Xocalı soyqırımı xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi



Yüklə 147,93 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü147,93 Kb.

Xocalı soyqırımı - xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi 

 

 İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən 



biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən on doqquz il keçir. 1992-ci ilin o 

müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı 

alayın köməyi və  iştirakı ilə Xocalı sakinlərinə qarşı  dəhşətli soyqırımı aktı törətmişlər. Misli 

görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. 

Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırımı  nəticəsində 

yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, 

xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. 

Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ 

münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə 

faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı 

faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana 

çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. 

Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş 

ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini, şəhərini, 

ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olmuşlar. Vəhşi ermənilər tərəfindən şəhəri qana 

bələnmiş, yer üzündən silinmişdir. 

Faciəni törətməkdə erməni  şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində 

saxlamaq, onun mübarizə  əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin 

düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa 

qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq 

və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və 

vətənpərvərlik nümunəsi göstərdilər.  

Xocalı  qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə 

sığmayan vəhşiliklərinin qanlı izidir. Faciədən bir neçə gün sonra cəsarətli reportyorlarımızın od 

içində  çəkdikləri kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri iliyinədək sarsıdır. 

Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü 

milli müdafiə  əsgərlərinə  təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli 

insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün 

rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından 

silinməyəcək. 

Əsrlər boyu türk dünyasına qənim kəsilən, azərbaycanlılara qarşı daim kin, nifrət və 

intiqam hissi bəsləyən erməni anaları öz dığalarını da həmin ruhda tərbiyə edirlər. Azərbaycan 

anası isə  qəlbi saf, humanist, mərhəmətli olduğundan övladlarını insansevər böyüdür. Əslində, 

bu, bəşəri alicənablıqdır. Lakin analarımız heç vaxt unutmamalıdırlar ki, övladlarının kürəyinə 

tuşlanmış gavur xəncəri var. Övladını o yağı  xəyanətindən ehtiyatlandırmaq üçün ona dostu 

düşməndən seçməyi öyrətməlidir. Analarımız övladını düşmən tərəfindən  əzilən, döyülən, 

öldürülən, müdafiə olunan, məzlum, fağır yox, düşmən üzərinə gedən, intiqamını almağı bacaran 

mərd, cəsarətli, mətin ruhda tərbiyə etməlidirlər. 

Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə  bəyan etmiş ulu 

öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini 

vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Bu 

faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda, 

xalqımızın  əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi 

dəyərləndirmişdir. 

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, 

qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi 

minnətdarlıq hissi ilə qeyd etmək lazımdır. Məhz fondun gərgin fəaliyyəti nəticəsində  əvvəlki 

illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan 

Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq 


təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin  əsl 

mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir.  

Vətən bu gün Xocalıda  şəhid olanların ruhu qarşısında baş  əyir. Xocalı  şəhidlərinin 

xatirəsini  əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata 

keçirilmişdir. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın 

maddi və  mənəvi dəstəyi ilə dünyanın  əksər ölkələrinin paytaxtlarında Xocalı  şəhidlərinin 

xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımzın öz 

yurddaşları olan Xocalı  şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz 

nümunəsidir. 

Xocalı soyqırımında həlak olanlar Azərbaycanın  əziz vətəndaşlarıdır. Onlar 

respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı 

mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə  şəhid olması Azərbaycan xalqının 

qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün şəhidlərin 

ruhuna rəhmət oxuyaraq, eyni zamanda, başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, bir o 

qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə inamla baxmalı, ümidlə yaşamalıyıq. Mən əminəm 

ki, tutduğumuz yol şərəfli, doğru yoldur. Xalqımızın mənafeyini təmin edən yoldur. Biz bu yol 

ilə gedəcəyik. Azərbaycanın müstəqil dövləti xalqımızın birliyinə arxalanır, onun mətanətinə 

inanır və bu birliyimiz, mətanətimiz, dəyanətimiz, dözümlülüyümüz bizi bu ağır vəziyyətdən 

çıxaracaqdır. 

 

 Natiq ABDULLAYEV,  



 

Azərbaycan Respublikası  

 

Ədliyyə Nazirliyi Məhkəmə  

 

Ekspertizası Mərkəzinin əməkdaşı 

 

 

 Xalq qəzeti.- 2011.- 27 fevral.- S. 5. 

Kataloq: xocali -> x qazet
x qazet -> Xocalı faciəsi ermənilərin nə dərəcədə vəhşi, qaniçən olmasını dünyaya əyani şəkildə sübut etdi
x qazet -> İnsanlığın öldürüldüyü gün 1992-ci ilin 26 fevralında vəhşi ermənilər bəşəriyyətə qarşı ən dəhşətli cinayəti- xocalı soyqırımını törətdilər
x qazet -> Xocalı sağalması mümkünsüz yara
x qazet -> Tanınmış amerikalı "Xocalıya ədalət" adlı mahnı yazmışdır
x qazet -> Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu tam təsdiqləyir
x qazet -> Xocalı və Xocavənd faciələri 1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən qanlı soyqırım aktları
x qazet -> Qərarı 24 fevral 1994-cü il
x qazet -> "Xocalıya ədalət" beynəlxalq kampaniyasının səmərəsi ildən-ilə artır Leyla Əliyevanın təşəbbüsü soyqırımı faktının xaricdə tanınması prosesinə böyük
x qazet -> Kül olmuş şəhər
x qazet -> Soyqırıma yol açan xəyanətlər

Yüklə 147,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə