prosesinin bir çox özünəməxsus cəhətləri vardır. Bu prosesdə ilk növbədə sağlamlıq imkanları məhdud uşaqların fərdi cəhətləri mütləq şəkildə nəzərə alınmalıdır. Bu da, adətən fiziki və ya əqli inkişafın gecikməsi ilə əlaqədar olur.

Sağlamlıq imkanları məhdud uşaqların təsviri fəaliyyətinin formalaşdırılması mərhələlərini müəyyənləşdirərkən etalon kimi normal təsviri fəaliyyətin formalaşdırılması mərhələləri götürülür. Amma bəzi nüanslar nəzərə alınır. Görkəmli rus psixoloqu L.Viqotski uşaq təsviri fəaliyyətinin mərhələlərini təyin edərkən bu sahəyə yeni bir anlayış gətirir. Onun fikrıncə, “ali psixi funksiyalar” mövcuddur ki, bu səriştələr insanın ictimai-sosial inkişafı prosesində əldə olan bacarıqlardır. Məhz uşaqların rəsm bacarıqları bu “ali psixi funksiyalar”a daxi olunan proseslərdən biridir. Alim öz tədqiqatında uşaq rəsm qabiliyyətinin formalaşdırılmasında dörd mərhələni fərqləndirir və onları belə müəyyən edir:

- Təsviri sənətin birinci mərhələsi sxematik, yaddaşa uyğun şəkillərin çəkilməsini ehtiva edir. Bu rəsmlər adətən reallıqdan uzaq olur.

- İkinci mərhələdə artıq forma və xətt hissləri formalaşır, rəsm yenə də kortəbii olur, amma tam və hissə qavraması baş verir.

- Üçüncü mərhələdə isə artıq kortəbiilik itir, xətt və sxemlərin əvəzinə rəsmdə siluet və ya bədən konturları hiss olunmağa başlayır.

- Dördüncü mərhələ adətən 11-13 yaşlı uşaqlarda baş verir, rəsmdə artıq plastik təsvirin bütün cəhətlərini sezmək olur. Bu yaşda uşaqlar rəngləri tam şəkildə verə bilir, hərəkəti göstərə bilir və s.

Uşaqların rəsm fəaliyyətinin formalaşdırılması zamanı estetik inkişafın iki istiqaməti nəzərə alınmalıdır. Uşağın öz bacarıq və qabiliyyəti, öz yaradıcılığı və onun incəsənəti qavrama qabiliyyəti. Sağlamlıq imkanları məhdud uşaqlarda təsviri fəaliyyəti formalaşdıran zaman uşağın fərdi sərhədlərini genişləndirmək, sosial təcrübəsini artırmaq, həyatının bəzi tərəflərini bir qədər fərqli qurmaq və s. lazımdır. Bu yollarla onun emosiyalarının müsbət tərəfə artmasına nail olmaq mümkündür ki, bu da son nəticədə onun rəsm yaradıcılığında mütləq şəkildə özünü göstərəcəkdir. Çünki sağlamlıq imkanları məhdud uşaqlara subyektiv səbəblərdən həmin müsbət emosiyaları başqa şəkildə ifadə etmək mümkünsüz olur.

Pedaqoji ədəbiyyatda fiziki qüsurlar üzrə təsviri fəaliyyətin formalaşdırılması yolları ayrıca araşdırılmışdır (2). Bu cəhətdən, eşitmə, görmə, əqli və s. qüsurları olan uşaqlarda sözügedən problemlə bağlı kifayət qədər araşdırma aparılmışdır. Bundan əlavə, uşaq serebral iflici və autizmdən əziyyət çəkən uşaqlar üçün də fərqli metodik göstərişlər yaradılmışdır.

Uşaqlarda rəsm fəaliyyətinin formalaşdırılması prosesi məktəbəqədərki hazırlıq dövründən başlayır. Uşaq evi tərk edib məktəbəqədər hazırlıq müəssisə¬sinə daxil olduğu andan onda rəsm qabiliyyətlərinin formalaşdırılmasına başlamaq lazımdır. Uşaq bağçasında uşaqların incəsənətin müxtəlif nümunələri ilə tanşlıq mərhələsi başlayır. Adətən bu proses daha erkən yaşlarda evdə baş verir. Amma təbii ki, sağlamlıq imkanları məhdud uşaqlarda bu tanışlıq prosesi bir qədər fərqli gedir. Çünki sağlamlıq imkanları məhdud uşaqlar qavrama qabiliyyətinin gec inkişafı, motorikanın ləngiməsi, orientasiya hissinin olmaması və s.-dən əziyyət çəkə bilərlər.

Məktəbəqədərki hazırlıq dövründə sağlamlıq imkanları məhdud uşaqların təsviri fəaliyyəti daha çox manipulyativ xarakter daşıyır – uşaqlar xaotik hərəkət edirlər – kağızı əzir, karandaşlarla səs salır, kortəbii xətlər və nöqtələr çəkirlər. Sağlamlıq imkanları məhdud uşaqların rəsm fəaliyyətinin inkişafı həmin uşağın aktiv fəaliyyət zamanı qavrama qabiliyyətindən birbaşa asılı olur. Buraya incəsənət nümunələrinin qavrama qabiliyyəti daxil olur.

Təsviri fəaliyyətin formalaşdırılması isə uşağa dünyanı bütün rəngləri, səsləri, hissləri, formaları ilə dərk etməyə yardımçı olur. Uşaqlarda rəsm bacarıqlarının yaradılması onun estetik emosiyaları və ətrafı qiymətləndirməsi ilə əlaqədardır. Məhz bu emosiyalar və qiymətləndirmə bacarığı bədii nümunələrin, yəni rəsm əsərlərinin yaranması ilə nəticələnə bilər.

Sağlamlıq imkanları məhdud uşaqlarda rəsm qabiliyyətinin səviyyələri. Elmi-pedaqoji ədəbiyyatda sağlamlıq imkanları məhdud uşaqlarda rəsm qabiliy¬yə¬ti¬nin səviyyələri müəyyənləşdirilmişdir. Bu fikirlərin və bölgülərin hamısını ümu¬mi¬ləş¬dirərək aşağıdakı səviyyələri fərqləndirmək mümkündür:

- rəsm qabiliyyətinin yüksək səviyyəsi. Bu səviyyədə olan uşaqlar öz rəsmlərində mürəkkəb süjet qura bilir, kağızın ölçüləri ilə işləməyi bacarır, rəsmin kompozisiyasını qurur, hərəkəti verə bilirlər. Ən əsası isə rənglə işləməyi bacarırlar.

- rəsm qabiliyyətinin orta səviyyəsi. Bu səviyyədə də uşaqlar üst səviyyədəki kimi süjet qura bilirlər, rəng və çalarlarla işləməyi bacarırlar, dinamikanı və ya statikanı, jest və mimikanı verə bilirlər. Amma üst səviyyədən fərqli olaraq kağızla işləməyi bacarmırlar, yəni kompozisiya qura bilmirlər.

- rəsm qabiliyyətinin aşağı səviyyəsi. Nəhayət, aşağı səviyyədə sağlamlıq imkanları məhdud uşaqlar süjet qura bilsələr də, adətən bu tamamilə sadə süjet olur. Bu süjetdə cəmi bir-iki fiqur iştirak edir, bu fiqurların proporsiyaları isə pozulmuş olur. Rəng seçimi çox məhdud olur. Bu səviyyədə rəsm qabiliyyətli uşaqlar bir-iki rəngdən istifadə edə bilir. Müstəqil çalışa bilmirlər.

Beləliklə, sağlamlıq imkanları məhdud uşaqlarda rəsm qabiliyyətinin formalaşdırılması üçün vacib olan cəhətlərdən biri uşaqlarda müqayisə etmək bacarığının yaradılmasıdır. Texiniki cəhətdən bacarıqlı olmaq və uğurlar qazanmaq üçün uşaqlar öz görmə qabiliyyətlərinə əsaslanaraq əsas və ikincili planda olanı fərqləndirməli, cisim, predmet və hadisələr, ətraf gerçəklik haqqında ilkin biliyə malik olmalı, obrazlı və məcazi düşünmə qabiliyyətinə malik olmalıdırlar.


Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin