Xülasə Məqalə Naxçıvan Muxtar Respublikasında sənayenin davamlı inkişafına həsr edilmişdir



Yüklə 36,42 Kb.
səhifə1/3
tarix06.04.2023
ölçüsü36,42 Kb.
#93929
növüXülasə
  1   2   3
M.Həsən. Məqalə


HƏSƏN MƏMMƏDOV
NDU
hasan_1961@mail.ru
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA SƏNAYENİN DAVAMLI İNKİŞAFI
Xülasə
Məqalə Naxçıvan Muxtar Respublikasında sənayenin davamlı inkişafına həsr edilmişdir.
Məqalədə göstərilir ki, sahibkarlığın inkişafına yaradılan əlverişli şərait hesabına yeni hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, istehsal fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin sayının artması muxtar respublikanın sənaye sahəsində istehsal proseslərini xeyli sürətləndirmiş, ümumu daxili məhsulun həcminin armasına gətirib çıxarmışdır.
Qeyd olunur ki, muxtar respublikada sənayenin inkişafı üçün çox böyük potensial imkanlar mövcuddur. Son illər həyata keçirilən məqsədyönlü iqtisadi siyasət muxtar respublikada sənayeləşmə prosesini daha da sürətləndirmiş, yeni innovativ müəssisələrin yaradılması hesabına rəqabətədavamlı və ixracyönlü məhsulların istehsal həcmi xeyli artmışdır.
Sonda aparılan tədqiqat ümumiləşdirilərək, belə nəticə çıxarılır ki, muxtar respublikada sənaye davamlı inkişaf etməkdədir.
Açar sözlər: Sənaye, davamlı inkişaf, innovativ texnologiya, sahibkarlıq, sənaye məhəllələri

Sənaye muxtar respublikanın aparıca sahələrdən biri hesab edilir. Naxçıvan Muxtar Respublikasında sənaye tarixən ölkə iqtisadiyyatında qabaqcıl yerlərdən birini tutmuşdur. Burada yeyinti, yüngül və digər sənaye sahələri XX əsrin ortalarından etibarən daha intensiv inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycan Respublikası ərazisində istehsal edilən sənaye məhsullarından daş duzun, molibdenin, sink və qurğuşunun hamısı, mineral suların əsas hissəsi, ipək xammalının, inşaat materiallarının, mərmərin, şərabın, meyvə və meyvə konservlərinin xeyli hissəsi muxtar respublika sənayesinin payına düşür. 


Naxçıvan İqtisadi Rayonu sənaye məhsulu istehsalının artımına və sənaye məhsulu istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisinin üstünlüyünə görə Azərbaycan Respublikasının iqtisadi rayonları arasında ilk yerdədir.
Cədvəl1.


Yüklə 36,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin