7. Boyakarlığın janrları.
63cü sualın cavabı
8. Qrafikada işlədilən texniki vasitələr,qravüralar.
Qrafik löhvənin materialından asılı olaraq müxtəlif texnikalar yaranmışdır Bunlara misal olaraq aşağıdakı texnikaları göstərmək olar: Rəsm, qravüra, litoqrafya, paleoqrafya və ya ksiloqrafiya,offort, linoqravüra, estamp, ekcilibris, sənaye qrafikası və s.
İşlənmə texnikasına görə qrafika sənəti iki böyük hissəyə ayrılır. Onlardan birincisi və ən qədimi ənənəvi rəsmdir. Ənənəvi rəsmlər əsasən kömür, karandaş, tuş, fiamaster və s. bu kimi vasitələrlə kağız, karton, parça və s. bu kimi materiallar üzərində çəkilir. Belə rəsmlər bır nüsxədə yaradılır. Bəzi rəsmlər rəng həllinə görə boyakarlığa yaxındır. Bunlar sulu boyalarla çəkilən (akvarcl, quaş, tempra) və yaxud, pastel (rəngli karandaşlar) texnikasında çəkilən rəsimlərdir.
İkincisi isə gravürdür. Qravür - çap qrafikasıdır. Burada rəsm yalnız bir nüsxədə yaradılsada, ondan eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür.
Buraya ağac, daş, metal, maqnezium, linolium və s. üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Bu əsərlərdə mövzudan asılı olaraq müxtəlif texnikalardan və alətlərdən istifadə olunur. Məsələn: mis metal üzərində xüsusi iynə ilə çəkilmiş və sonradan rəng vasitəsilə yaradılmış qravüralara ofort deyilir. Daş üzərində qazılmış, həkk olunmuş təsvirlərdən alınmış qravüralara litoqrafiya deyilir. Ağac üzərində həkk olunmuş qravüralara polioqrafiya və ksiloqrafiya deyilir. Sonradan yaranmış linoleum üzərində cızılmış təsvirlərdən alınmış qravüralara linoqravüra deyilir və s.
Dostları ilə paylaş: |